Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır? (II hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır?

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.

Mühasibat və vergi uçotu üzrə məsləhətlər hansı hallarda tələb oluna bilər?

4-cü hal: vergi və ya digər yoxlama gözlənilir

Buna görə şirkət rəhbərliyi mühasibat sənədləri ilə hər şeyin yaxşı olduğundan əlavə olaraq əmin olmaq istəyir.

5-ci hal: müvəqqəti olaraq iş yükü artıb

Məsələn, aktiv satış mövsümü başlayıb – ştatda olan mühasiblər öz gücləri ilə bu işlərin öhdəsindən gələ bilmirlər.

6-cı hal: ştata yeni mühasib götürülüb

Belə bir vəziyyətdə əvvəlki işçinin öz işini qənaətbəxş yerinə yetirmədiyi ortaya çıxa bilər. Bu halda mühasibat uçotunu tamamilə bərpa etmək tələb olunur. Bunu təcrübəli mütəxəssislərin xidmətləri olmadan edə bilməzsiniz.

Amma mühasibat və vergi uçotunun aparılması ilə bağlı məsləhətlərə təkcə yuxarıda təsvir edilən hallarla bağlı deyil, digər məsələlərlə əlaqəli də ehtiyac yarana bilər. Sözügedən xidmət hesabatların düzgünlüyünə əmin olmaq istəyən istənilən rəhbər üçün lazımlı ola bilər. Mühasibat konsaltinqində ixtisaslaşan şirkətlər bu işdə böyük təcrübəyə malikdirlər və vergi qanunvericiliyinin hüquqi incəliklərindən yaxşı baş çıxarırlar. Onların xidmətlərinə müraciət etmək, mühasibat uçotunun daha effektiv aparılmasına və vergi ödənişlərini qanuni yolla azaltmağa nail olmaq istəyən hər kəs üçün əhəmiyyət kəsb edir.

Qeyd üçün

İri şirkətlər, bir qayda olaraq, öz maliyyə şöbələrinə malik olurlar  və ya tam müşayiəti sifariş edirlər. Buna görə də onlar mühasibat uçotu üzrə konsaltinqə nadir hallarda ehtiyac duyurlar. Adətən bu cür xidmət kiçik və orta bizneslə məşğul olan kiçik müəssisələrə tələb olunur. Bu,  fərdi sahibkar  və müxtəlif sahələrdə çalışan MMC də ola bilər: IT xidmətlərinin  göstərilməsi üzrə mərkəzlər, logistika şirkətləri, ictimai iaşə müəssisələri, gözəllik salonları və s


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Qazancı olmayan işçinin əmək müqaviləsinə xitam verilməsi

posted in: Xəbər | 0

məzuniyyətə görə kompensasiya, əmək müqaviləsinə xitam, öz hesabına məzuniyyət, ödənişsiz məzuniyyət ərizə forması, şərti bal, kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaq vergisi hesablamaları, daxili ezamiyyələr, Məzuniyyət və onun növləri, Müvəqqəti əvəzetmə, Əmək haqqının verilməsi müddətləri, Əmək haqqının minimum məbləği, Ehtiyatların ilkin dəyəri, Əmək stajı və məzuniyyətlər,İşçinin son 12 aylıq dövrdə heç bir qazancı olmamışdırsa, əmək müqaviləsinə xitam verilərkən ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya necə hesablanmalıdır? Suala əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 130-cu maddəsinin “a” bəndinə əsasən, həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə uşaq dörd yaşına çatanadək işçinin xahişi ilə bir iş ilində ödənişsiz məzuniyyətlər verilir.

Misal: Tutaq ki, 1 may 2018-ci ildən “A” müəssisəsində 930 manat aylıq əməkhaqqı ilə çalışan işçi 1 may 2018-1 may 2019-cu iş ili üçün nəzərdə tutulmuş 30 təqvim günü məzuniyyət hüququndan istifadə edib. O, 25 iyun 2020-ci ildən işəgötürənə həkim komissiyasının rəyi əsasında xroniki xəstə olan uşağa qulluq edilməsi ilə bağlı ödənişsiz məzuniyyət hüququndan istifadə barədə müraciət edərək uşağın dörd yaşına çatanadək (23 yanvar 2023-cü ilədək) məzuniyyətə çıxıb. Bu müddət ərzində, təbii ki, işçiyə əməkhaqqı hesablanmayıb və onun heç bir gəliri olmayıb. İşçi 22 yanvar 2022-ci il tarixdə azad olunması ilə bağlı ərizə ilə müraciət edib. Bu halda son haqq-hesab hesablanmalı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndinə görə, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Yəni işçiyə keçmiş illərin məzuniyyəti verilərsə belə, onun məzuniyyət haqqı məbləği son 12 ayda aldığı qazanca əsasən hesablanacaq. Başqa sözlə, işçi 2019-2020 və 2020- 2021-ci iş illəri üçün nəzərdə tutulmuş məzuniyyət hüququndan istifadə etsə də, məzuniyyətə, məsələn, 22 yanvar 2022-ci ildə çıxarsa, ona məzuniyyət haqqı həmin tarixdən əvvəlki 12 aylıq qazanca əsasən hesablanacaq.

