Maliyyə sanksiyası torpaq vergisi ödəyicisinə necə tətbiq edilir.
Torpaq vergisində maliyyə sanksiyaları və cərimələr haqqında danışarkən nəzərə almaq lazımdır ki, onlar Vergi Məcəlləsində hər hansı vergi növü üçün nəzərdə tutulmayıb, ümumi xarakter daşıyır. “Maliyyə sanksiyası” anlayışı şəxsin vergi mükəlləfiyyətindən asılı deyil, həm sadələşdirilmiş, həm də gəlir(mənfəət) vergisi ödəyicisinə qanunvericiliyin pozuntusuna görə eyni tədbir görülür.
Torpaq vergisi gəlirdən tutulan vergi deyil, onlar:
- gəlir (mənfəət);
- sadələşdirilmiş;
- əlavə dəyər vergisi ödəyicisi ola bilərlər.
Odur ki, bu vergilərlə bağlı maliyyə sanksiyaları torpaq vergisi ödəyicilərinə də tətbiq edilir. Məsələn, aktivləri haqqında məlumat formasını əsas olmadan müəyyən olunmuş vaxtda verməyən vergini ödəyicisinə, onun vergi mükəlləfiyyətindən asılı olmayaraq yüz manat maliyyə sanksiyası tətbiq edilir (VM, maddə 57.2).
Torpaq vergisi məbləğinin bilərəkdən yaxud bilməyərəkdən hesabatda azaldılması halı ola bilər. Bu pozuntu, səyyar vergi yoxlaması zamanı aşkarlandıqda, azaldılmış məbləğ təsbit edilir. Sonra isə azaldılmış məbləğ bərpa edilərək, həmin məbləğin yarısı qədər əlavə maliyyə sanksiyası tətbiq olunur.
Torpaq vergisini, bildiyimiz kimi, fiziki və hüquqi şəxslər, avqustun 15-i, noyabrın 15-i olmaqla, 2 dəfəyə ödənilə bilər. Bu qaydaya əməl edilmədikdə, hər gecikmiş gün üçün ödənilməyən məbləğin 0,1 faizi qədər əlavə hesablanır.
Nümunə 1: Müəssisə torpaq vergisi bəyannaməsini gecikdirib 23-ü mayda təqdim etmiş, habelə hesablanmış 530 manat verginin yarısını 30-u avqustda ödəmişdir.
Hesabatı gecikdirdiyinə görə bu müəssisəyə vergi orqanı 40 manat maliyyə sanksiyası hesablaya bilər. Həmçinin, vergi ödənişinin gecikdirildiyi 15 günə görə (15 avqust 30 avqust aralığı) 3.98 manat əlavə faiz məbləği ödəməlidir.
Məcəllənin 57-58-ci maddələrində maliyyə sanksiyaları geniş şərh olunub.
Torpaq vergisi üzrə cərimə və islah tədbirləri
Torpaq vergisi ödəyiciləri, qanunvericiliyin tələblərinin pozulmasına görə maliyyə sanksiyaları ilə yanaşı, cərimələrə, islah tədbirlərinə də məruz qala bilərlər. İnzibati Xətalar Məcəlləsindəki bəzi cərimələri diqqətinizə çatdıraq.
Torpaq vergisi ödəyicisi 50000 AZN –dən çox olmayan məbləğdə vergini ödəməkdən yayınarsa, ona vergi məbləğinin 30 %-dən başlayaraq cərimə məbləği hesablana bilər. Hesablanan cərimə maksimum vergi məbləğinin 70%-ini təşkil edir (İXM, maddə 246)
Qeyd etmək lazımdır ki, vergiləri ödəməkdən yayınma zamanı maliyyə sanksiyası və inzibati cərimədən biri tətbiq edilməlidir.
Maliyyə sanksiyası və cərimə maliyyə itkisidir. İtkilərdən qaçmaq üçün müraciət edin!
Torpaq vergisini ödəməkdən xeyli miqdarda yayınmaya görə Cinayət Məcəlləsində verginin 2-3 misli qədər cərimə, 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. İslah işlərinin tətbiq edilməsi də mümkündür. Xeyli miqdar deyəndə iki yüz min manatadək miqdar nəzərdə tutulur. Bu həddin minimal məbləği əlli min manatdan başlayır (CM maddə 213)
Eyni zamanda İXM üzrə cərimə və Cinayət Məcəlləsi üzrə cərimə, yaxud islah tədbiri görülə bilməz.