Read More9
Read More9

1C Kursu

posted in: Xəbər | 0

1C kursu

Sizi yeni başlayacaq 1C kurslarına dəvət edirik.

Kurs kimlər üçündür?

  • Mühasib yaxud mühasib-operator olmaq istəyənlər;
  • İşlərini təkmilləşdirmək istəyən mühasiblər;
  • Öz işini aparmaq istəyən sahibkarlar və digər şəxslər üçün.

Kursun faydaları:

  • Mühasibat uçotunu daha düzgün aparacaqsınız;
  • İşlərini asanlaşdıracaq və avtomatlaşdıracaqsınız;
  • Sənədləşmələrin qeydiyyatını daha rahat apara biləcəksiniz;
  • Müəssisənin biznes proseslərini avtomatlaşdıra biləcəksiniz.

Təlimçi barədə:

Şahin Qurbanov

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “Mirleks Group”da Maliyyəçi və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.

Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar Mühasib Sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Əyani və onlayn.

Təlim vaxtı: Bazar ertəsi və cümə axşamı, 19:00-21:00.

Kursa daxildir:

  • 24 saat (12 təlim)
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Kursun proqramı aşağıdakı kimidir:

Mövzu müddət/saat
1 C proqram təminatı ilə tanışlıq.Hesablar planı ilə işləmək. Məzənnələrin daxil edilməsi. Debitorların və kreditorların yaradılması 2
Kassa əməliyyatları. Kassa mədaxil və kassa məxaric 2
Təhtəlhesab şəxslərlə hesablaşma. Avans hesabatı 2
Bank əməliyyatları. Daxil olan və çıxan ödəniş tapşırıqları 2
Mal və materiallarla aparılan əməliyyatlar. Material mal və xidmət alışı. Elektron qaimələrin daxil edilməsi 2
Maya dəyəri. Mal alışı zamanı mal və materialların qiymətinə təsir edən məsrəflər. Daşınma və YGB məsrəfləri 2
Əsas vəsaitlərin alışı, istifadəyə verilməsi və silinməsi. 2
Qeyri maddi aktivlərin alışı, istifadəyə verilməsi və silinməsi. 2
İstehsalat 2
Satış 2
Dövriyyə balans cədvəlinin analizi. Hesabların yoxlanması. Ayın bağlanması 2
Sertifikasiya İmtahanı 2

 

Kursa qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az

Əlaqə:

Ünvan: Caspian Plaza

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir.

Yenilənmiş qanuna orta sahibkarlıq subyektləri mühasibat uçotunun elektron formada aparılmasını aşağıdakı mərhələlərdə həyata keçirməlidir:

  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;
  • telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;
  • yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;
  • idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;
  • Digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.1-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsinə uyğun olaraq orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilsin:

3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;

3.2. telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;

3.3. yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;

3.4. idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;

3.5. bu Fərmanın 3.1 – 3.4-cü bəndləri ilə əhatə olunmayan digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I)) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “2.1.20-ci” sözlərindən sonra “, 3.1-1.1-ci” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 3.1-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 yanvar 2024-cü il

Vergi Məcəlləsində mikro sahibkarlığa güzəştlərlə bağlı dəyişikliklər

posted in: Xəbər | 0

Məlum olduğu kimi, ölkədə aparılan sosial-iqtisadi siyasət çərçivəsində vergi sistemində həyata keçirilmiş islahatlar biznesdə şəffaflığın təmin edilməsi, dövlət-biznes münasibətlərinin aydın şəkildə qurulmasına hədəflənib. Vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində ciddi dəyişikliklər aparılıb, “kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində vergi nəzarəti mexanizmləri təkmilləşdirilib və biznesin fəaliyyətinə effektiv vergi nəzarətin qurulmasında rəqəmsallaşma genişləndirilib, vergi təşviq alətlərindən fəal istifadə edilib.

Mövcud vergi siyasəti təkcə fiskal deyil, eyni zamanda, mühüm iqtisadi tənzimləmə aləti rolunda çıxış edir. Bu baxımdan dövlət vergi siyasətinin əsas istiqamətləri biznes subyektlərinin böyüməsini təşviq etməklə dayanıqlı vergi mühitinin formalaşması, rəqabət mühitinin qorunması üçün vergi intizamına əməl etməyən şəxslərə qarşı ciddi mübarizənin aparılması və biznesə təşviqlərin verilməsindən ibarətdir.

