Read More9
Read More9

Müharibə veteranları 2 vergi güzəştini eyni vaxtda istifadə edə bilərmi?

posted in: Xəbər | 0

Müharibə iştirakçısı olan şəxsə əməkhaqqı hesablanarkən vergidən azadolma məbləği 400 manat, yoxsa 600 manat olmalıdır? Əgər 600 manat qanunvericiliyə uyğundursa, niyə vergilərin rüblük hesabatını elektron qaydada verəndə 600 manat göstərici yoxdur (yəni 200 manat + 400 manat göstərilir)?  Ən böyük güzəşt kimi 200 manat, yoxsa 400 manat seçilir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir. Fiziki şəxsin muzdlu işlə əlaqədar aylıq gəliri 2.500 manatdan çox olduqda 200 manatlıq vergi güzəşti tətbiq edilmir.

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış və ya müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Sorğuda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.1.6-cı və 102.2-ci maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.
Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi

Mənbə: vergiler.az

342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı üzrə uçot qaydaları

342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı üzrə uçot qaydaları

posted in: Xəbər | 0

Mühasibat uçotu siyasətində dəyişikliklərə bağlı tədbirlər müəssisələrin maliyyə hesabatlarının təqdimatında şəffaflıq və dəqiqliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu dəyişikliklər nəticəsində yaranan düzəlişlərin uçotu üçün 342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesab tətbiq edilir. Bu hesabın tətbiqi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlara əsaslanır.

Mühasibat uçotu siyasəti nədir?

Mühasibat uçotu siyasəti – müəssisənin maliyyə hesabatlarını tərtib edərkən istifadə etdiyi prinsiplər, əsaslar, qaydalar və tətbiqlər toplusudur. Bu siyasətə dəyişiklik yalnız qanunvericiliyə uyğun olduqda

Daha sadə ifadə etsək, mühasibat uçotu siyasəti – bu, bir müəssisənin pul və əmlakla bağlı əməliyyatları necə qeyd etdiyini və maliyyə hesabatlarını necə tərtib etdiyini göstərən qaydalar toplusudur, yəni bu siyasət müəssisənin mühasibat işini aparmaq üçün öz seçdiyi üsullar və qaydalardır. Məsələn:

  • əsas vəsaitlər neçə ilə silinəcək (amortizasiya metodu);
  • mallar anbara hansı qiymətlə daxil olur (fıfo, orta maya və s.);
  • gəlir nə vaxt tanınır – mallar satılanda, yoxsa pul gələndə?

Bu seçimlərin hamısı müəssisənin mühasibat uçotu siyasətini təşkil edir.

Beləliklə, deyə bilərik ki, mühasibat uçotu siyasəti – müəssisənin maliyyə məlumatlarını hansı qaydalarla göstərdiyini bildirən yol xəritəsidir. Əgər bu qaydalarda dəyişiklik edilirsə, onlar müəssisənin gəlirliyinə birbaşa təsir edir. Dəyişikliklər və onların təsirini mühasibat uçotunda əks etdirmək üçün 342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabdan istifadə olunur.

342 saylı hesab nə üçün istifadə olunur?

342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı aşağıdakı hallarda istifadə olunur:

  • müəssisə əvvəlki dövrlər üzrə mühasibat uçotu siyasətində dəyişiklik edirsə;
  • bu dəyişiklik geriyə təsir prinsipi əsasında mənfəət və zərərə düzəliş olunmasını tələb edirsə;
  • hesabatın əvvəlki illəri üzrə göstəricilərə yenidən baxılırsa (retrospektiv şəkildə tətbiq edilmə).

Geriyə təsir prinsipi nədir?

“Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı MUSB 8 (IAS 8) standartına görə, uçot siyasətində dəyişiklik, əgər mümkün olarsa, geriyə təsir prinsipi ilə (retrospektiv şəkildə) tətbiq olunur. Bu o deməkdir ki, düzəlişlər əvvəlki dövrlərin maliyyə hesabatlarına tətbiq olunur və bu zaman 342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesab aktivləşir. Həmin standarta görə:

  • müəssisə uçot siyasətində dəyişiklik etdikdə, əvvəlki illərin göstəricilərinə düzəliş etməlidir.
  • əgər geriyə təsir etmək mümkün deyilsə, dəyişiklik yalnız cari dövrdə tanınır.
  • 342 saylı hesabın tətbiqi yalnız öncəki illərə düzəliş edildikdə zəruridir.

342 saylı hesabın maliyyə hesabatlarında əks olunması

342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesab üzrə hər hansı balans qalığı hesabat dövrünün sonunda varsa, bu, kapitalda dəyişikliklər bölməsində qeyd olunur.

