731-ci “Sair əməliyyat xərcləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

731-ci  “Sair əməliyyat xərcləri” hesabı

Sair əməliyyat xərcləri Hesablar Planının 7-ci “Xərclər”  bölməsinin 73-cü maddəsinə  aid olan 731-ci “Sair əməliyyat xərcləri” hesabı üzrə uçota alınır. Hesab üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında aparılır. Qaydaların 55.1. bəndinə əsasən bu hesabda “mühasibat uçotu subyektinin torpaq, tikili, avadanlıqlarının və digər uzunmüddətli aktivlərinin satışından xərclər, yenidən qiymətləndirilmədən xərclər, qiymətdən düşmə üzrə xərclər, cərimələr və digər oxşar ödənişlər, keçmiş illər üzrə xərclər, şübhəli və ümidsiz borclar üzrə xərclər, aktivlərin dəyərinin azalması üzrə düzəlişlər, məzənnə xərcləri və əvəzsiz olaraq verilmiş aktivlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir.”

Xərc hesabı olan 731 №-li “Sair əməliyyat xərcləri” üzrə aşağıdakı subhesablar açıla bilər (Qaydalar/55.2):

Hesablar planının 7-ci xərclər bölməsinin 73-cü maddəsinə aid olan 731-ci “Sair əməliyyat xərcləri” hesabı üzrə bir neçə subhesab açıla bilər

Qeyri-maddi aktivlər satıldıqda sair əməliyyat xərclərinin uçotu

“A” MMC 8600 AZN dəyərində proqram təminatını istifadə etdikdən sonra qalıq dəyərilə “D” MMC-ə satmışdır. Yığılmış amortizasiya məbləği 860 manat olmuşdur. Proqram təminatının satış qiyməti 8200 AZN təyin edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qeyri-maddi aktiv satıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 8600.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 860.00
3 Qeyri-maddi aktiv mənfəətlə satıldıqda 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 8200.00
4 Gəlir kimi tanınan Qeyri-maddi aktiv Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 8200.00
5 Qeyri-maddi aktivin qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 7740.00

QMA-in əvəzsiz verildikdə sair əməliyyat xərcləri ilə bağlı müxabirləşmələr

“A” MMC qalıq dəyəri 1500 AZN olan qeyri-madi aktivi “D” MMC-ə əvəzsiz olaraq, yəni qarşılığında hər hansı ödəniş almadan təqdim etmişdir. Yığılmış amortizasiya məbləği 250 AZN olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv müəssisənin balansından çıxarıldıqda 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 1500.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 250.00
3 Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv zərərə aid edildikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 1250.00

Qeyri-maddi aktivlər yenidən qiymətləndirildikdə mühasibat yazılışları

Müəssisə balansında olan qeyri-maddi aktivini yenidən qiymətləndirmək qərarına gəlmişdir. Qeyri-maddi aktivin balans dəyəri 2000 manat, 2 illik yığılmış amortizasiya məbləği 200 manat təşkil edirdi. Lakin yenidən qiymətləndirmə aparıldıqdan sonra qeyri-maddi aktiv 1900 manat olaraq dəyərləndirilmişdir. Yenidən qiymətləndirmə nəticəsində yaranan 100 manat fərq aşağıdakı şəkildə əks etdiriləcəkdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Yığılmış amortizasiya məbləği sıfırlandıqda 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 200.00
2 Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq balans dəyərini artırdıqda 101 – Qeyri-maddi aktivlərin dəyəri 331 – Yenidən qiymətləndirilmə üzrə ehtiyat 100.00
3 Yenidən qiymətləndirildikdən sonra amortizasiya hesablandıqda (1900 × 10%) 731 – Sair əməliyyat xərcləri 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 190.00

