Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır? (IV hissə)

posted in: Məqalə, Xəbər | 0

Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır?

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat konsaltinqi xidmətinin növləri, Mühasibat konsaltinqi xidməti, Əməkhaqqının hesablanması,

Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.
Mühasibat konsaltinqi – bu, böyük fəaliyyət sahəsidir ki, onun daxilində bir neçə xidmət istiqamət göstərmək olar.

Mühasibat və vergi uçotunun təşkili

Bəzən bir prosesi sıfırdan, məsələn, yeni bir firmada qurmaq tələb olunur. Digər hallarda, mühasibat uçotunun bərpası məsələsi olur. Belə bir vəziyyət, son vaxtlar hər hansı bir şirkət tərəfindən işə götürülmüş bir mühasibin sələfinin işində çoxsaylı səhvlər aşkar etdikdə yaranır. Çox vaxt məlum olur ki, sənədlər səhvlərlə tərtib olunub, bəziləri isə ümumiyyətlə, yoxa çıxıb. Nəticədə yeni mühasib aktual cari məsələləri həll etmək əvəzinə qayda-qanunun bərpası üçün əlavə vaxt sərf etməli olur. Konsaltinq şirkətinin mütəxəssisləri mühasibat uçotu və vergi uçotunu tez bir zamanda “canlandırmağa” kömək edəcəklər.

İşçilərin əməkhaqlarının hesablanması

Əməkhaqqının növləri və onun hesablanması üsulları müxtəlif təşkilatlarda fərqlənir. Onlar kadr siyasətini tətbiq etdiyi şirkətin fəaliyyət sahəsindən və xüsusiyyətindən asılıdır. Əməkhaqqının hesablanması üzrə ən geniş yayılmış sistemlər – müddətli (əməkhaqqı və ya tarif üzrə) və işəmuzd (əməyin nəticəsinin faizi üzrə). Bundan əlavə, həftəsonu mükafatlar, əlavələr, iş saatları və istirahət günündə çalışmağa görə əlavə ödənişlər mövcuddur. Bundan başqa, mühasib fərdi mənfəət vergisinin, pensiya fonduna və digər sosial fondlara ayırmaların hesablanmasını etməlidir.

mühasibat konsaltinqi

Mühasibat şöbəsinin işinə nəzarət

Baş mühasib vəzifəsi məsuliyyət dərəcəsinə görə rəhbər vəzifəsindən geri qalmır. Bu vəzifə yüksək peşəkarlıq, səriştə və təcrübədən əlavə, həm də vicdanlılıq və düzlük də tələb edir. Elə də olur ki, müdir və ya sahibkar bu və ya digər səbəbdən baş mühasibə lazımi dərəcədə etibar etmir. Hətta ən bacarıqlı mütəxəssislər belə səhvlərdən sığortalanmayıblar, buna görə mühasibat uçotunun auditi heç vaxt artıq hesab oluna bilməz. Hesabatları tənzimləyici orqanlara təqdim etməzdən əvvəl və ildə bir dəfə ümumiləşdirmək üçün aparmaq mantiqlidir.

Vergi orqanları ilə hesablaşmaların yoxlanılması

İstənilən bir vergi ödəyicisi vergi orqanından büdcə ilə hesablaşmalarının vəziyyəti barədə məlumat tələb etmək hüququna malikdir. Yoxlamalar şirkətin vergilər üzrə borclarının, artıq ödənişlərin olub-olmadığını, tərəflərdən hər hansı birinin səhv buraxıb-buraxmadığını anlamağa imkan verir. Bəzən də mühasiblər yoxlama aktının necə düzgün oxumaq lazım olduğunu bilmirlər. Bəzən də elə olur ki, çətin, qeyri-standart məsələlər yaranır ki, onları həll etmək üçün ştatda olan əməkdaşların təcrübəsi çatmır. Belə hallarda mühasibat və vergi məsləhətləşmələri kömək edir.


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Əməkhaqqı fondundan tutulmalar – 2020-ci ildən sonra nələr dəyişdi?

posted in: Xəbər | 0

Əməkhaqqı fondu, Əməkhaqqı fondundan tutulmalar, icbari tibbi sığorta haqqı, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı,Əməkhaqqı fondundan tutulmalar (2020-ci ildən sonra nələr dəyişdi?)

