Read More9
Read More9

Əlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri

posted in: Xəbər | 0

Məktəbdə işləyən müəllimin anası daimi qulluq tələb edən əlilliyi olan şəxsdir. Həmin müəllim anasına qulluğa görə 100 manat müavinət alır. Bu müəllimə aylıq gəlirlərindən ödədiyi vergi ilə bağlı güzəşt varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 102.1.4-ci maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Prezidentinin qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

Mənbə: vergiler.az

Ölkə xaricində olarkən əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin tənzimlənməsi

Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə 22 oktyabr 2024-cü il tarixində “Agile Azerbaijan International Summit-2024” (“Agile Azərbaycan Beynəlxalq Sammiti -2024”) həyata keçiriləcək. Tədbir regionda Agile metodologiyalarına və onların müxtəlif sahələrdə, o cümlədən məhsul inkişafı və innovativ texnologiyalarda tətbiqinə həsr olunan ən böyük tədbirlərindən biridir. Sammitin builki əsas istiqamətləri “Agile-ın məhsulun inkişafı və idarə edilməsinə təsiri”, eləcə də “Süni İntellekt (AI) və onun Agile yanaşmalarına inteqrasiyası” olacaq. Eyni zamanda tədbirdə Agile metodologiyalarına aid olan bir çox vacib mövzu müzakirə ediləcək.

  • Məhsul inkişafında Agile — çevik yanaşmalar uğurlu məhsulların yaradılmasına necə kömək edir?
  • Süni İntellekt və Agile — AI inkişaf proseslərini və layihə idarəetməsini necə təkmilləşdirə bilər?
  • Agile metodologiyalarından istifadə edərək məhsulun həyat dövrünün idarə edilməsi praktikası
  • Sənaye liderlərinin təcrübə mübadiləsi — uğur hekayələri və praktiki nümunələr

Bundan əlavə sammitdə Agile, məhsul idarəetməsi və AI sahəsində dünya ekspertlərinin çıxışları, əsas mövzular üzrə praktiki təlimlər və panel müzakirələri, eləcə də təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsinə imkan yaradan sessiyalar həyata keçiriləcək.

Ətraflı məlumat üçün: https://agileazerbaijan.com/

Azərbaycanın maliyyə sektorunun liderlərindən olan Kapital Bank artıq 4 ildir ki, Agile metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib. Kapital Bank eyni zamanda ən böyük işəgötürən şirkətlərdən biri olaraq “Great Place to Work” (“Mükəmməl iş yeri”) sertifikatına layiq görülüb. Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ölkə xaricində olarkən əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin tənzimlənməsi

Ölkə xaricində olarkən əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin tənzimlənməsi

posted in: Xəbər | 0

Təcrübədə qarşıya çıxan məsələlərdən biri də işçinin məzuniyyətdə olduğu dövrdə əmək qabiliyyətinin itirilməsi halının ölkə xaricində baş verməsidir. Eyni zamanda, işçinin itirilmiş əmək qabiliyyətinin bərpası ilə bağlı müalicəsini ölkə xaricində davam etdirməsi halı da mümkündür. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu hallarda hallarda işçiyə müavinətin verilməsi qaydalarını şərh edir.

Öncə onu qeyd edək ki, işçinin əmək qabiliyyətini itirdiyinə görə müavinətin verilməsi üçün əsas sənəd yalnız xəstəlik vərəqəsidir. Başqa sənədlər müavinətin verilməsi üçün əsas ola bilməz. Bəs proses ölkə xaricində baş verərsə, sənədləşmə necə həyata keçirilməlidir?

Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə-profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.

Misal 1

İşçi əmək qabiliyyətini itirdikdən sonra müalicəsini Türkiyə Respublikasında almaq qərarına gəlib. Bu halda ona müavinət hansı sənədlər əsasında təyin ediləcək?

İşçi əmək qabiliyyətini itirməsinə dair poliklinikaya müraciət edərək qeydiyyata düşür və ona xəstəlik vərəqəsi açılır. Daha sonra Türkiyədə müalicəyə dair sənədləri poliklinikaya təqdim edərək xəstəlik vərəqəsini əldə edir və onun əsasında işçiyə müavinət təyin edilir.

Misal 2

İşçi xaricdə olduğu müddətdə əmək qabiliyyətini itirib və xaricdə tibb məntəqəsinə müraciət edərək müvafiq sənəd alıb. Ona müavinət hansı şəkildə təyin ediləcək?

Xaricdə əmək qabiliyyətinin itirilməsinə görə əldə edilmiş müalicəyə dair müvafiq sənədləri qeydiyyatda olduğu rayonun poliklinikasına təqdim edəcək. Həmin poliklinika təqdim edilən sənədlər əsasında işçiyə xəstəlik vərəqəsi hazırlayacaq və xəstəlik vərəqəsi iş yerinə təqdim edilməklə ona müavinət hesablanıb ödəniləcək.

Bəs ezamiyyət dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi necə tənzimlənir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və s.) baş verdikdə də müavinət işçinin iş yerində təyin olunur və bu “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müfəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə müəyyən olunmuş qaydada verilir.

Misal 3

Nərmin 5 gün müddətinə Lənkəran şəhərinə ezam olunub. Ezamiyyətin 2-ci günündə əmək qabiliyyətini müvəqqəti itirib. İşçi ezamiyyətdə olduğu müddətdə əmək qabiliyyətini müvəqqəti itirərsə, bu halda ona müavinət və ezamiyyə haqqı hesablanmalıdırmı?

Ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.

Ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.

Göründüyü kimi, ezamiyyə zamanı işçinin əmək qabiliyyətini itirməsi adi qaydada işçinin iş yerində əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında təyin edilir və bu günlər ezamiyyə günlərinə daxil edilmir. Amma işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı səhiyyə xidmətləri tərəfindən təsdiq edilərsə, altı aydan artıq olmamaq şərtilə daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.

Mənbə: vergiler.az

Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması

Kapital Bank-ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26 sentyabr 2024-cü il tarixində yekunlaşıb. Yerləşdirmədə 159 fiziki, 1 hüquqi şəxs olmaqla, ümumilikdə 160 investor tərəfindən 171 sifariş həyata keçirilib. Bankın istiqrazlarının abunə yazılışında ümumilikdə 35 211 100 ABŞ dolları həcmində tələb yığılıb. Ümumi məbləğin 28 807 200 dolları (96.02%) fiziki şəxslərin, 1 192 800 dolları (3.98%) isə hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Bu istiqraz buraxılışında ilk dəfə olaraq Kapital Bank-ın filial və şöbələrində də istiqrazlara abunə yazılışı həyata keçirilib və fiziki şəxslərin yüksək tələbi ilə yadda qalıb. Filiallarda istiqrazların abunə yazılışını həyata keçirməkdə məqsəd bazara olan etimadın gücləndirilməsi və fiziki şəxslərin investisiya alətlərinə çıxış imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə Kapital Bank gələcəkdə də daim yeni və cəlbedici investisiya alətləri təklif edərək fiziki şəxslərin kapital bazarında aktiv iştirakını təşviq etməyi hədəfləyir. Qeyd edək ki, Kapital Bank bu il ərzində ümumi həcmi 125 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 6 istiqraz buraxılışını uğurla tamamlayıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Xaricdə icarə xidmətinin vergiyə cəlb olunması

1 290 291 292 293 294 295 296 2. 683
error: Content is protected !!