Məsələn:

“Kapitalda dəyişikliklər haqqında hesabat” bölməsində:

  • “Mühasibat siyasətində dəyişiklik nəticəsində əvvəlki illərin mənfəətinə düzəliş – (XXX manat)”

Nümunəyə baxaq: Şirkət “ABC” 2024-cü ildə əvvəlki illərdə əsas vəsaitlərə tətbiq etdiyi amortizasiya siyasətini dəyişmişdir. Yeni metod əvvəlki iki il geriyə təsir göstərir.

İl Əvvəlki amortizasiya Yenidən hesablanmış Fərq
Birinci il 10,000 AZN 8,000 AZN -2,000 AZN
İkinci il 12,000 AZN 9,000 AZN -3,000 AZN

Bu 5,000 AZN-lik fərq 342 saylı hesabda debet kimi əks olunur və kapitalın tərkibində düzəliş kimi tanınır.

342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı üzrə tənzimləmələr

Hesab üzrə tənzimləmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır. 342 saylı hesab bu qaydalarla müəyyən edilmiş hesablar planının “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” adlı 34-cü maddəsinə aid olan hesablardan biridir. Digər hesablar aşağıdakılardır:

341 – cü hesab: “Hesabat dövründə xalis mənfəət (zərər)”;

343 – cü hesab: “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”;

344 – cü hesab: ”Elan edilmiş dividendlər”.

Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər zamanı yuxarıda qeyd edilən qaydaların 32.3 və 32.4-cü bəndlərinin tələbləri nəzərə alınır:

  • keçmiş illərdə çəkilmiş xərclərin tanınaraq uçotda əks etdirilməsi zamanı -32.3.1- bənd;
  • keçmiş illərdə çəkilmiş xərclərin tanınması zamanı mənfəət vergisinə düzəlişlər – 32.3.2-ci bənd;
  • keçmiş illərdə tanınmış xərclərin azaldılması məqsədi ilə düzəlişlərin verilməsi – 32.3.3-cü, həmin xərclərin azaldılması nəticəsində yaranmış mənfəət vergisinə düzəliş – 32.3.4-cü bənd;
  • uçot siyasətində dəyişikliklərlə bağlı yaranmış mənfəət (zərər) üzrə məbləğlər bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərərə) aid edildikdə – 32.4-cü bənd.

Uçot siyasətinin dəyişməsi vergi uçotuna da təsir edərsə, bu halda həm mühasibat, həm də vergi hesabatlarında paralel düzəlişlər nəzərə alınmalıdır.

Praktik nümunə: 342 saylı hesab üzrə uçot əməliyyatları

342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabı üzrə müxabirləşmələrə aşağıdakı nümunədə baxaq.

Situasiya: “ABC Sənaye MMC” 2025-ci ilin əvvəlində əsas vəsaitlərin amortizasiya metodunu dəyişmişdir. Əvvəllər bərabər paylı (düz xətt üzrə) amortizasiya tətbiq edilirdi, lakin indi azalan qalıq metodu seçilib.

Dəyişiklik 2023 və 2024-cü illərə geriyə təsir göstərir, yəni əvvəlki illərdə artıq hesablanmış amortizasiya məbləğləri düzəldilməlidir.

Əvvəlki illərdə amortizasiya:

İl Əvvəlki metod üzrə Yeni metod üzrə Fərq
2023 15000 manat 12000 AZN -3,000 AZN
2024 17000 manat 13,000 AZN -4,000 AZN
Cəmi düzəliş -7,000 AZN

Bu düzəlişlər geriyə təsir prinsipi ilə 342 saylı hesaba yazılır.

Müxabirləşmələr:

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Əvvəlki dövr üzrə artıq hesablanmış amortizasiyanın düzəldilməsi (2023-cü il üzrə) 342: “Mənfəət üzrə düzəlişlər” 112-1: “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya” 3000.00
2024-cü il üzrə amortizasiyanın düzəldilməsi 342: “Mənfəət üzrə düzəlişlər” 112-1: “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya” 4000.00

 

Düzəlişin maliyyə hesabatında kapitalda dəyişiklik kimi əks olunması 343: “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 342 – “Mənfəət üzrə düzəlişlər” 7000.00
Maliyyə hesabatında 2025-ci ildən etibarən yeni amortizasiya siyasətinin tətbiqi (xərc kimi cari amortizasiya) 721-4: “İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri 112-1: “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya” 13500.00

Sonda onu qeyd edək ki, müəssisələr 342 saylı “Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər” hesabından istifadə edərkən audit müşayiəti ilə və əsaslandırılmış uçot siyasəti dəyişikliyi qərarları əsasında düzəlişlər aparmalıdır.

