Read More9
Read More9

Birbank Biznes-dən qadın sahibkarlara özəl 8 Mart hədiyyəsi

posted in: Xəbər | 0

Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sahibkarlara özəl kampaniya həyata keçirir. Belə ki, 31 mart tarixinədək mikro biznes krediti əldə edən qadın sahibkarlar üçün illik kredit faizinə 8%-dək  endirim ediləcək. Xanımlar 100 000 manatadək krediti maksimum 36 ay müddətə, illik 18%-lə girovsuz və zaminsiz əldə etmək imkanı qazanırlar.

Hər zaman qadın sahibkarlara dəstək göstərən Birbank Biznes-in yeni kampaniyasından yararlanmaq istəyən xanımlar ən yaxın Kapital Bank filialına yaxınlaşa və ya https://bir.bank/prmk8mk saytı vasitəsilə onlayn müraciət edərək banka getmədən, vaxt itirmədən kredit əldə edə bilərlər.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

İllik iş vaxtı norması və onun hesablanması

Torpaq, tikili və avadanlıqlar üzrə daxilolmanın uçotu

posted in: Xəbər | 0

Əsas vəsaitlər nədir?

Torpaq, tikili avadanlıqlar (yaxud əsas vəsaitlər) müəssisənin əsas fəaliyyətində istifadə edilən uzunmüddətli aktivlərdi. Heç də bütün mülkiyyət bu anlayışın təsir dairəsinə düşmür. Bu qrupa müəssisənin təsərrüfat fəaliyyətində istifadə edilən maddi obyektlər aid edilir. “Torpaq, tikili və avadanlıqlar” (Property, Plant and Equipment – PP&E) anlayışı leksikonumuzda beynəlxalq mühasibat standartlarının tətbiqi ilə istifadə edilməyə başlayıb, “əsas vəsaitlər və avadanlıqlar” anlayışı ilə paralel işlənməyə başlayıb.

Property, Plant and Equipment aşaıdakı meyarlara cavab verməlidir:

  • qısa müddətdə satış və ya istehlak üçün nəzərdə tutulmayıb;
  • köhnəlməyə məruz qalır və bu zaman dəyəri azalır ( torpaq sahələri istisna təşkil edə bilər);
  • müəssisə aktivdən bu gün və gələcəkdə fayda gətirə bilər;
  • müəssisənin xeyri üçün ən azı bir il yaxud illik müddəti aşmayan bir əməliyyat dövrü istifadə olunur.

“Əsas vəsait nədir?və yaxud “Əsas vəsaitlər hansılardır?” suallarına daha ətraflı cavabı bizim eyni adlı məqalələrdən tapa bilərsiniz.

Torpaq, tikili və avadanlıqların daxilolması

Əsas vəsaitlər müəssisənin mülkiyyətinə müxtəlif yollarla daxil olur:

  • haqqı ödənilərək digər müəssisələrdən alınmaqla;
  • müəssisəyə nizamnamə kapitalı şəklində qoyulmaqla;
  • müəssisə daxilində yaradılmaqla;
  • əvəzsiz alınmaqla;
  • podratçı tərəfindən quraşdırılmaqla;
  • maliyyə icarəsi ilə.

Belə aktivlərin tanınması, qiymətləndirilməsi və uçotu qaydaları 16 №-li “Torpaq, tikili və avadanlıqlar” Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən müəyyən edilir.

Əsas vəsaitlərin alınmasının sənədləşdirilməsi

Torpaq, tikili avadanlıqların alınması üçün öncə əsas vəsaiti satan yaxud istehsal edən şirkətlərlə əlaqə qurulur. Razılaşmadan sonra müqavilə bağlanılır, sonra isə digər zəruri prosedurlar həyata keçirilir.  Əsas vəsaitləri mülkiyyətə qəbul edilməsi “Təhvil-Qəbul aktı” ilə rəsmiləşdirilir .

Mühasibatlığa təqdim edilmiş akt əsasında əsas vəsaitlərin uçotu üçün inventar kartı açılır, obyektə inventar nömrəsi verilir. Hər bir obyekt və ya oxşar obyektlər qrupu üçün inventar kartı açılır. Bu kartlar analitik uçot registridir. Obyekt haqqında bütün məlumatlar karta daxil edilir. Analitik uçot məlumatları (inventar kartları üzrə qalıqlar) sintetik uçot məlumatlarına uyğun olmalıdır.

