Hindistan iqtisadiyyatı ilə bağlı 5 maraqlı fakt

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

iqtisadiyyatAzərbaycanlılar üçün Hindistan ekzotik ölkələrdən biri olub, daha çox Bollivudun istehsal etdiyi hind filmləri ilə məşhurdur. Əhalisinin sayına görə dünyada ikinci sırada qərarlaşan Hindistan, qloballaşma prosesinə baxmayaraq, bir çox parametrlərə görə hələ də əcnəbilərdən ötrü sirlər ölkəsi olaraq qalmaqdadır.

“Citygroup”un qiymətləndirmələrinə görə hindistanlıların xüsusi mülkiyyətində 15 min ton qızıl var.

Bu isə ABŞ, İsveçrə və Almaniyanın birlikdə malik olduqları qızıl ehtiyatından da çoxdur və dünya qızıl ehtiyatlarının 11 faizini təşkil edir. Bəzi ekspertlər hind məbədlərində bir bu qədər də qızıl və digər qiymətli metallar ehtiyatı olduğunu söyləyirlər. Hindistanın Ehtiyat bankında isə cəmi 560 ton qızıl var.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hakimiyyət öz qarşısına 2032-ci ilə kimi ölkə iqtisadiyyatını 10 trilyon ABŞ dollarına (Çinin hazırkı səviyyəsi) çatdırılması kimi nəhəng bir plan qoyub.

Beləliklə, Hindistan dünyada ən sürətli iqtisadi artıma malik ölkələrindən biridir. Hakimiyyət öz qarşısına 2032-ci ilə kimi ölkə iqtisadiyyatını 10 trilyon ABŞ dollarına (Çinin hazırkı səviyyəsi) çatdırılması kimi nəhəng bir plan qoyub. Cari ildə bu göstərici 2,2 trilyon təşkil edir. Bu rəqəm heç də fantastik hesab oluna bilməz, çünki son 16 il ərzində Hindistan iqtisadiyyatı 4,6 dəfə artıb. Ekspertlər inkişaf tempinə görə Hindistanın Çini ötüb keçə biləcəyinə inanırlar.

Dünya iqtisadi forumu son ildə rəqabət qabiliyyətinin yüksəliş tempinə görə Hindistanın bütün ölkələri geridə qoyduğunu açıqlayıb.

2016-2017-ci illər ərzində Hindistan bu göstəriciyə görə 138 ölkə sırasında 39-cu yerə yüksəlib. Halbuki bir il bundan əvvəl o, yalnız 55-ci yeri tuturdu.

Həmçinin bax: Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (1-ci hissə)

Hindistanda internetdən istifadə edənlərin sayı bütün ABŞ əhalisinin sayından çoxdur.

Bu ölkədə 2015-ci ildə internetdən istifadə edənlərin sayı 350 milyonu ötüb. Ölkə əhalisinin 60 faizi şəbəkəyə qoşulmaq üçün mobil cihazlardan istifadə edir. Maraqlıdır ki, internet istifadəçilərinin sayının 10 milyondan 100 milyona çatması üçün 10 il vaxt lazım gəlibsə, 100 milyondan 200 milyona yüksəlməsi üçün üç il, 300 milyona çatması üçün isə cəmi bir il zaman gərək olub.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xaricdən rüsumsuz mal gətirilməsi üçün mövcud olan 1000 dollarlıq limit daha da azaldılacaq

posted in: Xəbər | 0

rüsumsuz malAzərbaycana xaricdən rüsumsuz mal gətirilməsi ilə bağlı qanunvericilikdə mövcud olan 1000 dollarlıq limitə yenidən baxılacaq. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehtiyab bildirib.

Xatırladaq ki, adı çəkilən limitə görə, istənilən vətəndaş xaricdən ümumi məbləği 1000 dollardan artıq olmayan əşyaları şəxsi istifadə üçün pulsuz gətirə bilərdi. İndi isə komitə sədri bildirib ki, bu məbləğə yenidən baxılacaq və o azaldılacaq.

