Şirkətin əmlakı şəxsi məqsədlər və şəxsi əmlak şirkət üçün istifadə edilərsə amortizasiya hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

Sual: 1. Şirkətin adına alınmış nəqliyyat vasitəsi sahibkar tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur. 2. Sahibkar yaşayış binasındakı şəxsi mənzilini (bina) sahibkarlıq məqsədləri üçün istifadə edib. Sual: yuxarıdakı hər iki halda amortizasiya hesablanmalıdır yoxsa yox? Əgər hesablanmalıdırsa niyə hesablanmalıdır? Əgər hesablanmamalıdırsa niyə hesablanmamalıdır?

Cavab: Bildiririk ki, 1-ci halda şirkətə məxsus nəqliyyat vasitəsinin əvəzsiz olaraq həmin şirkətin rəhbəri (və ya təsisçisi) tərəfindən şəxsi məqsədlər üçün istifadə olunması əmlakın şirkət tərəfindən qarşılıqlı surətdə asılı olan fiziki şəxsə icarəyə verilməsi anlamını verir. Bu halda əqd şirkət tərəfindən bazar qiymətləri ilə qiymətləndirilməli, o cümlədən amortizasiya ayırmaları nəzərə alınmaqla mənfəət vergisinə cəlb olunmalıdır. 2-ci hal ilə bağlı bildiririk ki, Mənzil Məcəlləsinin müddəalarına əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Bununla belə, həmin yaşayış sahəsindən fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadəsinə yol verilir ki, bu zaman da yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi həyata keçirilir. Müvafiq prosedurların tələblərini yerinə yetirən, əmlakı əsas vəsait kimi uçota alan fərdi sahibkar həmin əsas vəsaitə amortoyzasıya hesblaya bilər. Bax: Mülki Məcəllənin 700-cü və 732-ci maddələri, Mənzil Məcəlləsinin 14-cü və 21-ci maddələri, Vergi Məcəlləsinin 14-cü, 114-cü və 115-ci maddəsi.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı azalıb

posted in: bank, Xəbər | 0

“Bank BTV (Azerbaijan)” ASC-nin səhmlərinin 48,99%-nə nəzarət edən “Bank VTB 24 (Rusiya)” bu ilin əvvəlindən “Bank VTB (Rusiya)”ya qoşularaq ləğv olunduğu üçün avtomatik olaraq 1-cinin Azərbaycan bankındakı payı hüquqi varislik qaydasında 2-ciyə keçib.

Söhbət hər birinin nominal dəyəri 0,2 manat olan 124 496 737 ədəd adi, adlı, sənədsiz səhmdən gedir.

Bununla da, “Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı 3-dən 2-yə düşüb, “Bank VTB (Rusiya)”nın Bankdakı payı isə 99,99%-ə yüksəlib. Səhmlərin qalan 0,01%-i isə əvvəlki kimi Adıgözəl Ağayevə (“AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.

Xatırladaq ki, “Bank VTB (Azerbaijan)” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat – Peşə xüsusiyyətləri (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Məqalənin 1-ci hissəsində mühasib peşəsi haqqında qısa təsvir, eləcə də peşənin müsbət və mənfi xüsusiyyətləri haqqında məlumat vermişdik. Bu dəfə aşağıdakı nüanslara toxunacağıq.

Karyera

Mühasib işinə yeni başlayanlar, bir qayda olaraq hər hansı bir sahə üzrə çalışmağa başlayırlar: əmək haqqı hesablanması və ya maddi dəyərlərin uçotu, yaxud da vergilərin hesablanması. Karyera pilləsi ilə irəliləmə: müəssisədə adi mühasiblikdən böyük mühasibliyə, oradan isə baş mühasibliyə kimi irəliləmək şansı.

Mühasibin məvacibi

Mühasibin maaşı bir neçə amildən asılıdır: təhsil, iş təcrübəsi, çalışdığı sahə, şirkətin həcmi. Bu məsələ ilə bağlı Rusiya təcrübəsinə müraciət edək. Misal üçün, ilk dəfə mühasibliyə başlayan şəxs Moskvada 20 000 rubl (təxminən 600 manat) maaş alır. Amma, bu sahədə 3-4 illik iş təcrübəsi olan mühasib isə bundan iki dəfə artıq, yəni 40 000 rubl (təxminən 1200 manat) əmək haqqı alır. Bundan əlavə, həmin şəxsin prestijli ali məktəb bitirməsi də bu məsələdə az rol oynamır. Prestijli universitetləri bitirən keçmiş məzunlar daha yüksək maaşla təmin olunurlar. Xarici dil və maliyyə hesabatları ilə əlaqəli beynəlxalq standartları bilən, hesabatın hazırlanmasında yeni kompüter proqramları versiyasından istifadə etməyi bacaranlar isə daha yüksək məvaciblə təmin olunurlar. Rusiyada mühasiblərə ən yüksək əmək haqqı neft-qaz sənayesi, inşaat sahəsi, sənaye və ticarət sahələrində  verilir. Məsələn, inşaat şirkətində mühasibin aylıq maaşı orta hesabla 80 000 rubl (təxminən 2500 manat) təşkil edir.

