Maliyyə Nazirliyi haqqında Əsasnamədə kiçik dəyişiklik edildi

posted in: Maliyyə, Uncategorized, Xəbər | 0
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.15-ci yarımbəndinə “üzrə” sözündən sonra “hesabat ili ərzində” sözləri və “yönəldilərək,” sözündən sonra “il ərzində” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib olmaq üçün lazım olan keyfiyyətləri bilirsinizmi? (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat sahəsində səmərəli şəkildə, peşəkar fəaliyyət göstərməyə mane olan əsas amillər hansılardır?

a) riyazi və analitik təhlil qabiliyyətinin olmaması;

b) tez yorulmaq;

c) diqqətsizlik;

d) fikir dağınıqlığı;

e) intizamsızlıq;

f) əxlaqi-etik normalardan kənarlaşma;

g) rəqəmlərlə işləmək meyilliliyinin mövcud olmaması.

Qeyd etmək lazımdır ki, şüur ilə hər hansı bir obyekti seçmək və diqqəti uzun müddət ərzində onun üzərinə istiqamətləndirmək bacarığı mühasibdən ötrü çox mühümdür.

Mühasib xırdaçı (pedant) olmalı, yəni, öz fəaliyyətini dəqiqliklə və səliqəli yerinə yetirməli, tələb və qaydalara əməl etməlidir. Fikir verdinizsə, bu peşədə çalışmalı olan insanın şəxsi keyfiyyətləri sanki biri  o birindən asılı olaraq ortaya çıxır. Həmçinin qeyd etmək lazımdır ki, mühasib öz işində səliqəli və dəqiq olmaqla yanaşı, xırdalıqları da nəzərdən qaçırmamalıdır, bu mənada o, son dərəcə dürüst olmalıdır.

Eləcə də şəxsi oriyentasiya və yuxarıda qeyd etdiyimiz şəxsi keyfiyyətlərlə bağlı uyğun gəlməyən müəyyən xarakteristikanın da bu məsələlərdə rolu az deyil. Məsələn, konformislik (konformizm cərəyanı) də bu işdə yaramır, bu, özlüyündə insanın başqa birinin və ya bir qrup insanın təsiri altında özünün ilkin dəyərləndirmələrindən imtina etməsi və ya onu dəyişdirməsi deməkdir. Eyni zamanda mühasib həm də sərbəst olmalıdır. Bax, bu cür fərqliliklər mühasibin kənar təsirlərdən, rəhbər personalın təzyiqlərindən və asılılığından qorunması üçün çox zəruri amillərdir. Məsələn, o, şübhəli əməliyyatları yerinə yetirməkdən imtina etməyi bacarmalıdır.

Belə götürəndə, mühasib işləmək üçün mütləq şəkildə çox şeylər uyğun gəlmir. Bu fərddə xüsusi psixoloji və şəxsi dəst keyfiyyətlər olmalıdır ki, üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirə bilsin.

Qeyd etmək lazımdır ki, mütəxəssisin uğuru çox vaxt zəruri olan şəxsi və psixoloji keyfiyyətlərdən asılı olur. Onların düzgün uyuşması mütəxəssisə peşəsində düzgün istiqamət almağa və öz fəaliyyətinin məntiqini başa düşməyə kömək edir, bu isə öz növbəsində  naməlum vəziyyətlərdə və ya alternativ seçimlər zamanı düzgün nəticəyə varmaqda yardımçı olur. Beləliklə, demək mümkündür ki, mühasib tərəfindən peşəkar düşüncə əsasında bu və ya digər qərar qəbul edilərkən, ona bir çox amillər, o cümlədən psixoloji və şəxsi amillər təsir edir.

Mühasib işinə xüsusi temperamentə malik insanlar daha uyğun gəlir, bayaq izah etdiyimiz kimi həmin vəzifə üçün fleqmatik temperamentli biri daha uyuşqandır. Çünki, bu temperamentdən olan insanlar uzun sürən monoton işə daha davamlı olurlar.

Mühasib əməyi işarə sistemləri ilə bağlı bir fəaliyyət sahəsi olduğundan işçidən işarə reallığına dalmağı və öz funksiyasını yaxşı yerinə yetirməyi tələb edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“100 mühasib 100 kitab” layihəsi

posted in: muhasibat, Xəbər | 0

Tezliklə Yeni Layihə!

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixində imzaladığı Sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərə öz töhfəmizi vermək məqsədi ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 100 mühasib 100 kitab layihəsinə start verəcək.
Layihə çərçivəsində müxtəlif müsabiqələr və yarışmalara əsasən seçiləcək 100 mühasibə 100 kitab hədiyyə ediləcəkdir.

Mənbə: Maliyyə Elm-Tədris Mərkəzi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən qalmaqallı mühasib oğurluqları (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibləri büdcə pullarını oğurlamağa vadar edən nədir?

Mühasib peşəsini müəssisənin gəlirlərini və ya büdcə vəsaitlərinin bir hissəsini mənimsəməyə çalışmaq və bu zaman oğurluğun üstünün açılmayacağına ümid etmək nöqteyi-nəzərincə, təhlükəli peşə hesab etmək olar.

Mühasiblərlə bağlı bir çox kriminal xəbərlər bunu təsdiq edir. Mühasib öncə əlinə aldığı pulu sonra cibinə qoyur və güman edir ki, bu əməlin üstü açılmayacaq. Lakin, bütün gizlinlər nə vaxtsa aşkara çıxır. Bu bir aksiomdur.

Bu yazıda biz sizləri bir neçə il ərzində Buryatiyada baş vermiş qalmaqallı mühasib oğurluqları ilə tanış edəcəyik.

1-ci hissə
Buryatiya Prokurorluğunun Baş mühasibindən 7 milyon rubl mənimsəmə

2016-cı ildə aşkar olunub ki, Buryatiya Prokurorluğunun Baş mühasibi dəfələrlə gizli şəkildə kassadan iri məbləğdə pullar götürərək, mənimsəyib və geri qaytarmayıb. Bu, həm bütün rəhbərlik, həm də digər mühasiblər üçün sürpriz olub. Rəhbərlik daxili xidməti yoxlama həyata keçirib və külli miqdarda vəsait çatışmazlığı ilə üzləşib. Bundan sonra cinayət işi ilə bağlı materiallar Rusiya Federasiyasının Buryatiya Respublikası üzrə istintaq komitəsinə göndərilib. Oğurluq faktı ilə bağlı cinayət işi qaldırılıb. Baş mühasib işdən qovulub və sonra isə həbs edilib. Qadın mühasib istintaqla əməkdaşlıq etdiyindən və himayəsində iki azyaşlı uşaq olduğundan, həm də səhhət ilə bağlı problemlər nəzərə alınmaqla, məhkəmə onun barəsində ev dustaqlığı barədə qərar çıxarıb.

Digər məqalələrimizi bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.