Müasir biznes mühitində mühasibat uçotunun rolu (I hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu, Müasir biznes mühiti,Mühasibat uçotu, təşkilatın fəaliyyəti haqqında məlumatların toplanması, təşkili və ötürülməsi yolu ilə öz məqsəd və vəzifələrinə çatmasına kömək edir.

Beləliklə, o, bugünkü biznes mühitinin ayrılmaz hissəsidir. Mühasibat uçotunun özündən başqa, müasir təşkilatda fərdi mühasib və ya mühasiblərin rolu eyni dərəcədə vacibdir, çünki həmin şəxs və ya şöbə mühasibat uçotunun iki müxtəlif sahəsində işləyir: maliyyə uçotu və idarəetmə uçotu.

Mühasibat uçotunun bu iki fərqli sahəsinin nə təklif etdiyini bilmək, bizim dövrümüzdə mühasibat uçotunun rolunu izah edəcəkdir.

Mühasibat uçotu biznesdirmi?

Əgər siz böyük və ya kiçik mühasibatlıq firmasından danışmırsınızsa, mühasibat uçotu belə götürdükdə, biznes deyil. Mühasibat uçotu – tarixdə ən qədim peşələrdən biridir. Çünki o, Mesopotamiyadan gələn özlüyündə ticarət qeydləri olan ən qədim, məlum yazılı sənədlərdən qaynaqlanır.

Sistem biznes və maliyyə əməliyyatlarını qeyd etmək və ümumiləşdirmək, sonra isə nəticələri təhlil etmək, yoxlamaq və nəticələr barədə hesabat hazırlamaq üçün nəzərdə tutulub. Buraya ticarət əməliyyatlarının sənədləşdirilməsi, eləcə də kiçik və ya böyük, istənilən biznesin faktiki olaraq bütün aspektlərinin sənədləşdirilməsi daxildir.

Başqa sözlə desək, mühasibat uçotu biznesin qan damarıdır. Bütün növ müəssisələr bu işi yerinə yetirmək üçün qeyd olunan əsas məlumatlara malikdirlər. Mühasibat uçotu, hər hansı bir maraqlı tərəfin biznes və ya təşkilatın maliyyə vəziyyətini, eləcə də aktivlərin, öhdəliklərin və pul vəsaitlərinin hərəkətinin qiymətləndirilməsi metodudur — və ya gələcək müəssisənin bütün mövcud və gələcək investorlar üçün hesabat vermək üsuludur.

Beləliklə, mühasibat uçotu biznes olmasa da, müasir biznes mühitinin vacib hissəsidir. Müasir iqtisadiyyatda mühasibat uçotunun rolu, müasir biznesdə idarəetmə uçotunun rolu kimi çox mühümdür.

Şirkətin daxili maraqlı tərəfləri kimlərdir?

Tərifə görə, şirkətin daxili maraqlı tərəfləri təşkilatın bir hissəsi olan şəxslər və tərəflərdir. Şirkətin daxili maraqlı tərəflərinə aşağıdakılar daxildir:

  • Əməkdaşlar: bu, şirkətlərdə ödəniş üçün işləyən insanlar qrupudur.
  • Sahibləri: bu, şirkətin sahibi olan şəxs və ya insanlar qrupudur; onlara tərəfdaşlar, səhmdarlar və s. daxildir.
  • Direktorlar şurası: bu qrup şirkəti idarə edir; bir qayda olaraq, idarə heyəti illik ümumi yığıncaqda cəmiyyətin üzvləri tərəfindən seçilir.
  • Menecerlər: bu əməkdaşlar bütöv şöbələri idarə edirlər.
  • İnvestorlar: bu qrup öz pullarını şirkətə yatırır.

Daxili maraqlı tərəflər – onlar bütün biznes subyektləridir, məsələn, öz işlərinə görə şirkətdən pul almaq istəyən (və əlbəttə ki, işdə qalmaq istəyən) əməkdaşlardır. Həm də daxili maraqlı tərəflər olan sahibkarlar biznesin əldə etdiyi mənfəəti artırmaqda maraqlıdırlar, investorlar isə investisiyalarından gəlir əldə etmək istəyirlər.

Daxili maraqlı tərəflər biznesin özünün subyektləri olmayan, lakin biznesin nəticələrinə əhəmiyyət verən və ya onlardan təsirlənən, istehlakçılar, tənzimləyici orqanlar, təchizatçılar və investorlar olan kənar maraqlı tərəflərdən fərqlidir.

