Əsas və əlavə məzuniyyətlərin cəmlənməsi

posted in: Xəbər | 0

Əmək məzuniyyətinin növləri

İşçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaqla iş günləri ərzində müvəqqəti işdən uzaqlaşması məzuniyyət adlanır. Belə uzaqlaşma işçinin Konstitusiya ilə təsbit edilmiş hüququdur. İşçinin işəgötürənlə əmək münasibətlərində olması, onun bu hüquqdan istifadəsi üçün əsas şərtidir. İşçiyə ildə bir dəfədən az olmayaraq, əsas və əlavə kimi iki hissədən ibarət ödənişli əmək məzuniyyəti verilir. Bu zaman məzuniyyətlərin cəmlənməsi mümkündür.

Əsas məzuniyyət ən çox istifadə edilir, minimum müddəti 21 təqvim günüdür. Aşağıdakı xüsusiyyətlər nəzərə alınaraq işçilərə əlavə məzuniyyətlər də təyin edilir:

  • iş şəraiti;
  • əmək funksiyası;
  • əmək stajı;
  • uşaqlı qadınlar.

Əsas və əlavə məzuniyyətlərin cəmlənməsi

Məzuniyyətlərin cəmlənməsi qaydaları Əmək Məcəlləsinin 136-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin birinci hissəsinə görə, işçiyə ödənişli əsaslarla verilən əmək məzuniyyətinin  21, yaxud 30 günlük müddəti yalnız aşağıdakı əlavə məzuniyyətlərlə toplanır:

  • əmək şəraiti və funksiyasına görə verilən minimum 6 günlük məzuniyyət;
  • əmək stajına görə verilən 2-6 günlük məzuniyyət;

Uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər əsas məzuniyyətlə cəmlənməməlidir.

Gəlin, bir nümunəyə nəzər yetirək:

Nümunə 1:

Sual: “A” MMC-də mühasib vəzifəsində çalışan Leylanın ümumi stajı 7 ildir. Onun məzuniyyətdən istifadə müddəti nə qədər olacaq?

Cavab: Leylaya mühasib vəzifəsində çalışdığına görə ƏM-nin 114.3-cü maddəsinin b) bəndinə görə müəssisənin mütəxəssisi kimi 30 gün müddətində əsas məzuniyyət təyin edilir. 7 illikstajı da nəzərə alsaq Leylanın əmək məzuniyyəti iki təqvim günü qədər artır. Məzuniyyətlərin cəmlənməsi nəticəsində Leylanın 32 gün məzuniyyət hüququ olacaq.

Məzuniyyətlərin birləşdirilmə qaydası

Qeyd etdiyimiz kimi, işçinin əsas məzuniyyətlə yanaşı əlavə məzuniyyət hüququ da var. İşçilərin əmək şəraitinə görə əlavə məzuniyyət hüququ həmin fəaliyyət sahəsində ən azı 6 ay işlədikdə  yaranmış olur. İş stajına görə əlavə məzuniyyətlər isə işçilərin bütövlükdə malik olduğu staja əsasən təyin edilir. Qanunvericiliyə əsasən həm iş şəraiti xüsusiyyətlərinə, həm də staja görə əlavə məzuniyyətlərin müddəti əsas məzuniyyətlə birləşdirilərək verilməlidir.

Əgər işçinin iki və daha çox əlavə məzuniyyətdən istifadə hüququ olarsa, hər iki maddə üzrə əldə etdiyi əlavə məzuniyyətin hər biri onun əsas məzuniyyətinə birləşdirilir. (ƏM, 136.2-ci maddəsi).

Nümunə 2:

Sual: “A” MMC-də elektrovoz maşinisti vəzifəsində çalışan Elvinin ümumi iş stajı 7 ildir. Onun məzuniyyətinin müddəti nə qədər olacaq?

Cavab: Bu zaman Elvinə ƏM-nin 115-ci maddəsinə görə ağır şəraitli, yüksək fiziki gərginlikli işi olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 saylı qərarına uyğun olaraq, 12 gün əlavə məzuniyyət hesablanır.

Elvinin 7 illik stajını da nəzərə alsaq, onun 2 gün əlavə məzuniyyət götürmək şansı yaranır. ƏM-nin 136.2 maddəsinə görə Elvinin cəmlənmiş əmək məzuniyyəti əsas məzuniyyət və 14 gündən ibarət əlavə məzuniyyətlərin cəmindən ibarət olacaq. 

İşçi məzuniyyət hüququndan istifadə etmədikdə, onun istəyi ilə istifadə olunmayan əmək məzuniyyəti pul kompensasiyasi ilə əvəzlənə bilər. Lakin müqaviləyə xitam verildikdə kompensasiya həm istifadə olunmayan əsas məzuniyyətlər üçün, həm də ƏM-nin 115, 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə  görə ödənilir.

Onu da qeyd edək ki, pul kompensasiyası Məcəllənin 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətə görə də verilir.

