Mühasiblərin işlərini itirməklərinin səbəbləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Bu haqda Rusiyada iş adamları, şirkət sahibləri, ümumiyyətlə idarəetmə sahəsində çalışanlar arasında sorğu keçirilib. Mühasiblərin işdən çıxarılması və ya qovulmasına gətirib çıxaran səbəblər bunlardır:

  • Səriştəsizlik, təcrübəsizlik;
  • İş yerində mübahisələr və kollektivdə fikir ayrılıqları;
  • Oğurluq;
  • İşə etinasız münasibət;
  • İntizamla bağlı pozuntular.

Fikir verdinizsə, mühasibin səriştəsizliyi və təcrübəsizliyi birinci yerdə dayanır. Bu səbəbdən, həmkarlar ittifaqının üzvü olun, eləcə də öyrənin, bilikləriniz artırın və inkişaf etdirin, yaxşı mütəxəssisi həmişə qoruyur, müdafiə edir və qiymətləndirirlər!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu qurumlarda çalışanların əmək haqları artırıldı

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

1.2. Heydər Əliyev Mərkəzi;

1.3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;

1.4. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.5. Azərbaycanda Atatürk Mərkəzi;

1.6. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

1.7. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;

1.8. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

1.9. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu;

1.10. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

1.11. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

1.12. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

1.13. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu;

1.14. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu;

1.15. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Macarıstan ərzaq malları üçün ƏDV-nin dərəcəsini azaldır

posted in: Vergi, Xəbər | 0

Hökümətin ictimaiyyət üçün açıqlamasında bildirilmişdir ki, müxtəlif ərzaq məhsullarına tətbiq olunan əlavə dəyər vergisini 2018-ci ildə aşağı salmaq siyasəti davam etdiriləcək. Bundan bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyi elan etmişdi ki, digər ərzaq malları üçün ƏDV-nin dərəcəsinin aşağı salınması bu il yanvarın 1-dən donuz əti və balıq üçün 27 faizlik standart dərəcəsinin 5 faizə endirilməsinə uyğunlaşdırılacaq: “Hökümətin məqsədi budur ki, minimal ƏDV tətbiq etmək üçün ən mühüm ərzaq məhsullarını müəyyənləşdirsin və həmin məhsullardan tutulan ƏDV-nin azaldılması siyasətini 2018-ci ildə davam etdirsin”.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, son ƏDV artımı ailələrə il ərzində orta hesabla 35.000-40.000 forint (157 ABŞ dolları) vəsaitə qənaət etməyə imkan yaradacaq: “ƏDV-nin aşağı salınmasından qabağa düşən digər sektor isə kənd təsərrüfatı olacaq, çünki həm qida sənayesi, həm də kənd təsərrüfatı vergilərinin aşağı salınması nəticəsində daha çox imkanlar əldə edir, gizli iqtisadiyyatın meydanı daralır, insanlar daha çox mal alırlar və istehlakçı tələbi artır”.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mal-materialların ləğvində yaranan vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Sual: İnventarizasiya zamanı özünün anbarında olan, xarab və ya yararsız hala düşmüş mal və materialların silinmə aktı əsasında silinmiş mal-materialların ləğvində vergi öhdəliyi yaranırmı və yaranırsa onlar hansı vergi növləridir.

Cavab: Bildiririk ki, müvafiq qaydada rəsmiləşdirmə aparılmaqla silinmiş mal-materialların bazar qiyməti gəlir, alış qiyməti isə xərc kimi mənfəət (gəlir) vergisinin məqdsədləri üçün nəzərə alınmalıdır.

ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Bax: Vergi Məcəlləsinin 108-ci, 130.1-ci, 159.5-ci və 161.3-cü maddələri.

Mənbə: Vergilər Nazirliyi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.