Türkiyə vergi rejimi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Türkiyədə vergi2-ci hissə

ƏDV ödəməkdən aşağıdakı fəaliyyət növləri azad olunur:

  • Mal və xidmətlərin ixracı
  • Qarşılıqlı prinsiplər əsasında rouminqlə bağlı beynəlxalq sazişlərə uyğun olaraq Türkiyə sərhədlərindən kənarda olan türk istehlakçılara göstərilən rouminq xidmətləri
  • Rüsumsuz zonalarda fəaliyyət göstərən, sifarişçilərlə bağlanmış müqavilələr əsasında istehsal
  • Neft axtarışları ilə bağlı fəaliyyət
  • Limanlar və aeroportlarda dəniz və hava nəqliyyatına aid nəqliyyat vasitələrinə göstərilən xidmətlər
  • İnvestisiya sertifikatına uyğun olaraq maşın və digər qurğuların tədarükü
  • Tranzit daşımaları
  • Qarşılıqlı prinsiplər əsasında beynəlxalq sazişlərə uyğun olaraq diplomatik nümayəndəliklər və konsulluqlar üçün tədarük və xidmətlər
  • Bankçılıq və sığorta əməliyyatları üzrə vergiyə cəlb olunan bank və sığorta əməliyyatlar
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xüsusi istehlak vergisi

Müxtəlif vergi dərəcələrində xüsusi istehlak vergisi tətbiq olunan dörd əsas məhsul qrupu mövcuddur:

  • neft məhsulları, təbii qaz, sürtkü yağları, həlledicilər və onların törəmələri
  • avtomobillər və digər nəqliyyat vasitələri – motosikletlər, təyyarələr, vertalyotlar, yaxtalar
  • tütün və tütün məhsullar, alkoqollu içkilər
  • zinət əşyaları

Hər bir tədarük zamanı vergiyə cəlb edilən ƏDV-dən fərqli olaraq xüsusi istehlak vergisi bir dəfə tutulur.

Bank fəaliyyəti və sığorta əməliyyatları ilə bağlı vergi

Bank və sığorta fəaliyyəti ilə sahəsi məşğul olan şirkətlər ƏDV-yə cəlb olunmurlar, onlar bank fəaliyyəti və sığorta əməliyyatları ilə bağlı vergiyə cəlb olunurlar. Bu vergi bankın gəlirindən tutulur, misal üçün ssudaların faizindən. Bu verginin ümumi tarifi 5% təşkil edir. Bəzi əməliyyatlar, məs. banklarda olan əmanətlərin faizləri ilə bağlı əməliyyatlar isə 1% həcmində vergiyə cəlb olunur. 2008-ci ildən başlayaraq, xarici valyuta satışı vergiyə cəlb olunmur.

Həmçinin bax: Gürcüstan vergi rejimi barədə bilmədiklərimiz (1-ci hissə)

Dövlət rüsumu

Dövlət rüsumu bir çox sənədlərə, o cümlədən müqavilələrə, ödəniş veksellərinə, sərmayə yatırımlarına, akkreditivlərə, zəmanətli məktublara, maliyyə-hesabat sənədlərinə və ödəniş cədvəllərinə tətbiq olunur. Bu rüsum özlüyündə sənədin qiyməti ilə əlaqəli faizi nəzərdə tutur ki, bu da 0,189-dan 0,948% arasında tərəddüd edir.

Mülkiyyət vergisi

Mülkiyyət vergisinin üç növü mövcuddur:

  • daşınmaz əmlaka görə vergi
  • avtomobil nəqliyyatı vasitələrinə görə vergi
  • miras və vərəsəliyə görə vergi

Türkiyədə yerləşən və mülkiyyətdə olan binalar, yaşayış sahələri və torpaqlar 01%-dən 0,6% tarifi arasında daşınmaz vergiyə cəlb olunur, mədəni irsə aid edilən daşınmaz obyektlərin saxlanılması üçün isə 10% tarifi ilə vergi tətbiq olunur. Nəqliyyat vasitələrinə görə illik fiksasiya olunmuş vergi həmin vasitələrin istehsal tarixi və mühərrikinin həcmindən asılı olaraq müəyyən edilir. Mirasa və vərəsəliyə görə vergi tarifi isə 1%-30% təşkil edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: ZZ procurment MMC

