Read More9
Read More9

ƏDV depozit hesabı ilə bağlı qaydalarda dəyişikliklər edilib

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin 24 fevral 2025-ci il tarixli qərarı ilə “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilib.

ƏDV depozit hesabının rekvizitlərinin göstərilməsi barədə tələblər

Dəyişikliyə əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, həmçinin kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı alıcıya təqdim olunan qəbzdə, çekdə ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi aradan qaldırılıb.
Qeyd edək ki, ƏDV depozit hesabının rekvizitləri Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az internet saytında yerləşdirilib. Dəyişikliklərin əsas səbəbi elektron qaimə-fakturanı əldə edən tərəflər arasında ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərinin olması, bəzən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən əməliyyatların müəyyən hissəsinin əməliyyatrın xarakterindən asılı olaraq ƏDV-yə cəlb edilməməsi və bu səbəbdən ƏDV ödəmək öhdəliyi yaranmaması zamanı yaranan çaşqınlıqların aradan qaldırılmasıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, Qaydaların 2.1-ci bəndinin yarımbəndlərində qeyd olunduğu kimi, ƏDV-yə cəlb olunan (18%) əməliyyatlar üzrə, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün hesablanan vergi məbləğinin ƏDV-nin depozit hesabına köçürməsi ilə bağlı tələblər qüvvədədir.

ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair məlumatların xəzinədarlığa təqdim edilməsi vaxtının dəyişdirilməsi

Müvafiq qaydalarda edilmiş digər mühüm dəyişiklik vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, vergi ödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-dək müəyyənləşdirilib. Dəyişiklikdən əvvəl yalnız 11.30 dək olan ödənişlərin həmin gün DXA-ya təqdim olunması nəzərdə tutulurdu.

Müvafiq dəyişiklik vergi ödəyicilərinin müraciətləri əsasında həyata keçirilib. Qeyd edək ki, bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Nəticədə, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektlərinin və biznesin maraqlarına xidmət edən bu dəyişiklik nəticəsində vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.

Mənbə: vergiler.az

731-ci “Sair əməliyyat xərcləri” hesabı üzrə uçot

Xırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri

posted in: Xəbər | 0

Gəncədə piştaxtada geyim mallarının satışını həyata keçirirəm. VÖEN almışam. Bu halda hansı növ vergi ödəməliyəm və mənə vergi güzəşti şamil edilirmi? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır. Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda isə əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq olunmur.

Xatırladaq ki, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. Bununla yanaşı, “Tibbi sığorta haqqında” Qanunun müddəalarına əsasən, fərdi sahibkar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq vergi ödəyicilərinin etməli olduqları hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta” qanunlar

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika qeydə alınıb

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika qeydə alınıb

posted in: Xəbər | 0

Bu ilin yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin dekabr ayına nəzərən 67 min ədəd artaraq 19,96 milyonu ötüb.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 18,1 faiz, kredit kartları üzrə 0,3 faiz təşkil edib.

Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.

2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,052 milyon manatı POS-terminallar, 3,1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68,5 faizini təşkil edib.

Mənbə: vergiler.az

Şirkətə seçilən adın problem yaratmaması üçün nəzərə alınmalı məqamlar

Hansı hallarda işəgötürən və işçi arasında yazışmalar ƏMAS vasitəsilə həyata keçirilə bilər?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 10-a yaxın maddəsinə ərizə və ya xəbərdarlıq formaları ilə baglı “kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə” sözləri əlavə edilib. Dəyişikliklərə qədər işəgötürən və işçi arasında yazışmalar kağız daşıyıcıda aparılsa da, son dəyişikliklərdən sonra bu prosesin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi mümkün olub. Bunun üçün ƏMAS altsistemində “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsi yaradılıb. Həm işçi, həm də işəgötürən tərəfindən məlumatların elektron formada yazışmaları həmin bölmə vasitəsilə baş tutacaq.

Qeyd edək ki, işçi və ya işəgötürənin kağız daşıyıcıda müraciət etməsi də mümkündür. Bu halda da kağız daşıyıcıda həyata keçirilən müraciətlərin hüquqi qüvvəsi olacaq. Çünki Əmək Məcəlləsinin müvafiq maddələrində edilən dəyişikliklərdə “kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə” ifadəsi yer alıb.

Bəs yazışmalar hansı hallarda kağız daşıyıcıda və ya ƏMAS vasitəsilə həyata keçirilə bilər? Əmək Məcəlləsində işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda xəbərdarlığın (maddə 77) və intizam tənbehinin veriməsinin (maddə 186) elektron daşıyıcıda təqdim olunması ilə bağlı hər hansı dəyişiklik aparılmayıb.

Əmək Məcəlləsində edilmiş son dəyişikliklər nəticəsində yazışmaların kağız və ya elektron daşıyıcıda aparılmasını nəzərdə tutan maddələrlə bağlı cədvəli təqdim edirik:

N Əmәk Mәcәllәsinin müvafiq maddәsi Müddәt Mәlumatın forması
1 Sınaq müddәti zamanı xitamın rәsmilәşdirilmәsi (Maddә 53) 3 gün әvvәl Xәbәrdarlıq
2 Əmәk şәraitinin şәrtlәrinin dәyişdirilmәsi (Maddә 56) Azı 1 ay әvvәl Xәbәrdarlıq
3 Əmәk müqavilәsinә işçi tәrәfindәn xitam verilmәsi (Maddә 69.1) Azı 1 ay әvvәl Ərizә
4 İşçi tәrәfindәn sәbәb göstәrmәklә әmәk müqavilәsinә xitam verilməsi

(Maddә 69.3)

Müddәt müәyyәnlәş mәyib Ərizә
5 İşçi vəzifəsindən azad olunduqda işәgötürәn tәrәfindәn hәmin vәzifәyә

(peşәyә) yeni işçinin götürülmәsi barәdә (Maddә 69.4)

Müddәt müәyyәnlәş mәyib Xәbәrdarlıq
6 İşçinin öz әrizәsini etibarsız etmәsi haqqında (Maddә 69.6) Mәzuniyyәt müddәti bitәnәdәk Ərizә
7 Müddәtli әmәk müqavilәsi bitdiyi zaman uzadılmama haqqında (hәm işәgötürәn, hәm işçi tәrәfindәn) (Maddә 73) Müddәtli әmәk müqavilәsinin müddәtinin

bitmәsinә azı bir hәftә qalmış

Xәbәrdarlıq
8 İşlərin vә ya göstәrilәn xidmәtlәrin hәcminin azalması ilә әlaqәdar

müәyyәn dövr keçdikdәn sonra işçi ilә yenidәn әmәk müqavilәsi bağlanacağı şәrti üzrә öhdәlik (Maddә 75)

Müddәt müәyyәn edilmәyib Öhdәlik
9 Bütün növ mәzuniyyәtlәrin verilmәsi üçün işçinin müraciәti (Maddә 138) Müddәt müәyyәn edilmәyib Ərizә

Mənbə: vergiler.az

Dövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri

1 226 227 228 229 230 231 232 2. 692
error: Content is protected !!