Məlum olduğu kimi ölkədə həyata keçirilən genişmiqyaslı sosial və vergi islahatları, əməkhaqqı sisteminin şəffaflığı ilə bağlı tədbirlər və yeni düzəlişlərə uyğun olaraq 2020-ci ildən başlayaraq əməkhaqqı fondu üzrə işəgötürənin öhdəliklərində bir sıra dəyişikliklər müşahidə edildi. Həmin dəyişiklikləri illər üzrə aşağıdakı kimi qeyd etmək olar:

2020-ci il

Tutulmaların siyahısı

  • məcburi dövlət sosial sığorta haqqı

Özəl sektorda 200 AZN-dək 22% tutulur. Həmin məbləğdən yuxarı hissədə isə yuxarı məbləğin 15%-i tutulur. Dövlət sektorunda isə bütün məbləğin 22%-i tutulur.

  • işsizlikdən sığorta haqqı

Məbləğin 0.5%-i tutulur.

  • icbari tibbi sığorta haqqı (aprel ayından tətbiq edilir)

Dövlət sektoru üzrə 8000 manatadək əməkhaqqının 2%-i, özəl sektor üzrə 1%, 8000 manatdan yuxarı məbləğ üzrə yuxarı hissənin 0.5%-i tutulur.
Beləliklə, 500 AZN gross əməkhaqqı alan işçiyə görə işəgötürən aprel ayınadək dövlət sektorunda 110+2.5=112.5 AZN, aprel ayından sonra əlavə 10 AZN olmaqla 122.5 AZN, özəl sektorda isə aprel ayınadək (44+45)+2.5=91.5 AZN, aprel ayından sonra əlavə 5 AZN olmaqla 96.5 AZN ödəyib.

2021-ci il

Tutulmaların siyahısı dəyişməyib. İcbari tibbi sığorta haqqı üzrə 2020-ci ildə özəl sektora tətbiq edilən güzəşt davam edib və 1% tutulma qalıb.

2022 və 2023-cü illər

Bu illər üzrə isə tutulmaların siyahısı dəyişməsə də, icbari tibbi sığorta haqqı üzrə özəl sektora tətbiq edilən 1%-lik güzəşt başa çatıb. Beləliklə, bu illər üzrə işəgötürənlər 500 AZN gross əməkhaqqı alan işçiyə görə dövlət sektorunda 110+2.5+10=122.5 AZN, özəl sektorda isə (44+45)+2.5+10=101.5 AZN ödəyib.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Hüquqi şəxs yaratmadan birgə sahibkarlıqda ƏDV hesablamaları

posted in: Xəbər | 0

Birgə sahibkarlıqda vergilər necə hesablanır?

Azərbaycanda sahibkarlıq fəaliyyəti hüquqi şəxs yaratmadan fiziki yaxud hüquqi şəxs formasında həyata keçirilə bilər. Necə təşkil edilməsindən asılı olmayaraq, birgə fəaliyyət gəlir (mənfəət) əldə edilməsinə yönəlib və təbii ki, vergiyə cəlb edilməlidir. Azərbaycan vergi qanunvericiliyinin  əsas vergi növü kimi təyin etdiyi ƏDV anlayışı sizə tanışdır. Praktikada “birgə sahibkarlıq”, “birgə sahibkarlıqda ƏDV” anlayışları ilə rastlaşırıq. Gəlin onların vergitutma baxımından şərhinə diqqət edək.

Birgə sahibkarlıq fəaliyyəti:

  • hüquqi şəxs yaratmaqla, yaxud;
  • hüquqi şəxs yaratmadan həyata keçirilə bilər.

Birinci hal üçün sahibkarlıq fəaliyyətində ƏDV hesablaşmaları və ödəmələri haqqında müxtəlif məqalələrimizdə danışmışıq.

Bəs hüquqi şəxs yaratmadan birgə fəaliyyətdə vergi münasibətlərini, o cümlədən birgə sahibkarlıqda ƏDV necə tənzimlənir? Belə şəxslər fəaliyyətlərindən qazandıqları gəlir və xərclərin uçotunu kimin aparması barədə razılığa gəlirlər, yəni qarşılıqlı razılığa əsasən bunu onlardan biri edir. Uçotu aparan şəxs gəlir və xərcləri nəzərə almaqla xalis gəliri bəyan edir. Xalis gəlir onlar arasında mövcud olan razılığa əsasən bölünür, onların hər biri ayrılıqda öz vergisini  hesablayıb ödəyir.

