Dəfn üçün müavinət almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0

Gec ya tez, hər kəs ölümlə üzləşir. Bəzən insanları yaxınları üçün layiqli dəfn mərasiminə  kifayət qədər vəsaitləri olmayacağı narahat edir. Dəfn ailə büdcəsinə ciddi zərbə vuran gözlənilməz və ciddi xərcdir. Amma dövlət tərəfindən müəyyən edilmiş ödənişlər vasitəsi ilə bu xərci nisbətən yumşaltmaq olar.  Dəfn üçün müavinət yaxud xalq arasında dəfn pulu adlanan vəsait belə ödənişlərdəndir.

Dəfn üçün müavinət nədir?

Ölüm hadisəsi “Sosial sığorta haqqında” AR qanununa görə sosial sığorta hadisəsi sayılır (maddə 4). Həmin qanunun 6-cı maddəsində sadalanan sosial sığorta hadisəsi baş verdikdə sığorta aylıq yaxud birdəfəlik ödəmələr verir ki, onlardan biri də dəfn üçün müavinətdir.

Daha çox dəfn pulu adlandırılan bu sosial sığorta ödənişi dəfn xərclərini ödəmək üçün birdəfəlik  təyin edilir.

Sığortaolunan, əmək pensiyaçısı yaxud sosial müavinətlər alan şəxslər vəfat etdikdə dövlət onların ailə üzvlərini bu müavinətlə təmin edir. Dəfnə görə müavinətlər əmək pensiyaçısı vəfat etdikdə, onun qeydiyyatda olduğu ərazidəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  orqanları tərəfindən, sığortaolunanın vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə sığortaedənin uçotda olduğu DSMF tərəfindən kompensasiya edilməklə işəgötürən tərəfindən verilir.

  • sığortaolunanların müavinət məbləği sosial müavinətlər haqqında qanuna uyğun ödənilir;
  • əmək pensiyaçıları üzrə dəfn üçün müavinət əmək pensiyaları haqqında qanuna əsasən müəyyənləşir;
  • əgər vəfat edən eyni anda həm sığortaolunan, həm də əmək pensiyaçısıdırsa, bu halda dəfn pulu kimi məbləği daha çox olan müavinət ödənməlidir.

Nümunə: Əmək pensiyaçısına təyin edilən dəfn üçün müavinət minimum pensiyanın üç misli qədərindədir. Tutaq ki, ölən şəxsin pensiyası 240 manatdır, bu zaman təyin olunan dəfn pulu 240 x 3= 720 manat olacaq.

Başqa hala baxaq.

Tutaq ki, şəxsin pensiya məbləği 720, sığortaolunan kimi müavinəti 500 manatdır. Bu halda dəfnə görə daha çox məbləği olan müavinət, yəni 720 manat ödəniləcək.

Müavinəti almaq hüququ olan şəxslər

Dəfn üçün müavinət almaq hüququ olan şəxsləri iki kateqoriyaya bölmək olar:

  • Azərbaycan Respublikasının vətəndaşları;
  • Respublika ərazisində daimi yaşayan, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər.

Sonuncular üçün bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadıqda yaranır.

Dəfn pulu almaq hüququ olan aşağıdakı şəxslər vəfat etdikdə müavinət təyin olunur:

  • sığortaolunan;
  • əmək pensiyaçısı;
  • işsizlikdən sığorta ödənişini alan şəxs;
  • dövlət qulluqçularına ömürlük, yaşa görə, əlillik, ailə başçısının itirilməsi, əlilliyi olan 18 yaşı tamam olmayan uşaqlara verilən  müavinətlərdən hər hansı birini alan  şəxslər vəfat etdiyi zaman.

Muzdlu işdə çalışan sığortaolunanın ölümlə əlaqədar əmək müqaviləsinə Əmək Məcəlləsinin 77.7-ci maddəsi əsasında xitam verilir və dövlət məcburi sığorta fondunun vəsaiti hesabına işəgötürən tərəfindən dəfn pulu ödənilir. Onun varislərinə ödənilən dəfn üçün müavinət ölən şəxsin aldığı orta aylıq əməkhaqqının 3 mislindən az olmamalıdır. Ölüm şəhadətnaməsinin surəti xitam əmrinin arxasına tikilir.

Bəzən sığortaolunan ilə sığortaedən eyni şəxs olur. Məsələn, öz-özünü sığortaedən fərdi sahibkar vəfat etdikdə, habelə yuxarıda sadalanan digər kateqoriyaya aid şəxslərin müavinət almaq hüququ yarandıqda Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilə bilər.

Dəfn üçün müavinət şəxsin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Bu zaman müraciət etmə müddəti məhdudlaşdırılmayıb.

