Auditin tәşkili vә onun aparılması mәrhәlәlәri

posted in: Uncategorized | 1

Müәssisәlәrdә auditor fәaliyyәtinin başlanması vә tәşkilindә ilk mәrhәlә sifarişçinin seçilmәsidir. Hәr bir müәssisәdә aparılmış auditor fәaliyyәti ilk növbәdә seçilәn müәssisәnin xüsusiyyәtlәrindәn, onların iş hәcmindәn vә auditin keçirilmә vaxtından xeyli asılıdır.

Mәlumdur ki, auditor fәaliyyәti mövsümi fәaliyyәt daşıyır, yәnı audit bir qayda olaraq hәr bir müәssisәdә ilin yekunu ilә әlaqәdar olaraq aparılır. Lakin auditor firmaları sahibkar olmaqla, daimi fәaliyyәt göstәrmәli vә mәnfәәt әldә etmәlidirlәr. Ona görә dә auditor firmaları ilin yekunu ilә әlaqәdar olaraq auditor. yoxlaması aparmaqla yanaşı, digәr nәzarәt formaları ilә dә mәşğul olmalıdırlar.

Bununla әlaqәdar olaraq auditor firmaları vә sәrbәst auditorlar öz sifarişçilәrindә mühasibat uçotunun sәhmana salınması, mühasibat (maliyyә) hesabatının tәrtib olunması, onlarda tәhlil әmәliyyatlarının aparılması, mәslәhәtlәr verilmәsi vә sair mәsәlәlәrlә mәşğul olmalıdırlar.

Auditor xidmәtinin vacib mәsәlәlәrindәn biri yoxlamanın yüksәk sәviyyәdә keçirilmәsidir. Bu isә, ilk növbәdә firmanın auditor kadrlarının keyfiyyәti, onların ixtisas tәcrübәsi, auditor prinsiplәri vә standartlarının düzgün tәtbiq olunması, nәzarәtin mövcud olan metodoloji prinsiplәrinin öyrәnilib tәcrübәdә istifadә olunması vә s. göstәricilәrdәn asılıdır.

Bu da gizli deyil ki, sәrbәst bazar iqtisadiyyatına keçid dövründә ölkәdә neqativ halların genişlәnmәsi müşahidә olunur. Xüsusilә mövcud olan әmlakın vә pul vәsaitinin                  mәnimsәnilmәsi,   saxtakarlıq,   korrupsiya  vә    iqtisadi   cinsiyyәt әmәliyyatları xeyli artmışdır.

Belә bir şәraitdә hәr bir auditor tәşkilatının sifarişçini seçmәsi çox ciddi vә vacib mәsәlәdir, Bu xüsusilә ona görә lazımdır ki, auditor firması qazandığı imicini itirmәsin.

Mövcud olan qanunvericiliyә görә auditor xidmәti hәr hansı iqtisadi subyektin tәşkilati-hüquqi vә mülkiyyәt formasından asılı olmayaraq, göstәrilә bilәr. Bunun әsasında iqtisadi subyekt sәrbәst auditoru vә auditor firmasını özü sәrbәst seçir.

Sifariçi müәssisә auditor xidmәti göstәrilmәsinә dair auditor tәşkilatına şifahi vә yazılı müraciәt etmәklә, auditor xidmәti göstәrilmәsini mәqsәdini vә audit prosesindә yoxlanılması olan zәruri mәsәlәlәri, audit yoxlamasının hәcmini göstәrir. Auditor firması qarşıya qoyulan mәsәlә ilә әlaqәdar olaraq, sifarişçiyә razilığa dair cavab verir.

Sifarişçiyә cavab vermәzdәn әvvәl auditor işin hәcmini müәyyәn etmәk mәqsәdilә, zәruri hallarda audit aparılacaq obyektdә sifarişçi müәssisәnin tәsәrrüfat maliyyә göstәricilәrinin öyrәnilmәsi ilә әlaqәdar olaraq müәyyәn tәdqiqat apara bilәr.