Tələblər:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və aparılması
– Satış və debitor hesabatın hazırlanması
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Məsuliyyətlik, dəqiqlik qabiliyyətinin olması.
– MS Excel və 1C (8.3/7.7) proqramları ilə işləmək bacarığı;
– Azərbaycan və Rus dili bilikləri;
– Əmək haqqı – 300 manat
– İş qrafiki: Həftənin 6 günü, saat 09:00-dan 18:00-dək ( 6-cı gün 5 saat)

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə)   /elektron poçt ünvanlarına göndərə bilərlər. Xahiş olunur  CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Əlaqə nömrəsi: 050 240 75 24

Həmçinin bax: Veysəloğlu Şirkətlər Qrupu’nda təcrübəsi OLMAYANLARIN da müraciət edə biləcəyi vakansiya

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Hindistan iqtisadiyyatı ilə bağlı 5 maraqlı fakt

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

iqtisadiyyatAzərbaycanlılar üçün Hindistan ekzotik ölkələrdən biri olub, daha çox Bollivudun istehsal etdiyi hind filmləri ilə məşhurdur. Əhalisinin sayına görə dünyada ikinci sırada qərarlaşan Hindistan, qloballaşma prosesinə baxmayaraq, bir çox parametrlərə görə hələ də əcnəbilərdən ötrü sirlər ölkəsi olaraq qalmaqdadır.

“Citygroup”un qiymətləndirmələrinə görə hindistanlıların xüsusi mülkiyyətində 15 min ton qızıl var.

Bu isə ABŞ, İsveçrə və Almaniyanın birlikdə malik olduqları qızıl ehtiyatından da çoxdur və dünya qızıl ehtiyatlarının 11 faizini təşkil edir. Bəzi ekspertlər hind məbədlərində bir bu qədər də qızıl və digər qiymətli metallar ehtiyatı olduğunu söyləyirlər. Hindistanın Ehtiyat bankında isə cəmi 560 ton qızıl var.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hakimiyyət öz qarşısına 2032-ci ilə kimi ölkə iqtisadiyyatını 10 trilyon ABŞ dollarına (Çinin hazırkı səviyyəsi) çatdırılması kimi nəhəng bir plan qoyub.

Beləliklə, Hindistan dünyada ən sürətli iqtisadi artıma malik ölkələrindən biridir. Hakimiyyət öz qarşısına 2032-ci ilə kimi ölkə iqtisadiyyatını 10 trilyon ABŞ dollarına (Çinin hazırkı səviyyəsi) çatdırılması kimi nəhəng bir plan qoyub. Cari ildə bu göstərici 2,2 trilyon təşkil edir. Bu rəqəm heç də fantastik hesab oluna bilməz, çünki son 16 il ərzində Hindistan iqtisadiyyatı 4,6 dəfə artıb. Ekspertlər inkişaf tempinə görə Hindistanın Çini ötüb keçə biləcəyinə inanırlar.

Dünya iqtisadi forumu son ildə rəqabət qabiliyyətinin yüksəliş tempinə görə Hindistanın bütün ölkələri geridə qoyduğunu açıqlayıb.

2016-2017-ci illər ərzində Hindistan bu göstəriciyə görə 138 ölkə sırasında 39-cu yerə yüksəlib. Halbuki bir il bundan əvvəl o, yalnız 55-ci yeri tuturdu.

Həmçinin bax: Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (1-ci hissə)

Hindistanda internetdən istifadə edənlərin sayı bütün ABŞ əhalisinin sayından çoxdur.