Bəs qeyd etdiyimiz nümunədə son 12 ayda heç bir qazanc olmamışdırsa, məzuniyyət haqqının hesablanması zamanı hansı qazanc əsas götürüləcək?

Qanunvericlikdə bununla bağlı hansısa bəndə rast gəlinməsə belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttindən məsələyə belə münasibət bildirilib ki, bu kimi hallarda geriyə, gəlirin olduğu dövrə əsasən orta əməkhaqqının hesablanması məntiqli hesab edilə bilər.

Mənbə: vergiler.az


Qeyri-rezident şəxslərə göstərilən xidmətlərin ƏDV-yə cəlb edilməsi


Qeyri-rezident şəxslərə göstərilən xidmətlərin ƏDV-yə cəlb edilməsi

posted in: Xəbər | 0

ƏDV, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektləri, Sahibkarlıq subyektlərinin təsnifatı, təkrarsığortalanmış əsas vəsaitlər, Məlumatların üzləşdirilməsi, kameral vergi məktubları, Aksiz vergisi, Vergi Məcəlləsində dəyişikliklər, vergi məcəlləsi, Azərbaycan Vergi Məcəlləsi,Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Həmin müddəa qeyri-rezidentlərə necə tətbiq edilir? Suala vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir.

Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi;
  • məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
  • işçi qüvvəsinin verilməsi təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi (işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda);
  • daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
  • müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;
  • telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);
  • radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
  • kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi;
  • elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi.

Azərbaycan Respublikasının rezidenti olan şəxs Vergi Məcəlləsinin 168.1.5 maddəsində göstərilən xidmətləri qeyri-rezidentə üç fərqli halda göstərə bilər.

Birinci, xidmət Azərbaycan Respublikasının hüdudları daxilində göstərilir.

Misal 1: “AA” MMC hüquq xidməti ilə məşğuldur. Qeyri-rezident şəxsin Azərbaycan Respublikasında olan məhkəmə işində ona 23.600 manat dəyərində hüquq xidmətləri göstərib. Bu zaman, Vergi Məcəlləsinin 159.2-ci maddəsinin müddəalarına əsasən, xidmət respublika daxilində olduğu üçün ƏDV-yə 18% dərəcə ilə cəlb ediləcək: 23.600 :1.18 x 18% = 3.600 manat.

İkinci, xidmət Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni faktiki olaraq qeyri-rezidentin öz ölkəsində göstərilir.

Misal 2: “AA” MMC hüquq xidməti ilə məşğuldur. Qeyri-rezident şəxs bu şirkətin hüquqşünaslarını öz ölkəsinə dəvət edib və 50.000 manat dəyərində hüquq xidməti alıb. Bu zaman Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən xidmət respublika xaricində olduğu üçün ƏDV-yə cəlb edilməyəcək.

Üçüncü, xidmət hüquqşünas Azərbaycan Respublikasından xaricə getmədən göstərilir.

Misal 3: Hüquq xidməti göstərən “AA” MMC-nin hüquqşünasları qeyri-rezidentin 42.000 manat dəyərində sifarişini Azərbaycan Respublikasından onlayn qaydada yerinə yetiriblər. Bu, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən, xidmətin ixracı sayılacaq və ƏDV-yə 0% dərəcə ilə cəlb ediləcək.


Kapital Bank Visa-nın 4 mükafatına layiq görülüb

posted in: Xəbər | 0

Kapital Bank,Visa Beynəlxalq ödəniş sistemi bu il də ən fəal ölkə banklarına müxtəlif kateqoriyalar üzrə mükafatlar təqdim edib. Kapital Bank bu dəfə “İmtiyazlar Dünyasına böyük dəstək” (“Strong support of the World of Privileges”), “Ən yüksək həcmdə sabit artım” (“The highest volume of Incremental growth”), “Ən yaxşı əməkhaqqı layihəsi” (“Best salary Project”) və “İlk Mobil POS” (“First Tap2Phone”) nominasiyaları üzrə xüsusi mükafatlara layiq görülüb.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 544 545 546 547 548 549 550 2. 690