Bütün bu göstәricilәr Azәraycan respublikası Auditorlar Palatası Şurasının 1999-cu il 7 dekabr tarixli qәrarı ilә tәsdiq olunmuş «Audit aparılmasının şәrtlәri» (mәktub-öhdәçilik) milli audit standartında öz әksini tapmışdır.

Mәktub öhdәçilikdә audit aparılmasının şәrtlәri üzrә zәruri mәlumatlar, auditorun öhdәliklәri, tәsәrrüfat subyektçinin öhdәliklәri göstәrilmәlidir. Bunun әsasında ilkin razılıq әldә edilir vә auditor xidmәti göstәrilmәsinә dair müqavilә bağlanır.

Müqavilәnin tәrtib olunması vә rәsmilәşdirilmәsi qaydası Azәrbaycan Res-publikası Auditorlar Palatası Şurasının 1996-cı il 7 oktyabr tarixli qәrarı ilә tәsdiq edilmiş      «Auditin               aparılmasına                    dair   müqavilә»   mifli    audit   standartında müәyyәnlәşdirilmişdir.

Tәrtib olunmuş müqavilә icrası vә sifarişçi tәrәfindәn imza olunmaqla, 2 nüsxәdәn ibarәt olmalıdır.

Auditin keçrilmәsi haqqında tәsәrrüfat subyekti ilә müqavilә bağlandıqdan sonra auditin planaşdırılması mәrhәlәsi başlanır.

Planlaşdırma mәrhәlәsindә auditin hәcmi, yoxlanılan işlәr vә onların növlәri, icra müddәtlәri müәyyәn olunmaqla, tәsәrrüfat subyektinin mühasibat (maliyyә) hesabatının audit nәticәlәri ilә әlaqәdar rәyin hazırlanması üçün lazım olan auditor әmәliyyatlarının hәcmini vә növünün ardıcıllıqla göstәrәn audit proqramı hazırlanır.


Auditor planaşdırılması әsasәn aşağıdakı mәrhәlәlәrә ayrılır:

a) Auditin ilkin planaşdırllması;

b) Auditin ümumi planının hazırlanması vә tәrtib edilmәsi;

c) Audit proqramının hazırlanması vә tәrtib edilmәsi. Azәrbaycan Respublikasında fәaliyyәt göstәrәn audit tәşkilatlarının audit aparmaları fәaliyyәtini planaşdırmaq üçün mövcud olan qanunvericilik tәlәblәrinә uyğun olaraq Azәrbaycan Respublikası Auditorlar Palatası «Auditin planaşdırılması» milli audit standartında hazırlanınış vә Şuranın 1999-cu il 24 mart tarixli qәrarı ilә tәsdiq etmişdir.

Qәbul olunmuş hәmin slandartla әmәliyyatlar müәyyәnlәşdirilir vә auditin icrası başlanılır.

auditin keçirilmәsi müәyyәn olunmuş

ilә әlaqәdar olan bütün prinsiplәrә uyğun olaraq

Yoxlama dövründә auditor nәticә әldә etmәk vә sifarişçinin mühasibat (maliyyә) hesabatına dair etibarlı rәy tәrtib olunması üçün vacib olan subutlar toplanmalıdır. Hәmin toplanan subutlar lazımi sәviyyәdә sәnәdlәşdirilmәlidir.

Auditor sәnәdlәşdirilmәsi auditin planaşdırılmasına dair sәnәdlәr, müәssisәnin tәşkilatı-hüquqi formasına aid olan mәlumatlar, uçot sisteminin öyrәrilmәsi, mühasibat (maliyyә) hesabat göstәricilәri, mühasibat uçotu hesabları üzrә qalıqlar vә sair informasiyalar aiddir.

Audit qurtardıqdan sonra iş sәnәdlәri auditorun mülkiyyәti olmaqla, onda qalır.