Diqqət edin ki, kənar maraqlı tərəfin son nümunəsi – investor –  həm də daxili maraqlı tərəfin nümunəsidir. İnvestorlar şirkətdən kənarda olan və biznesə sərmayə qoyan maraqlı tərəflər ola bilər, məsələn, səhmdarlar, lakin, onlar şirkətlərin bir hissəsi də ola bilərlər, eləcə də daxili və ya kənar maraqlı tərəflər ola bilən səhmdarlar, tərəfdaşlar və ya səhmdarlar kimi şirkətdə investor da ola bilərlər.


II hissəyə nəzər yetirin


Aksizli mallarla əməliyyatlarda inzibati hüquqpozmalar və cinayət məsuliyyəti

posted in: Vergi, Xəbər | 0

Aksiz vergisi ödəyicilərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və cərimələrdən başqa digər məsuliyyət tədbirləri də nəzərdə tutulub. Aksizlərlə bağlı hüquqpozmaların qarsısını almaq üçün İnzibati Xətalar (İXM) Məcəlləsi və Cinayət Məcəlləsində (CM) bəzi cəza tədbirindən istifadə edilir. Məsuliyyətin inzibati yaxud cinayət məsuliyyəti kimi müəyyən edilməsi pozuntu məbləğinin miqdarından asılıdır. Gəlin həmin cəza tədbirlərini daha ətraflı nəzərdən keçirək.

Aksizli mallarla az miqdarda nağd satış, yaxud bu malların satış üçün nağd alışı (pərakəndə satış istisnadır) baş verdikdə:

  • 300-500 manat arası – vəzifəli şəxslərə;
  • 1000-1500 manat arası hüquqi şəxslərə cərimə tətbiq olunur (İXM, maddə-449-1).

Əgər nağd alqı-satqı yuxarıda qeyd edilən şərtlər daxilində:

  • xeyli miqdarda baş verdikdə – 1000-2000 manat arası cərimə, yaxud 1 ilədək islah işləri və ya azadlıqdan məhrumetmə (CM, maddə 213-3);
  • külli miqdarda baş verdikdə – 2 ilədək islah işləri yaxud azadlıqdan məhrumetmə cəzası tətbiq olunur (CM, maddə 213-3).

Aksizli malların markalanmadan az miqdarda idxalı zamanı:

  • 80-120 manat arası-fiziki şəxslərə;
  • 300-500 manat arası-vəzifəli şəxslərə;
  • 1000-1500 manat arası hüquqi şəxslərə cərimə tətbiq olunur.

Cərimə ilə yanaşı həmin mallar müsadirə edilir. (İXM, maddə-508).

Aksizli malların markalanmadan az miqdarda idxalı zamanı 80 manatdan 1500 manatadək cərimə tətbiq olunur

Əgər idxal, həmçinin aksizli malların markasız satışı, satış üçün saxlanması, istehsal binasının hüdudundan kənara çıxarılma:

  • xeyli miqdarda baş verərsə – 2000 manatdan 3000 manatadək cərimə yaxud islah işləri (1 ilədək) və ya azadlıqdan məhrumetmə (2 ilədək) (CM, maddə 213-1.1);
  • külli miqdarda baş verdikdə, həmçinin təkrar yaxud qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – beş ilədək azadlıqdan məhrum etmə (CM, maddə 213-1.2) ilə cəzalandırılır.

Yuxarıdakı hallarda miqdar intervalları aşağıdakı kimi təsnifləşdirilir:

Aksizli malların markalanmadan az miqdarda idxalı zamanı 80 manatdan 1500 manatadək cərimə tətbiq olunur

Aksizli mallarla əməliyyatlar üzrə məcburi ödənişlərdən yayınma

  • Az miqdarda olarsa – inzibati hüquqpozmanın obyekti olan ödəniş məbləğinin 30 %-dən 70 %-dək cərimə (İXM, maddə – 460);
  • Xeyli miqdarda olduqda – vurulmuş ziyanın 2 mislindən 3 mislinədək cərimə yaxud islah işləri (2 ilədək) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə. Bu zaman cəza tətbiq edilən şəxs müəyyən vəzifə tutma (fəaliyyətlə məşğul olma) hüququndan məhrum da edilə bilər (CM, maddə 213.1);
  • Külli miqdarda yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə – vurulmuş ziyanın 2 misli miqdarında cərimə yaxud 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Bu zaman cəza tətbiq edilmiş şəxs 3 ilədək müəyyən vəzifə tutma (müəyyən fəaliyyətlə məşğul olma) hüququndan da məhrum edilə bilər (CM, maddə 213.2);

Digər hüquqpozmalardan fərqli olaraq vergi və digər məcburi ödənişlərdən yayınmalarda “xeyli külli miqdarda” halı daxil edilib.