Hamiləliyə və doğuma görə müavinət

 

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları

posted in: Xəbər | 0
Sıra №-si Ölkənin adı Valyutaların adı Ezamiyyə xərclərinin 1 günlük norması
1 2 3 4
1. Rusiya Federasiyası ABŞ dolları 170
Moskva və Sankt-Peterburq şəhərləri 260
2. Tacikistan ABŞ dolları 140
Düşənbə şəhəri 165
3. Özbəkistan ABŞ dolları 140
Daşkənd şəhəri 180
4. Belarus ABŞ dolları 140
Minsk şəhəri 180
5. Ukrayna ABŞ dolları 160
Kiyev şəhəri 210
6. Moldova ABŞ dolları 150
Kişineu şəhəri 150
7. Qazaxıstan ABŞ dolları 150
Almatı və Astana şəhərləri 200
8. Qırğızıstan ABŞ dolları 130
Bişkek şəhəri 160
9. Gürcüstan ABŞ dolları 155
Tbilisi şəhəri 200
10. Türkmənistan ABŞ dolları 125
Aşqabad şəhəri 150
11. Latviya avro 150
Riqa şəhəri 180
12. Litva avro 150
Vilnüs şəhəri 180
13. Estoniya avro 150
Tallin şəhəri 180
14. Böyük Britaniya İngiltərə.funt sterlinqi 250
London şəhəri 280
15. Lixtenşteyn avro 250
16. Avstriya avro 250
17. Almaniya avro 250
18. Belçika avro 250
19. İrlandiya avro 250
20. Monako avro 250
21. Norveç avro 280
22. Niderland avro 270
23. San-Marino avro 240
24. Fransa avro 250
Paris şəhəri 300
25. Türkiyə avro 180
Ankara şəhəri 200
İstanbul şəhəri 220
26. İtaliya avro 250
27. Xorvatiya avro 250
28. Bosniya və Herseqovina avro 200
29. Danimarka avro 250
30. İsveçrə avro 310
Bern, Cenevrə və Sürix şəhərləri 330
31. Lüksemburq avro 290
32. Makedoniya avro 190
33. Kipr avro 200
34. Macarıstan avro 200
35. Malta avro 230
36. Portuqaliya avro 250
37. Slovakiya avro 200
38. Finlandiya avro 250
39. Çexiya avro 200
40. Serbiya avro 200
41. Monteneqro avro 200
42. Andorra avro 200
43. Albaniya avro 180
44. Yunanıstan avro 230
45. İslandiya avro 250
46. İspaniya avro 260
47. Polşa avro 220
48. İsveç avro 300
49. Bolqarıstan avro 185
50. Rumıniya avro 220
51. Sloveniya avro 220
52. ABŞ ABŞ dolları 350
Nyu-York şəhəri 450
53. Argentina ABŞ dolları 220
54. Braziliya ABŞ dolları 250
55. Kanada ABŞ dolları 300
56. Meksika ABŞ dolları 220
57. Amerika qitəsi üzrə digər ölkələr ABŞ dolları 200
58. Bəhreyn ABŞ dolları 220
59. Səudiyyə Ərəbistanı ABŞ dolları 250
60. Birləşmiş Ərəb Əmirlikləri ABŞ dolları 280
61. İordaniya ABŞ dolları 180
62. İran ABŞ dolları 160
63. Qətər ABŞ dolları 250
64. Küveyt ABŞ dolları 220
65. Oman ABŞ dolları 220
66. Suriya ABŞ dolları 200
67. İraq ABŞ dolları 190
68. İsrail ABŞ dolları 250
69. Fələstin ABŞ dolları 200
70. Livan ABŞ dolları 200
71. Liviya ABŞ dolları 200
72. Bruney ABŞ dolları 190
73. Yəmən ABŞ dolları 190
74. Əlcəzair ABŞ dolları 190
75. Mərakeş ABŞ dolları 200
76. Misir ABŞ dolları 220
77. Tunis ABŞ dolları 180
78. Seneqal ABŞ dolları 200
79. Cənubi Afrika Respublikası ABŞ dolları 200
80. Afrika qitəsi üzrə digər ölkələr ABŞ dolları 180
81. Çin Xalq Respublikası ABŞ dolları 250
82. Sinqapur ABŞ dolları 320
83. Tailand ABŞ dolları 220
84. Malayziya ABŞ dolları 220
85. Şri-Lanka ABŞ dolları 180
86. Hindistan ABŞ dolları 180
87. Nepal ABŞ dolları 180
88. Banqladeş ABŞ dolları 170
89. Pakistan ABŞ dolları 200
90. Butan ABŞ dolları 145
91. Myanma ABŞ dolları 155
92. Monqolustan ABŞ dolları 180
93. Laos ABŞ dolları 170
94. Vyetnam ABŞ dolları 180
95. İndoneziya ABŞ dolları 220
96. Əfqanıstan ABŞ dolları 180
97. Kamboca ABŞ dolları 180
98. Mali ABŞ dolları 200
99. Maldiv adaları ABŞ dolları 200
100. Hibraltar avro 180
101. Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ dolları 230
102. Koreya Respublikası ABŞ dolları 250
103. Yaponiya Yapon iyeni 40000
104. Filippin ABŞ dolları 220
105. Yeni Zelandiya ABŞ dolları 250
106. Avstraliya və Okeaniya ABŞ dolları 270

