İlk 6 ayda qeydiyyatdan keçən təsərrüfat subyektlərinin sayı açıqlanıb
Cari ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin sayı 14 min 161 olub, 18 min 92 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib.
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən verilən məlumata görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb. Yarım ildə vergi ödəyicilərinin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi məqsədilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında da bir sıra dəyişikliklər aparılıb.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Bundan əlavə, istifadəçilərə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb. Yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı 3 dildə məlumat hazırlanaraq Vergilər Nazirliyinin internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilib.
Mənbə: azertag.az
Mühasib köməkçisi (stajçı)
Bu ilin birinci yarısında vergi ödəyicilərinin qeydiyyatı və uçotu sahəsində müsbət dəyişikliklər müşahidə olunub, qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 40 min 706 (6 min 33 hüquqi şəxs, 34 min 673 fiziki şəxs), fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı isə 47 min 477 təşkil edib.
Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.