Read More9
Read More9

Gəlirdən çıxılan satışdankənar xərclər hansılardır?

posted in: Xəbər | 0

Satışdankənar xərclərin tərkibi

Gəlirdən çıxılan satışdankənar xərclər müəssisənin bilavasitə istehsal, satışla bağlı olmayan fəaliyyətinə çəkilən əsaslandırılmış məsrəflərdir, başqa sözlə əsas fəaliyyətlə əlaqədar olmayan gəlirdən çıxılan xərclərdir. Onların siyahısı məhdudlaşdırılmayıb, yəni vergi ödəyicisi bu siyahını məsrəflərin zəruriliyini, əsaslı olmasını nəzərə almaqla genişləndirə bilər. Aşağıdakıları nümunə kimi göstərmək olar:

  • aktivlərin nizamnamə kapitalına maliyyə qoyuluşu (pay) kimi verilməsi;
  • xarici valyuta öhdəlikləri və qiymətlilərin, xarici valyutanın manata olan rəsmi məzənnəsinin dəyişməsi ilə əlaqədar aparılmış yenidən qiymətləndirmə zamanı yaranmış mənfi məzənnə fərqi üzrə xərclər.
  • valyutanın alış (satış) məzənnəsinin mərkəzi bankın valyuta alışı (satışı) üzrə hərracın keçirildiyi tarixə olan rəsmi məzənnəsindən kənarlaşmalar şəklində əmələ gəlmiş mənfi fərq;
  • şübhəli və ümidsiz borcların silinməsinə görə ehtiyatların yaradılması üzrə məbləğlər;
  • sökülmüş əmlakın demontajı, daşınması da daxil olmaqla, istismardan çıxarılmış əsas vəsaitlərin ləğv edilməsi üzrə xərclər;
  • müvəqqəti dayandırılmış (konservasiya edilmiş) istehsal obyektlərinin (güclərinin) saxlanmasına çəkilən xərclər;
  • məhkəmə xərcləri;
  • ləğv edilmiş istehsalat sifarişləri, eləcə də məhsul verməyən istehsala çəkilmiş məsrəflər;
  • tara ilə əməliyyatlar üzrə gəlirdən çıxılan satışdankənar xərclər;
  • bank xidmətlərinin ödənişləri;
  • müqavilələrin və borc öhdəliklərinin pozulmasına görə cərimə, peniya, dəbbə pulu, eləcə də dəymiş zərərin ödənilməsi üzrə xərclər.

Normalar çərçivəsində gəlirdən çıxılan xərclər

Bina tikintisi sektorunda fəaliyyət göstərən şəxslər, tikilən binadan dövlətə yaşayış, habelə qeyri-yaşayış sahəsi ayırarsa, həmin sahələr üzrə məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə görə bina tikintisi sektorunda fəaliyyət göstərən şəxslərin tikilən binalardan  dövlətə ayrılmış yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələri vergiyə cəlb olunan gəlir hesab edilmir. Buna baxmayaraq, Məcəllənin 108-ci maddəsi bizə imkan verir ki, həmin sahələrə çəkilmiş xərcləri məhdudiyyət olmadan gəlirdən çıxa bilək.

AR ərazisində ezamiyyə vaxtı çəkilən xərclər, normalar çərçivəsində, gündəlik xərclər istisna olmaqla, gəlirdən çıxılan xərclərə aid edilə bilər. Bu zaman xərclərin həqiqiliyini təsdiq edən sənədin olması zəruridir. Normalar Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Ezamiyyətdən qayıdan işçi mehmanxanada qaldığını təsdiq edən müvafiq sənədi təqdim etməzsə, 1 günlük ezamiyyə normasının mehmanxana xərclərinə aid olan hissəsinin 50 faizin gəlirdən çıxılan xərclər kimi uçota ala bilər.

