Mədən vergisi üzrə dəyişikliklər – 2022-ci il

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyiciləri,Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2022-ci ilin yanvar ayından mədən vergisi yalnız dövlət büdcəsinə ödənilir və mədən vergisi ilə bağlı güzəşt tətbiq olunur. Mövzunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə şərh edir.

Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Məcəllənin 217.2 və 217.3-cü maddələrində isə göstərilib ki, mədən vergisi üzrə hesablanmış verginin məbləği və bəyannamə hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və bəyannamə verilməlidir. Yəni Vergi Məcəlləsinin 217-1-ci maddəsində nəzərdə tutulub ki, mədən vergisi ödəyicilərinin vergi ödənişi 2022-ci ildən ilin son bəyannaməsində (dekabr ayı) hesablayıb ödədikləri mədən vergisindən il ərzində həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş verginin məbləği qədər azaldılacaq.

Misal: Müəssisənin dekabr ayında mədən vergisi öhdəliyi 15.000 manat təşkil edib. Müəssisə il ərzində 2.900 manat torpaq vergisi ödəyib. Bu halda həmin məbləğ mədən vergisindən çıxılır:

15.000 – 2.900 = 12.100 manat.

Baxdığımız misalda dövlət büdcəsinə ödəniləcək mədən vergisinin məbləği 12.100 manat təşkil edir.

Mənbə: vergiler.az


Mədən vergisi üzrə dəyişikliklər – 2021-ci il

posted in: Xəbər | 0

Mədən vergisi, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Məlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsinə edilmiş daha bir dəyişiklik yerin təkindən çıxarılan faydalı qazıntı növü olan gips və gəc məhsullarının mədən vergisinə cəlb edilən malların dairəsinə daxil edilməsi və yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsidir.

Gips və gəc məhsulları yer təkindən çıxarılan faydalı qazıntı kimi mədən vergisinə cəlb edilən faydalı qazıntıların dairəsinə daxil edilir. Gips və gəc məhsulları sement xammalının tərkibinə daxil olduğu üçün sement xammalının hər kubmetri üçün nəzərdə tutulan 1,0 manat mədən vergisi bu məhsullara da tətbiq ediləcək.

Eyni zamanda, yerli əhəmiyyətli tikinti materiallarının dövlət vergilərinə aid edilməsində əsas məqsəd faydalı qazıntıların bütün növləri üzrə vergilərin dövlət büdcəsinə ödənilməsi ilə vahid yanaşmanın tətbiq edilməsi, vergidən yayınma hallarının aradan qaldırılması, təbii sərvətlərdən istifadənin nəzarət edilə bilən olması, ölkə başçısının 16.07.2018-ci il tarixli Fərmanı ilə yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarətin gücləndirilməsindən ibarətdir.

Bununla yanaşı, yerin təkindən çıxarılan faydalı qazıntılardan (19 növdə faydalı qazıntı) yalnız 4 faydalı qazıntı növünə görə mədən vergisi yerli büdcəyə, digər faydalı qazıntılara görə isə dövlət büdcəsinə ödənilir. Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi hesablanması və ödənilməsi üzrə nəzarətin dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilməsi bu sahədə vahid yanaşma yaradacaq.

Mənbə: vergiler.az


Ödəmə mənbəyində tutulan vergilər (ÖMV)

posted in: Vergi, Xəbər | 0

Ödəmə mənbəyində tutulan vergi ÖMV nədir?


Dividenddən tutulan ÖMV


Faizlərdən ödəmə mənbəyində tutulan vergi


İcarədən ÖMV necə tutulur?


Hüquqi şəxsin icarə gəlirindən ödəmə mənbəyində vergi


Hesablama metodundan istifadə zamanı icarədən ÖMV 


Royaltidən ödəmə mənbəyində tutulan vergi


Fiziki şəxslərin xidməti müqavilə və muzdlu işlə əlaqədar gəlirlərindən ÖMV tutulması


Nağd alınmış mallara görə ödəmə mənbəyində vergi tutulması


Nağdlaşdırmaya görə ödəmə mənbəyində vergi tutulması


Bank tərəfindən ödəmə mənbəyində tutulan vergi hansı halda geri qaytarılır?


Azərbaycanda sahibkarlıq sahəsində yoxlama aparan yoxlayıcıların hüquqları və vəzifələri müəyyənləşib

posted in: Xəbər | 0

Sahibkarlıq sahəsində yoxlamalar, auditorPrezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqləyib.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində yoxlama aparan yoxlayıcıların hüquqları və vəzifələri müəyyənləşib.

Belə ki, yoxlama zamanı yoxlayıcının aşağıdakı hüquqları var:

  • yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq;
  • yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək;
  • yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq;
  • foto, audio və video çəkiliş aparmaq.

Yoxlayıcı bu hüquqlardan yalnız səlahiyyəti çərçivəsində və müvafiq yoxlama suallarına uyğun istifadə etməlidir.

Eyni zamanda yoxlayıcının vəzifələri də müəyyənləşib. Bunlar aşağıdakılardır:

  • yoxlamaları qanunun tələblərinə əməl etməklə sahibkarların hüquq və qanuni mənafelərinə uyğun həyata keçirmək;
  • sahibkara öz hüquq və vəzifələri barədə məlumat vermək;
  • yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından çıxarışları sahibkara təqdim etmək və sahibkarlara məsləhətlərin və izahatların verilməsini təmin etmək;
  • yoxlamanı tam, vaxtında, obyektiv və qərəzsiz həyata keçirmək, sahibkarın müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə mane olmamaq;
  • bu qanunda müəyyən edilən hallar istisna olmaqla, sahibkara məxsus əşyaların və sənədlərin bütövlüyünü təmin etmək;
  • yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq;
  • yoxlamanın həyata keçirilməsi prosesində tanış olduğu məlumatlar (sənədlər) barəsində bu Qanunun tələblərinə riayət etmək;
  • yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək;
  • yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara təqdim etmək;
  • müvafiq bildirişləri və məlumatları (sənədləri) sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərmək;
  • yoxlama müddətində sonradan sübut edilməsi mümkün olmayan və ya yoxlamanın icrasına mane olan hər hansı fakt (reyestrə daxil edilmiş hüquqi ünvanda sahibkarın və ya onun nümayəndəsinin olmaması, yoxlamanın keçirildiyi yerə girişə məhdudiyyət, tələb olunan sənədləri təqdim etməkdən imtina və s.) barədə qeydi yoxlama aktına daxil etmək və sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə, onlar imtina etdikdə və ya onların iştirakı mümkün olmadıqda, müvafiq qeyd etməklə rəsmiləşdirmək.

Yoxlama zamanı yoxlayıcıya aşağıdakıları etmək qadağandır:

  • səlahiyyətinə, sahibkara və yoxlama suallarına aidiyyəti olmayan məlumatları (sənədləri) tələb etmək və yoxlamaq;
  • qanunla digər yoxlayıcıların nəzarət sahəsinə aid olan və ya yoxlama suallarının siyahısında nəzərdə tutulmamış məsələləri yoxlamaq;
  • Qanunda göstərilən hallar istisna olmaqla, sahibkarın razılığı olmadan onun resurslarını (daşınmaz əmlakını, nəqliyyat vasitələrini, kompüterlərini, surətçıxarma avadanlığını, dəftərxana ləvazimatını və s.) istifadə etmək;
  • sahibkardan yoxlayıcı orqanlara əvvəllər təqdim edilmiş məlumatları (sənədləri) tələb etmək.

Mənbə: report.az


1 522 523 524 525 526 527 528 2. 690