İnflyasiya ilə bağlı maraqlı faktlar (2-ci hissə)

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

İnflyasiya ilə əlaqəli hadisələr elə də əyləncəli görünmür, lakin iqtisadiyyat tarixində bununla bağlı maraqlı faktlar da az deyil. Onlardan bir neçəsini sizin diqqətinizə çatdırırıq.

  1. Zimbabvedə inflyasiya 20 və 21-ci əsrlərdə bütün rekordları qırıb. 2008-ci ildə bu ölkədə (rəsmi məlumatlara əsasında) inflyasiya 231 milyon faiz təşkil edib, qeyri-rəsmi məlumatlara görə isə 6,5×10108% (6,5 kvinkvatriqintilliyon%) təşkil edib. Məsələn, 2008-ci il iyulun 4-də saat 17:00-da bir banka pivə 100 milyard Zimbabve dollarına satılıbsa, saat 18:00-da isə bundan 50 milyard dollar baha satılıb. Zimbabve kağız əskinaslar üzərində ən çox sayda sıfırlar olan pullara malikdir (100 000 000 000 000).
  2. Dünya tarixində müharibədən sonra ən böyük inflyasiya Macarıstanda baş verib. 1945-46-cı illərdə bu ölkədə inflyasiya elə sürətlə gedib ki, bu prosesi hiper inflyasiya adlandırmaq daha düzgün olardı. Ölkədə hər 15 saatdan bir qiymətlər ikiqat yüksəlib (4,19×1016%). 1945-ci ilin ortalarında isə dolların kursuna nisbətdə bu 1320×1 səviyyəsinə qalxdı. İlin sonuna yaxın isə bir dollara nisbətdə kurs  125 min pengöyə düşdü. 1946-cı ildə vəziyyətin sabitləşdirilməsindən ötrü yeni valyuta, “adopengö”erzas-valyuta (vergi pengösü) dövriyyəyə buraxıldı. Amma, üç ay sonra, 1946-cı ilin aprel ayından adopengönün kursu üç dəfə ucuzlaşdı, martın sonunda 1 ABŞ dolları 40 000 adopengö və ya 1 750 000 adi pengöyə bərabər oldu. 1946-cı ilin aprelində isə macar valyutası ifrat həddə ucuzlaşdı, mayın 1-də 1 dollar 94 milyon adopengö və ya 59 milyard pengöyə bərabər oldu. Macar hökuməti vəziyyəti sabitləşdirməkdən ötrü növbəti addıma getməli oldu, bu dəfə kağız əskinaslar üzərindəki çoxsaylı sıfırlar yığışdırıldı və bir milyon pengö “1 milpengöyə” çevrildi. 1946-cı ilin aprelində inflyasiya sutkada 400 faizə çatdı, qiymətlər hər gün 5 dəfə yüksəlirdi – əskinaslar anidən qiymətdən düşürdü. Mayın sonunda 1 milyard milpengö (1 kvadrilyon pengö) artıq 2,4 ABŞ sentinə bərabər idi.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Lisenziyalar və icazələr” portalı gələn il işə düşəcək

posted in: Xəbər | 0

“Lisenziyalar və icazələr” portalı heç bir dövlət orqanına müraciət etmədən sırf “ASAN İmza” vasitəsi ilə elektron formada lisenziya və digər sənədləri almağa imkan yaradacaq.

Bunu portalın təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) rəhbəri İnam Kərimov deyib.

“Təbii ki, bu, korrupsiyaya və bürokratik əngəllərə qarşı mübarizədə mühüm addımdır. Portalın gələn il fəaliyyətə başlaması nəzərdə tutulur. Müvafiq dövlət qurumları portalı lazımi informasiyalarla təmin edəcək”, – deyə “ASAN Xidmət”in rəhbəri əlavə edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Azərenerji” ASC-nin Auditi zamanı nöqsanlar aşkar olunub

posted in: Audit, Xəbər | 0

“Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub.

Bu barədə Hesablama Palatasının adıçəkilən qurumda apardığı audit yoxlamasının açıqladığı nəticələrində deyilir.

Açıqlamaya görə, “Azərenerji”də elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub.

“Eyni zamanda, səmərəlilik və likvidlik göstəricilərinin təhlili ilə kapital və aktivlər mənfəətliliyin artırılması ilə bağlı potensialın tam reallaşdırılmadığı, likvidlik göstəricilərinin təhlili ilə qısamüddətli aktivlərin qısamüddətli öhdəlikləri yerinə yetirmək vəziyyətini əks etdirən göstəricinin aşağı olduğu, borclanma və digər göstəricilərin təhlili ilə isə cəmiyyətin öhdəliklərinin xalis kapitalından çox olması səbəbindən maliyyə risklərinin yüksək olduğu, həmçinin təqdim olunan maliyyə hesabatlarının göstəricilərinə əsasən, hər səhmə düşən dividend məbləğinin azaldığı müəyyən edilib”, – deyə Palatanın açıqlamasında deyilir.

Hesablama Palatasının Kollegiyası tərəfindən yol verilmiş nöqsanların audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə Palataya məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti və təqdimat “Azərenerji”yə göndərilib.

Kollegiya qərarında “Azərenerji” ASC tərəfindən “Şirvan İES” MMC və “Bakı İEM” MMC tərəfindən istehsal olunan enerjinin iqtisadi göstəricilərinin aşağı olması, hər iki stansiya üzrə maddi resurslardan məhsuldar və daha səmərəli istifadə olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Nazirlər Kabinetinə müraciət edilməsi də əksini tapıb.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Mənbə: oxu.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi ödəyiciləri barədə lətifələr (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Bir özbək dayanıb kabab satır, bu vaxt ona bir kişi yaxınlaşıb soruşur:

– Kabab hansı heyvanın ətindəndir?

– Qoyun ətindən.

– Qoyunu nə ilə bəsləmisən?

– Onu nəylə bəsləməmişəm ki, qırmızı, hətta qara kürü də vermişəm.

– Vergi müfəttişiyəm. Sənə 20 sutka cəza verirəm.

– Axı nə üçün?

– Ona görə ki, ölkədə böhrandı, sən qoyunu qırmızı, qara kürü ilə yemləyirsən.

– Qardaş bağışla, ilk dəfədir, bir də belə şeylər təkrarlanmaz, götür 20 şiş kabab sənin olsun.

Özbəyi buraxırlar. Ertəsi gün başqa bir kişi həmin özbəyə yaxınlaşıb soruşur:

-Kabab nədəndir?

– Qoyun ətindən.

 – Nə ilə bəsləmisən?

– Bilmirəm, qoyun zibilxanada otlayır.

– Sanitar epidemoloji stansiyadan gəlmişəm, sənə 20 sutka cəza verəcəm.

Özbək həmin kişiyə də 20 şiş kabab verib yola salır. Növbəti gün yenidən bir nəfər özbəyə yaxınlaşıb soruşur:

– Kabab hansı ətdəndir?

– Qoyun ətindən.

–  Nə ilə bəsləmisən?

– Bilmirəm, 10 rubl verirəm, özü gedib ürəyi istəyəni tapıb yeyir…