Birbank Biznesdən “Maestro” tarifi istifadəçilərinə özəl hədiyyələr

posted in: Xəbər | 0

Birbank Biznes bu dəfə “Maestro” tarifinin istifadəçisi olacaq biznes sahiblərini sevindirir. Belə ki, ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Maestro” tarifinə qoşulan müştərilər xüsusi hədiyyələr qazanmaq şansı əldə edəcək.

Bu fürsətdən yararlanmaq istəyən sahibkarlar “Maestro” paketi daxilində ən azı 2 fərqli əməliyyat dövriyyəsi almalı və dövriyyənin ümumi həcmi 500 AZN dən az olmamalıdır.

30 iyul-30 avqust 2024-cü il tarixləri ərzində “Maestro” tarifinə qoşulan və sözügedən şərtlərə cavab verən hər 25-ci biznes sahiblərinə Premium kartlar hədiyyə olunacaq. Ən yüksək dövriyyə alan 3 müştəri isə Kapital Bankdan qızıl  hədiyyə qazanacaq.

Kampaniyadan yararlanmaq və ətraflı məlumat üçün: https://kbl.az/bbprmyk

Xatırlaq ki, Birbank Biznes-in əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən qənaətcil məhsulu “Maestro” biznes sahibləri  üçün çox sərfəlidir. Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər. Maestro tarifinə qoşulan hər bir sahibkar standart tariflərlə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlana bilər.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

Startaplara amortizasiya ilə bağlı verilən güzəşt müddəti bitdikdən sonra qalan məbləğlər

posted in: Xəbər | 0

Şirkətimiz “Startap” şəhadətnaməsi əldə edib. Qanunvericilikdə kiçik sahibkar subyekti olan şirkətə 3 illik mənfəət vergisindən azadolma şamil edilir. Azadolma müddətində şirkətin balansında olan əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmaları Vergi Məcəlləsində nəzərdə tutulmuş normadan aşağı norma tətbiq olunmaqla növbəti illərə keçirilib. Bilmək istəyirəm ki, aşağı norma tətbiq edilməsi nəticəsində yaranan məbləğlər gələcək illərdə azadolma müddəti bitdikdən sonra gəlirdən çıxıla bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 121.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə güzəşt hüququ olduğu dövrdə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq olunması nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir.

Buna əsasən, şirkətinizə startap layihəsi üzrə innovasiya fəaliyyətindən əldə etdiyi mənfəətə azadolma tətbiq edilən dövrdə amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində yaranmış məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir.

Əsas: Vergi Məcəlləsinin 121.3-cü maddəsi

Mənbə: vergiler.az

Uçot subyektlərində mühasibatlığın təşkili

Hansı hallarda sadələşdirilmiş vergi ödəmə mənbəyində tutulur?

posted in: Vergi, Xəbər | 0

Ödəmə mənbəyindən sadələşdirilmiş verginin tutulması

Vergi qanunvericiliyi bizə bildirir ki, vergitutmanın üç mümkün versiyası mümkündür (VM, maddə 5):

  • gəlir (mənfəət) əldə edilənədək mənbədən tutulması;
  • gəlir (mənfəət) əldə olunduqdan sonra bəyannaməyə (hesabata) görə tutulması;
  • səlahiyyətli qurumların təqdim etdiyi bildiriş üzrə.

Səlahiyyətli qurumlar dedikdə vergi orqanı yaxud bələdiyyə başa düşülür.

Gəlir vergisində olduğu kimi sadələşdirilmiş vergidə də bəzi hallar vardır ki, vergi ödəmə mənbəyində tutulur. Aşağıdakı şəxslərlə bağlı qeyd edilmiş əməliyyatlar zamanı sadələşdirilmiş vergi ödəmə mənbəyində tutulur:

Sadələşdirilmiş vergi üzrə ödəmə mənbəyindən vergilərin fiziki və hüquqi şəxslər üçün tutulma qaydası. Bakıda mühasibat xidmətləri

Birinci halda vergi ödəyicisinin vergi uçotuna durmaq zərurəti yaranmır. İkinci hal isə yalnız vergi uçotunda olmuş şəxslərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əməliyyatlara aid edilir.


