Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzilə görə ƏDV hansı halda qaytarılır?

posted in: Xəbər | 0

kameral yoxlamalar, kameral məktub, ƏDV üzrə kameral vergi yoxlaması, əsas vəsaitlər, Kənd təsərrüfatı məhsulları ƏDV, kotirovka sorğusunun şərtlərini almaq, Tenderdə iştirak haqqı, Malların ixrac qeydi ilə satışı, ədv əvəzləşdirilməsiMən 2020-ci ilin iyun ayında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ilə yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə əlaqədar müqavilə bağlamışam. İKZF ilə əlaqə saxlayaraq ƏDV-nin geri qaytarılması üçün müraciət etsəm də, müraciətimə müsbət cavab ala bilməmişəm. Bu nə dərəcədə düzgündür?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən, satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergini ödəməkdən azad edilmişdir. Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 164.1.10-1-ci, 165.6-cı maddələri və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

Mənbə: vergiler.az


Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Bu il iyunun 1-nə Azərbaycanda 1 452 702 vergi ödəyicisi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 6,9 % çoxdur.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 6,5 %, hüquqi şəxslərin sayı isə 9,7 % artıb.

Mənbə: report.az


 

Əmlak vergisi hesablanarkən mənzilin yardımçı sahəsi nəzərə alınmalıdırmı?

posted in: Xəbər | 0

bəyannamələrin tərtib olunması, vergi orqanı müraciət, vöen bağlanması,Mənə bələdiyyə tərəfindən göndərilmiş əmlak vergisi borcu haqqında bildirişdə vergi mənzilin yaşayış sahəsinə deyil, yardımçı sahə də daxil olmaqla ümumi sahəsinə əsasən hesablanıb. Bu, düzgündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

Mənbə: vergiler.az


Torpaq vergisinin vergitutma obyekti

posted in: Xəbər | 0

Torpaq vergisi üzrə vergi ödəyiciləri və vergitutma obyektləri Azərbaycan Respublukasının Vergi Məcəlləsinin 204 və 205-ci maddələrində təyin edilib. Onlar, digər vergitutma elementləri ilə birgə, torpaq vergisinin müəyyən olunması üçün zəruri şərtdir. Bu verginin ödəyiciləri haqqında bizim məqalədə oxumaq olar. İndi isə gəlin torpaq vergisinin vergitutma obyektləri və onların xarakterik xüsusiyyətlərini birlikdə araşdıraq.

Azərbaycan qanunvericiliyində torpaq vergisi

Torpaq vergisi respublika ərazisindəki torpaq sahələrinin mülkiyyətçiləri yaxud istifadəçiləri olan müəssisələrdən və fiziki şəxslərdən tutulur. Həmin sahələr torpaq vergisinin vergitutma obyekti hesab olunur. Onun əsas xüsusiyyətləri AR Vergi Məcəlləsinin XIV fəslində şərh olunub. Qanunvericiliyin tələblərinə əməl edilməklə ödəyicilərinin bir qismi vergini dövlət büdcəsinə, digər qismi isə yerli büdcəyə ödəyir.

Torpaq vergisinin ödəyiciləri və vergitutma obyektləri  arasındakı asılılıq, habelə hesablamalar və ödənişlərin aparılması mexanizmi burda verilib. Yerli büdcəyə verginin tutluma qaydalıları müvafiq sənədlə nizamlanır.

Vergilərin ödənilməsi, vergidən yayınma halallarını aradan qaldırmaq məqsədilə torpaq vergisi ödəyicilərinə maliyyə sanksiyaları və cərimələr tətbiq edilə bilər. Bu zaman Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktlarının müddəalarından istifadə olunur:

  • AR Vergi Məcəlləsi;
  • AR İnzibati Xətalar Məcəlləsi;
  • AR Cinayət Məcəlləsi;
  • digərləri.

