İnflyasiya ilə bağlı maraqlı faktlar (2-ci hissə)

birbank biznes

İnflyasiya ilə əlaqəli hadisələr elə də əyləncəli görünmür, lakin iqtisadiyyat tarixində bununla bağlı maraqlı faktlar da az deyil. Onlardan bir neçəsini sizin diqqətinizə çatdırırıq.

  1. Zimbabvedə inflyasiya 20 və 21-ci əsrlərdə bütün rekordları qırıb. 2008-ci ildə bu ölkədə (rəsmi məlumatlara əsasında) inflyasiya 231 milyon faiz təşkil edib, qeyri-rəsmi məlumatlara görə isə 6,5×10108% (6,5 kvinkvatriqintilliyon%) təşkil edib. Məsələn, 2008-ci il iyulun 4-də saat 17:00-da bir banka pivə 100 milyard Zimbabve dollarına satılıbsa, saat 18:00-da isə bundan 50 milyard dollar baha satılıb. Zimbabve kağız əskinaslar üzərində ən çox sayda sıfırlar olan pullara malikdir (100 000 000 000 000).
  2. Dünya tarixində müharibədən sonra ən böyük inflyasiya Macarıstanda baş verib. 1945-46-cı illərdə bu ölkədə inflyasiya elə sürətlə gedib ki, bu prosesi hiper inflyasiya adlandırmaq daha düzgün olardı. Ölkədə hər 15 saatdan bir qiymətlər ikiqat yüksəlib (4,19×1016%). 1945-ci ilin ortalarında isə dolların kursuna nisbətdə bu 1320×1 səviyyəsinə qalxdı. İlin sonuna yaxın isə bir dollara nisbətdə kurs  125 min pengöyə düşdü. 1946-cı ildə vəziyyətin sabitləşdirilməsindən ötrü yeni valyuta, “adopengö”erzas-valyuta (vergi pengösü) dövriyyəyə buraxıldı. Amma, üç ay sonra, 1946-cı ilin aprel ayından adopengönün kursu üç dəfə ucuzlaşdı, martın sonunda 1 ABŞ dolları 40 000 adopengö və ya 1 750 000 adi pengöyə bərabər oldu. 1946-cı ilin aprelində isə macar valyutası ifrat həddə ucuzlaşdı, mayın 1-də 1 dollar 94 milyon adopengö və ya 59 milyard pengöyə bərabər oldu. Macar hökuməti vəziyyəti sabitləşdirməkdən ötrü növbəti addıma getməli oldu, bu dəfə kağız əskinaslar üzərindəki çoxsaylı sıfırlar yığışdırıldı və bir milyon pengö “1 milpengöyə” çevrildi. 1946-cı ilin aprelində inflyasiya sutkada 400 faizə çatdı, qiymətlər hər gün 5 dəfə yüksəlirdi – əskinaslar anidən qiymətdən düşürdü. Mayın sonunda 1 milyard milpengö (1 kvadrilyon pengö) artıq 2,4 ABŞ sentinə bərabər idi.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email