Vergi uçotunun düzgünlüyünə əmin olmaq istəyirsiniz? Bizə müraciət edin!


Fiziki şəxslərin ödəmə mənbəyində vergi tutulmaları

Vergi qanunvericiliyində vergitutumanın, vergi nəzarətinin formalaşmasının əsas motivi minimum vergi ödəyicisi ilə maksimum şəxslərə nəzarət olunmanın təmin olunmasıdır. Yəni, dövlət hər kəsin gəlirlərinə nəzarət etmək, vergi ilə əhatə edilməli gəliri olanları vergiyə cəlb etmək istəyir. Amma, nəzərə alaq ki, əhalinin demək olar hamısı haradansa müəyyən gəlir əldə edir. Amma, bunun üçün:

  • onları vergi uçotuna salmaq;
  • onlardan bəyannamə almaq;
  • onlara yoxlama açmaq;
  • vergilərini vaxtında ödəməsi tələbini irəli sürmək vacibdir.

Qısası, onlara vergi nəzarəti tətbiq etmək lazımdır, bu isə texniki və praktik olaraq əlverişsiz, olduqca bahalı, mümkünsüz bir işdir. Ona görə, dövlət əldə edilən gəlirlərin bir hissəsinə nəzarəti, o gəlirləri ödəyən şəxslərə ödəmə mənbəyində vergi tutmaq vəzifəsi verməklə həyata keçirir.

Fiziki şəxslər tərəfindən mülkiyyətdə olan yaşayış, qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi əməliyyatları belə əməliyyatlardandır. Çünki bu cür əməliyyatlar bir yerdə – notariuslar tərəfindən həyata keçirdirilir. Notariuslar vergi ödəyicisi kimi dövlətə hər ay hesabat verirlər. Fiziki şəxslərlə aparılan belə əməliyyatlar zamanı ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü müddətində dövlət büdcəsinə ödənilməsi notariusların vəzifə öhdəliklərinə aid edilmişdir. Bəyannamə isə hər ayın 20-sinə qədər əvvəlki ay üçün verilir.

Sahibkarlıq fəaliyyəti zamanı ödəmə mənbəyində vergi tutulmaları

İstər hüquqi şəxslər, istər fərdi sahibkarlar tərəfindən pul vəsaitinin bankdan nağlaşdırılması zamanı əməliyyatı icra edən bank ödəmə mənbəyində 1 % dərəcə tətbiq etməklə vergini tutur. Bəhs olunan formada sadələşdirilmiş verginin tutulması 2017-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq edilir. Bu verginin tutulması o dövrdə də, hazırda da müəyyən narazılıqlara səbəb olur. Lakin vaxt keçdikcə bütün vergi ödəyiciləri bununla barışıblar.

Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi

Birinci halda, yəni fiziki şəxslərin ödəmə mənbəyində vergi tutulmasının əsas xüsusiyyəti həmin şəxslərin vergi uçotuna alınma zərurətinin olmamasıdırsa, digər halda ödəmə mənbəyində verginin tutulması ilə bağlı əsas xüsusiyyət vergi məbləğinin sadələşdirilmiş vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən də tutulmasıdır. Yəni gəlir, mənfəət vergisi ödəyiciləri sayılan hüquqi şəxs, fərdi sahibkarlar bank hesablarından pul vəsaitini nağdlaşdırdıqda, onlardan bəhs olunan sadələşdirilmiş vergi tutulur. Bu tutulan vergi gəlirdən çıxılan vergilərə aiddir. Lakin fərdi sahibkarın sahibkarlıq fəaliyyətinə aid olmayan hesabından yaxud şəxsi debet kartından vəsaiti çıxaran zaman ondan bəhs etdiyimiz vergi tutula bilməz.