Bu xüsusda Vergi Məcəlləsinə bir sıra təşviqedici və tənzimləyici müddəalar daxil edilib ki, onlardan biri də mikro sahibkarlıq subyektlərinə tətbiq olunan vergi güzəştlərinə hədəfli yanaşmadır və bu güzəştlərdən məhz mikro sahibkarların faydalanmasıdır.

Dəyişikliyə səbəb olan hallar:

Ötən dövr üzrə aparılan monitorinqlər, habelə risk yaradan proseslərin analizi çərçivəsində aparılan təhlillər nəticəsində mikro sahibkarlıq subyektlərinin fəaliyyətində risklərin mövcud olduğu müəyyən edilib. Monitorinqlər və vergi nəzarəti tədbirləri zamanı belə subyektlərdə bu kimi vergi güzəştlərindən sui-istifadə halları müşahidə olunub və əməliyyatların əhəmiyyətli hissəsindən süni xərclərin ötürülməsi məqsədilə istifadə edildiyi, dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldıldığı müəyyənləşdirilib.

Təhlillər göstərir ki, mikro sahibkarlıq subyektləri elektron qaimə fakturaların (yəni xərc sənədlərinin) 87,8 faizini məhz mikro olmayan biznes subyektlərinə təqdim edirlər. Xərc sənədlərinin mütləq əksəriyyətinin məhz iş (xidmət) adı altında rəsmiləşdirildiyi, əməliyyatların işçi qüvvəsi və resursu olmadan baş verdiyi müşahidə olunur. Beləliklə, resursu və işçi qüvvəsi olmayan mikro sahibkarların digər biznes subyektlərinə irihəcmli əməliyyatlarla “iş, xidmət” göstərməsi nəticəsində dövlətin dəstək aləti hesab edilən vergi güzəştindən mikro olmayan sahibkarlar faydalanırlar.

Nəticədə, həmin güzəştdən müxtəlif formalarda sxemlər yaratmaqla vergidən yayınmağa çalışan vergi ödəyiciləri istifadə etdiyindən ədalətsiz rəqabət və vergi mühiti yaranır ki, bu da dövlət vergi orqanları ilə intizamlı vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir.

Dəyişikliyin məqsədi:

Mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. Mikro sahibkar həm də işəgötürəndir və iş yeri yaradır. Vergi güzəşti sahibkarın təkcə mikro sahibkarlıq subyekti olmasına görə deyil, əsas hədəflərdən biri kimi həm də iş yerinin yaradılması ilə bağlıdır.

Bu baxımdan hədəfli vergi güzəşti mikro sahibkarlıq subyektinin işçi meyarının 30 faizinin (yəni 10 nəfər işçi meyarından 3 nəfər) ödənildiyi halda tətbiq olunur. Bu, həm mikro sahibkarları iş yeri yaratmağa təşviq edir, həm də qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılmasında iştirak edən, habelə mikro sahibkarlıq subyekti olmayan biznesə “süni xərc” ötürən, onların vergidən yayınmasına şərait yaradan “mikro sahibkarlar”ın destimullaşması ilə nəticələnir.

Digər tərəfdən, dəyişikliklər rəsmiləşdirilməyən faktiki işçilərin rəsmiləşməsini təşviq edəcək.

Beləliklə, vergi güzəşti yanaşması baxımından əldə etdiklərimiz:

  • Vergi güzəştləri məşğulluq yaradan mikro sahibkarlara tətbiq edilir;
  • Rəsmiləşdirilməmiş faktiki işçilərin rəsmiləşməsi baş verir;
  • Pul vəsaitlərini qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdıran, süni xərc ötürən “mikro sahibkarlar” destimullaşdırılır.

Reallıqda işçisi olmayan, yaxud 3-dən az işçisi olan mikro sahibkarlıq subyektlərinin vergi güzəşti ləğv edilirmi?

3-dən az işçi sayı olan mikro sahibkarların vergi güzəştləri ləğv edilmir, təxirə salınır. Vergi siyasətindəki 3 yanaşmadan biri də məhz biznes subyektlərinin böyüməsini təşviq etməkdir. 3 işçi sayı ilə bağlı meyara cavab verməyən, fərdi qaydada fəaliyyət göstərən sahibkarlara bizneslərini böyütməsi müqabilində, istifadə etmədikləri 75 faizlik vergi güzəştinin yenidən tətbiqi nəzərdə tutulur. Mikro sahibkar fəaliyyətini böyüdərək kiçik sahibkarlıq subyektinə (yaxud orta və ya iri) çevrildikdə, onun əldə etmədiyi vergi güzəştləri son 3 il üzrə cəmlənməklə dövlət büdcəsinə ödəməli olduğu vergilərdən çıxılacaq.

