Yoxlamaların 2021-ci ilə qədər dayandırılması Milli Məclis tərəfindən qəbul edildi

posted in: Uncategorized, Vergi, Xəbər | 0

Oktyabrın 31-də Milli Məclisin plenar iclasında  «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» qanuna dəyişiklik layihəsi müzakirə edilib. İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» qanuna dəyişiklik təklif edilir. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib. Qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq.

Millət vəkillərinin müzakirəsindən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat uçotu, iqtisadiyyat, maliyyə sahəsində aforizmlər (1-ci hissə)

posted in: Maliyyə, muhasibat, Məqalə | 0

 

Məşhur şəxsiyyətlərin iqtisadiyyat, maliyyə və mühasibat uçotu ilə bağlı söylədiyi fikirlər az deyil. O fikirlərin bəziləri isə artıq aforizm kimi işlədilməyə başlanıb. Saytımızda yerləşdirməklə ardıcıl olaraq həmin aforizmləri sizin diqqətinizə çatdırmaq qərarına gəldik.

Warren Buffett

 

 

Əgər qiyməti görürsünüzsə, o, avtomatik olaraq sizə öz təsirini göstərməyə başlayacaq.

 

 

 

Herbert Prochnow

 

 

İqtisadçı – bu elə bir insandır ki, özünə də anlaşılmaz olan şeylərdən elə formada danışır ki, özünüzü  cahil kimi hiss edən siz olursunuz.

 

 

 

Laurence Peter

 

 

 

İqtisadiyyat nəhayətsiz tələbatlarını məhdud resursların köməyi ilə ödəyən sənət növüdür.

 

 

 

 

Publilius Syrus

 

 

Aşırılı istəklərə can atmaq – məhrumiyyətlərin dalınca qaçmaq kimi bir şeydir.

 

 

 

 

Adam Smith

 

 

Hər bir yırtıcı – cəmiyyətin düşməni, hər bir qənaətcil insan isə cəmiyyətin xeyirxahıdır.

 

 

 

 

Benjamin Franklin

 

 

Kiçik xərclərdən ehtiyat edin – kiçik bir sızma böyük bir gəmini batıra bilər.

 

 

 

John Osteen

 

 

İqtisadçı – bu o insandır ki, pul haqqında pula malik olanların özündən çox bilir. İqtisadiyyat – bu, heç bir həzz almadan pulları xərcləmək üsuludur.

 

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Top 20 Excel formulası

posted in: Excel, Məqalə, Xəbər | 0

Udemy saytı yeni başlayanlar üçün rus dilində, ödənişsiz, online şəkildə excel dərsləri hazırlayıb – Hər kəs üçün yararlı olacaq, faydalı Excel formulları ilə zəngin və ümumilikdə sadəcə 34 dəqiqədən ibarət 11 dərs. Videoların hər biri 5 dəqiqədən qısa, amma olduqca əhatəlidir. Dərslər serifikat sahibi Microsoft təlimçisi Dmitri Yakuşev tərəfindən tədris olunur. Videoları izləmək üçün https://www.udemy.com/20-excel-formul-na-kagdii-den/#curriculum linkinə daxil olun. Bu kurs ərzində aşağıdakıları öyrənəcəksiniz:

  • 1 cədvəldən digərinə məlumatın dəyişdirilməsi;
  • Mətndən lazımlı hissələri çıxartmaq;
  • Məntiqi funksiyalarla işləmək və onların bir-biri ilə kombinasiyasını yaratmaq;
  • 1 və ya 1 neçə şərti təmin edən sütunların cəminin hesablanması;
  • Mətnin bütün hərflərini BÖYÜK, kiçik və normal ölçüdə yazmaq.

Tələblər: 

Siz Excel-i sadəcə videolara baxaraq öyrənə bilməzsiniz. Hər dərs üçün tapşırıqlar olan excel faylı mövcuddur. Tənbəl olmayın, faylları yükləyin və tapşırıqları yerinə yetirin.

Bu kurs kimlər üçündür?

  • Bu kurs bir çox nəzəriyyə ilə dolu qalın kitabları sevməyənlər üçün idealdır;
  • Formullar əsasən yeni başlayanlar üçün nəzərdə tutulmuşdur.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Rusiyada qadınlar işə kvota əsasında qəbul ediləcək

posted in: Xəbər | 0

Buhgalteria.ru saytında Rusiyada qadınların işə qəbulu ilə əlaqədar dəyişikliklərdən bəhs edən məqalə verilib. Həmin yazını oxucuların diqqətinə çatdırırıq.

Karyera pilləkənində irəliləmək üçün qadınlar üstünlüklər əldə edəcəklər. İxtisarlar və ya işdən çıxarılma zamanı eyni şərtlərə cavab verənlər arasından daha çox kişilər “ziyan” çəkəcək. Dövlət orqanları, yerli idarəetmə orqanlarında və dövlət  korporasiyalarının direktorlar şuralarında qadınlar üçün kvotalar nəzərdə tutulacaq.

Gender bərabərliyi məsələlərinə diqqət yetirən şirkətləri vergilər sahəsində güzəştlər gözləyir və onlar dövlət sifarişləri ilə ilk növbədə təmin ediləcəklər.

Bundan əlavə işə qəbul zamanı diskriminasiyanı aradan qaldırmaq məqsədilə tərcümeyi-halda yaş və cinsin göstərilməsi qadağan ediləcək və foto şəklin yerləşdirilməsi də lazım gəlməyəcək. Bütün bu yeniliklər “Kişi və qadınların hüquq və azadlıqlarının dövlət zəmanətinə alınması və onlardan ötrü bərabər imkanların yaradılması haqqında” yenidən işlənilmiş, əlavə və dəyişikliklər edilmiş qanun layihəsində nəzərdə tutulub. Qeyd edək ki, sözügedən qanun layihəsi hələ 2003-cü ildə hazırlanmış və birinci oxunuşdan keçdikdən sonra uzun illər Dövlət Dumasının zənbilində ilişib qalmışdı.

Dəyişikliklərdə həmçinin bu bərabərliyə əməl etməyənlərə qarşı ciddi sanksiyalar tətbiq olunması da nəzərdə tutulub. Bundan sonra insanların hüquq və azadlıqlarını pozan vətəndaşları 3 000 rubl, şirkətləri isə 100 000 rubla kimi cərimə, RF CM-ə görə isə 5 ilə kimi həbs cəzası gözləyir. İş yerində diskriminasiyaya görə əmək müqaviləsinin pozulması təklif edilir və bu zaman zərərçəkmişə kompensasiya ödənilməsi nəzərdə tutulub. Qanun müəllifləri layihəyə eləcə də xidməti vəzifəsindən istifadə edərək qadınları təhqir edən rəhbər işçilərə qarşı administrativ cəzalar, iş yerində seksual təhriklərə görə isə cinayət məsuliyyəti nəzərdə tutan əlavələr etməyi də nəzərdən keçirirlər.

Yeri gəlmişkən, bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Ölkəmizdə qadın və kişi bərabərliyi haqqında qanun 2006-cı ildə qəbul olunub. Qanun qəbul olunsa da, vəziyyət hələ də yaxşılığa doğru kəskin dəyişməyib. Ölkəmizin gender bərabərliyi indeksinə görə 145 ölkə arasında 96-cı yerdə qərarlaşması bunu bir daha təsdiq edir.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.