Minimum əməkhaqqına ildə bir dəfə yenidən baxılacaq

posted in: Xəbər | 0

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllədə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyini təmin edən dəyişiklik edilib.

Dövlətimizin başçısı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman da imzalayıb.

Son illər dövlətimizin başçısının tapşırıqları əsasında aparılan ardıcıl sosial islahatlar çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunub. O cümlədən, bu islahatlar minimum əməkhaqqının da 3,1 dəfə artırılmasına imkan verib.

Yeni qanunvericilik aktları ilə Əmək Məcəlləsinə minimum əməkhaqqının məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təkliflləri əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan cümlə əlavə edilib.

Bu dəyişiklik əmək sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsində daha bir addım olmaqla, Azərbaycanda işçilərin minimum yaşayış səviyyəsini təmin edən minimum əməkhaqqı məbləğində ardıcıl artım dinamikasının qarşıdakı dövrdə də uğurla davam etməsinə imkan yaradır.

Qeyd edək ki, minimum əməkhaqqı “Yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Məcəllədə həmçinin bəzi texniki dəyişikliklər də edilib.

Mənbə: vergiler.az

Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya

Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya yeni qaydada hesablanacaq – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 fevral 2026-cı il tarixdə bu haqqda qərar qəbul edib.

Məlum olduğu kimi işçinin əmək müqaviləsinə xitam verilərkən ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsi ilə tənzimlənir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarı qəbul edilənədək məzuniyyət kompensasiyası hesablanarkən əlavə məzuniyyətlər, təhsil və yaradıcılıq məzuniyyətləri, habelə sosial məzuniyyətlərə görə pul əvəzinin verilməsi 144-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə məhdudlaşdırılırdı.

Mütəxəssislərin qənaətinə görə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməməsi AR Konstitusiyasında təsbit edilmiş istirahət hüququnun pozulmasına gətirib çıxarır. Məhz bunu nəzərə alaraq  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Konstitusiya Məhkəməsinə müraciət edərək, həmin maddənin mövcud qanunvericiliyinə uyğunluğunu araşdırmağı xahiş etmişdir.

Sorğunu araşdıran Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, müxtəlif ədliyyə orqanlarının, Vəkillər Kollegiyasının,  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin elmi əməkdaşının rəyini, mövcud normativ hüquqi aktları araşdırmış, Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddəasının bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə, həmin hissəni tətbiqinin dayandırılması, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələri  AR Konstitusiya tələblərinə uyğunlaşdırılması haqqında qərar qəbul etmişdir (əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməsini əsaslandıran AR  Konstitusiya Məhkəməsinin qərarının tam mətni ilə buradan tanış olmaq olar).

HR və mühasiblər bu qərarı təcrübədə necə tətbiq edəcəklər?

Belə bir hala baxaq. Bildiyiniz kimi, on ildən çox əmək stajı olan işçinin Əmək Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq 21 (yaxud 30) təqvim günündən az olmayan əsas, 116-cı maddəsi ilə müəyyən edilmiş 4 təqvim günündən ibarət əlavə məzuniyyət hüququ var. O, bu məzuniyyət günlərindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla birdəfəlik yaxud hissələrlə istifadə edə bilər.

Təsəvvür edək ki, həmin işçinin əmək müqaviləsinə xitam verilib. Bu zaman ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir. Bu qərardan əvvəlki qaydaya görə, işçiyə yalnız istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul əvəzi ödənilirdi. Yeni qayda 116-cı maddə ilə müəyyən edilmiş 4 təqvim günündən ibarət əlavə məzuniyyətin istifadə edilməmiş hissəsi üçün əmək müqaviləsinə xitam verilmiş işçiyə məzuniyyət kompensasiyası ödənişini zəruri edir.

Pul əvəzinin ödənilməsi tələbi Məcəllənin 116-cı, 17-ci və 118-1-ci maddələri ilə müəyyən edilmiş digər əlavə məzuniyyətlərə də aiddir.

Qərar hansı tarixdən tətbiq edilir?

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməsi haqqında qərarı 18 fevral 2026-cı il tarixdən etibarən qüvvəyə minib. Bu səbəbdən də həmin tarixdən tətbiq edilir və bu tarixdən sonra əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan müvafiq işlərə şamil edilməlidir.

1 45 46 47 48 49 50 51 2. 693
error: Content is protected !!