Bu ölkədə 2015-ci ildə internetdən istifadə edənlərin sayı 350 milyonu ötüb. Ölkə əhalisinin 60 faizi şəbəkəyə qoşulmaq üçün mobil cihazlardan istifadə edir. Maraqlıdır ki, internet istifadəçilərinin sayının 10 milyondan 100 milyona çatması üçün 10 il vaxt lazım gəlibsə, 100 milyondan 200 milyona yüksəlməsi üçün üç il, 300 milyona çatması üçün isə cəmi bir il zaman gərək olub.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xaricdən rüsumsuz mal gətirilməsi üçün mövcud olan 1000 dollarlıq limit daha da azaldılacaq

posted in: Xəbər | 0

rüsumsuz malAzərbaycana xaricdən rüsumsuz mal gətirilməsi ilə bağlı qanunvericilikdə mövcud olan 1000 dollarlıq limitə yenidən baxılacaq. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehtiyab bildirib.

Xatırladaq ki, adı çəkilən limitə görə, istənilən vətəndaş xaricdən ümumi məbləği 1000 dollardan artıq olmayan əşyaları şəxsi istifadə üçün pulsuz gətirə bilərdi. İndi isə komitə sədri bildirib ki, bu məbləğə yenidən baxılacaq və o azaldılacaq.

Komitə sədrinin sözlərinə görə, bu addımın səbəbi xaricdən intenet vasitəsilə alınıb gətirilən malların, xüsusilə də mobil telefonların  vergidən kütləvi şəkildə yayınmasıdır. O bildirib ki, bu malların şəxsi istifadə üçün alındığı göstərilsə də, əslində onlar ölkəyə satılmaq üçün gətirilir: «Elektron ticarətə nəzarətlə bağlı, o cümlədən gömrük yığımları ilə bağlı vəziyyəti daha da təkmilləşdirmək üçün ciddi addımlar atmaq niyyətindəyik»-deyə komitə sədri bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, son vaxtlar KİV-lərdə, xüsusilə də sosial şəbəkələrdə komitənin elektron ticarətə mane olması, şəxsi istifadə üçün alınan malların vergiyə cəlb edilməsi barədə məlumatlar yayılır. Komitə sədri bildirib ki, elektron ticarətlə məşğul olan vətəndaş və sahibkarlar idxal etdikləri və xaricdən alıb gətirdikləri malları ölkəyə gətirməzdən əvvəl gömrük orqanlarına elektron şəkildə bəyan etməlidirlər: «Bu zaman risklərin idarə edilməsi baxımından məsələ araşdırılır və bundan sonra məlum olur ki, bunlar vergiyə düşür, yəni onlardan vergi tutulmalıdır, ya yox».

Komitə sədri bildirib ki, xaricdən şəxsi istifadə adı ilə telefon alıb gətirənlər büdcəyə böyük zərər vururlar: «Elekton ticarət adı altında bəzi qanunsuz işlərlə məşğul olan qaçaqmalçılıq halları aşkarlayırıq. Xüsusilə də mobil telefonların idxalında görürük ki, bu həddən artıq artıb. Poçt göndərişləri vasitəsilə ölkəyə ayda 28 min, 30 min, 48 minə qədər telefon gətirilir».

S.Mehdiyevin sözlərinə görə, hesablamalar göstərir ki, təkcə telefonlara görə, il ərzində təqribən 200 milyon manat həcmində vergi  və rüsumlardan yayınma baş verir: «Bu yayınma sırf mobil telefonların respublikaya «şəxsi istifadə» poçt göndərişləri vasitəsilə gətirilməsindən baş verir».

Cavabında Gömrük Komitəsi ölkəyə rüsumsuz mal gətirilməsi üçün 1000 dollarlıq limiti azaltmağı təklif edib: «Biz bununla bağlı ciddi danışıqlar aparırıq və Nazirlər Kabinetinin qərarı ilə tənzimlənən bu maddəyə, yəni rüsumsuz gətirilən poçt göndərişlərinin 1000 dollaradək olan məbləğinə yenidən baxılmasını təklif etmişik. Hesab edirəm ki, bu məsəyə aydınlıq gətirildikdən sonra dövlətə və büdcəyə çatacaq vəsaitlərin sui-istifadəsinin qarşısı alınacaq.

Necə gətirilməsindən və marşrutundan asılı olmayaq istəniən formada gətirilən mallara görə, dövlətə çatacaq vergi və rüsumlar ödənilməlidir. Cəmiyyətimiz və iş adamları bunu bilməlidir».

Mənbə: fed.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.