Azәrbaycan Respublikasında auditorun iş sәnәdlәrinin formasını, mәzmununu vә mahiyyәtini müәyyәnlәşdirmәk vә auditin yekununu rәsmilәşdirmәk mәqsәdilә Azәrbaycan Respublikası Auditorlar Palatası 1996-cı il 13 noyabr tarixli qәrarı ilә «Auditin iş sәnәdlәri Milli sıandartını» vә 1997-ci il 4 fevral tarixli qәrarı ilә «Auditorun yekun sәndlәri» milli sıandartlarını hazırlamış vә tәsdiq etmişdir.

Auditorun yekun sәndlәri aparılan yoxlama nәticәsindә auditorun hazırladığı vә sifalrşçiyә tәqdim etdiyi audit aktından, auditor rәyindәn vә yekun sәnәdlәrindәn ibarәtdir. Audit aktı vә auditor rәyi yekun sәnәdlәrinin tәrtib hissәsidir.

Yekun sәnәdlәri yoxlama nәticәsindә auditorun müәyyәn etdiyi mühüm faktları, nöqsanı vә çalışmamazlıqları, onların aradan qaidırılmasına dair tәkliflәri vә nәticәlәri müәyyәn edәn sәnәdlәr sistemidir.

Auditor yoxlama nәticәsi ilә әlaqәdar olan yekun sәnәdlәrini tәhvil aktı ilә sifarişçi müәssisәnin rәhbәrinә tәhvil vermәlidir.

Auditin tәşkili vә nәticәlәrinin rәsmiyyәtә salınmasında mühüm mәrhәlә aparılan audit yoxlamasının nәticәlәrini әks etdirәn auditor rәyinin tәrtib olunmasıdır.

«Auditor xidmәti haqqında» Azәrbaycan Respublikasının Qanununun 8-ci maddәsindә «Auditor rәyi auditorun (auditor tәşkilatının) ınınzası vә möhürü ilә tәsdiq olunmuş, audit aparılan tәsәrrüfat subyektinin maliyyә vәziyyәtinә, maliyyә-tәsәrrüfat әmәliyyatlarının qanuniliyinә, illik mühasibat hesabları mad-dәlәrinin doğruluğuna, mühasibat uçotunun mühüm vәziyyәtinә verdiyi qiymәti әks etdirәn vә bütün hüquqi vә fiziki şәxslәr, dövlәt hakimiyyәti vә idarәetmә orqanları, habelә mәhkәmә orqanları üçün hüquqi әhәmiyyәti olan rәsmi sәnәddir».

Sәlahiyyәtli dövlәt orqanlarının qәrarına әsasәn keçirilmiş yoxlamanın nәticәlәrini әks etdirәn auditor rәyi Azәrbaycan Respublikası prosessual qanunvericiliyinә uyğun olaraq tә’yin edilmiş ekspertizanın rәyi ilә bәrabәr tutulur.

Azәrbaycan Respublikası әrazisindә fәaliyyәt göstәrәn auditorlar tәşkilatı vә auditorlar fәaliyyәtini tәnzimlәnınәsi ilә әlaqәdar olaraq Azәrbaycan Respublikası Auditorlar Palatası tәrәfindәn 1996-cı il 26 dekabr tarixli qәrarla «Auditor rәylәri» milli sıandarlı qәbul olunmuşdur. Qәbul olunmuş auditor rәyindә, onun tәrtib olunması qaydaları, әks olunacaq әsas göstәricilәr müәyyәn olunmuşdur.

auditin əsasları pdf, audit kitabi, audit derslik, audit kitabi pdf, audit pdf, ibad abbasov audit, auditin esaslari, auditin planlaşdırılması

Audit standartlarının hazırlanmasında Beynәlxalq Mühasiblәr Federasiyası vә Audit Tәcrübәsi üzrә Beynәlxalq Komitәnin rolu

posted in: Uncategorized | 0

Audit standartları – öz peşә vәzifәlәrini yerinә yetirәrkәn auditorların rәhbәr tutmaları olduqları normativ materialdır.