Komitə sədrinin sözlərinə görə, bu addımın səbəbi xaricdən intenet vasitəsilə alınıb gətirilən malların, xüsusilə də mobil telefonların  vergidən kütləvi şəkildə yayınmasıdır. O bildirib ki, bu malların şəxsi istifadə üçün alındığı göstərilsə də, əslində onlar ölkəyə satılmaq üçün gətirilir: «Elektron ticarətə nəzarətlə bağlı, o cümlədən gömrük yığımları ilə bağlı vəziyyəti daha da təkmilləşdirmək üçün ciddi addımlar atmaq niyyətindəyik»-deyə komitə sədri bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, son vaxtlar KİV-lərdə, xüsusilə də sosial şəbəkələrdə komitənin elektron ticarətə mane olması, şəxsi istifadə üçün alınan malların vergiyə cəlb edilməsi barədə məlumatlar yayılır. Komitə sədri bildirib ki, elektron ticarətlə məşğul olan vətəndaş və sahibkarlar idxal etdikləri və xaricdən alıb gətirdikləri malları ölkəyə gətirməzdən əvvəl gömrük orqanlarına elektron şəkildə bəyan etməlidirlər: «Bu zaman risklərin idarə edilməsi baxımından məsələ araşdırılır və bundan sonra məlum olur ki, bunlar vergiyə düşür, yəni onlardan vergi tutulmalıdır, ya yox».

Komitə sədri bildirib ki, xaricdən şəxsi istifadə adı ilə telefon alıb gətirənlər büdcəyə böyük zərər vururlar: «Elekton ticarət adı altında bəzi qanunsuz işlərlə məşğul olan qaçaqmalçılıq halları aşkarlayırıq. Xüsusilə də mobil telefonların idxalında görürük ki, bu həddən artıq artıb. Poçt göndərişləri vasitəsilə ölkəyə ayda 28 min, 30 min, 48 minə qədər telefon gətirilir».

S.Mehdiyevin sözlərinə görə, hesablamalar göstərir ki, təkcə telefonlara görə, il ərzində təqribən 200 milyon manat həcmində vergi  və rüsumlardan yayınma baş verir: «Bu yayınma sırf mobil telefonların respublikaya «şəxsi istifadə» poçt göndərişləri vasitəsilə gətirilməsindən baş verir».

Cavabında Gömrük Komitəsi ölkəyə rüsumsuz mal gətirilməsi üçün 1000 dollarlıq limiti azaltmağı təklif edib: «Biz bununla bağlı ciddi danışıqlar aparırıq və Nazirlər Kabinetinin qərarı ilə tənzimlənən bu maddəyə, yəni rüsumsuz gətirilən poçt göndərişlərinin 1000 dollaradək olan məbləğinə yenidən baxılmasını təklif etmişik. Hesab edirəm ki, bu məsəyə aydınlıq gətirildikdən sonra dövlətə və büdcəyə çatacaq vəsaitlərin sui-istifadəsinin qarşısı alınacaq.

Necə gətirilməsindən və marşrutundan asılı olmayaq istəniən formada gətirilən mallara görə, dövlətə çatacaq vergi və rüsumlar ödənilməlidir. Cəmiyyətimiz və iş adamları bunu bilməlidir».

Mənbə: fed.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibin xidməti nə üçün faydalıdır?

posted in: muhasibat, Xəbər | 0

MühasibNiyə mühasibin xidməti faydalıdır və o özündə nəyi birləşdirir?

Outsourcing – bu şübhəsiz ki, kiçik biznesin gələcəyidir. Bunun avtonom rejimdə və ya internetdə aparılmasından asılı olmayaraq, autsorsinq pullara qənaət olunmasının tayı-bərabəri olmayan metoddur. Buna baxmayaraq, mühasibat uçotu autsorsinqin universal istiqaməti olaraq qalır, çünki mövcud olan hər bir biznesdə mühasibatlıq var. Bütün bu işləri daha da sadələşdirməkdən ötrü indi hər bir iri, orta və ya kiçik biznes üçün mühasibat onlayn xidməti əlçatandır. Mümkündür ki, siz artıq belə bir sual ünvanlayırsınız, bu biznes-mühasiblər öz xidmətlərini necə təklif edirlər. Hazırkı dövrdə internet texnologiyaları o dərəcədə inkişaf edib ki, təhlükəsiz serverlər mövcuddur, hansı ki, sizin məlumatlarınız dələduzlara və digər internet cinayətkarlarına ötürülə bilməz. Bu mühasibat online xidmətləri həm dövlət, həm də şəxsi şirkətlər tərəfindən təqdim olunur, hansı ki, tez və dəqiq nəticələr əldə etmək istəyirlər.

