Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Bu il iyulun 1-nə Azərbaycanda 1 460 991 vergi ödəyicisi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,1 % çoxdur.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 6,8 %, hüquqi şəxslərin sayı isə 9,4 % artıb.

Mənbə: report.az


Müəssisənin ödədiyi hansı sığorta haqları onun gəlirindən çıxıla bilər?

posted in: Xəbər | 0

Sosial sığorta, sığorta haqları,Bəzən təcrübədə müəssisələr öz əməkdaşlarını motivasiya etmək üçün əlavə stimullaşdırıcı işlər görür. Məsələn, naharın müəssisə tərəfindən verilməsi, işçilərin istirahəti üçün xaricə səfər, işçilərin həyatının sığortalanması, işçilərin sağlamlıqları üçün onların könüllü tibbi sığortası, əmlaklarının zərərdən və yaxud icbari sığortalanması və s. Bəs Vergi Məcəlləsinə əsasən müəssisə üçün icbari olmayan və sığorta təşkilatlarına ödənilən sığorta haqlarını müəssisə öz gəlirindən çıxa bilərmi? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, müəssisə tərəfindən sığorta haqları gəlirdən çıxılır.

Belə olan halda müəssisə öz işçisinin nəqliyyat vasitəsinin həm icbari sığortalanması, həm də zərərdən sığortalanması üçün sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlayır. Bu sığorta məhsullarından müəssisənin işçisinin faydalanmasına baxmayaraq, sığorta təşkilatı göstərdiyi sığorta xidmətlərinə görə müəssisəyə elektron qaimə-faktura təqdim edir. Müəssisə də bağlanmış müqavilə və elektron qaimə-faktura üzrə sığorta təşkilatına ödəniş edir.

Misal 1: “AA” müəssisəsi öz işçisinin nəqliyyat vasitəsini həm zərərdən, həm də icbari sığortalayıb. İşçisinin nəqliyyat vasitəsinin icbari sığortası üzrə 150 manat, nəqliyyat vasitəsinin zərərdən sığortalanması üzrə isə 2.000 manat məbləğində sığorta haqqı sığorta təşkilatına ödənilib.

İşçinin nəqliyyat vasitəsinin icbari sığortası üzrə müəssisənin ödədiyi 150 manat sığorta ödənişi, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, müəssisə üçün icbari ödəniş hesab olunmur. Buna baxmayaraq, Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, müəssisə işçinin əmlakının icbari sığortası üzrə ödədiyi 150 manat sığorta haqqını öz gəlirindən çıxa bilər. Ancaq işçisinin əmlakının zərərdən sığortalanması üzrə sığorta təşkilatına ödədiyi 2.000 manat sığorta haqqını isə müəssisə öz gəlirindən çıxa bilməz və həmin məbləği yalnız sərəncamında qalan bölüşdürülməmiş mənfəətindən çıxa bilər.

Sığorta haqlarının gəlirdən çıxılması ilə bağlı xüsusi bir məqamı da qeyd edək. Müəssisə o zaman sığorta haqlarını gəlirindən çıxa bilər ki, mütləq həmin sığorta haqlarını sığorta təşkilatına ödəmiş olsun. Yəni, baxmayaraq ki, müəssisə ilə sığorta təşkilatı arasında müqavilə bağlanıb, sığorta təşkilatı dövr ərzində öz sığorta xidmətini müəssisəyə göstərib və müəssisəyə elektron qaimə-faktura təqdim edib, əgər müəssisə sığorta haqlarını sığorta təşkilatına ödəməyibsə, o zaman həmin sığorta haqlarını gəlirindən çıxa bilməz.

Misal 2: “BB” müəssisəsi öz işçisini könüllü tibbi sığorta etdirmək üçün illik 2.000 manat dəyərində “Sağlam ol” paketi üzrə sığorta təşkilatı ilə müqavilə bağlayıb. Sığorta təşkilatı 29.12.2022-ci il tarixində müəssisəyə 2.000 manat dəyərində elektron qaimə-faktura təqdim edib. Ancaq müəssisə işçisinin könüllü tibbi sığortası üçün sığorta təşkilatına 2.000 manat sığorta ödənişini 06.01.2023-cü ildə həyata keçirib.

Müəssisə öz gəlirlərinin və xərclərinin uçotunu hesablama metodu ilə aparır. Sığorta təşkilatı elektron qaimə-fakturanı müəssisəyə 2022-ci ildə təqdim edib, lakin müəssisə tərəfindən bu ödəniş 2023-cü ildə həyata keçirilib. Buna görə müəssisə həmin sığorta xərcini yalnız 2023-cü ildə öz gəlirlərindən çıxa bilər.

Mənbə: vergiler.az


Azərbaycanda pul nişanlarının dəyişdirilməsi qaydası dəyişir

posted in: Xəbər | 0

pul nişanlarının dəyişdirilməsi, mal alqı-satqısı, əməkhaqqının artım faizi, Əmək pensiyası, orta aylıq əməkhaqqı, köhnəlmiş əskinaslar, zədələnmiş əskinaslar, sosial müavinətlər, büdcə ssudası, büdcə ssudasının verilməsi, 2022 minimum əməkhaqqı, 2022 minimum əməkhaqqı, ehtiyac meyarı, illər üzrə minimum əməkhaqqı, yaşayış minimumu, yaşayış minimumunun məbləği, Minimum aylıq əməkhaqqı,Azərbaycan Mərkəzi Bankının pul nişanlarını dəyişdirməsi qaydası dəyişir. Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, AMB

  • tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
  • bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki 2 seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir.
  • eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki hər 2 seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir.
  • Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyərini ödəyir.
  • təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanını dəyişdirmir və onun nominal dəyərini ödəmir, saxta pul nişanını geri qaytarmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərir.
  • xarici valyutada olan pul nişanlarını dəyişdirmir.
  • Bundan başqa, qanun layihəsində deyilir ki, pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) AMB-nin müəyyən etdiyi qaydada həyata keçirilir.

Reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunurlar.

Mənbə: report.az


Məzuniyyətdə olan işçi bunları bilməlidir

posted in: Xəbər | 0

Məzuniyyət, müqaviləyə xitam, əmək müqaviləsi,Bu yazımızda məzuniyyətdə olan işçinin təminatlarını deyil, hüquqlarını vurğulamaq istəyirik. Hər bir halda işçi məzuniyyətə getdikdə hansı təminatları olmasını öyrənsə də, hansı hüquqlarının olması barədə tam məlumatlı olmaya bilir. Bu səbəbdən də mövzu çərçivəsində hüquqları vurğulayacağıq.

Həmin hüquqlara aiddir:

  • Məzuniyyətdə olduğu dövrdə onun əvəzinə müvəqqəti işə götürülən işçi ilə məzuniyyət dövründən artıq olmayan müddət üçün müddətli əmək müqaviləsi bağlana bilər.
  • Əmək müqaviləsi müddətli olduqda, həmin müddətin sonu məzuniyyət dövrünə düşürsə, bu halda yalnız məzuniyyət başa çatandan sonra 1 həftə ərzində müqaviləyə xitam verilə bilər. Məzuniyyət dövründə müqaviləyə xitam verilə bilməz.
  • Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Bu həm praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, həm də dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılmasına aiddir.
  • Məzuniyyət dövründə işçinin iş yeri saxlanılmalıdır.
  • Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün qadınların hamiləliyə və doğuşa görə məzuniyyətdən istifadə etmək hüququ var.
  • Məzuniyyət dövründə intizam tənbehi verilə bilməz.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


1 523 524 525 526 527 528 529 2. 690