Audit standartları, audit aparılması şәrtlәrindәn asılı olmayaraq, auditor peşәsinin bütün nümayәndәlәri tәrәfindәn metodoloji mәsәlәlәrә vә baza prinsiplәrinә riayәt edilmәklә, auditin aprılmasına ümumi yanaşmanı, auditor yoxlamasının hәcmini, auditor hesabatının növlәrini müәyyәn edir.

Audit standartlarının mәqsәdi, auditә dair vahid baza tәlәblәrini formalaşdırmaq vә auditin keyfiyyәtinә normativ tәlәblәri müәyyәnlәşdirmәklә, auditin etibarlılığına tәminat vermәkdir.

Audit standartları işlәnib hazırlanarkәn aşağıdakı prinsiplәrә riayәt edilmәlidir:

1. Audit müvafiq peşәkar sәriştәyә malik olan şәxslәr tәrәfindәn aparılmalıdır.
2. Auditor öz öz fikrini yürtmәkdә müstәqil olmalıdır.
3. Auditor audit yoxlamasını düzgün vә peşәkarlıqla aparmalı vә obyektiv auditor rәyi tәrtib etmәlidir.
4. Auditor yoxlamasının aparılması üçün auditor plan vә proqram tәrtib etmәlidir.
5. Auditor öz xüsusi fәaliyyәtini planlaşdırmaq mәqsәdilә sifarişçinin daxili nәzarәt sistemi haqqında kifayәt qәdәr mәlumata malik olmalıdır.
6. Auditor mühasibat (maliyyә) hesabatlarrının düzgünlüyü haqqında rәy vermәk üçün auditor yoxlaması zamanı kifayәt qәdәr auditor sübutları toplamalıdır.
7. Auditor öz rәyindә hesabatın uçot qaydalarına vә normalarına uyğun olub– olmamasını göstәrmәlidir.
8. Auditor rәyindә әvvәlki hesabat dövrü ilә müqayisәdә sifarişçinin uçot siyasәtindәki dәyişikliyә sәbәb olan şәraiti әks etdirmәlidir.
9. Auditor rәyindә nöqsan göstәrilmәdikdә, mühasibat (maliyyә) hesabatın-dakı mәlumatlar düzgün hesab edilir.
10. Auditor öz rәyindә mühasibat (maliyyә) hesabatlarının düzgünlüyünә dair qeydlәr etmәli vә ya auditor rәyinin tәrtib olunmama sәbәblәri göstәrilmәlidir.

Auditin standartları auditin keyfiyyәtli aparıldığını mәhkәmә sübut etmәk vә auditorların mәsuliyyәt dәrәcәsini müәyyәn etmәk üçün әsasdır. Eyni zamanda audit

standartları elә bir bazadır ki, onun әsasında auditorların hazırlanması, tәkmil-lәşdirilmәsi vә peşә hazırlığı sәviyyәsinin yüksәldilmәsiüzrә tәdris proqramları hazırlanır.

Audit üzrә peşәkarlıq norma vә standartlarının işlәnib hazırlanması ilә bir neçә tәşkilat, o cümlәdәn Beynәlxalq Mühasiblәr Federasiyası, Audit Tәcrübәsi üzrә Beynәlxalq Komitә vә d. mәşğul olur.

Audit Tәcrübәsi üzrә Beynәlxalq Komitә iki mәqsәdә xidmәt edir:

1. audit üzrә peşәkarlıq sәviyyәsi ümumdünya sәviyyәsindәn aşağı olan ölkәlәrdә auditi inkişaf etdirmәk;

2. imkan daxilindә beynәlxalq sәviyyәdә auditә yanaşmağı öyrәtmәk.

Bir sıra ölkәlәrdә icazә verilib ki, beynәlxalq audit standartlarının bazasında öz milli standartlarını işlәyib hazırlasınlar. Mәsәlәn, Avstraliya, Kipr, Braziliyi, Hindistan, Hollandiya vә s.