Həmçinin bax: Kompleks mühasibat xidmətinin 4 başlıca üstünlüyü

Adətən bu xidmətləri böyük səlahiyyətli və sertifikatlaşdırılmış mühasiblər qrupu tərəfindən kənar ofisdən təklif olunur. Nəticədə siz mühasibat uçotu üzrə müxtəlif ekspertlər qrupu tapa bilərsiniz. Onlardan bəziləri dövlətə məxsus və şəxsi şirkətlərdə mühasibat uçotu üzrə öhdəlikləri yerinə yetirən diplomlu mühasiblərdir. Digərləri – idarə mühasibləridir, hansı ki, adətən şirkətlər tərəfindən qazanılan və xərclənən məbləğləri izləyirlər. Daxili auditorlar da özlüyündə mütəxəssislərin xüsusi qrupunu təmsil edirlər, hansı ki, həmkar-mühasiblərin qeydlərini yoxlayırlar. Onların rolu sizin kitablarda mümkün saxtakarlıq və ya biznes məbləğlərinin qeyri-qanuni mənimsənilməsi hallarının dəqiq şəkildə yoxlanılması ilə əlaqəlidir. Online-mühasibatlıq xidmətlərinin köməyilə siz həm də öz işlərinizi səlahiyyətli və diplomlu təcrübəli mühasiblər tərəfindən yerinə yetirə bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qısası, internetdə bütün tipdən olan mühasiblər var, hansılar ki, onlar sizin vergi bəyannamənizi, kredit borcunuzu, debitor borcunuzu, audit və digər işləri yerinə yetirə bilərlər. Ola bilsin ki, buna yanaşmada ehtiyatlı olmanızın başlıca səbəbi indiyə kimi online-mühasibatlıqdan istifadə etməməyinizlə əlaqəlidir. Bu isə biznesinizlə bağlı məlumatların başqa adamların əlinə keçməsi qorxusundan qaynaqlanan bir yanaşmadır. Bu, bir çox kiçik biznes sahiblərini də çox narahat edir. Buna baxmayaraq, etibarlı online-mühasibat xidmətləri elə adamlar tərəfindən təklif edilir ki, onlar istelakçıların məxfiliyini qoruyub saxlamağı qiymətləndirirlər. Sevimli podratçınızdan işi qəbul etməzdən əvvəl İnternetdə məxfilik məsələsinə necə önəm verdiyini öyrənmək vacibdir. Təklif edilən online-mühasibat xidmətləri sistemi çox sadədir. Sifarişçiyə öz kitablarının iki kopyasını təqdim etmək təklif olunur. Beləliklə, xidmət təminatçınız biznesinizin günlük əməliyyatlarını müxtəlif mənbələrdəki sənədlərdə qeyd etmək üçün mühasibinizin olduğunu düşünür.

Sənədlərin kopyalarını faksla birbaşa podratçının faks nömrəsinə göndərmək olar. Onları eləcə də skan etmək yolu ilə elektron poçta və ya müdafiə olunan veb-server vasitəsilə göndərmək olar. Bəzi onlayn mühasibat xidməti provayderləri istifadə etdiyiniz veb-server mühasibat proqramının istifadəçi adını və şifrəsini verir. Bundan ötrü siz sadəcə sistemə daxil olursunuz və yalnız müxtəlif maliyyə hesabatları yaratmaq üçün istifadə ediləcək orijinal sənədləri ora yükləyirsiniz. İstifadə etdiyiniz onlayn-mühasibat xidməti təchizatçının sistemini başa düşmək üçün, onunla müqavilə imzalana qədər tanış olmanız məsləhətdir. Belədə siz müxtəlif şirkətlər tərəfindən irəli sürülən tarifləri də öyrənmiş olacaqsınız. Bəzi şirkətlər saat hesabı, bəziləri fiksasiya olunmuş tariflər təklif edirlər. Aldadılmamaq üçün siz müxtəlif autsorsinq onlayn-mühasibat şirkətlərinin qiymətlərini bir-birilə müqayisə etməlisiniz.

Həmçinin oxuyun: Mühasibat “Outsourcing”inin müsbət və mənfi cəhətləri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması

posted in: Vergi, Xəbər | 0

satıcıXidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri

– AR Prezidentinin 12.07.2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”

– VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 1617050000008600 nömrəli Qərarı

– Vergilər nazirinin 18.07.2016-cı il tarixli 1617040101056100 nömrəli əmri

Həmçinin bax: ƏDV məqsədləri üçün online qeydiyyat

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),    Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi,  RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri  müqavilənin bağlanması,stikerlə təchiz edilməsi, proqram təminatının quraşdırılması: vergi öhdəliklərinin icrasına nəzarət strukturları (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

– ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları

İcra müddəti:

– qeydiyyat: 5 iş günü

– müqavilənin bağlanması: qeydiyyata alındıqdan sonra

-stikerlə və proqram təminatı ilə təchiz edilməsi: müqavilə bağlandıqdan sonra 10 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi                                                                                               qeydiyyata alınması haqqında arayış”

– “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”

Elektronlaşdırma səviyyəsi: qismən elektronlaşıb

Mənbə: taxes.gov.az

Həmçinin bax: Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.