2024-cü il üçün yaşayış minimumu təsdiqləndi

posted in: Xəbər | 0

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: report.az

2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Əmlak vergisini kim və nə qədər ödəməlidir?

posted in: Xəbər | 0

Mühasibləri, eləcə də fiziki şəxsləri maraqlandıran məsələlərdən biri də əmlak vergisinin hesablanması, hesabatların hazırlanmasıdır. Vətəndaşların və hüquqi şəxslərin əmlakla bağlı öhdəliklərinə dair suallara maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən, əmlak vergisinin vergitutma obyektləri aşağıdakılar sayılır:

  • rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;
  • müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər;
  • Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər.

Fiziki şəxslərin əmlak vergisi yerli vergilərə, fərdi sahibkarların və hüquqi şəxslərin əmlak vergisi isə dövlət vergilərinə aid edilir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bunun üçün xüsusi mülkiyyətdə olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən vergi dərəcələri tətbiq olunur:

  • Bakı – 0.40 manat/kv.m.
  • Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu – 0.30 manat/kv.m.;
  • digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri – 0.20 manat/kv.m.;
  • rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə – 0.10 manat/kv.m.

Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi hesablanarkən aşağıdakı dərəcələr tətbiq olunur:

  • su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kubsantimetri üçün 0,02 manat;
  • hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kubsantimetri üçün 0,02 manat;
  • mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların bazar qiymətinin 1 faizi.

Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin Vergi Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. Həmin maddəyə əsasən, müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:

Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.

Müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir. Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəməlidirlər.

Mənbə: vergiler.az

Fərdi sahibkarın xidmət müqaviləsi üzrə öhdəlikləri necə müəyyən edilir?

2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 448 nömrəli Qərarına əsasən 2024-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar Yeni il bayramı;
20 yanvar Ümumxalq hüzn günü;
8  mart Qadınlar günü;
20, 21, 22, 23, 24   mart Novruz bayramı;
10, 11 aprel Ramazan  bayramı;
9  may Faşizm üzərində qələbə günü;
28 may Müstəqillik Günü;
15 iyun Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;
16, 17 iyun

8 noyabr

Qurban bayramı;

Zəfər Günü;

9  noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü
31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 448 nömrəli və “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 447  nömrəli qərarlarına əsasən 2024-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində  3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir və beşgünlük iş həftəsində 7 yanvar tarixi iş günüdür.

2024-cü ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir.

   Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2023-cü il 7 dekabr tarixli Sərəncamına əsasən 2024-cü ilin 7 fevral tarixi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü elan edilmişdir ki, həmin gün iş günü hesab edilmir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

2024-cü ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2024-cü ilin 23 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə  əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

            2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 9-u bayramqabağı, 1-i  Ümumxalq hüzn günü qabağı və 1-i Azərbaycan Respublikası Prezidenti seçkiləri qabağı iş günləridir), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2023-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram (5-ü istirahət günləri ilə üst-üstə düşən), 1 Ümumxalq hüzn günü, 1  Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü  vardır (239+105+19+1+1+1= 366).

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

            2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1901 saat təşkil edir (228×8 + 11×7 = 1901 saat).

            İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

            Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Mənbə: sosial.gov.az

 

2024-cü il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

Hansı halda şirkət sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu saxlayır?

posted in: Xəbər | 0

MMC ofis ləvazimatlarının pərakəndə satışını həyata keçirir və sadələşdirilmiş verginin ödəyicisidir. Şirkət 2023-cü ilin 1-ci rübündə nəzarət-kassa aparatı vasitəsilə 11.000 manat, 5.000 manat məbləğində isə elektron qaimə-faktura ilə fərdi sahibkara satış həyata keçirib. Bu halda şirkət sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu saxlayırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.

Qeyd olunanlara əsasən, pərakəndə satış fəaliyyəti göstərən müəssisənin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi ümumi əməliyyatların həcminin 30 faizindən çox olduğundan, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir və 2023-cü ilin ikinci rübündən etibarən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.6.2-ci və 218.7-ci maddələri.

Mənbə: vergiler.az

Vergi Məcəlləsi

Sadələşdirilmiş vergi

 

1 441 442 443 444 445 446 447 2. 685