Bərbərlər nə qədər vergi ödəməlidirlər?

posted in: Xəbər | 0

Mövzunu “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Muzdlu işçi olmadan fərdi qaydada bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. Qanunvericiliyə əsasən, həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar.

Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər üçün aylıq 15 manat məbləğində sadələşdirilmiş vergi məbləği müəyyən edilib. Məcəllənin 220.11-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği, fəaliyyət göstərilən yerdən asılı olaraq, aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2;
  • Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
  • Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində -1,0;
  • Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5.

Bununla belə, ödənilməli məcburi dövlət sosial sığorta haqqının hesablanması üçün minimum aylıq əməkhaqqının (yəni, 400 manat) 3 faizi miqdarında aylıq məcburi dövlət sosial sığorta haqqının məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
  • Digər şəhər və rayonlarda – 1,0.

İcbari tibbi sığortaya gəldik də isə ölkənin bütün şəhər, rayon və kəndlərində minimum aylıq əməkhaqqının 4%-i miqdarında ödəniş həyata keçirilməlidir.

Misal

Bakı şəhərində fəaliyyət göstərən bərbər aşağıdakı qaydada ödənişləri həyata keçirərək sabit qəbz əldə edə bilər:

Sadələşdirilmiş vergi: 15 x 2 = 30 manat;

MDSS: (400 x 3%) x 2 = 24 manat;İcbari tibbi sığorta haqqı: 400 x 4% = 16 manat;

Cəmi: 30 + 24 + 16 = 70 manat.

Bununla yanaşı, bərbər fəaliyyəti göstərmək üçün obyektin fiziki şəxsdən icarəyə götürüldüyü halda, Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına uyğun olaraq, icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və vergi orqanına bəyan edilir. Məsələn, əgər həmin şəxs aylıq 500 manata icarəyə obyekt götürüb fəaliyyət göstərirsə, 70 manat ödəmə mənbəyində vergi ödəməlidir:
500 x 14% = 70 manat.

Yuxarıda qeyd olunan ödənişlər həyata keçirilmədiyi halda, sabit qəbz almadan fəaliyyət göstərən bərbərə Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən hesablanan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 40 faizi miqdarında;
  • təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə isə 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, obyekt qeydiyyata alınmadığı halda Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bərbər nəzarət-kassa aparatı olmadan fəaliyyət göstərə bilər.

Nağdsız ödənişlər üçün POS-terminaldan istifadəyə gəldikdə, bununla bağlı qanunvericilikdə dəqiq tələb qoyulmayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar üçün obyektlərin müəyyənləşdirilməsi meyarları”nın müəyyən edilməsi haqqında” Qərarına əsasən, rüb üzrə orta aylıq subyekt dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfatlarına (obyektlərinə) POS-terminal quraşdırılmalıdır. Bərbərlər dövriyyəyə görə vergi ödəmədiyi üçün onun rüblük dövriyyəsini hesablamaq və sübut etmək çətindir.
Mənbə: vergiler.az

751-ci “Maliyyə xərcləri” hesabı üzrə müxabirləşmə nümunələri

Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır

posted in: Xəbər | 0

Umico.az-da Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star kartları ilə edilən ödənişlər müştərilər üçün daha sərfəli oldu. Belə ki, Birbank kartları ilə Umico.az-da birdəfəlik ödəniş edən hər kəs indi bütün alış-verişlərində bol-bol keşbek və ya bonus qazanır.

Bunun üçün Birbank mobil tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” adlı kateqoriyanı seçmək kifayətdir. Yalnız birdəfəlik ödənişlərə şamil edilən bu yeniliklə müştərilər hər alış-verişdən 10% və ya 15% bonus qazana biləcəklər. Faizlər müştərilərə fərdi olaraq təyin olunur və bonuslar seçilən kateqoriyanın tələbinə uyğun, keşbek və ya Umico bonusu olaraq hesablanır.

Ətraflı məlumat üçün link: http://www.kbl.az/umctg

Birbank tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” bonus kateqoriyasını seçənlər, mart ayı ərzində bayram bazarlıqlarını və ya hədiyyə alış-verişlərini  Birbank kartları ilə Umico.az-dan edərək bonuslar toplayırlar. Toplanan bonusları Umico.az-da alış-verişə, geniş tərəfdaş şəbəkəsində və ya Birbank və m10 tətbiqlərində kommunal, mobil və digər ödənişlər üçün istifadə etmək mümkündür. Balansdakı  bonusları partnyorlarımızda alış-verişlərə də xərcləmək olar.

Səyyar vergi yoxlamaları zamanı qüvvədən düşmüş qərara istinad mümkündürmü?

PMS imtahanları: ACCA-da tanınma, elektron format, rəqəmlər

posted in: Xəbər | 0

Növbəti peşəkar mühasib sertifikatı (PMS) imtahanlarının elektron formada keçirilməsi gündəmdədir. Bu barədə Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla “Vergi və Mühasibatlıq Zirvəsi 2025”-in panel müzakirələrində açıqlama verib: “Biz elektron imtahan formasını hazırlamışıq və yaxın vaxtlarda ictimaiyyətə təqdim etməyi planlaşdırırıq. Ondan öncə isə ACCA ( İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) ilə əməkdaşlığımız çərçivəsində onlarla yeni memorandum üzərində işləyirik. PMS-in ACCA tərəfindən F7 və F6 səviyyəsində tanınması istiqamətində bir çox məsələlər artıq razılaşdırılıb. Yaxınlarda bununla bağlı ACCA rəsmiləri ilə memorandumun imzalanması gözlənilir”.