Torpaq vergisinin vergitutma obyektləri

Torpaq vergisinin vergitutma obyekti müəssisələrin, fiziki şəxslərin respublika ərazisində mülkiyyətində yaxud istifadəsində olan torpaq sahələridir. Belə sahələrinin tərkibində aşağıdakıları xüsusi olaraq fərqləndirə bilərik:

  • kənd təsərrüfatı işləri (heyvandarlıq, bağçılıq, quşçuluq, əkinçilik, bostançılıq və s.) həyata keçirilən torpaqlar;
  • fərdi tikililərin (mənzil, bağ evi, qaraj və sair) altında olanlar;
  • iqtisadi fəaliyyətin müxtəlif sahələrində (sənaye, rabitə, nəqliyyat, tikinti, energetika, digərləri) istifadə edilənlər;
  • sağlamlıq və istirahət təyinatlı torpaqlar (dövlət mülkiyyətində olanlar istisnadır);
  • dövlət, meşə və su fondu torpaqlarının istehsal fəaliyyətində istifadə olunan hissəsi;
  • Xəzər dənizinin (gölünün) Azərbaycan sektorunda istehsal fəaliyyətinə cəlb olunmuş torpaqlar.

Torpaq sahələrinı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışla (kupça) təsdiq olunur. İstər kupçaya, istərsə də icarə yaxud digər əsasla istifadəyə dair sənədə malik bütün şəxslər uçota durmaq üçün müraciət etməlidir. Həm hüquqi, həm də fiziki şəxslər üçün uçota alınmaq üçün müəyyən edilmiş müddət 1 aydır.

Vergitutma obyektlərinin müəyyən edilməsinə nümunələr

Vergi qanunvericiliyinə görə qeyri-rezident  şəxslər də torpaq vergisi ödəyicisidir, yəni o, yeganə tədiyyə növüdür ki, ödəniş üçün istisna mövcud deyildir.

Amma qeyri-rezidentlərin yaxud rezidentlərdən Azərbaycan Respublikasından kənarda sahib olduqları torpaqlara görə vergi alınması qanunla müəyyən edilməyib.

Nümunə 1: “A” MMC-nin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində 5000 kv.m., Gürcüstan Respublikasında isə 2000 kv.m. torpaq sahəsi var. “A” MMC yalnız Azərbaycan Respublikasının ərazisindəki 5000 kv.m-lik sahə üzrə vergi ödəyicisi hesab olunur, yəni bu sahə torpaq vergisinin vergitutma obyekti sayılır.

Torpaq vergisi dərəcəsi, onun tətbiqi ilə biz burada daha ətraflı məlumat vermişik. Qısaca qeyd edək ki, tətbiq edilən dərəcələr torpağın təyinatından, habelə  keyfiyyətindən asılıdır. Məsələn, kənd təsərrüfatlı təyinatlı torpağın istifadəçilərinin, belə torpaqlardan üzrlü səbəb olmadan təyinatına uyğun istifadə etməməsi, vergi dərəcəsinin, habelə vergi yükünü artımı ilə nəticələnir.

Vətəndaşlara məxsus bağ sahələri, yaşayış fonduna aid torpaqlar, həyətyanı sahələr üzrə məbləğlər vergi ödəyiciləri tərəfindən tədiyyə bildirişi əsasında bələdiyyələrə ödənir.

Nümunə 2: Əhməd dayı Binəqədi rayonu Mehdiabad qəsəbəsində 5 sot həyətyanı sahəyə, eləcə də Novxanı qəsəbəsində 6 sot bağ sahəsinə malikdir. Hər iki sahə torpaq vergisinin vergitutma obyektləri hesab edilir. Hər bir hal üçün ayrılıqda vergi ödənilməlidir.

Dövlət və bələdiyyə mülkiyyətindəki torpaq sahələrinə görə vergi hesablanmır. Amma belə sahələr başqa şəxslərə istifadəyə verilərsə, torpaq vergisinin vergitutma obyekti yaranır. Belə hallarda vergini onu istifadəyə götürən şəxslər ödəyir. Xüsusi mülkiyyətdəki torpaq sahələrinə görə torpaq vergisi onun mülkiyyətçisi tərəfindən ödənildiyi üçün, belə sahələr digər şəxslərə istifadəyə verilərkən, onu istifadəyə götürən şəxslər, həmin torpağa görə torpaq vergisinin ödəyiciləri hesab olunmur. Beləliklə biz, torpaq vergisi üzrə vergitutma obyekti, torpaq vergisinin ödəyiciləri və vergitutma obyektləri arasında qarşılıqlı münasibətlərə qısa da olsa nəzər saldıq. Bu vergi növü haqqında daha çox məlumatı saytımızın “Torpaq vergisi” bölümündən ala bilərsiniz.


1 528 529 530 531 532 533 534 2. 685