Təhsil

Mühasib peşəsinə yiyələnmək üçün ən azı orta ixtisas və ya ali peşə təhsili almaq lazımdır. Mühasib peşəsinə xüsusi mühasib kursları vasitəsilə də yiyələnmək olar. Amma, baş mühasib olmaqdan ötrü hökmən həmin profilə uyğun ali təhsil müəssisəsini bitirməlisən.

Mühasiblərin istifadəsinə əsas əskikliklər:

  • Mühasiblərə  qışqırmaq olmaz – o özünə qapıla bilər.
  • Mühasiblə intriqaya girmək olmaz. Həmçinin onun kompüteri, qayçısı, elektrik cihazları və deşici əşyalarından istifadə etmək olmaz.
  • Hesabatın hazırlanması mövsümündə mühasib yemək barədə düşünmür – çünki həmin vaxt o, qida qəbulunun nə vaxt başlayıb, nə zaman bitəcəyini unudur.
  • Mühasiblərin əmək haqqını gecikdirmək olmaz – belə olarsa, onda o, özünə daha çox pul götürər.
  • Mühasibə qarşı insani hisslər bəsləməyin – yoxsa o, özünü insan hesab edib, mühasib olmaqdan əl çəkər.

Mühasib üçün zəruri olan psixoloji keyfiyyətlər: səliqəlilik, məsuliyyətlilik, dalğınlıq, dözümlülük və səbirlilik, yeknəsəq işə bağlılıq. Yaxşı mühasib yüksək diqqətliliyi, özünə nəzarət edə bilməsi ilə seçilir (axı, onun istənilən bir səhvi zərərlər və digər ciddi xoşagəlməzliklərlə nəticələnə bilər).

Mütəxəssisin sahibkar qarşısında etibar qazanması çox mühümdür, belə ki, o şirkətin bütün maliyyə fəaliyyəti ilə bağlı məlumatlarına çıxış əldə edir, o səbəbdən etibarsız adam təsiri bağışlayarsa, onu heç kim işə götürməz. Əla yaddaşa malik olmaq da çox mühümdür, başlıcası isə susmağı bacarmaqdır (belə ki, mühasiblər əksər vaxtlarda kommersiya sirlərini qorumağı bacarmalıdırlar)

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı: Son 15 ildə nə dəyişib???

posted in: Xəbər | 0

Azərbaycan Respublikası qanunvericiliyində minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri hər il üçün mühüm əhəmiyyət kəsb edir və özü-özlüyündə bir çox münasibətlərin tənzimlənməsində tətbiq edilir. Bu səbəbdən də bu məbləğlərin tətbiq edilmə müddətləri və artım ardıcıllığına diqqət yetirməyi vacib hesab edirik.

 Minimum əmək haqqının 2004-cü ildən indiyə kimi olan artım tempini təqdim edirik.

– 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN)

– 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN)

– 2007-ci il fevralın 1-dən 50 manat

– 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat

– 2010-cu il sentyabrın 1-dən 85 manat

– 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat

– 2013-cü il sentyabrın 1-dən 105 manat

– 2017-ci il yanvarın 1-dən 116 manat

– 2018-ci il yanvarın 1-dən 130 manat

Ehtiyac meyarının 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik.(ehtiyac meyarı ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulur.)

– 2007-ci il üçün ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən — 35 manat, 2007-ci il iyulun 1-dən — 40 manat

– 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat, 2008-ci il iyul ayının 1-dən 55 manat

– 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat

– 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat

– 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat

– 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat

– 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat

–  2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat

– 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat

– 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat

– 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat

– 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat

 Yaşayış minimumunun 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik.

(Yaşayış minimumu fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında, aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında və digər hallarda tətbiq edilir.)

– 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla — 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün — 70 manat, pensiyaçılar üçün — 49,7 manat, uşaqlar üçün — 52,4 manat məbləğində müəyyən edilsin.

– 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat

– 2009-cu il üçün yaşayış minimumu ölkə üzrə 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat

– 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat

– 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat

– 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat

– 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat

– 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat

– 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat

– 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat

– 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat

– 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat
Müəllif hüquqları qorunur. İstinad mütləqdir.

Müəllif: Şəhriyar Həbilov / Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.