Uçot subyektlərində mühasibatlığın təşkili

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu (MHBS | KOS)

posted in: Xəbər | 0

PMS 1 imtahanına hazırlıq kursu

Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS 1-ci mərhələsinə hazırlıq kursuna başladıq.

Kurs PMS imtahanının 1-ci mərhələsi – qanunvericilik üzrə aşağıdakı növlərdə keçirilir:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS.

Təlimçi: Gülşən Orucova

2011-ci ildən maliyyə sahəsində fəaliyyət göstərən Gülşən Orucova 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “İmtahanların təşkili və keyfiyyət təminatı” şöbəsinin müdiri vəzifəsində çalışır.

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin MBA magistr pilləsində və Azərbaycan Turizm və Menecment Universiteti ilə tərəfdaş ali təhsil müəssisəsi – Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) proqramı üzrə beynəlxalq standartlara uyğun Mühasibat uçotu və Maliyyə hesabatlarının hazırlanması fənlərini ingilis dilində tədris edir.

3 ilə yaxındır “PMS imtahanlarının birinci mərhələsinə hazırlıq” kurslarının təlimçisidir.

ACCA proqramı üzrə sertifikatlara və eyni zamanda IPSAS üzrə müvəffəqiyyət sertifikatına malikdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: 26 dərs / Həftədə 2 dəfə

Kursa daxildir:

  • 26 dərs (52 saat) + 2 sınaq imtahanı;
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Mövzuların adı Saatların miqdarı
1 Maliyyə hesabatlarının konseptual əsasları

1 №-li Maliyyə hesabatlarının təqdimatı

2 №-li Mal-material ehtiyatları və qısamüddətli başa çatdırılmamış işlər

4
2 41 №-li MUBS “Kənd təsərrüfatı”

6 №-li MHBS Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi

16 №-li MUBS “Torpaq, tikili və avadanlıqlar”

4
3 16 №-li MUBS “Torpaq, tikili və avadanlıqlar”

38 №-li MUBS “Qeyri-maddi aktivlər”

4
4 23 №-li MUBS “Borclar üzrə məsrəflər”

36 №-li MUBS “Aktivlərin qiymətdən düşməsi”

4
5 40 №-li MUBS “İnvestisiya mülkiyyəti”

5 №-li MHBS Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar.

16 №-li MHBS “İcarələr”

4
6 20 №-li MUBS “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması”

10 №-li MUBS “Hesabat dövründən sonrakı hadisələr“

37 №-li MUBS “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər”

8 №li MUBS “Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər”

4
7 21 №-li MUBS “Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri”

19 №li MHBS İşçilərin mükafatlandırılması

26 №li MHBS “Pensiya təminatı planları üzrə mühasibat uçotu və hesabatlılığı”

4
8 Sınaq müzakirəsi

15 №li MHBS Müştərilərlə müqavilələr üzrə gəlirlər

4
9 12 №-li MUBS “Mənfəət vergisi”

29 №-li MUBS “Hiperinflyasiyalı iqtisadiyyatlarda maliyyə hesabatlılığı”

4
10 9 №li MHBS Maliyyə alətləri

8 №-li MHBS Əməliyyat seqmentləri

4
11 3 №-li MHBS Müəssisələrin birləşməsi

11 №-li MHBS Birgə razılaşmalar

27 №li MHBS Fərdi maliyyə hesabatları

10 №li MHBS Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları

4
12 24 №-li MHBS Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması

7 №-li MUBS “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”

4
13 28 №-li MUBS “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları”

Müvafiq normativ-hüquqi aktların izahı

4
Cəmi 52

 

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/


Əlaqə:


Ünvan: Caspian Plaza

1 326 327 328 329 330 331 332 2. 683