Şübhəli borclar üzrə ehtiyat yaradıldıqda sair əməliyyat xərcləri

“A” MMC satış sahəsində fəaliyyət göstərir və fəaliyyət sahəsini genişləndirə bilmək üçün “B” MMC ilə müddəti iki il olan, 90000 manat dəyərində yeni müqavilə imzalanıb. İmzalanan müqavilənin şərtlərinə əsasən  “A” MMC -nin  müəyyən güzəştlər  etməsinə baxmayaraq qarşı tərəf yaranan debitor borcunu iki il müddətində ödəyə bilmədiyinə görə “A” MMC məhkəməyə müraciət etmişdir. Mövcud vəziyyətlə bağlı məhkəmənin qəbul etdiyi qərara əsasən “B” MMC-nin yaranan borcu ödəyə biləcək durumda olmadığı müəyyən edilmiş, sözügedən  borcun 5%-i şübhəli borclar üzrə ehtiyata aid edilmişdi.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Şübhəli borclar üzrə ehtiyyatın yaradılması 731 – Sair əməliyyat xərcləri 218 – Şübhəli borclar üzrə düzəlişlər 4500.00

İşçiyə təzminat ödəndikdə sair əməliyyat xərcləri ilə bağlı mühasibat yazılışları

Yaranan münaqişə səbəbi ilə  “A” MMC öz işçisini işdən azad olunaraq əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı  işdən azad olunan işçi “A” MMC-ni məhkəməyə verişdir. Sözügedən işçinin məhkəməni qazanacağı gözlənilir. Məhkəmə tərəfindən verilən qərara əsasən “A” MMC işdən azad olunan şəxsə 800 manat dəyərində pul vəsaiti ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşdən azad oluanan işçi üçün təzminat hesablandıqda 731 – Sair əməliyyat xərcləri 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 800.00
2 İşdən azad oluanan işçiyə təzminat təqdim olunduqda 411 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 223 – Bank hesablaşma hesabları 800.00

Qeyri-maddi aktivlərin əskik gəlməsi zamanı sair əməliyyat xərclərinin uçotu

Bu zaman iki hal mövcuddur

1-ci halda əskik gəlmənin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olur. Belə olduqda, sözügedən məsuliyyət daşıyan şəxsin yəni, müəssisənin işçisinin yaxud rəhbər şəxsin hesabına aid edilərək onun əməkhaqqından tutulacaq.

Müəssisədə aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus balans dəyəri 2800 manat, yığılmış amortizasiya məbləği 560 manat olan qeyri-maddi aktivin uçot sənədlərində qeyd olunmasına baxmayaraq, real olaraq mövcud olmaması, itməsi halı aşkarlanmışdır. Auditor bunun səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, qeyri-maddi aktiv işçinin hesabına aid edilmiş, onun əməkhaqqısından tutulmuşdur. “A” müəssisəsi üçün bu əməliyyat qeyri-maddi aktivin təqdim olunması kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn Qeyri-maddi aktiv balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 2800,00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 560,00
3 Qeyri-maddi aktiv müəssisənin işçisinə təqdim edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 2240,00
4 Təqsirkar şəxsin əmək haqqısından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 2240,00
5 Gəlir kimi tanınan Qeyri-maddi aktiv Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 2240,00
6 Qeyri-maddi aktivin qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 2240,00

2-ci halda isə əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, həmin şəxs məlum deyil, onun təyin olunması mümkün deyil.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn Qeyri-maddi aktiv balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 2800.00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 560.00
3 Qeyri-maddi aktivin qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 2240.00

Artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması

Bir neçə etibarnamə növü “mygov” platforması üzərindən verilə biləcək

posted in: Xəbər | 0

Azərbaycanda bir neçə notariat xidməti “mygov” rəqəmsal hökumət platformasına inteqrasiya edilib.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Məlumata görə, vətəndaşlar “mygov” platforması vasitəsilə də aşağıdakı notariat xidmətlərindən yararlana bilərlər:

Nəqliyyatdan istifadə etibarnaməsi:

Nəqliyyatdan istifadə etibarnaməsi bir şəxsin digər şəxsə nəqliyyat vasitəsini idarə etmək və ümumilikdə ondan istifadə etmək hüququnu verməsini nəzərdə tutur.

Vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnaməni üçüncü şəxslərə video təsdiqləmə prosesi ilə rəqəmsal qaydada verə bilərlər. Bu xidmətin istifadəsi zamanı avtomobil məlumatlarının daxil edilməsi, hər iki tərəfin əlaqə məlumatlarının təqdim edilməsi, video vasitəsilə təsdiqlənmə və ödənişin edilməsi tələb olunur.

Nəqliyyata sərəncam etibarnaməsi:

Bu etibarnamə, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (satma, bağışlama, ipoteka və s.) kimi səlahiyyətləri digər şəxsə ötürməyə imkan verir. İstifadəçilər “Nəqliyyata sərəncam etibarnaməsi” xidməti vasitəsilə nəqliyyat vasitələrinə aid xüsusi səlahiyyətlər təyin edərək etibarnamə verə bilərlər. Proses avtomobil məlumatlarının daxil edilməsini, xüsusi səlahiyyətlərin seçilməsi, video təsdiqlənmə və ödənişin edilməsini əhatə edir.

Qurumlarda təmsilçilik etibarnaməsi:

Bu xidmət istifadəçilərə müxtəlif qurumlarda özlərini təmsil etmək üçün başqalarına etibarnamə verməyə imkan verir. Prosesdə təmsilçinin məlumatlarının təqdim edilməsi, təmsil olunacaq qurumların seçilməsi, video vasitəsilə təsdiqlənmə və ödəniş mərhələləri mövcuddur. Bu, vətəndaşların müxtəlif qurumlar qarşısında nümayəndəlik hüquqlarını təhlükəsiz şəkildə başqasına həvalə etməsini təmin edir.

Etibarnamələrə xitam:

“mygov” platforması üzərindən istifadəçilər əvvəlki etibarnamələrini rəqəmsal qaydada ləğv edə bilərlər. Bu xidmət xüsusi etibarnamənin seçilməsi, hüquqi izahatlarla tanışlıq, video təsdiqlənmə və ödəniş edilməsini əhatə edir. Bu, istifadəçilərə əvvəlki etibarnamələrinin statusuna tam nəzarət imkanı yaradır.

Bu yeniliklər sayəsində vətəndaşlar təhlükəsiz formada və vaxt itirmədən notariat xidmətlərindən artıq “mygov” platformasından istifadə edərək də yararlana bilərlər.

Mənbə: apa.az

Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib

Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib

posted in: Xəbər | 0

Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, nəmin məhsulların alıcılarının elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməsi tələbləri ləğv edilib.

Qərara nəzər yetirin:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDVnin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354 (Cild I); 2024, № 3, maddə 359, № 7, maddə 930) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci, 1.7-ci, 1.8-ci bəndlər ləğv edilsin.

2. 2.1-ci bəndin dördüncü abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və beşinci abzas ləğv edilsin.

3. 3.2-ci bənd üzrə:

3.1. 3.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: “Vergi ödəyicilərinin ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən ƏDV-nin depozit hesabından vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün vergi öhdəliklərinin yaranması ardıcıllığına uyğun olaraq ödəniş tapşırığı, dövlət büdcəsinə ödənilmiş vəsaitlərə dair “Kassa xərclərinin sifarişi” (2 nömrəli əlavə) və “ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında” Reyestr (3 nömrəli əlavə) elektron imzalarla təsdiq edilərək elektron formada saat 14:30-dək DXA-ya təqdim edilir.”;

3.2. ikinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Kassa xərclərinin sifarişi” (2 nömrəli əlavə) DXA tərəfindən elektron imza ilə təsdiq edildikdən sonra təsdiq barədə məlumat növbəti iş günündə elektron formada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilir.”.

4. 4.6-cı bəndin ikinci abzasında “11:30-dək” sözləri “14:15-dək” sözləri ilə və üçüncü abzasında “11:30-dan” sözləri “14:15-dən” sözləri ilə əvəz edilsin.