Birgə fəaliyyətdə ƏDV

Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq əməliyyatları vergi tutulan aməliyyat hesab olunur, bir şərtlə ki onlar AR ərazisində həyata keçirilsin, daha dəqiq desək ƏDV məqsədləri üçün vergitutma obyekti sayılır (VM, 159.2). Məcəllə əlavə dəyər vergisinin məqsədləri üçün onların  fəaliyyətinə ayrıca şəxs kimi yanaşır. Bu anlayış belə fəaliyyət zamanı uçotu aparan şəxsə şamil edilir (VM, maddə 154.5). Dövlət orqanları ilə vergi münasibətlərini (məsələn, ƏDV qeydiyyatı) uçotu aparan şəxs həyata keçirir.

Xarici təşkilatlar (fiziki şəxs olmayan xarici istənilən şəxslər) onların yerli təşkilatlarla birgə fəaliyyətinin sahibkatlıq olmadığı mütləq sübut edilməlidir, əks təqdirdə birgə sahibkatlıq fəaliyyəti hesab edilə bilər. Bu zaman həmin xaric şəxs müəssisə hesab ediləcəkdir (VM, maddə 103.2).

Nümunə 1:Tutaq ki, A və B şirkətləri hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti göstərirlər. İki hala baxaq:

  1. Şirkətlərdən heç biri ƏDV ödəyicisi kimi qeydiyyata alınmayıb və onların birgə fəaliyyətinin həcmi 200.000 manatdan artıqdır, yaxud;
  2. Şirkətlərdən biri əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınıb.

Qeyd edilən hər iki hal üçün, birgə fəaliyyət haqqında razılığa uyğun, uçotu aparan şəxs ƏDV məqsədləri üçün qeydiyyat ərizəsi verməyə borcludur.

Birgə sahibkarlıq fəaliyyətində tərəflərdən biri digərinə malı verə, ikinci tərəf həmin maldan yeni məhsul istehsal edib sata bilər. Bu zaman malların belə formada verilməsi təqdim edilmə deyil, sadəcə malların ötürülməsidir. Ötürülmüş malların dəyərinin 200000 manat yaxud daha artıq olması da heç bir əhəmiyyət kəsb etmir. Amma istehsal edilib digər şəxslərə satılmış malların həcmi həmin limiti aşarsa  ƏDV qeydiyyatına alınmaq zəruri olacaqdır.

Əlavə dəyər vergisi məqsədləri üçün qeydə alınmağı zəruri edən başqa şərt, birgə fəaliyyətin hər bir iştirakçısının  ayrılıqda əlavə dəyər vergisi ödəyicisi olması faktıdır.

Təəssüf ki, ölkəmizdə belə sahibkarlıq fəaliyyətinin qanunvericilik bazasında böşluqlar var. Odur ki, təcrübədə birgə sahibkarlıqda ƏDV hesablamalarının aparılması, müxtəlif vergi məsləhətləri xidmətlərinə ehtiyac yaranması hallarına az-az rast gəlinir.


Birbank taksit kartlarında bütün əməliyyatlarda güzəşt müddəti 63 günədək oldu

posted in: Xəbər | 0

Ölkənin ən məşhur taksit kartları olan Birbank-ın şərtlərinə 8 iyul 2023-cü il tarixindən dəyişiklik edilərək daha sərfəli şərtlər müştərilərə təqdim edilir. Belə ki, artıq məhsulun şərtlərinə dəyişiklik edilərək müştərilərə daha çox güzəşt müddəti verilir.

Artıq Birbank taksit kartları ilə nağdlaşdırma, köçürmə, kredit ödənişləri və digər növ maliyyə əməliyyatları zamanı da güzəşt müddəti 63 günədək artırılıb. Müştərilər istənilən növ Birbank taksit kartı ilə qeyd edilən əməliyyatları etdikdə məbləği növbəti ayın sonunadək geri ödədikdə, nağdlaşdırılan, eləcə də, köçürülən, kredit ödənişi edilən və digər maliyyə əməliyyatları edilən məbləğə faiz hesablanmayacaq.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə, həmçinin Birbank Cashback taksit kartlarında şəxsi vəsaitləri ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də, həmçinin Birbank Miles taksit kartlarında şəxsi vəsaitləri ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə, həmçinin Birbank Umico taksit kartlarında şəxsi vəsaitləri isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

Birbank taksit kartları bir sıra üstünlüklərə daha malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


1 512 513 514 515 516 517 518 2. 685