Mühasibat uçotu, iqtisadiyyat, maliyyə sahəsində aforizmlər (3-cü hissə)

posted in: iqtisadiyyat, Maliyyə, muhasibat, Məqalə | 0

Məşhur şəxsiyyətlərin iqtisadiyyat, maliyyə və mühasibat uçotu ilə bağlı söylədiyi fikirlər az deyil. O fikirlərin bəziləri isə artıq aforizm kimi işlədilməyə başlanıb. Saytımızda yerləşdirməklə ardıcıl olaraq həmin aforizmləri sizin diqqətinizə çatdırmaq qərarına gəldik.

3-cü hissə

Benjamin Franklin

 

 

Bu dünyada yalnız ölümlər və vergilər qaçılmazdır.
Kredit verənlər, kredit alanlardan daha yaxşı yaddaşa malik olurlar.

 

 

 

Stanisław Jerzy Lec

 

 

İslahat keçirməyənlərin qapısını reformasiya döyəcək.

 

 

 

 

Albert Einstein

 

 

Bu dünyada ən anlaşılmaz olan – vergi dərəcəsidir.

 

 

 

 

Friedrich Nietzsche

 

 

Özünə özün kömək et: onda hər nəfər sənə yardım edəcək.

 

 

 

 

Friedrich August Von Hayek

 

 

İqtisadi nəzarət insanların bütün həyatı üzərində nəzarətdən ayrılmazdır, belə olmasaydı, vasitələrə nəzarət etməklə, məqsədlərə də nəzarət etmək mümkün olmazdı.

 

 

 

Ambrose Bierce

 

 

Maliyyə fəaliyyəti – idarə edənin xeyrinə hesablanmış gəlirlər və resursları idarə etmək sənəti və ya elmidir.

 

 

 

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi sahibkarlarla görüş keçirib

posted in: Vergi, Xəbər | 0

Noyabrın 24-də Vergilər Nazirliyinin Tədris Mərkəzində Şamaxı rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Vergilər nazirinin müşaviri – Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq hazırlanmış 12 strateji yol xəritəsi barədə danışaraq, onun sahibkarlığın inkişafına mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, bu xəritələrdə nəzərdə tutulan strateji hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək, ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə vergi sistemində, vergi qanunvericiliyi və inzibatçılığı sahələrində islahatlar daha da sürətləndirilib. Vergilər Nazirliyi tərəfindən strateji yol xəritələrindən irəli gələrək kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul edilən qərarların səmərəliliyinin və şəffaflığının təmin edilməsi üçün silsilə tədbirlər keçirilir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə bağlı iş adamlarının qarşılaşdıqları problemlər və təkliflər öyrənilir, onların həlli istiqamətində məqsədyönlü işlər görülür.

Qeyd olunub ki, Vergilər Nazirliyi sahibkarların maarifləndirilməsi və məlumatlandırılmasını, eləcə də təbliğat işinin çeşidinin və keyfiyyətinin artırılmasını daim diqqətdə saxlayır. Kiçik sahibkarlar üçün ünvanlı xidmətlərin sahə müvəkilliyi prinsipi əsasında aparılması, bu işə ictimaiyyətin aktiv üzvlərinin, o cümlədən, vergi veteranları, vergi dostları, ziyalılar, gənclər, sahibkarların ictimai təşkilatları və vergi agentlərinin cəlb olunması, normativ sənədlərin, uçotun sadələşdirilməsi, nəzarət tədbirlərinin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Vüsal Bayramov, Vergi siyasəti və strateji araşdırmalar departamentinin Vergi siyasəti idarəsinin direktoru Əvəz Quliyev və nazirliyin digər əməkdaşları vergi inzibatçılığı və vergi qanunvericiliyinin aktual məsələləri mövzusunda təqdimatlarla çıxış ediblər.

Sonra mövzular ətrafında müzakirələr olub, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

UNEC ilə “Talent-Tech Consulting” Şirkəti birgə vebinar keçirəcək

posted in: Xəbər | 0

“BMT və beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları” vebinarına qeydiyyat başladı.

Noyabrın 28-də UNEC ilə mərkəzi Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən “Talent-Tech Consulting” Şirkəti birgə vebinar keçirəcəklər.

Azərbaycanda ilk dəfə olaraq UNEC-də keçiriləcək vebinarın mövzusu “Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları” olacaq. Vebinar iştirakçıları beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları ilə yanaşı müvafiq resurslarla tanış olacaq, karyerayönümlü məsləhətlər alacaqlar. Vebinarı şirkətin təsisçisi Mətanət Rəhimova keçəcək. İngilis dilində keçiriləcək vebinarda sonuncu kurs bakalavr, magistrant və UNEC məzunları iştirak edə bilərlər.

Vebinarın başlanma saatı: 15.00

Müddəti: 90 dəqiqə

Keçiriləcəyi yer: UNEC-in əsas tədris binası, kiçik akt zalı, otaq 211

Vebinarda iştirak etmək istəyənlər noyabrın 24-dək CV-lərini  elektron poçtuna göndərə bilərlər. E-mailin “subject” bölməsində “vebinar” sözünü yazmağı unutmayın. Yerlərin məhdud olması ilə əlaqədar seçilən tələbələrə zəng ediləcək.

VEBİNAR ÖDƏNİŞSİZDİR!

Mənbə: unec.edu.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblər haqqında maraqlı lətifələr (4-cü hissə)

posted in: muhasibat, Məqalə | 0

  • Mühasib ilk dəfə dörd yaşlı qızına Zoluşka haqqında nağılı oxuyur. Kiçik qız nağıla valeh olur, xüsusilə də balqabağın karetaya çevrilməsi hissəsi onu heyran edir. Qəfildən atasından soruşur: – Ata, balqabaq qızıl karetaya çevrilir, belədə o, gəlir kimi təsnifatlaşdırılır, yoxsa əmlak dəyərinin yüksəlməsi kimi?…
  • İki mühasib əyləşib hesabatı hazırlayırlar. Biri düşüncəli şəkildə soruşur: – Olya, sən məndən nə qədər böyüksən? – 2 il və 3 rüb…
  • -Deyirlər sən qızını öz mühasibinə ərə vermisən. – Hə, elədir. – Axı, özün demişdin o, səndən oğurlayır! – Mən indi də bunu deyirəm. Amma, indi mənim pullarımı, o, öz qızıma verəcək.
  • Yeni ruslardan iki nəfəri idarədə oturub balans üzərində işləyirlər. Onlardan biri düşüncəli şəkildə baş mühasibdən soruşur: – Maşa, milyonda neçə sıfır var? – Altı! Cavabı eşidən qız öz həmkarına tərəf çevrilərək: – Bax, görürsən, sənə demişdim ki, iki milyonda – on iki sıfır var!
  • Şirkətə mühasib lazım olduğundan elan verilir. Elan üzrə bir neçə nəfər gəlir. Direktor birinci gələni qəbul edir: – Soyadınız necədir? – İvanov. – İki dəfə iki neçə edir? – Dörd. – Azadsan, gedə bilərsən. İkinci gəlir: – soyadınız necədir? – Maxaraşvili. – İki dəfə iki neçə edir? – Hardasa yeddi ya səkkiz… – Azadsan, gedə bilərsən. Nəhayət üçüncü gəlir: – Soyadınız necədir? – Rabinoviç. – İki dəfə iki neçə edir? – Hmm, sizə neçə lazımdır?…
  • İş elanı. Müəssisəyə təcrübəli mühasib tələb olunur (qadın da ola bilər), eləcə də təcrübəli qadın (həmçinin mühasib).

 

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.