Bu isə güzəştlərin ləğv olunduğunu deyil, cəmlənməklə “hədəfli şəkildə təxirə salındığını” göstərir.

Əldə ediləcək nəticələr:

  • mikro sahibkarlıq subyektlərindən kiçik sahibkarlıq subyektlərinə keçid edənlərə güzəştlərin verilməsi biznesin böyüməsini təşviq edir;
  • mikro biznesin davamlı fəaliyyət göstərməsi və biznesin “süni şəkildə” bir müddətdən sonra yeni sahibkarlıq kateqoriyasına (kiçik, orta və s) adi edilməməsi məqsədilə bir şəxsin adından başqa şəxsin adına dəyişməsinin və real olmayan “yeni sahibkarların” yaradılmasının qarşısı alınır.
Mənbə: vergiler.az

Uçotu hesablama metodu ilə aparan vergi ödəyiciləri üçün gəlirin əldə edilməsi vaxtı

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev qanunvericiliyin bu tələbini şərh edir: 

Misal: Gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparan və kiçik sahibkarlıq subyekti olan müəssisə hesabat dövründə 165.000 manat dəyərində xidmət göstərib. Göstərilən xidmətlərlə bağlı hesabat ilinin sonunda 3.000 manat debitor borcu yaranıb. Müəssisə eyni zamanda öz işçilərinə görə 45.000 manat əməkhaqqı və sosial sığorta xərcləri hesablayıb, malların maya dəyəri üzrə xərcləri 70.000 manat olub. Hesabat ilinin 1 avqust tarixində aylıq icarə dəyəri 4.000 manat olan ofis icarəyə götürüb. İcarə muqaviləsinə əsasən, icarə haqlarının hər ayın sonunda ödənilməsi nəzərdə tutulub və müqavilənin müddəti 1 ildən artıq olub. Müəssisə icarə haqqının tam dəyərini cari ilin avqust ayında ödəyib.

Müəssisənin mənfəət vergisini hesablayaq. Bunun üçün, ilk növbədə, onun gəlirini və gəlirdən cıxılmasına yol verilən xərclərini müəyyən etmək lazımdır. Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən, hesablama metodu ilə gəlir və xərcinin uçotunu aparan vergi ödəyiciləri üçün gəlirin əldə edilməsi vaxtı müəyyən edilib. Maddədə göstərildiyi kimi, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır.

Misalımıza uyğun olaraq, vergi ödəyicisi hesabat dövründə 165.000 manat dəyərində mal təqdim edib, ancaq 3.000 manat məbləğ debitor borca çevrilsə də 135.1-ci maddəni əsas götürməklə vergi ödəyicisinin cari ilin gəliri kimi 165.000 manat qəbul ediləcək. Vergi ödəyicisinin 45.000 manat əməkhaqqı və sosial sığorta xərcləri, o cümlədən 70.000 manat malların maya dəyəri üzrə xərcləri Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı olan və gəlirdən çıxılan xərclər olduğu üçün gəlirdən çıxılacaq.

Tutaq ki, müəssisə cari ilin avqust ayında 1 ildən artıq müddətə aylıq icarə dəyəri 4.000 manat olan ofis icarəyə götürüb və aylıq icarə haqlarının tam məbləğini avqust ayında ödəyib. Bəs bu halda icarə haqlarının tam məbləği gəlirdən çıxılacaqmı?

Suala aydınlıq gətirmək üçün Vergi Məcəlləsinin 136-cı maddəsinə nəzər salmaq lazımdır. Belə ki, Məcəllənin 136.3-cü maddəsinə əsasən, borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq şəkildə bölüşdürülür.

Deməli, cari ilin icarə xərci kimi avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına düşən icarə öhdəliyi gəlirdən çıxılacaq. Bu halda cari ilin gəlirdən çıxılan icarə xərcinin məbləği 20.000 manat olacaq:

4.000 x 5 = 20.000 manat.

Beləliklə, müəssisənin gəlirdən çıxılan xərcləri 135.000 manat olacaq: (45.000+70.000+20.000) = 135.000 manat.

Nəticə olaraq müəssisənin mənfəət vergisini hesablayaq:

Gəlir – 165.000 manat;

Gəlirdən çıxılan xərclər – 135.000 manat;

Mənfəət – 165000 – 13.5000 = 30.000 manat.

Mənfəət vergisi – 30.000 x 20% = 6.000 manat.

Mənbə: vergiler.az

Kommersiya müəssisələri, onların təsnifatı

1 450 451 452 453 454 455 456 2. 700
error: Content is protected !!