Aksiz vergisi üzrə külli miqdarda hüquqpozmalarda Cinayət Məcəlləsinin 213.3 maddəsi tətbiq edilir.

Yuxarıdakı hallarda miqdar intervalları aşağıdakı kimi təsnifləşdirilir:

Aksiz vergisi ödənişdən yayınma, miqdar intervalları az miqdarda 50000 manatadək, xeyli miqdarda 50000 – 200000 manat, külli miqdarda 200000-500000 manatadək, xüsusi külli miqdarda – 500000 manatdan yuxarı

Cinayət Məcəlləsinin 205-1 maddəsi saxta aksiz markası ilə aparılan əməliyyatlarla bağlı cəzaları şərh edir. Belə hüquqpozmalar:

  • 2000 manatdan 3000 min manatadək cərimə yaxud;
  • islah işləri – 2 ilədək;
  • azadlıqdan məhrumetmə (3 ilədək) ilə cəzalandırılır.

Gördüyünüz kimi, aksiz vergisi üzrə hüquqpozmalarda cəzalar kifayət qədər sərtdir. Buna cəzalara məruz qalmamaq üçün ən asan yol qanuna əməl etməkdir.


Hansı xidmət sahələrində nəzarət-kassa aparatının quraşdırılması mütləqdir?

posted in: Xəbər | 0

nəzarət-kassa aparatı, nəzarət-kassa aparatının quraşdırılması,Ötən ildən nəzarət-kassa aparatı tətbiq edilməsi məcburi olan vergi ödəyicilərinin siyahısı genişləndirilib. İqtisadçı ekspert Anar Bayramovun mövzuya dair şərhini təqdim edir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloyi mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergi ödəyicilərinin vəzifəsidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 575 nömrəli qərarı ilə “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin” siyahısı aşağıdakı kimi təsdiq edilib.

Yerləşmə vasitələrinin növləri:

1. Mehmanxanalar və motellər;
2. Sanatoriyalar;
3. Pansionatlar;
4. Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri;
5. İstirahət evləri;
6. İstirahət bazaları;
7. İstirahət mərkəzləri;
8. Qonaq evləri;
9. Sağlamlıq düşərgələri;
10. İdman düşərgələri;
11. Ovçu (balıqçı) evləri;
12. Turist bazaları;
13. Turist evləri;
14. Kempinqlər;
15. Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.);
16. Çoxmənzilli binalarda mənzillər (otaqlar);
17. Hostellər;
18. Dağ sığınacaqları;
19. Uşaq sağlamlıq düşərgələri.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində “yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər” məfhumundan istifadə edilsə də, təsdiq olunan siyahının adı “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri” adlanır. Fikrimizcə, Nazirlər Kabinetinin 21 dekabr 2017-ci il tarixli, 575 nömrəli qərarı ilə təsdiq edilən siyahıdakı obyektlərdə kənar şəxslərin yaşayışı üçün şərait yaradıldığı halda nəzarət-kassa aparatı quraşdırılmalıdır.

1 yanvar 2022-ci ildən tibb müəssisələri də nəzarət-kassa aparatı quraşdırılması məcburi hesab edilən obyektlər hesab edilir. Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, tibb müəssisələrinin dövlət qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılır. Təcrübədə rast gəlinən suallardan biri apteklərin tibb müəssisəsi hesab olunub-olunmaması ilə bağlıdır. Apteklər lisenziya əsasında fəaliyyət göstərsə də, dərmanların pərakəndə satışını həyata keçirir, yəni hər hansı tibbi xidmət göstərmir. Bu səbəbdən də, apteklər pərakəndə satış fəaliyyəti ilə məşğul olduğundan nəzarət-kassa aparatının tətbiqi öncədən məcburi xarakter daşıyırdı.

Digər bir sual stomatoloji xidmət göstərən mərkəzlərdə nəzarət-kassa aparatının tətbiqinə aiddir. Fikrimizcə, stomatoloji xidmət göstərən vergi ödəyiciləri də 1 yanvar 2022-ci ildən nəzarət-kassa aparatı tətbiq etməyə borcludurıar. Cünki onlar tibbi xidmət göstərdikləri üçün tibb müəssisələri hesab edilirlər.

Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatları tətbiq etməlidir. Bərbərxanaların vergi öhdəliklərini misallar əsasında nəzərdən keçirək.


Keçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi?


Misal 1: Vergi ödəyicisi 3 bərbəri işə qəbul edərək bərbərxana xidməti göstərir. Bu halda vergi ödəyicisi 1 yanvar 2022-cü il tarixdən nəzarət-kassa aparatı tətbiq etməlidir. Həmin tarixə qədər isə nağd əməliyyatlar kassa mədaxil qəbzləri ilə rəsmiləşdirilirdi.

