Read More9
Read More9

Beynəlxalq daşımaya görə ödənilən məbləğdən vergi tutulması

posted in: Xəbər | 0

Azərbaycanda qeydiyyatda olan rezident şirkətin qeyri-rezidentə Azərbaycan ərazisinə daxil olmadan digər ölkələrarası beynəlxalq daşımaya görə ödədiyi məbləğlərdən ödəniş zamanı hansı vergilər tutulmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Azərbaycan mənbəyindən əldə olunan gəlirlər dedikdə, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur.

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrinin 6 faizi vergiyə cəlb olunur. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri vergitutuma obyekti deyil. Bu baxımdan sorğuda qeyd olunan xidmət ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Əlavə olaraq nəzərə çatdırılır ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur. Tranzit və beynəlxalq daşıma anlayışları Vergi Məcəlləsinin 13.2.33-cü maddəsi ilə tənzimlənir.

Azərbaycan Respublikası ərazisindən tranzit – gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikasının ərazisi ilə daşınmasıdır. Beynəlxalq daşıma isə yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Sorğuda qeyd olunan daşıma beynəlxalq və tranzit daşıma sayılmır və ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

Mənbə: vergiler.az

Yol vergisinin vergitutma obyekti

Kapital Bank-ın aşağı faizli krediti ilə digər kreditlərinizi bağlayın

posted in: Xəbər | 0

Müxtəlif banklarda kredit öhdəliyi olan, bir neçə yerə kredit ödəmək istəməyən, daha sərfəli şərtlər və aşağı faiz gözləyən hər kəsə Kapital Bank-dan şad xəbər var. Belə ki, yüksək tələbi nəzərə alan bank, digər banklardakı kreditlərini Kapital Bank-a gətirən müştərilər üçün nağdlaşdırma kommisiyası tətbiq etmir. Kampaniya 31 avqust 2024-cü il tarixinədək davam edəcək.

Xatırladaq ki, Kapital Bank-dan 10.9%-dən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə edən müştərilərə faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq fürsəti verilir.

Kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz.

Ətraflı məlumat üçün: https://kbl.az/rfns

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Torpaq sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanması

Yol vergisinin vergitutma obyekti

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12-ci maddəsi vergitutma obyektini istənilən verginin müəyyən edilməsi üçün əsas vergitutma elementlərdən biri hesab edir. Yol vergisinin vergitutma obyekti Məcəllənin 210-cu maddəsində şərh edilib.

Yol vergisinin tətbiq səbəbləri

Nəqliyyat dəbdəbə üçün deyil, müasir cəmiyyətin normal fəaliyyətini, insanların rifahını təmin edən zəruri vasitədir. Eyni zamanda, avtonəqliyyat vasitələri cəmiyyət üçün müxtəlif xarici təsirlər yaradır, məsələn:

  • ətraf mühitin işlənmiş qazlarla çirklənməsi;
  • artan səs-küy;
  • yollarda tıxaclar və sair.

Yolların tikintisi, saxlanması və idarəedilməsini də buraya əlavə etsək, deyə bilərik ki, bütün bunlar istənilən ölkənin büdcəsi üçün əhəmiyyətli xərcdir.

Yuxarıda sadalanan problemlri nəzərə alıb deyə bilərik ki, yol vergisinin vergitutma obyektinin nəqliyyayt vasitələri və onların istifadə etdiyi yanacaq (neft məhsulları və maye qaz) olması məntiqlidir.

Yol vergisi nədir?

Azərbyacan Respublikasının vergi qanunvericiliyi yol vergisini birbaşa dövlət vergisi kimi təyin edir. Müxtəlif ölkələrdə yol vergisi fərqli adlar altında tətbiq edilir, məsələn:

  • nəqliyyat vergisi;
  • nəqliyyat vasitələrinin aksiz vergisi;
  • magistral yoldan istifadə vergisi;
  • nəqliyyat vasitələrinin qeydiyyatı vergisi;
  • mühərrikli nəqliyyat vasitələri vergisi;
  • əmlak vergisi.

Fərqli adlarla tətbiq edilsə də, yol vergisinin vergitutma obyekti, demək olar ki, dəyişmir.

Yol vergisinin yığımını həyata keçirən orqanlar da ölkələr üzrə dəyişə bilər. Verginin yığımı vergi oranları, bələdiyylər, nəqliyyat vasitələrinin qeydiyyatını aparan dövlət qurumları tərəfindən aparıla bilər.

Yol vergisinin vergitutma obyekti

Yol vergisinin əhatə dairəsinə düşən xarici qeydiyyatlı avtonəqliyyatlar  daxil olarkən, həmçinin çıxarkən yol vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir. Habelə, respublika ərazisində istehsal edilən və daxildə istehlak üçün ayrılmış (yəni topdan satılması nəzərdə tutulan), habelə ölkəyə idxalı həyata keçirilən:

  • benzin (avtomobil üçün nəzərdə tutulan);
  • maye qaz;
  • dizel yanacağı vergitutma obyekti sayılır.