5. Həmin Qaydalara 4 nömrəli əlavənin adında “vergi-hesab fakturası” sözləri “qaimə-faktura” sözləri ilə əvəz edilsin və “Əlavə № 4” sözlərindən sonra abzasdan “ƏDV-nin sub-uçot hesabının hərəkəti” sözləri əlavə edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Mənbə: report.az

Altıgünlük iş həftəsində çalışanlar martda neçə gün tətil edəcək?

Şirkətə seçilən adın problem yaratmaması üçün nəzərə alınmalı məqamlar

posted in: Xəbər | 0

Məlum olduğu kimi hər bir fəaliyyət sahəsi öz unikal adı ilə məhsullarını təqdim edir. Unikal adın tapılması isə çox əhəmiyyətlidir. Qanunvericilik hüquqi şəxs kimi fəaliyyət göstərəcək şirkətlərə veriləcək adla bağlı bir sıra məhdudiyyətləri nəzərə almağı məsləhət görür. Əks halda müəssisənin dövlət qeydiyyatına alınması müşkül məsələyə çevrilə bilər. Əvvəla nəzərə almaq lazımdır ki, hüquqi şəxslər üçün ümumi xarakterli məhdudiyyətlərlə yanaşı, fəaliyyətin xüsusiyyəti baxımından spesifik məhdudiyyətlərin də tətbiq edilməsi mümkündür. Əslində spesifik məhdudiyyətlərin tətbiqi üçün əsas ondan ibarətdir ki, hər bir müəssisə onlara verilmiş fəaliyyət sahəsindən kənar fəaliyyətlə məşğul olmasın yaxud əksinə lisenziyası olmayan hüquqi şəxs sanki lisenziyası varmış kimi görünməsin.

Beləliklə, hüquqi şəxslər üçün seçiləcək adlarla bağlı spesifik tələbləri aşağıdakı kimi qeyd etmək mümkündür:

  • Hüquqi şəxsin adında onun təşkilati hüquqi forması (ASC, MMC və s.) mütləq göstərilməlidir;
  • Qeyri-kommersiya təşkilarının (ictimai birliklər, fondlar və s) adında onun fəaliyyəti xarakteri (yardım, dəstək və s) göstərilməlidir;
  • Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının (misal: dövlət orqanına dəstək ictimai birliyi və s) adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz;
  • Bank, sığorta şirkəti, bank olmayan kredit təşkilatı, sığorta agenti, sığorta brokeri kimi şirkətlər üçün təsis edildiklərində mütləq adlarının yanında bu fəaliyyətlərə uyğun əlavələrin də olması tələbi gətirilmişdir;
  • Təşkilatın fəaliyyəti bank, ödəniş təşkilatı, investisiya təşkilatı kimi fəaliyyətlərə uyğun deyilsə, onun adında bu fəaliyyətin qeyd edilməsinə icazə verilmir;
  • Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı əksər şirkətlərin adında milli, dövlət, Azərbaycan Respublikası kimi ifadələrin işlədilməsinə icazə verilmir;
  • Bir sıra fəaliyyətlərə (bank, sığorta, ödəniş təşkilatı və s) münasibətdə şirkətlərin adında məna ifadə etməyən sözlərdən istifadəyə icazə verilmir;
  • Hüquqi şəxsin adında milli qəhrəmanların və şəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz;
  • Şirkətin adında beynəlxalq təşkilatların tam və ya qısaldılmış adlarından istifadə edilə bilməz.

Göründüyü kimi şirkətlərin adını seçərkən yüksək diqqət yetirilməsi vacib olan məqamlar mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, bu tələblərin pozulması şirkətin dövlət qeydiyyatı üçün imtina əsası sayılır.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

2025-ci il üçün sonuncu vergi güzəştləri hansılardır?

1 227 228 229 230 231 232 233 2. 692