Misal 2: Vergi ödəyicisi fərdi qaydada, sabit qəbzlə bərbər xidməti göstərir. Bu halda həmin vergi ödəyicisinin 1 yanvar 2022-ci ildən nəzarət-kassa aparatı tətbiq etməsinə ehtiyac yoxdur. Cünki Vergi Məcəlləsinin 16.1.8.6-cı maddəsinə əsasən, Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada göstərilən bərbər fəaliyyətinə nəzarət-kassa aparatının tətbiq etməsi istisna olunan hallara aid edilib.

Misal 3: Eyni obyektdə iki vergi ödəyicisi ayrı-ayrı icarə müqaviləsi ilə bərbər fəaliyyəti göstərir. 50 kvadratmetrlik obyektin 20 kvadratmetri bir, 30 kvadratmetri isə digər vergi ödəyicisinin istifadəsindədir. Belə olduqda vergi ödəyicilərinin nəzarət-kassa aparatı tətbiq etməsi mütləq tələb sayılmır.

Bərbər xidməti ilə bağlı bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsinin 221.8.10-cu maddəsinə əsasən, Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya bu Məcəllənin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Maddədən göründüyü kimi, sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi də nağd hesablaşmalar zamanı müvafiq qəbzi təqdim etməlidir. Sabit qəbzlə fəaliyyət göstərən şəxslərin dövriyyəsi onların vergi öhdəliyinin müəyyən edilməsində rol oynamasa da, qanunvericilik bunu tələb edir. Sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi aylıq olaraq sabit məbləğdə sadələşdirilmiş vergi ödəyir.

Qadın gözəllik salonlarına gəlincə, həmin salonlarda vergi ödəyiciləri bərbər xidməti ilə yanaşı, manikür, pedikür, dırnaq qaynağı, üz-qaş baxımı və s. kimi digər fəaliyyətlər də həyata keçirirlər.

Misal 4: Fərdi qaydada gözəllik salonu kimi fəaliyyət göstərən vergi ödəyicisi 1 yanvar 2022-ci ildən nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə aparmağa borcludur.

Kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etmək vəzifəsi olan vergi ödəyicilərinə aid edilib. Kosmetoloji mərkəzlərdə, adətən, dəriyə kosmetoloji maddələrlə qulluq göstərilməsi və dərialtı infeksiyaların terapiyası kimi xidmətlər göstərilir.

Misal 5: Kosmetoloji xidmətlə məşğul olan vergi ödəyicisi vətəndaşın dərisinə kosmetoloji maddələrlə qulluq müqabilində 50 manat ödəniş alıb. Vergi ödəyicisi müştəriyə nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Təbii ki, bu xidmətin rəsmiləşdirilməsi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı ilə həyata keçirilir.

Yekunda bir məsələni də bildirək ki, nəzarət-kassa aparatı tətbiq edən vergi ödəyiciləri təqdim etdiyi mala (iş, xidmətə) görə ödənişi POS-terminalla aldığı halda da qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməlidir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı.

Mənbə: vergiler.az


Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir

posted in: Xəbər | 0

kapital bank tarif paketləriKapital Bank kiçik, orta və iri sahibkarlara əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, daha qənaətcil tarif paketlərini və paket əlavələrini təqdim edir. Müştərilər tarif paketlərini və paket əlavələrini banka gəlmədən, Müştəri Bank vasitəsilə birdəfəlik ödəniş etməklə əldə edə bilərlər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

Kapital Bank-ın məhsullarını əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 40% endirim almaq imkanına malikdirlər. Hazırda Kapital Bank, bütün valyutalarda əməliyyatlar həyata keçirən və digər bank məhsullarından istifadə edən müştərilərinə “Hər şey daxil” tipli “Təməl”, “Uğur”, “İnkişaf” ,“Zirvə”, “Hədəf” tarif paketlərini, milli valyutada əməliyyatlara üstünlük verən müştəriləri üçün isə “Sərfəli” tipli “XS”, “S”, “M”, “L”, “XL” tarif paketlərini təqdim edir.

Kapital Bank, tarif paketlərindən başqa mübadilə, məxaric və mədaxil tipli seqmentləşdirilmiş əməliyyatları əhatə edən “Valyuta Mübadiləsi”, “Hesabdan Məxaric” və “Əmək Haqqı”  adlı paket əlavələrindən yararlanma imkanı yaradıb.

Sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini və paket əlavələrini rahatlıqla seçim imkanına malikdirlər.

Qeyd edək ki, tarif paketləri və paket əlavələri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.


1 573 574 575 576 577 578 579 2. 702