Xarici avtonəqliyyat vasitələri üçün yol vergisi

Həmçinin, xarici dövlətlərin hüquqi şəxslərinə, fiziki şəxslərinə məxsus avtonəqliyyat vasitələri AR ərazisinə daxil olduqda yaxud həmin ərazidən çıxdıqda, həmin avtonəqliyyat vasitələri vergitutma obyektidir.

Nümunə 1: Gürcüstan vətəndaşı özünə məxsus “Toyota” markalı minik avtomobili ilə Azərbaycana daxil olmuşdur. Bu halda Gürcüstan vətəndaşına məxsus olan “Toyota” markalı minik atomobili yol vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir.

Xaricdən gələn minik avtomobilləri üçün yol vergisinin vergitutma obyekti haqqında “AccountingAz” MMC-nin direktoru R. Ramazanovun şərhini buradan oxuya bilərsiniz.

Neft məhsullarına görə yol vergisnin vergitutma obyekti

Qeyd edtdiyimiz kimi nəqliyyat vasitələrindən istifadə ətraf mühitə mənfi təsir göstərir. Bu təsirin qarşısının alınması üçün bir sıra tədbirlər görülür ki, onlardan da biri yol vergisinin tətbiqidir. Respublikamızın ərazisində daxili istehlakı təmin etmək üçün istehsal edilən (topdan satılan), habelə idxal edilən benzin (avtomobil üçün), dizel yanacağı, maye qaz yol vergisinin vergitutma obyektidir. Neft məhsullarına görə ödənilən yol vergisi haqqında buraya keçid edərək oxuya bilərsiniz.

Nümunə 2: “A” MMC Azərbaycanda daxili istehlak üçün nəzərdə tutulmuş maye qazın və dizelin idxalı ilə məşğul olur. İdxal olunan həmin maye qaz və dizel vergitutma obyektidir.

Bu vergi növü üzrə tutulmalar VM-nin 212-ci maddəsinə uyğun hayta keçirilir. Uyğun vergi dərəcələri ilə buradan tanış olamaq olar. Vergilərin tutulmasına nəzarət vergi və gömrük orqanları həyata keçirilir.

511 saylı “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı üzrə uçot

Torpaq sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanması

posted in: Vergi, Xəbər | 0

Torpaq sahəsinin təqdim edilməsi zamanı vergi torpağın təyinatından asılı olaraq hesablanır.

1) Kənd təsərrüfatı təyinatlı torpaqların (təyinatı üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq) satışı zamanı sadələşdirilmiş vergi həmin torpaq sahəsi üzrə hesablanmış verginin 2 misli məbləğində aşağıdakı qaydada hesablanır:

VM = (S x ŞB x 0,06 manat) x 2

VM – ödəniləcək verginin məbləği

S – torpağın sahəsi (hektarla)

ŞB – kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 1 hektarı üçün müəyyən olunan şərti bal (Nazirlər Kabineti tərəfindən müəyyən edilir)

0,06 manat – kənd təsərrüfatı torpaqların 1 şərti balının torpaq vergisi dərəcəsi

2 – hesablanmış torpaq vergisinə tətbiq edilən əmsal

Misal 1

Fiziki şəxs Lənkəran rayonunda I kateqoriyaya aid 3 hektar düzən torpaq sahəsini satır (şərti bal – 125). Həmin sahənin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

2) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların satışı zamanı  vergi torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği 0,5 manat olmaqla aşağıdakı qaydada hesablanır:

VM = S x ZƏ x 0,5 manat

VM ödəniləcək verginin məbləği

S – torpağın sahəsi (m2-lə)

– cədvəl 1-də göstərilən zona əmsalları

0,5 manat – torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği

Misal 2

Bakı şəhərində fiziki şəxsin mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 olan və yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin sahə təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

3) Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışı zamanı vergi cədvəl 1-dəki əmsaldan əlavə olaraq cədvəl 2-dəki yüksəldici əmsal tətbiq edilməklə aşağıdakı qaydada hesablanır:

VM = S x ZƏ x YƏ x 0,5 manat

VM ödəniləcək verginin məbləği

S     – torpağın sahəsi (m2-lə)

– cədvəl 1-də göstərilən əmsallar

– cədvəl 2-də göstərilən yüksəldici əmsallar

0,5 manat – sahələrin hər kvadrat metri üçün baza məbləği.

Misal 3

Hüquqi şəxsin mülkiyyətində Gəncə şəhərində sahəsi 1.000 m2 olan və sənaye təyinatlı torpaq sahəsi var. Həmin sahə təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” hesabı üzrə uçot

1 345 346 347 348 349 350 351 2. 700
error: Content is protected !!