Bәzi ölkәlәrә öz milli standartlarının işlәnib hazırlanmasına icazә verilmәmişdir. Onlar yalnız beynәlxalq audit standartlarından öz standartları kimi istifadә edә bilәrlәr. Mәsәlәn, Malaziya, Fici, Şri-Lanka, Nigeriya vә s.

İnkişaf etmiş ölkәlәrdәn Kanada, Böyük Britaniya, İrlandiya, ABŞ vә Türkiyәnin öz milli audit standartları vardır.

Audit standartının mәqsәdi daha yaxşı qiymәtlәndirmә vә fәrziyyәyә әsaslanan yoxlama prosedurları dә daxil olmaqla, gәlәcәk maliyyә mәlumatları haqqında hesabatın tәrtib edilmәsi vә yoxlanması ilә әlaqәdar olan tapşırıqlara dair tövsiyyәlәrin verilmәsi vә standartın müәyyәn edilmәsindәn ibarәtdir.

Azәrbaycanda milli audit standartlarının işlәnib hazırlanmasının vә tәrtib olunmasının әsasını Beynәlxalq Mühasiblәr Federasiyasının vә Audit Tәcrübәsi üzrә Beynәlxalq Komitә tәrәfindәn işlәnib hazırlanmış beynәlxalq audit standartları tәşkil edir.

AR-da bazar iqtisadiyyatının mühüm ünsürlәrindәn biri olan auditor xidmәti tәşәkkül tapdıqca vә inkişaf etdikcә respublikanın sәciyyәvi xüsusiyyәtlәrini vә beynәlxalq standartları yaradılması zәrurәti meydana çıxır.

Milli audit standartlarının layihәlәri AR Auditorlar Palatasının Standartlaşdırma Departamentindә işlәnib hazılanır vә Xüsusi Komissiyada müzakirә olunur vә tәsdiq etmәk üçün palatanın şurasına tәqdim olunur.

Firmadaxili audit standartları firmalar, yәni auditor tәşkilatları tәrәfindәn auditor yoxlaması aparılarkәn vәhid tәlәbat tәmin etmәklә aşağıdakı elementlәri özündә birlәşdirir:

1. Razılaşmanın mәqsәdinin müәyyәn edilmәsi.

Hәr bir auditor yoxlaması düzgünlüyünü tәmin etmәk üçün hәrtәrәfli planlaşdırılmalı, peşәkarlıqla vә ixtisaslaşdırılmış formada aparılmalı, sifarişçilәrә yüksәk keyfiyyәtli xidmәt göstәrilmәli, auditorlardan optimal surәtdә iştifadә olunaraq kommersiya xeyri әldә olunmalıdır.

2. Biznesin icmalı vә ya xülasәsi.

Yoxlama sifarişçilәrlә tәnışlıq vә onların fәaliyyәtinin öyәrnilmәsi ilә başlanır. Firmada qanunvericilikdә, peşәkarlıq standartlarında vә biznesdә auditor yoxlamasında vә sifarişçilәrә münasibәti әks etdirәn dәyişikliklәr daim izlәnir.

3. Mümükün riskin qiymәtlәndirilmәsi.

Sifarişçinin biliyindәn istifadә olunaraq vә riskin aşkar olunmasına hәrtәrәfli yanaşılaraq, sәhvlәr müәyyәn edilir vә onların әhәmiyyәti qiymәtlәndirilir.

4. Audit strategiyasının işlәnib hazırlanması üçün daxili nәzarәt sisteminin qiymәtlәndirilmәsi.

Yoxlamanın ilkin mәrhәlәsindә daxili nәzarәt sistemi, yәni әvvәlcә rәhbәrlik tәrәfindәn istifadә olunan tәsәrrüfat fәaliyyәtinә nәzarәt sistemi, sonra isә mühasibat uçotu vә nәzarәt sistemi qiymәtlәndirilir.

