İşçinin şirkətin qonaqları üçün çəkdiyi xərclər vergitutma obyektidir?

posted in: Vergi, Xəbər | 0

vergitutmaİşçinin şirkətin qonaqları üçün çəkdiyi xərclər vergitutma obyektidir?


Sual: İş görüşməsi zamanı şirkətin işçisinin qonaqların nahar yeməyinə çəkdiyi xərcləri (ödəniş çekləri və əmək haqqı kartından silinməsi qəbzi təqdim olunub) işçiyə geri qaytarmaq üçün hansı sənədləşmələr tələb olunur, bu ödəniş işçinin əmək haqqının üzərinə əlavə olunur, yoxsa təsərrüfat xərci kimi rəsmiləşdirilir? Əgər əmək haqqının üzərinə əlavə olunursa, necə rəsmiləşdirilir? (Əlavə əmək haqqı, yemək xərcləri və yaxud başqa adla? Hansı sənədlər əlavə olunur?) Təsərrüfat xərci kimi rəsmiləşdirilərsə, hansı sənədlər tələb olunur və bu əməliyyat zamanı hansı vergilər yaranır?


Fəaliyyət dayandırılıbsa Məcburi Dövlət Sosial Sığorta hesabatı verilməlidir?

Cavab: Bildiririk ki, işçi tərəfindən təhtəlhesab şəxs müəyyən xərclər, o cümlədən də qonaqların qarşılanması və s. ilə bağlı çəkilən xərclər müvafiq sənədlərlə təsdiqləndikdə, həmin şəxsə verilən məbləğ onun gəliri hesab olunmur. İşçi müvafiq sənədlərlə onun sərəncamına verilən məbləğin xərclənməsini təsdiqləyə bilmədikdə isə bu məbləğ onun gəliri hesab olunmaqla müvafiq qaydada gəlir verigisinə cəlb olunur. Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair ətraflı və dolğun məlumatın verilməsi ilə əlaqədar səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 98.1-ci və 98.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1 il iş təcrübəsi olanlar üçün Gilan Holding’də vakansiya

posted in: İş elanı, muhasibat, Xəbər | 0
vakansiya

1 il iş təcrübəsi olanlar üçün Gilan Holding’də vakansiya


Vəzifə: Mühasib köməkçisi

İşəgötürən: Aqrokimya Azərbaycan MMC

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

İş yeri: Azərbaycan / Sumqayıt

Təhsil: Bakalavr

Öhdəliklər:

  • Mühasibat uçotunun aparılması;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
  • İşçilərlə hesablaşmaların təmin edilməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;
  • Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin proqram təminatına daxil edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Mühasib kimi ən az 1 illik iş təcrübəsi;
  • Beynəlxalq mühasibatlıq bilikləri;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • MS Office proqramlarını (xüsusəndə Excel) yüksək səviyyədə bilməli;
  • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti.

Dillər: Səviyyə

Azərbaycan: Ana dili

İngilis: Orta

Rus: Orta

İT bilikləri: MS Office proqramları

Müraciət etmək üçün bu linkə daxil olun.

Mənbə: gilanholding.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Rusiyada mühasiblər nə qədər qazanır?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Rusiyada mühasiblər nə qədər maaş alır?

İri şəhərlərdə mühasiblərin əmək haqqı göstəricisi belədir:

Baş mühasib (min rublla) Mühasib (min rublla)
Moskva şəhəri – 74 min  (1197 ABŞ dolları)  47 min (760 dollar)
Sankt-Peterburq – 55 min (882 dollar)  34 min (546 dollar)
Krasnodar – 45 min  (722 dollar)  28 min (450 dollar)
Novosibirsk –  45 min  (722 dollar)  25 min (400 dollar)
Rostov – 41 min (658 dollar)  21 min (337 dollar)
Samara – 40 min (642 dollar)  25 min (400 dollar)
Voronej – 38 min (609 dollar)  21 min (337 dollar)
Kazan – 31 min (497 dollar) 20 min (321 dollar)

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib-Operator tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
mühasib

Mühasib-Operator tələb olunur


İşəgötürən: “Enerqoservis” MMC
İş barədə məlumat

– 1C operator vəzifələrini yerinə yetirmək
– Mühasibin göstərişi ilə lazım olan işləri yerinə yetirmək
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Həftədə 6 gün, saat 08:00-dan 17:00-dək

Namizədə tələblər

– Ofis proqramlarında sərbəst işləyə bilən
– 1C mühasibat proqramında sərbəst işləyə bilən
– Azərbaycan, rus dillərini bilmək
– Ali və ya orta-ixtisas təhsili
– İş təcrübəsi arzuolunandır

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.