Read More9
Read More9

Pay torpağı olanlar nə qədər sosial sığorta haqqı ödəməlidir?

posted in: Xəbər | 0

Mənə məxsus pay torpağım var və VÖEN açılıb. VÖEN açıq qaldıqda hansı vergi borcu yarana bilər və məbləği nə qədərdir? Pay torpağından istifadəyə görə hansı vergiləri ödəməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əməkqabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək – 5 faiz miqdarında;

5 hektardan 10 hektaradək – 7,5 faiz miqdarında;

10 hektardan yuxarı – 12,5 faiz miqdarında.

Həmin müddəaya əsasən, fiziki şəxs öz mülkiyyətində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə müvafiq orqandan (bələdiyyə orqanından, yerli icra orqanlarından) təsdiqedici arayış əldə edilməli və vergi orqanına təqdim olunmalıdır.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur.

Mənbə: vergiler.az

Әmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?

Әmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Son dəyişikliyə qədər Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, “əmtəəsiz əməliyyat” dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək üçün və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar başa düşülürdü. Yeni dəyişiklik nəticəsində uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar da əmtəəsiz əməliyyatlar hesab olunacaq.

Mülki Məcəllənin 340-cı – “Uydurma və yalan əqdlərin etibarsızlığı” adlı maddəsində uydurma və yalan əqdlərin açıqlaması verilir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Eləcə də maddədə qeyd edilir ki, uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəyə əsasən isə yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Uydurma əqd kimi yalan əqd də əhəmiyyətsizdir. Həmin maddədə, həmçinin, qeyd edilir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən, əslində, nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

İndi malların təqdim edilməsi ilə uydurma və yalan əqdə aid misalları təqdim edək:

Misal 1

Vergi ödəyicisi 300.000 manat məbləğində malı qarşı tərəfə təqdim etsə də, faktiki olaraq malların təqdim olunması həyata keçirilmir. Uydurma əqddə məqsəd vergi ödəyicisinin aktivlərinin süni şəkildə azaldılmasını təmin etməkdir. Halbuki, faktiki olaraq, həmin mallar vergi ödəyicisinin sahibliyində qalır.

Misal 2

Vergi ödəyicisi 300.000 manatlıq malı qarşı tərəfə təqdim etsə də, reallıqda alğı-satqı müqaviləsi əvəzinə saxlanılma və ya icarə müqaviləsi bağlayır. Məqsəd ondan ibarətdir ki, vergi ödəyicisi qarşı tərəflə yalan əqd bağlamaqla həmin malların satışı üzrə vergi öhdəliyinin yaranmasının qarşısını alsın.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarına və Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri riskli vergi ödəyicisi hesab olunurlar.

Mənbə: vergiler.az

Aliment ödənişi zamanı vergi öhdəliklərinin ardıcıllığı necə müəyyən olunur

Aliment ödənişi zamanı vergi öhdəliklərinin ardıcıllığı necə müəyyən olunur

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinə fiziki şəxslərin muzdlu gəlirlərindən aliment tutulması zamanı verginin və sığorta haqlarının hesablanma ardıcıllığı ilə bağlı sorğular daxil olur. Bununla əlaqədar, Vergi Məcəlləsinin 102.1.5-ci maddəsi və Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndi ilə bağlı ətraflı izahatın verilməsi zərurəti yaranıb.

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin aliment gəlirləri gəlir vergisindən azaddır. Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində aliment ödənişləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib.

Bu azadolmalar alimenti alan şəxsə münasibətdə müəyyən edilib. Alimenti ödəyən şəxsə (əməkhaqqı alan işçiyə) münasibətdə işəgötürən tərəfindən əməkhaqqının hesablanması zamanı vergi və sığorta haqları üzrə həmin güzəştlər tətbiq edilmir.

Fiziki şəxslərin muzdlu işdən əldə olunan gəlirlərinin ümumi məbləğindən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlir vergisi, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunlara uyğun olaraq sığorta haqları hesablanır.

Nazirlər Kabinetinin qərarı ilə “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin Növləri” təsdiq edilib və həmin gəlir Növlərinin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Həmin Qərarla alimenti ödəyən şəxsin əməkhaqqından hesablanan vergi və sığorta haqları üzrə dərəcələrin hansı məbləğə tətbiq olunması müəyyən edilmir, tutulmaların ardıcıllığı tənzimlənir. Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. Belə ki, alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən vergi və sığorta haqları hesablandıqdan sonra aşağıdakı ardıcıllıqla tutulmalar həyata keçirilir:

1. Gəlir vergisi;

2. Gəlir vergisi tutulduqdan sonra qalan məbləğdən aliment;

3. Aliment ödənildikdən sonra qalan məbləğdən sığorta haqları.

Mənbə: vergiler.az

342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı üzrə uçot qaydaları

ƏDV-dən azadolmalar və güzəştlərin tərkibi

posted in: Vergi, Xəbər | 0

Vergi qanunvericiliyində əlavə dəyər vergisindən azadolmalar və güzəştlərin sayı kifayət qədər genişdir. Malların ixracı ilə yanaşı (“0” dərəcə ilə vergi), malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin, habelə idxalın müəyyən növlərindən ƏDV tutulmur. Aşağıda vergi tutulmayan yaxud güzəşt tətbiq edilən əməliyyatların bəziləri verilib. ƏDV-dən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 164-cü maddəsində əks olunub.

ƏDV-dən azadolmalar

  • özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi;
  • maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər;
  • ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi;
  • milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;
  • idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda);
  • tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
  • mətbu media məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);
  • dəfn və qəbiristanlığın mərasim xidmətləri;
  • Azərbaycan Respublikasının Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi.
  • yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi;
  • Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə hər hansı şəkildə təqdim edilməsi, habelə idxalı üzrə əməliyyatlar.
  • Metropolitenlə sərnişindaşıma xidmətləri.
  • Ödənişli  təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla).
  • hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi;
  • kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə;
  • texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;
  • xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla);
  • siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı;
  • damazlıq heyvanların idxalı və satışı;
  • toxum və tinglərin idxalı və satışı;
  • siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən gübrələrin, pestisidlərin idxalı və satışı;
  • siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı;
  • siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan xammalın və materialların idxalı;
  • bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr;
  • külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı;
  • lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə xidmətlərin göstərilməsi;
  • özəl baytarlıq xidmətlərinin göstərilməsi.
  • vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər;
  • siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalı;
  • aşağıda göstərilən hallarda və müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı.
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı.

Müəyyən müddətə verilmiş ƏDV güzəştləri

Belə güzəştlərə nümunələr aşağıda verilib:

  • investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;
  • buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2017-ci il yanvarın 1-dən 10 il müddətinə;
  • gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2026-cı il mayın 1-dən 3 il müddətinə;
  • heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən  il müddətinə;
  • sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı – 2020-ci il yanvarın 1-dən 5 il müddətinə;
  • istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən  4 il müddətinə;
  • elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı – 2022-ci il yanvarın 1-dən  5 il müddətinə;
  • Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə;
  • 1.43. kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən il müddətinə.
  • 1.46.  siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilənyem və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;
  • “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların vəsaiti hesabına tibbi  xidmətlərin göstərilməsi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə.
  • tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı – 2023-cü il martın 1-dən 5 il müddətinə;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
  • dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;
  • media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən  6 il müddətinə.

1 44 45 46 47 48 49 50 2. 693
error: Content is protected !!