Həmçinin, müvafiq qurumlar tərəfindən müəyyən edilən təbii itki normaları nəzərə alınmaqla:

  • zayolmadan əmələ gələn itkilər;
  • xarabolmalar;
  • bu kimi digər əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılan satışdankənar xərc kimi nəzərə alına bilər.

Gəlirdən çıxılan icbari ödəmələr

Vergi qanunvericiliyinə əsasən yalnız gəlirin əldə edilməsilə əlaqədar olanlar deyil, eyni zamanda qanunla müəyyən edilmiş icbari ödənişlər də gəlirdən çıxılan xərclər kimi xarakterizə edilə  bilər. Belə icbari ödənişlərə:

  • vergiləri;
  • yığımları;
  • rüsumları;
  • əmək məcəlləsi ilə müəyyən olunan ödənişləri və s. nümunə göstərmək olar.

Bildiyimiz kimi, işçiyə əmək funksiyalarının icrası məqsədi ilə verilən əməkhaqqı ödənişləri gəlirdən çıxılan xərclər qrupuna aid edilir. Bu əməkhaqqı icbari ödənişdir, yəni gəlirin əldə edilməsindən asılı deyil. Ola bilər ki, işçinin əmək fəaliyyəti gəlir gətirməsin yaxud əməkhaqqı ödənişlərinin əhatə etdiyi hər hansı dövr ərzində gəlir əldə edilməsin (məsələn, məzuniyyətə görə orta əməkhaqqı ödənməsi), buna baxmayaraq əməkhaqqı məsrəfləri gəlirdən çıxılan xərclərə aid edilir. Çünki, işçiyə əmək funksiyalarının icrası məqsədi ilə verilən əməkhaqqı qanunla müəyyən edilmiş icbari ödəniş formasıdır.

Amma, belə hal da ola bilər: işçi faktiki gəlirin əldə olunmasına öz töhfəsini verir, lakin  ona ödənilən əmək haqqı məbləğinin gəlirdən çıxılan xərclər kateqoriyasına aid edilməsinə icazə verilmir. Bu o zaman baş verir ki, işçi daha çox sosial xarakterli işlər icra etmiş olsun.

Nümunə 1: “A” MMC öz işçilərinin daha yaxşı çalışması,  daha çox gəlir gətirməsi məqsədi ilə müəssisəyə aşpaz işə götürür. Baxmayaraq ki, o bunu gəlirin əldə edilməsi məqsədi ilə edir, faktiki olaraq bu hadisədən sonra işçilərin faydalı iş əmsalı və nəticə etibarı ilə müəssisənin gəlirləri artır, həmin aşpazın əməkhaqqı gəlirdən çıxılan xərclərə aid edilmir.

Yuxarıdakı misalda bir maraqlı məqam da odur ki, həmin aşpaza əməkhaqqı ödəmək qanunla müəyyən edilmiş icbari ödənişdir, buna baxmayaraq, həmin əməkhaqqı məbləği gəlirdən çıxılmır. Burada əsas mahiyyət odur ki, həmin ödəniş sosial xarakterli xərc hesab edilərək, gəlirdən çıxılmayan xərclərə aid edilir (VM, maddə 109). Bunun səbəbini belə də izah etmək olar:

  • birincisi, aşpazın işə qəbulundan sonra gəlirin artması halı tam təsadüf yaxud başqa hallarla izah edilə bilər, burada birmənalı qənaətə gəlmək çətindir, bunun həmişə belə olacağına əminlik yoxdur.
  • ikincisi, bu icbari ödəniş olsa da, əslində icbariliyini vergi ödəyicisi özü yaratmış olur.

