Read More9
Read More9

Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə 22 oktyabr 2024-cü il tarixində “Agile Azerbaijan International Summit-2024” (“Agile Azərbaycan Beynəlxalq Sammiti -2024”) həyata keçiriləcək. Tədbir regionda Agile metodologiyalarına və onların müxtəlif sahələrdə, o cümlədən məhsul inkişafı və innovativ texnologiyalarda tətbiqinə həsr olunan ən böyük tədbirlərindən biridir. Sammitin builki əsas istiqamətləri “Agile-ın məhsulun inkişafı və idarə edilməsinə təsiri”, eləcə də “Süni İntellekt (AI) və onun Agile yanaşmalarına inteqrasiyası” olacaq. Eyni zamanda tədbirdə Agile metodologiyalarına aid olan bir çox vacib mövzu müzakirə ediləcək.

  • Məhsul inkişafında Agile — çevik yanaşmalar uğurlu məhsulların yaradılmasına necə kömək edir?
  • Süni İntellekt və Agile — AI inkişaf proseslərini və layihə idarəetməsini necə təkmilləşdirə bilər?
  • Agile metodologiyalarından istifadə edərək məhsulun həyat dövrünün idarə edilməsi praktikası
  • Sənaye liderlərinin təcrübə mübadiləsi — uğur hekayələri və praktiki nümunələr

Bundan əlavə sammitdə Agile, məhsul idarəetməsi və AI sahəsində dünya ekspertlərinin çıxışları, əsas mövzular üzrə praktiki təlimlər və panel müzakirələri, eləcə də təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsinə imkan yaradan sessiyalar həyata keçiriləcək.

Ətraflı məlumat üçün: https://agileazerbaijan.com/

Azərbaycanın maliyyə sektorunun liderlərindən olan Kapital Bank artıq 4 ildir ki, Agile metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib. Kapital Bank eyni zamanda ən böyük işəgötürən şirkətlərdən biri olaraq “Great Place to Work” (“Mükəmməl iş yeri”) sertifikatına layiq görülüb. Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ölkə xaricində olarkən əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin tənzimlənməsi

Ölkə xaricində olarkən əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin tənzimlənməsi

posted in: Xəbər | 0

Təcrübədə qarşıya çıxan məsələlərdən biri də işçinin məzuniyyətdə olduğu dövrdə əmək qabiliyyətinin itirilməsi halının ölkə xaricində baş verməsidir. Eyni zamanda, işçinin itirilmiş əmək qabiliyyətinin bərpası ilə bağlı müalicəsini ölkə xaricində davam etdirməsi halı da mümkündür. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu hallarda hallarda işçiyə müavinətin verilməsi qaydalarını şərh edir.

Öncə onu qeyd edək ki, işçinin əmək qabiliyyətini itirdiyinə görə müavinətin verilməsi üçün əsas sənəd yalnız xəstəlik vərəqəsidir. Başqa sənədlər müavinətin verilməsi üçün əsas ola bilməz. Bəs proses ölkə xaricində baş verərsə, sənədləşmə necə həyata keçirilməlidir?

Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə-profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.

Misal 1

İşçi əmək qabiliyyətini itirdikdən sonra müalicəsini Türkiyə Respublikasında almaq qərarına gəlib. Bu halda ona müavinət hansı sənədlər əsasında təyin ediləcək?

İşçi əmək qabiliyyətini itirməsinə dair poliklinikaya müraciət edərək qeydiyyata düşür və ona xəstəlik vərəqəsi açılır. Daha sonra Türkiyədə müalicəyə dair sənədləri poliklinikaya təqdim edərək xəstəlik vərəqəsini əldə edir və onun əsasında işçiyə müavinət təyin edilir.

Misal 2

İşçi xaricdə olduğu müddətdə əmək qabiliyyətini itirib və xaricdə tibb məntəqəsinə müraciət edərək müvafiq sənəd alıb. Ona müavinət hansı şəkildə təyin ediləcək?

Xaricdə əmək qabiliyyətinin itirilməsinə görə əldə edilmiş müalicəyə dair müvafiq sənədləri qeydiyyatda olduğu rayonun poliklinikasına təqdim edəcək. Həmin poliklinika təqdim edilən sənədlər əsasında işçiyə xəstəlik vərəqəsi hazırlayacaq və xəstəlik vərəqəsi iş yerinə təqdim edilməklə ona müavinət hesablanıb ödəniləcək.

Bəs ezamiyyət dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi necə tənzimlənir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və s.) baş verdikdə də müavinət işçinin iş yerində təyin olunur və bu “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müfəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə müəyyən olunmuş qaydada verilir.

Misal 3

Nərmin 5 gün müddətinə Lənkəran şəhərinə ezam olunub. Ezamiyyətin 2-ci günündə əmək qabiliyyətini müvəqqəti itirib. İşçi ezamiyyətdə olduğu müddətdə əmək qabiliyyətini müvəqqəti itirərsə, bu halda ona müavinət və ezamiyyə haqqı hesablanmalıdırmı?

Ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.

Ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.

Göründüyü kimi, ezamiyyə zamanı işçinin əmək qabiliyyətini itirməsi adi qaydada işçinin iş yerində əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında təyin edilir və bu günlər ezamiyyə günlərinə daxil edilmir. Amma işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı səhiyyə xidmətləri tərəfindən təsdiq edilərsə, altı aydan artıq olmamaq şərtilə daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.

Mənbə: vergiler.az

Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması

Kapital Bank-ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26 sentyabr 2024-cü il tarixində yekunlaşıb. Yerləşdirmədə 159 fiziki, 1 hüquqi şəxs olmaqla, ümumilikdə 160 investor tərəfindən 171 sifariş həyata keçirilib. Bankın istiqrazlarının abunə yazılışında ümumilikdə 35 211 100 ABŞ dolları həcmində tələb yığılıb. Ümumi məbləğin 28 807 200 dolları (96.02%) fiziki şəxslərin, 1 192 800 dolları (3.98%) isə hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Bu istiqraz buraxılışında ilk dəfə olaraq Kapital Bank-ın filial və şöbələrində də istiqrazlara abunə yazılışı həyata keçirilib və fiziki şəxslərin yüksək tələbi ilə yadda qalıb. Filiallarda istiqrazların abunə yazılışını həyata keçirməkdə məqsəd bazara olan etimadın gücləndirilməsi və fiziki şəxslərin investisiya alətlərinə çıxış imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə Kapital Bank gələcəkdə də daim yeni və cəlbedici investisiya alətləri təklif edərək fiziki şəxslərin kapital bazarında aktiv iştirakını təşviq etməyi hədəfləyir. Qeyd edək ki, Kapital Bank bu il ərzində ümumi həcmi 125 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 6 istiqraz buraxılışını uğurla tamamlayıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Xaricdə icarə xidmətinin vergiyə cəlb olunması

Sınaq balansının hazırlanma mərhələləri

posted in: Xəbər | 0

Sınaq balansının hazırlanma məqsədi

Sınaq balansı (yaxud yoxlama balansı) maliyyə hesabatlarının hazırlanmasının əsas mərhələlərdən biridir. Düzgün tərtib olunmuş sınaq balansı maliyyə hesabatları üzrə düzgün nəticələrin əldə olunmasına imkan yaradır. Onun hazırlanma məqsədini qısaca qeyd edək:

  • maliyyə hesabatlarının hazırlanması üçün ilkin məlumat alətidir;
  • bu balans formasının hazırlanması qeydlərin digər mühasibat kitablarında aparılmasını zəruri edir (hər hesabın debet, kreditində əks etdirilən məlumatların uçotununun ayrıca aparılması);
  • hazırlanma prosesində yaranan uyğunsuzluqlar üzrə düzəlişlər uçot hesablarındakı səhvlərin aradan qaldırılmasın təmin edir.

Sınaq balansı aşağıdakı iki formadan biri seçilməklə təqdim edilir:

  • balansda yalnız son qalıqlar öz əskini tapır, yaxud;
  • hesabatda dövrün əvvəlinə, hesabat dövrü ərzində, dövrün sonuna məlumatlar əks etdirilir: bunu dövriyyə qalıq cədvəli də adlandıra bilərik.

Sınaq balansı baş kitab tərtib edildikdən sonra hazırlanır. Əsasən cədvəl şəklində olub, baş kitabda olan hesabların debet, kredit sütunlarının əks etdirən siyahıdır. Bu zaman əsas tələb debet və kredit qalıqlarının bərabərliyinin gözlənilməsidir.

Hər bir müəssisə maliyyə-təsərrüfat fəaliyyətində baş vermiş proseslərin, dəyişikliklərin doğru uçota alınmasını istəyirsə, hər hesabat dövrünün sonuna sınaq balansını hazırlamalıdır.

Nəzərə almaq lazımdır ki, sınaq balansında tərəflərinin bir-birinə bərabər olması, yəni maliyyə bərabərliyinin gözlənilməsi, hələ heç də əməliyyatların ilkin qeydiyyatının düzgün aparılması anlamına gəlmir. Belə ki, debet və kredit qalıqları bir-birinə bərabər olsa da, uçotda aşkarlanmayan səhvlər ola bilər. Belə səhvlərə səhv tərtib edilmiş, ümumiyyətlə uçota alınmamış əməliyyatları nümunə göstərmək olar, yəni, sınaq balansı riyazi səhvləri aradan qaldırsa belə, mühasibatlıqda ilkin qeydlər zamanı buraxılmış səhvləri aşkarlanmaya bilər.

Hesabat hazırlanarkən uçot hesablarını qeyd edərkən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Əsasən Mühasibat Uçotunun Aparılması Qaydalarına” uyğun ardıcıllığı nəzərə almağımız  maliyyə hesabatının hazırlanması daha asan edə bilər.