F.Abdulla bildirib ki, PMS sertifikatı alan şəxs ACCA-ya üzv olduqdan sonra həmin sertifikat F7 səviyyəsində tanınacaq. Bu halda onun növbəti 5 ildə PMS sertifikatı imtahanında iştirakına ehtiyac qalmayacaq. Eyni halın vergi tərəfi, yəni F6 səviyyəsində də reallaşması gözlənilir: “Cünki ACCA-nın F7 və ya F6 səviyyəsində sertitikatları PMS imtahanının müvafiq mərhələləri üzrə imtahandan azad edir. Bir məsələni qeyd edək ki, bu cür azadolmalar ixtisaslı mühasiblər, yəni maliyyə və ya iqtisadiyyat üzrə təhsili olan şəxslər üçün nəzərdə tutulur. Digər ixtisasa malik PMS sertifikatı olan şəxslər ACCA F3 modulunda imtahan verməli olacaqlar. F3 sertifikatını aldıqdan sonra onlara da eyni hüquq veriləcək. F3 səviyyəsində olan imtahanlara universitet tələbələrinin də buraxılması nəzərə tutulub. Bunun faydası daha çox Azərbaycan dilində təhsil alan gənclərə toxunacaq. Onlar ana dilində F3 imtahanı verməklə əmək bazarına daxil olmalarını asanlaşdıracaqlar”.

Mühasiblər niyə imtahan edilir?

DİM təmsilçisi müəssisə və təşkilatların əksəriyyətində mühasibat uçotunun səviyyəsinin qənaətbəxş olmadığını qeyd edib. Bunun əsas səbəblərini maliyyə savadlılığının və insan resurslarını idarəetmə sisteminin lazımi keyfiyyətdə olmaması və bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac duyulduğu ilə əlaqələndirib: “Maliyyə savadlılığının artırılması istiqamətində PMS-in əldə edilməsi üçün keçirilən imtahanlar olduqca əhəmiyyətlidir. İmtahanlar vasitəsilə mühasiblər hansı mövzular üzrə özlərini təkmilləşdirməli olduqlarını müəyyən edir, nəticədə mövcud biliklərini nüfuzlu sertifikatla sübut etmiş olurlar. Bu baxımdan, PMS imtahanları zəruridir”.

Peşəkarlığın ölçülməsinin yolu və effekti

İmtahanların effektivliyinə gəlincə, F.Abdulla bildirib ki, imtahan suallarının lazımi keyfiyyətə çatdırılması üçün bəzi tələblər var: “Bu istiqamətdə hər il təkmilləşdirmə işləri aparırıq. İmtahan suallarının sayına və əhatə etdiyi mövzulara yenidən baxılmasına ehtiyac var. İmtahan suallarının azaldılması ilə bağlı ekspertlərlə birgə təkliflər də hazırlamışıq”.

Paneldə iştirak edən “Good Finance” şirkətinin vergi məsləhətçisi Teymur Əşrəf də PMS imtahanlarının əhəmiyyəti barədə sualları cavablandırıb. Bildirib ki, sertifikatın tətbiqindən sonra Azərbaycan dilində bu sahəyə aid dəyərli ədəbiyyat dərc olunub, eləcə də maliyyə sektoruna canlanma gəlib. Peşəkarlığın bilik, bacarıq, təcrübə, idarəetmə və yanaşmadan asılı olduğunu deyən T.Əşrəf PMS imtahanlarında reallığa uyğun datalar əsasında bəyannamə tərtib edilməsini, uyğunsuzluq məktublarının cavablandırılması kimi tələblərin olmasını təklif edib.

Mənbə: vergiler.az

Xarici ölkə vətəndaşları da ƏDV-ni geri alacaq – nələr dəyişdi?

Rezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

posted in: Xəbər | 0

Yerli rezident olan şirkət kənar işçilərə, məsələn, partnyorlara, başqa ölkələrdə yerləşən nümayəndəlik ofislərinin işçilərinə və s. görə ödənişlər edir. Bu halda, təyyarə biletləri, yemək və buna oxşar digər xərclərin gəlirdən çıxılmasına yol verilən və verilməyən qaydalar necə tənzimlənir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən, Məcəllənin X fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub. Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilib.

Qaydanın 2.1-ci bəndinə əsasən, işçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qaydaya əsasən, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilən nümayəndəlik xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi üçün həmin xərclər nağdsız qaydada çəkilməli, əsaslandırılmalı və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilməlidir.

Eyni zamanda, işəgötürən tərəfindən ezamiyyətə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin ezamiyyə qaydaları” ilə tənzimlənir. Həmin qaydalara əsasən, nəqliyyat xərclərinə – ezamolunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilmiş sənədlər əsasında ödənilir.

Yuxarıda qeyd olunan hallara əsasən, şirkət tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı xarici ölkələrə ezamiyyələr zamanı Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmiş norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin ezamolunma yerinə getmək və qayıtmaq xərclərini təsdiq edən sənədlər əsasında işçiyə ödənilən nəqliyyat xərcləri gəlirdən çıxılan xərclərə aid edilir.

Əlavə olaraq ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilib.

Əlavə olaraq bildirilib ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilə bilər.

Mənbə: vergiler.az

Xarici ölkə vətəndaşları da ƏDV-ni geri alacaq – nələr dəyişdi?

1 223 224 225 226 227 228 229 2. 692