Düzdür, sonuncu ifadə heç də bunun tam izahı deyil, lakin başa düşülsün deyə, belə izah etmək mümkündür. İcbariliyi vergi ödəyicisinin hərəkəti və ya hərəkətsizliyi ucbatından yaranmış bir sıra xərclər gəlirdən çıxılan xərclərə aid edilə bilər, bəziləri isə yox. Həmin an mahiyyət və formalaşma səbəbi önəm daşıyır. Bu məqamlar, həmçinin fərqli kateqoriyalı gəlirdən çıxılan satışdankənar xərclər digər məqalələrdə ətraflı şərh olunur. Həmçinin Accounting.Az konsaltinq şirkətinin təklif etdiyi vergi məsləhəti xidmətindən yararlana bilərsiniz.

224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə uçot

Pulunuz Kapital Bank istiqrazları ilə sizə daha çox gəlir gətirsin

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

İstiqrazların abunə yazılışı 24 sentyabr 2024-cü il tarixinə kimi 30 gün ərzində davam edəcək. Yerləşdirməsi isə 26 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaq. Fiziki şəxslər Bankın filiallarına yaxınlaşaraq abunə yazılışında iştirak edə bilərlər. Həmçinin qeyd edilən tarixdə abunə yazılışında yerləşdirilmiş məbləğlərə əlavə olaraq məbləğin 3%-i həcmində günlük gəlir hesablanacaq. Eyni zamanda, istqraz alışı ilə bağlı bütün xərclər Kapital Bank tərəfindən qarşılanacaq.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ətraflı məlumat üçün: https://kbl.az/dix

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Hansı vergi ödəyiciləri mütləq ƏDV ödəyicisi hesab ediləcək?

Xaricə elektron kitab satışı üçün vergi öhdəlikləri

posted in: Xəbər | 0

Elektron kitab yazıb onlayn olaraq bəzi xarici səhifələrdə satış etmək istəyirəm. Fərdi sahibkar kimi qeydiyyata düşmədən satış edə bilərəm? Fərdi sahibkar kimi və sahibkar olmadan əldə edəcəyim gəlirlərdən nə qədər vergi öhdəliyim olacaq?

İqtisadiyyar Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi ödəyicisinin bütün gəlirləri dedikdə, onun həm Azərbaycan Respublikasında, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri nəzərdə tutulur.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və sahibkarlıq fəaliyyətinə başladığınız günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyiniz gəlirdən vergini dövlət büdcəsinə ödəməlisiniz.

DVX-dən onu da bildiriblər ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 33.4-cü, 58.2-ci, 96.1-ci, 127-ci maddələri.

Mənbə: vergiler.az

224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə uçot

Hansı vergi ödəyiciləri mütləq ƏDV ödəyicisi hesab ediləcək?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 154.7-ci maddəsinə əsasən, bu Məcəllənin 33.8-1-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) ƏDV-nin ödəyiciləri sayılırlar. Bəs kimlər üçün ƏDV qeydiyyatı məcburi xarakter daşıyır? Bu suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinə əsasən, rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli, 387 nömrəli qərarı ilə “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası” təsdiq edilib.

Misal 1

“Tik tok” şirkəti ölkəmizdə virtual nümayəndəlik yaradarsa, mütləq ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdır. Həmin tip vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

Bəs hansı vergi ödəyiciləri üçün ƏDV qeydiyyatı imkanı yumşaldılıb?

Son dəyişikliklərə qədər Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər üçün müəyyən tələblər mövcud idi. Misal üçün, həmin tip vergi ödəyicisi xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə etməli və ödəməli idi. Başqa tələb ondan ibarət idi ki, digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirməli idi.

Son dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifadə edə bilərlər. Həmçinin, həmin tip vergi ödəyiciləri üçün tələblər ləğv edilib.

Misal 2

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər göstərilən xidmətlərin dəyərini nağdsız qaydada qəbul edirsə, o zaman həmin şəxslər 1 yanvar 2024-cü il tarixdən könüllü olaraq ƏDV ödəyicisi ola bilərlər.

Mənbə: vergiler.az

Yol verisi üzrə maliyyə sanksiyaları

1 336 337 338 339 340 341 342 2. 700
error: Content is protected !!