Analitik uçot

Daşınmaz əmlakın, binaların və avadanlıqların uçotu vahidi (inventar obyekti) fərqli ola bilər, məsələn:

  • binalar üçün – inventar obyekti onun istismarı üçün zəruri olan bina daxilində bütün kommunikasiyaları özündə cəmləşdirən hər bir ayrıca binadır;
  • konstruksiyalar və ötürücü qurğular üçün – onunla vəhdət təşkil edən bütün qurğularla birlikdə hər bir fərdi struktur (ötürücü qurğu);
  • maşın və avadanlıqlar üçün – hər bir fərdi maşın, aparat, qurğu, qurğu və s., o cümlədən, onların tərkib hissələri, ləvazimatları, cihazları, alətləri, elektrik avadanlıqları, habelə fərdi hasar və bünövrə.

Təşkilatlarda torpaq, tikili və avadanlıqların daxilolması zamanı istismarda olan və ya ehtiyatda olan hər bir inventar obyektinə inventar nömrəsi verilir. İnventar nömrələri kod təyinatına malikdir. Kodlaşma elə aparılır ki, onun vasitəsi ilə obyektin hansı təsnifat qrupuna aid olduğunu müəyyən etmək mümkün olsun. Yeni qəbul edilmiş əsas vəsaitlərə inventar nömrəsinin (kodun) verilməsi mühasibatlıqda həyata keçirilir. Əsas vəsaitlər üzrə inventar nömrələri onların  mövcudluğunun və hərəkətinin uçotu üçün bütün digər reyestr və sənədlərə daxil edilir.

Obyektin inventar nömrəsi bu şirkətdə istifadə edildiyi bütün dövr ərzində onunla qalır. Əsas vəsait xaric edildikdə onun nömrəsi ləğv edilmiş sayılır və bir qayda olaraq, beş il müddətində yeni qəbilı edilmiş obyektə təyin edilmir.

Torpaq, tikili və avadanlıqların daxilolması üzrə sintetik uçot

Sintetik uçot Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 11-ci maddəsi üzrə aparılır. Torpaq, tikili və avadanlıqların tanınma meyarına cavab verən aktivlər ilkin olaraq ilkin dəyəri ilə uçota alınır.

Əsas vəsaitlərin ayrı-ayrı qrupları üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu qaydalara görə torpaq, tikili və avadanlıqların dəyəri üçün 111 saylı hesab və aşağıdakı subhesablar açılır:

  • 111-1 “Torpağın dəyəri”;
  • 111-2 “Tikililərin dəyəri”;
  • 111-3 “Maşın və avadanlıqların dəyəri”;
  • 111-4 “Nəqliyyat vasitələrinin dəyəri”;
  • 111-5 “Digər torpaq, tikili və avadanlıqların dəyəri”.

111 saylı hesab üzrə sintetik uçotun əsas prinsipləri ilə “111-ci hesabda torpaq, tikili və avadanlıqların dəyəri üzrə uçot” adlı məqalədən tanış olmaq olar. Əsas vəsaitlərin daxilolması üzrə müxabirləşmə nümunələri isə burada verilib.

Təcrübədə heç də həmişə əsas vəsait alınan kimi dərhal istismara verilmir. Bəzi hallarda onlar özlərinin istismar vaxtının başlanmasını gözləyir, bəzi hallarda isə əlavə təmir quraşdırma işlərinin bitməsini gözləməli olurlar.

Bu cür hallarda əsas vəsaitlərə çəkilmiş məsrəflər onun ilkin dəyərini artırır, yəni alış qiymətinin üzərinə gəlir, ilk olaraq 113 saylı hesabda uçota alınır. Tək quraşdırma işləri deyil, əgər varsa, gömrük rüsum, yığımları da onun ilkin dəyərini formalaşdıracaqdır.

113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə uçot qaydaları ilə eyni adlı məqalədən tanış olmaq olar.

Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi

Kreditlərinizi Kapital Bank-a gətirin, daha sərfəli şərtlər əldə edin

posted in: Xəbər | 0

Kapital Bank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün “Refinans” kredit imkanını təqdim edir. Belə ki, bu xidmətdən faydalanmaqla müştərilər digər banklarda olan kredit öhdəliyini Kapital Bank-a gətirməklə kredit faizlərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq imkanı əldə edirlər.