Bu mәrhәlәdә yoxlama strategiyasının işlәnib hazırlanması üçün yalnız informasiya qiymәtlәndirilir.

5. Auditor yoxlamasının strategiyasının müәyyәn edilmәsi.

Başlıca risklәrin xüsusi qiymәtlәri ümumilәşdirilir vә zәruri auditor әmәliyyatları müәyyәn edilir.

6. Müstәqil tәdqiqat planı.

Planda hәr bir müstәqil tәdqiqat hallarında daha sәmәrәli tәdqiqatlarının tәdbiqi vә davamlılığının mahiyyәtinә baxılır. Müstәqil tәdqiqat plana uyğun olaraq aparılır. Onun nәticәlәrinin qiymәtlәndirilmәsindәn asılı olaraq planda müvafiq düzәlişlәr edilir.

7. Nәzarәt sisteminin sәmәrәliliyinin qiymәtlәndirilmәsi.

Auditor yoxlamasının sonunda nәzarәt sisteminin ümumi qiymәtlәndirilmәsi vә yoxlama planının işlәnib hazırlanması üçün daxili nәzarәt sisteminin qiymәtlәndirilmәsi hәyata keçirilir.

8. Auditor yoxlamasının yekunlaşdırılması.

Ümumi hesabat (akt) tәrtib edilir vә yekun nәticәlәri çıxarılır. Daha әhәmiyyәtli hallar sifarişçilәrlә müzakirә edilir.

9. Rәyin tәqdim edilmәsi.

Auditor yoxlamasının nәticәlәrinә uyğun olaraq rәy tәrtib edilir. Mühasibat (maliyyә) hesabatlarına dair rәydәn әlavә, sifarişçiyә yoxlamanın nәticәlәri haqqında hesabat (akt) da tәqdim olunur.

audit standartları, audit standartlari

Kapitalın saxlanılması üzrə konsepsiyalar

posted in: Xəbər | 0

Müəssisənin kapitalı aşağıdakı kimi nəzərə alına bilər:

(a) müəssisənin maliyyə kapitalı, yəni müəssisəyə qoyulmuş onun xalis aktivlərinin dəyərinə (müəssisənin öz kapitalına) bərabər olan investisiyanın nominal dəyəri və ya sabit alıcılıq qabiliyyəti əsasında qiymətləndirilmiş pul vəsaitlərinin məbləği;

(b) müəssisənin fiziki istehsalat məhsuldarlığı və ya bu məhsuldarlığın təmin edilməsinə tələb olunan resurslar.

Yuxarıda göstərilən kapitalın konseptual anlayışlarını nəzərə alaraq, kapitalın saxlanılmasına dair iki əsas konsepsiyanı qeyd etmək olar:

(a) Maliyyə kapitalının (və ya müəssisəyə qoyulmuş investisiyaların dəyərinin) saxlanılması konsepsiyası;

(b) Fiziki kapitalın (və ya müəssisənin əməliyyat potensialının) saxlanılması konsepsiyası.

Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq, kapital pul vəsaitlərinin nominal vahidlərilə müəyyənləşdirilərsə, nominal vahidlərlə qiymətləndirilmiş pul vəsaitlərinin hesabat dövrü ərzində artması mənfəət kimi tanınır. Beləliklə, hesabat dövrü ərzində müəssisə tərəfindən saxlanılan aktivlərin qiymətlərinin artması konseptual baxımdan mənfəət hesab olunur. Lakin, təcrübədə, bu mənfəət aktivlərin xaricolmasına və ya istifadə olunmasına qədər tanınmamalıdır.

Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq, kapital pul vəsaitlərinin sabit alıcılıq qabiliyyəti vahidlərilə müəyyənləşdirilərsə, sabit alıcılıq qabiliyyəti vahidlərilə qiymətləndirilmiş pul vəsaitlərinin hesabat dövrü ərzində artımı mənfəət hesab olunur. Beləliklə, müəssisə tərəfindən saxlanılan aktivlərin qiymətlərinin artmasının yalnız inflyasiyanın ümumi səviyyəsindən artıq olan hissəsi mənfəət hesab olunur. Artımın yerdə qalan hissəsi kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi hesab olunur.

Fiziki kapitalın saxlanılması konsepsiyasına uyğun olaraq, kapital müəssisənin fiziki məhsuldarlıq potensialı ilə müəyyənləşdirilir və bu potensialın dövr ərzində artımı mənfəət hesab olunur. Əks halda, yalnız müəssisənin aktivlərinə və öhdəliklərinə təsir edən bütün qiymət dəyişikliklərinin nəticəsində müəssisə tərəfindən saxlanılan aktivlərin dəyərinin artması kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi hesab olunur.

Qiymətləndirmə əsaslarının və kapitalın saxlanılması konsepsiyasının seçilməsi maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan uçot modelini müəyyənləşdirməklə, bu hesabatların münasiblik və etibarlılıq səviyyələrini təmin edir. Müəssisənin rəhbərliyi münasiblik ilə etibarlılıq arasında səmərəli tarazlığa nail olmalıdır.

Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən tətbiq edilməli olan uçot modeli müvafiq Milli Mühasibat Uçotu Standartları ilə müəyyənləşdirilir.

Kapitalın saxlanılması üzrə konsepsiyalar

Maliyyə hesabatlarının elementlərinin qiymətləndirilməsi

posted in: Xəbər | 0

Qiymətləndirmə – Mühasibat balansında və ya mənfəət və zərər haqqında hesabatda təqdim edilən obyektin pul ifadəsinin müəyyənləşdirilməsidir.

Qiymətləndirmə üçün aşağıdakı qiymətləndirmə əsasları istifadə oluna bilər:

İlkin dəyər

− Aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin     ödənilmiş məbləği  və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur;

− Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

Cari dəyər

− Aktivin cari dəyəri əsasında qiymətləndirilməsi hal-hazırda analoji aktivlərin əldə edilməsi üçün ödənilməli olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur;

− Öhdəliyin cari dəyəri əsasında qiymətləndirilməsi onların hal-hazırda yerinə yetirilməsi məqsədilə ödənilməli olan pul vəsaitlərinin   və ya onların ekvivalentlərinin nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur .

Mümkün satış dəyəri

− Aktivin mümkün satış dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin satılması nəticəsində əldə edilə biləcək pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərə tutur;

− Öhdəliyin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə pul vəsaitlərinin və ya onların ekvivalentlərinin ödənilməli olan nominal (diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Diskontlaşdırılmış dəyər

− Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur;

− Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Ədalətli dəyər

− Aktivin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil, yaxşı məlumatlandırılmış  və  bu  cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında mübadilə nəticəsində əldə edilə biləcək məbləğlə qiymətləndirilməsini nəzərdə tutur;

− Öhdəliyin ədalətli dəyər əsasında qiymətləndirilməsi müstəqil, yaxşı  məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatın icrası zamanı bu öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan məbləğlə qiymətləndirilməsini nəzərdə tutur.

Müvafiq Milli Mühasibat Uçotu Standartları maliyyə hesabatlarının ayrı-ayrı elementləri üzrə istifadə oluna biləcək müxtəlif qiymətləndirmə əsaslarını müəyyən edir.

Milli Mühasibat Uçotu Standartları Qarışıq qiymətləndirmə əsasının (Modifikasiya edilmiş ilkin dəyərinin) istifadə edilməsinə maneə yaratmır. Bu halda, müvafiq dövrün maliyyə hesabatlarında təqdim olunmuş ayrı-ayrı obyektlərə müxtəlif qiymətləndirmə əsaslarının tətbiq edilməsi nəzərdə tutulur.

Maliyyə hesabatlarının elementlərinin qiymətləndirilməsi