115, 116, 118-1 maddələri üzrə istifadə olunmayan əmək məzuniyyəti üçün pul əvəzinin verilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarı ilə təsbit olunub.

Torpaq vergisi dövlət büdcəsi gəlirlərinə necə təsir edir?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının dövlət büdcəsi

Dövlət büdcəsi gəlirlərinin tərkibində torpaq vergisi özünəməxsus çəkiyə malikdir. Büdcə dövlətin funksiyalarının icrasında xüsusi rol oynayır. Azərbaycan Respublikasının dövlət büdcəsi öz strukturunda aşağıdakıları birləşdirir:

  • respublika dövlət büdcəsi;
  • Naxçıvan Muxtar Respublikasının büdcəsi;
  • yerli büdcələr.

Dövlətin büdcəsi öz tərkibində dövlətin gəlir və xərclərini birləşdirir. Gəlirlərin formalaşmasında vergilərin, o cümlədən mülkiyyətdən vergilərin əhəmiyyəti əvəzedilməzdir. Mülkiyyətdən vergilər dedikdə aşağıdakılar başa düşülür:

  • torpaq vergisi;
  • əmlak vergisi;
  • qiymətli kağızlarla aparılan əməliyyatlardan vergi;
  • vərəsəlikdən və hədiyyələrdən vergi.

Büdcə sistemi, onun tənzimlənməsi Azərbaycan büdcə qanunvericiliyi aktlarına əsasən müəyyən edilir. Büdcə xərclərinin əsas mənbəyi olan vergilər, o cümlədən torpaq vergisi üzrə yığımlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında aparılır.

Büdcə gəlirlərinin tərkibində torpaq vergisi

2017-ci ildən etibarən bu vergi üzrə yığımlar, demək olar ki, özünün son həddinə çatıb. Həmin ildən etibarən hər il təxminən 50 milyon manat torpaq vergisi daxil olur. 2017-ci ildən torpaq vergisi üzrə daxilolmaların artım tempində durğunluğun müşahidə edilməsi:

  • sözü gedən vergidən yayınma hallarının minimuma enməsi;
  • nəzarətin tam həyata keçirilməsi ilə izah edilə bilər.

Gəlirlərin, büdcə daxilolmalarının artımı büdcənin gəlir və xərcləri arasında tarazlığı qorumağa kömək edir. Balanslı büdcə siyasəti aparmaq üçün düzgün proqanozlaşdırma mühüm əhəmiyyət kəsb edir.

Büdcəyə torpaq vergisi daxilolmalarının proqnozlaşdırılması

Hər il Maliyyə Nazirliyi tərəfindən büdcəyə daxil olacaq vergilərin proqnoz göstəriciləri müəyyən edilir. Proqnozlaşdırma, onun növləri haqqında buradan oxumaq olar. Proqnozlaşdırmanın metodoloji əsasları müvafiq qanunvericilik aktı ilə müəyyən edilib. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış bu qaydalarda dövlət büdcəsi gəlirlərinin, o cümlədən torpaq vergisinin proqnozlaşdırılaması da öz əksini tapıb. Bu zaman istifadə edilən məlumatlar aşağıdakı şəkildə verilib:

Torpaq vergisinin proqnozlaşdırılması üçün istifadə edilən məlumatlar.

Proqnozlaşdırma haqqında qeyd etdiyimiz mənbələrdə kifayət qədər material var, odur ki, onları burada yenidən şərh etmək istəmədik. Sadəcə, torpaq vergisi üzrə yığımlara təsir edə biləcək bəzi mülahizələri nəzərinizə çatdırmaq istərdik. Bildiyiniz kimi, kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilib. Diqqəti cəlb edən odur ki, belə bir sahə torpaq vergisindən azad edilmədiyi halda qeyri-kommersiya təşkilatları sahib olduqları torpaqlara görə vergi ödəmirlər (VM, maddə 13.2.39 və 204). Hesab edirik ki, növbəti illərdə torpaq vergisinin yalnız müəssisələrdən deyil, müəssisə hesab edilməyən qurumlardan (qeyri-hökumət təşkilatları və s.) da toplanması sözügedən tədiyyə üzrə büdcə daxilolmasını artıra bilər.

Ölkə torpaqlarının həcminin artmamasını nəzərə alsaq torpaq vergisindən daxilolmaların artımının başqa yolla vergi dərəcələrinin artırılması, habelə şərti balların qaldırılmasıdır. Başqa bir metod bir qism vergi ödəyicilərindən vergilərin bələdiyyələrə deyil, dövlət büdcəsinə ödənilməsini təmin etmək ola bilər. Bunlara torpaq sahəsi olan bütün fərdi sahibkarları aid etmək olar.

