Mühasibat – Peşə xüsusiyyətləri (2-ci hissə)

birbank biznes

Məqalənin 1-ci hissəsində mühasib peşəsi haqqında qısa təsvir, eləcə də peşənin müsbət və mənfi xüsusiyyətləri haqqında məlumat vermişdik. Bu dəfə aşağıdakı nüanslara toxunacağıq.

Karyera

Mühasib işinə yeni başlayanlar, bir qayda olaraq hər hansı bir sahə üzrə çalışmağa başlayırlar: əmək haqqı hesablanması və ya maddi dəyərlərin uçotu, yaxud da vergilərin hesablanması. Karyera pilləsi ilə irəliləmə: müəssisədə adi mühasiblikdən böyük mühasibliyə, oradan isə baş mühasibliyə kimi irəliləmək şansı.

Mühasibin məvacibi

Mühasibin maaşı bir neçə amildən asılıdır: təhsil, iş təcrübəsi, çalışdığı sahə, şirkətin həcmi. Bu məsələ ilə bağlı Rusiya təcrübəsinə müraciət edək. Misal üçün, ilk dəfə mühasibliyə başlayan şəxs Moskvada 20 000 rubl (təxminən 600 manat) maaş alır. Amma, bu sahədə 3-4 illik iş təcrübəsi olan mühasib isə bundan iki dəfə artıq, yəni 40 000 rubl (təxminən 1200 manat) əmək haqqı alır. Bundan əlavə, həmin şəxsin prestijli ali məktəb bitirməsi də bu məsələdə az rol oynamır. Prestijli universitetləri bitirən keçmiş məzunlar daha yüksək maaşla təmin olunurlar. Xarici dil və maliyyə hesabatları ilə əlaqəli beynəlxalq standartları bilən, hesabatın hazırlanmasında yeni kompüter proqramları versiyasından istifadə etməyi bacaranlar isə daha yüksək məvaciblə təmin olunurlar. Rusiyada mühasiblərə ən yüksək əmək haqqı neft-qaz sənayesi, inşaat sahəsi, sənaye və ticarət sahələrində  verilir. Məsələn, inşaat şirkətində mühasibin aylıq maaşı orta hesabla 80 000 rubl (təxminən 2500 manat) təşkil edir.

Təhsil

Mühasib peşəsinə yiyələnmək üçün ən azı orta ixtisas və ya ali peşə təhsili almaq lazımdır. Mühasib peşəsinə xüsusi mühasib kursları vasitəsilə də yiyələnmək olar. Amma, baş mühasib olmaqdan ötrü hökmən həmin profilə uyğun ali təhsil müəssisəsini bitirməlisən.

Mühasiblərin istifadəsinə əsas əskikliklər:

  • Mühasiblərə  qışqırmaq olmaz – o özünə qapıla bilər.
  • Mühasiblə intriqaya girmək olmaz. Həmçinin onun kompüteri, qayçısı, elektrik cihazları və deşici əşyalarından istifadə etmək olmaz.
  • Hesabatın hazırlanması mövsümündə mühasib yemək barədə düşünmür – çünki həmin vaxt o, qida qəbulunun nə vaxt başlayıb, nə zaman bitəcəyini unudur.
  • Mühasiblərin əmək haqqını gecikdirmək olmaz – belə olarsa, onda o, özünə daha çox pul götürər.
  • Mühasibə qarşı insani hisslər bəsləməyin – yoxsa o, özünü insan hesab edib, mühasib olmaqdan əl çəkər.

Mühasib üçün zəruri olan psixoloji keyfiyyətlər: səliqəlilik, məsuliyyətlilik, dalğınlıq, dözümlülük və səbirlilik, yeknəsəq işə bağlılıq. Yaxşı mühasib yüksək diqqətliliyi, özünə nəzarət edə bilməsi ilə seçilir (axı, onun istənilən bir səhvi zərərlər və digər ciddi xoşagəlməzliklərlə nəticələnə bilər).

Mütəxəssisin sahibkar qarşısında etibar qazanması çox mühümdür, belə ki, o şirkətin bütün maliyyə fəaliyyəti ilə bağlı məlumatlarına çıxış əldə edir, o səbəbdən etibarsız adam təsiri bağışlayarsa, onu heç kim işə götürməz. Əla yaddaşa malik olmaq da çox mühümdür, başlıcası isə susmağı bacarmaqdır (belə ki, mühasiblər əksər vaxtlarda kommersiya sirlərini qorumağı bacarmalıdırlar)

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email