Sınaq balansının hazırlanma mərhələləri

Sınaq balansının (ixtisarla SB) hazırlanması aşağıdakı 3 mərhələni əhatə edir :

  • ilkin SB
  • düzəliş olunmuş SB
  • son SB

Adından göründüyü kimi ilkin sınaq balansı ilkin uçot qeydlərinə əsasən formalaşır. Bu mərhələdə hazırlanmış balans hesabatı son maliyyə hesabatlarının hazırlanmasında istifadə edildikdə düzgün nəticə alınmaya da bilər. Çünki müəssisənin fəaliyyət göstərdiyi müddətdə müəyyən əməliyyatlar baş verir ki, bunlar da öz növbəsində maliyyə-təsərrüfat əməliyyatlarına təsir edir, onların nəticələrini dəyişdirir. Dəyişikliklər düzəliş olunmuş sınaq balansında uçota alınmaqla tamamlanır. Düzəliş olunmuş sınaq balansı məlumatlarına əsasən “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabat hazırlaya bilərik.

İlkin sınaq balansına nümunə

 Aşağıda verilmiş ilkin sınaq balansı cədvəlinə baxaq:

“A” MMC-nin 3-cü rüb üçün olan sınaq balansı verilib. Həmin rüb ərzində baş verən bütün maliyyə-təsərrüfat əməliyyatları balansda əks etdirilib.

“A” Məhdud məsuliyyətli cəmiyyəti
30 Sentyabr 2022-ci il
İlkin Sınaq Balansı
  DT KT
Torpaq, tikili, avadanlıq 4600,00
Mallar 4900,00
Debitor borclar 4400,00
Pul vəsaitləri 15450,00
Nizamnamə (nominal) kapitalı 22100,00
Kreditor borcları 1475,00
Əmək haqqı öhdəliyi 1400,00
Satışdan gəlir 4400,00
Xidmətdən gəlir 3275,00
Əmək haqqı xərci (1900,00)
Amortizasiya xərci (1400,00)
Dividend
Yekun 29350,00 29350,00

Cədvəldən göründüyü kimi xərclər balansın kredit tərəfində mənfi şəkildə qeyd edilib. Əslində xərclərin debetdə uçota alındığını, ilin sonunda kredit tərəfdə əks olunaraq mənfəətə bağlandığını bilirik. Xərcləri bu şəkildə yazmaqda məqsəd balansın məlumatlarını xərclər qədər şişirtməməkdir. Əgər debet hissədə olduğu kimi yazsaq, nümunədəki cəmi 3300 manat qədər real olmayan artıq məbləğin yaranmasına gətirib çıxaracaqdır. Buna əsaslanaraq yanlış maliyyə qərarlarının verilməsi müəssisə üçün yaxşı nəticələr verməyə bilər.

Düzəliş olunmuş sınaq balansı

4-cü rüb tamamlandıqdan sonra ilkin balansda lazımi düzəlişlər edilmiş, həmin rüb ərzində olan bütün maliyyə-təsərrüfat əməliyyatları balansa əlavə edilib. Edilmiş düzəlişlər:

  • digər müəssisədən 12000 manat avans alınmışdır;
  • malların satılması nəticəsində 60000 manatlıq pul vəsaitləri daxil olmuşdur.
“A” Məhdud məsuliyyətli cəmiyyəti
31 Dekabr 2022-ci il
Düzəliş olunmuş Sınaq Balansı
  DT KT
Torpaq, tikili, avadanlıq 4600,00
Debitor borclar 4400,00
Pul vəsaitləri 87450,00
Nizamnamə (nominal) kapitalı 22100,00
Kreditor borcları 1475,00
Əmək haqqı öhdəliyi 1400,00
Alınmış avans öhdəliyi 12000,00
Satışdan gəlir 64400,00
Xidmətdən gəlir 3275,00
Maya dəyəri xərci (4900,00)
Əmək haqqı xərci (1900,00)
Amortizasiya xərci (1400,00)
Yekun 96450,00 96450,00

Son sınaq balansına nümunə

Sonda, müvəqqəti (köməkçi) hesablar olan gəlir, xərc, habelə mənfəət hesablarını bağlayırıq və onların nəticələrini son sınaq balansında nəzərə alırıq. Edilmiş düzəlişlər:

  • müvəqqəti(köməkçi) bağlanmışdır;
  • mənfəət vergisi hesablanmış, ödənilib.
“A” Məhdud məsuliyyətli cəmiyyəti
31 Dekabr 2022-ci il
Son Sınaq Balansı
  DT KT
Torpaq, tikili, avadanlıq 4600,00
Debitor borclar 4400,00
Pul vəsaitləri 75555,00
Nizamnamə (nominal) kapitalı 22100,00
Kreditor borcları 1475,00
Əmək haqqı öhdəliyi 1400,00
Alınmış avans öhdəliyi 12000,00
Bölüşdürülməmiş mənfəət 47580,00
Yekun 84555,00 84555,00

Uğurla tərtib edilən sınaq balansı əsasında MVHH və  MZHH-in hazırlanması mərhələsi başlanır.

311 saylı “Emissiya gəliri” hesabı üzrə uçot

1 304 305 306 307 308 309 310 2. 692
error: Content is protected !!