Digər yanaşma tikinti aparılan torpaqlara münasibətin dəyişməsi ola bilər. Bina tikintisi fəaliyyətilə məşğul olan şəxslərin öz fəaliyyətlərini həyata keçirmək üçün sahib olduqları torpaq sahələrinə görə vergitutma bazasının genişləndirilməsi dövlət büdcəsi gəlirlərinin  artımı üçün məqsədəmüvafiq ola bilər.


Ezamiyyə vəsiqəsi forması

posted in: Xəbər | 0

Əmək fəaliyyəti ilə bağlı yaranmış zərurətlə əlaqədar işçi rəhbərin əmri əsasında daimi iş yerindən başqa yerə xidməti ezamiyyətə göndərilə bilər. İşçilərin ezam edilməsi prosesi AR Maliyyə Nazirliyi Kollegiyasının Qərarı təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” əsasında rəsmiləşdirilir. Respublikadaxili ezamiyyə zamanı işçiyə ezamiyyə vəsiqəsi verilir. Onun doldurulma qaydası, tərtib edilmiş nümunə ilə buradan tanış ola bilərsiniz.

Qeyd dilən Qaydalarla müəyyən edilmiş ezamiyyə vəsiqəsinin forması aşağıda verilib.

İşçilərin Ezamiyyə Qaydalarına əlavə

Təşkilatın Ştampı

   _______ №-li ezamiyyə vəsiqəsi

 

__________________________________________________________________________

(Adı, soyadı, iş yeri, vəzifəsi)

__________________________________________________________________________

(ezam olunduğu təşkilatın adı)

__________________________________________________________________________

(ezamiyyənin məqsədi)

_____________      ____ gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunur

(təyinat məntəqəsi)

Şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdə etibarlıdır: __________________________

Təşkilatın rəhbəri

_____________________

M.Y. İmza

«____» ________ 200 ___ il

 

 

Ezamiyyətə çıxması, təyinat məntəqəsinə gəlməsi, oradan çıxması və daimi iş yerinə gəlməsi haqqında qeydlər:

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

_________ dan (dən) çıxdı

«_______» __________ 200 ___ il

M.Y. imza ____________

________________ gəldi

«_______» __________ 200 ___ il

M.Y. imza ____________

_________ dan (dən) çıxdı

«_______» __________ 200 ___ il

M.Y. imza ____________

________________ gəldi

«_______» __________ 200 ___ il

M.Y. imza ____________

_________ dan (dən) çıxdı

«_______» __________ 200 ___ il

M.Y. imza ____________

________________ gəldi

«_______» __________ 200 ___ il

M.Y. imza ____________

 


Ezamiyyə vəsiqəsinin formasını buradan yüklə


Xarici ölkələrə xidməti ezamiyyətlərin əsaslandırılması ezamiyyə əmri  və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasportda aparılan qeydlər əsasında aparılır. Əgər dövlətlərarası razılaşmaya əsasən belə qeydlər aparılmırsa işçilərə «Ezamiyyə vəsiqəsi» (ingilis dilində) verilir. business trip certificate

Addendum to the Staff Travel Rules

Stamp of the organization

Business trip certificate  No. _______

__________________________________________________________________________

(Name, surname, workplace, position)

__________________________________________________________________________

(name of seconded organization)

__________________________________________________________________________

(purpose of the mission)

He is sent for ______________ days (not taking into account the time he is on the road).

(destination)

Proof of identity is valid upon presentation

The head of the organization

MY Signature

«____» ________ 20 ___ il

Notes on going on a business trip, arriving at the destination, leaving there and arriving at the permanent place of work: __________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

came out of _________

«_______» __________ 20 ___ il

MY signature ____________

________________ came

«_______» __________ 20 ___ il

MY signature ____________

came out of _________

«_______» __________ 20 ___ il

MY signature ____________

________________ came

«_______» __________ 20 ___ il

MY signature ____________

came out of _________

«_______» __________ 20 ___ il

MY signature ____________

________________ came

«_______» __________ 20 ___ il

MY signature ____________

 


Ezamiyyə vəsiqəsinin formasını (ingilis dilində) buradan yüklə


İdxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artıb

posted in: Xəbər | 0

gömrük rüsumlarının dərəcələri, idxal gömrük rüsumu, ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumları,Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli Qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına aşağıdakı məzmunda 4.35-ci bənd əlavə edilir:

“4.35. benefisiar dövlət orqanı (qurumu) və ya benefisiar fondun təsdiqedici sənədinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2147 nömrəli Fərmanı ilə təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi, habelə dövlət orqanlarına (qurumlarına) və həmin fondlara əvəzsiz olaraq verilən daşınmaz əmlakların və əmlak kompleksi şəklində müəssisələrin yaradılması üçün idxal olunan mallar.”.

Beləliklə, əlavə edilmiş bənddə qeyd edilən mallar idxal gömrük rüsumuna cəlb edilməyəcək.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2026-cı il dekabrın 31-dək qüvvədədir.

Mənbə: report.az


1 520 521 522 523 524 525 526 2. 690