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əmək müqaviləsinin müddəti bitən işçinin hansı təminatları var?

posted in: Xəbər | 0

Müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda müqaviləyə xitam verilir. Bəs bu halda işçilərin hansı təminatları vardır? Onlara ödəniş edilirmi? Mövzu ilə bağlı suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir: 

Əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir.

Misal 1: İşçi ilə əmək müqaviləsi bir il müddətinə bağlanıb və müqavilənin müddəti 30.04.2023-cü il tarixdə bitəcək. Tərəflərdən biri 07.05.2023-cü il tarixədək əmək müqaviləsinin xitamı ilə bağlı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılır. Bu zaman işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək Münasibətləri və Məşğulluq” altsistemində (ƏMAS) işçinin müqavilə müddətinin dəyişdirilməsi təmin edilməlidir.

Misal 2: Satıcı vəzifəsində çalışan işçi ilə əmək müqaviləsi bir il müddətinə bağlanıb və müqavilənin müddətinin 07.04.2023-cü il tarixdə bitməsi qeyd olunub. İşçiyə müqavilə müddətinin bitməsi və müqavilənin uzadılmayacağı haqqında bildiriş daxil olub. İşçinin aylıq əməkhaqqı məbləği 430 manatdır. Aprel ayında iş günlərinin sayı 22 gün olub. İşçi məzuniyyət hüququndan istifadə etməyib.

Bu halda işçiyə iki ödəniş verilməlidir: faktiki işlənmiş vaxta görə əməkhaqqı; istifadə edilməmiş məzuniyyətə görə kompensasiya.

Faktiki işlənmiş vaxta görə əməkhaqqı belə hesablanır:

430 : 22 = 19.55 manat:
19.55 x 5 = 97.75 manat.

Burada 5 gün işçinin apreldə işlədiyi günlərin sayıdır.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya isə bu cür hesablanır:

İşçi bir il ərzində əmək məzuniyyətindən istifadə etmədiyi üçün 21 günə görə kompensasiya almalıdır. Onun orta aylıq əməkhaqqı məbləğinin 430 manat olduğunu nəzərə almaqla orta gündəlik qazancı tapaq:

Bir günə düşən orta əməkhaqqı: 430 : 30.4 = 14.14 manat;

Məzuniyyətə görə kompensasiya: 21 x 14.14 = 296.94 manat.

Deməli, işçiyə cəmi 394.69 manat ödəniş olunacaq:

296.94 + 97.75 = 394.69 manat.

Bəs sınaq müddəti ərzində işçi özünü doğrultmazsa, əmək müqaviləsinə xitam verilən zaman işçiyə hansı ödənişlər edilməlidir?

Sınaq müddəti ərzində xitam zamanı da işçiyə faktiki işlənmiş iş vaxtına uyğun əməkhaqqı və xitam olunduğu tarixə qədər istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir. Xitam prosesində işəgötürən tərəfindən işçiyə ödənilməli olan müavinətləri aşağıdakı şəkildə ümumiləşdirə bilərik:

Orta aylıq əməkhaqqının azı 2 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • işçinin hərbi və ya altemativ xidmətə çağırılması;
  • qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi.

Orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilən hallar:

  • işçi vəfat etdikdə;
  • müəssisənin mülkiyyətçisi dəyişdikdə.

Qeyd edilən əsaslardan hansı biri ilə xitam verilməsindən asılı olmayaraq, əmək müqaviləsinə xitam verildiyi zaman işçiyə xitam olunduğu tarixə qədər işlədiyi iş günlərinə görə əməkhaqqı və istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı | vergiler.az

Hansı vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır?

Vergi Məcəlləsində dəyişikliklər təsdiqləndi

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərman imzalayıb.

Faylı yükləyin: Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Mənbə: president.az

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”

 

1 445 446 447 448 449 450 451 2. 691