Bu kredit imkanı çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan  əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq istəyənlər ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər.

Ətraflı məlumat  üçün: https://kbl.az/hrrh

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Bazar qiymətinin tətbiqi ilə bağlı hansı dəyişikliklər edilib?

Bazar qiymətinin tətbiqi ilə bağlı hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

2024-cü ildən Vergi Məcəlləsinin bazar qiymətləri ilə bağlı məsələləri özündə ehtiva edən 14-cü maddəsinin iki bəndində dəyişiklik edilib. Yeniliyi iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 14.3.6-cı maddəsindən “alınmasına” sözü çıxarılıb. Dəyişikliyə qədər isə həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim olunmasına (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti tətbiq edilə bilirdi. Ancaq dəyişiklikdən sonra yalnız malların (işlərin, xidmətlərin) təqdim olunmasına dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti tətbiq ediləcək.

Misal 1: Vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, vergi ödəyicisinin təqdim etdiyi 30.000 manatlıq tikinti materiallarının alınmasına dair sənədlər mövcud deyil. Son dəyişikliyədək bu halda həmin tikinti mallarının dəyərini müəyyənləşdirmək üçün bazar qiymətinin müəyyən olunması prosedurları həyata keçirilirdi. Yeni dəyişiklikdən sonra artıq vergi orqanı belə hallarda bazar qiyməti tətbiq etməyəcək.

Bazar qiyməti ilə bağlı digər dəyişiklik Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə edilib. Dəyişikliyə əsasən, 14.6.5-ci maddədə “aşağıdakı hallarda” sözləri “alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda” sözləri və həmin maddənin sonunda iki nöqtə (:) işarəsi nöqtə (.) işarəsi ilə əvəz edilib. Həmçinin, 14.6.5.1-ci və 14.6.5.2-ci maddələr ləğv edilib. Dəyişikliyədək Vergi Məcəlləsinin 14.6.5.2-ci maddəsinə əsasən, malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda bazar qiyməti tətbiq edilirdi.

Misal 2: Vergi orqanı keçirdiyi nəzarət tədbirləri nəticəsində vergi ödəyicisinin xərclərin uçotunu aparmadığını müəyyən edib. Xərclərin uçotu aparılmadıqda əksər hallarda rəsmiləşdirmə də aparılmır və beləliklə, malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmur. Son dəyişikliyədək vergi orqanı malların alış qiymətini müəyyənləşdirmək üçün bazar qiyməti tətbiq edə bilirdi. Amma yeni dəyişiklikdən sonra bazar qiymətinin tətbiq olunmasına ehtiyac yaranmayacaq.

İndi isə hər iki dəyişikliyin səbəblərini izah edən məsələlərə aydınlıq gətirək. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə edilmiş əlavəyə əsasən, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Qeyd edək ki, yeni dəyişikliklərdən sonra vergi ödəyicisinin xərcini təsdiq edən sənədlər olmazsa, bu zaman vergi orqanı tərəfindən hər hansı bazar qiyməti tətbiq edilməyəcək.

Misal 3: Vergi orqanı 2024-cü ildə həyata keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, vergi ödəyicinin təqdim etdiyi 30.000 manatlıq ərzaq məhsullarının xərcini təsdiq edən sənədlər yoxdur. Son dəyişiklikdən sonra vergi orqanının həmin əməliyyat üzrə bazar qiyməti tətbiq etməsinə ehtiyac olmayacaq. Çünki Vergi Məcəlləsinin 108.1-ci maddəsində edilmiş dəyişiklik nəticəsində qanunla müəyyən olunan qaydada rəsmiləşdirilməyən xərclər artıq tanınmır. Vergi Məcəlləsində dəyişikliklərin təsdiqi ilə bağlı sənədin keçid müddəasında qeyd edilir ki, 2024-ci ildə həmin növ xərclərin 50 faizdən çox olmayaraq rentabellik nəzərdə tutulsa da, 1 yanvar 2025-ci ildən sonra ümumiyyətlə gəlirdən çıxılmasına icazə verilməyəcək.

Mənbə: vergiler.az

İllik iş vaxtı norması və onun hesablanması

1 408 409 410 411 412 413 414 2. 684
error: Content is protected !!