Alıcı satıcının bank kartına “card to card” vasitəsilə ödəniş edərsə, maliyyə sanksiyası hesablana bilərmi?

posted in: Xəbər | 0

"card to card" vasitəsilə, maliyyə sanksiyası,Mənfəət vergisi ödəyicisi olan mikro sahibkarlıq subyekti hüquqi şəxsin dublikat şəhadətnamə əsasında açılmış biznes kartının hesabına vergi ödəyicisi olmayan fiziki şəxslərdən malların təqdim edilməsinə görə “card to card” vasitəsilə ödənişlər etmək istəyir. Buna qanunvericilik yol verirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Sorğunuzda qeyd olunan halda malların dəyərinin alıcı tərəfindən bank kartı vasitəsilə satıcının bank kartına ödənilməsinə görə hər hansı məhdudiyyət və ya maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Lakin Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 164-cü və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”.

Mənbə: vergiler.az


Müharibə iştirakçılarının əmək məzuniyyətləri necə tənzimlənir?


Video: “Mənfəət bəyannaməsi və əlavələrinin hazırlanması”

posted in: Xəbər | 0

Mənfəət bəyannaməsi və əlavələrinin hazırlanması“Azərbaycan Mühasiblər Məktəbi”nin “Mənfəət bəyannaməsi və əlavələrinin hazırlanması” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

24 Dekabr tarixində təşkil edilən, 300-ə yaxın mühasibin iştirak etdiyi vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2022-ci il ərzində təşkil etdiyi 7-ci ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı, mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malik Kəmalə Rzayevadır.

O, İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığı vaxtdan bu günədək 1500-dən çox tələbə və dinləyicisi olmuşdur.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. 2023-cü ildə isə, ödənişsiz təlimlərin sayının daha da artması hədəflənib. Çünki məktəbin əsas missiyası, mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Keçidlərə daxil olmaqla isə, “Azərbaycan Mühasiblər Məktəbi”nin təşkil etdiyi ödənişli və ödənişsiz təlimlər barədə tam məlumat ala bilərsiniz.

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/



Kapital Bank sahibkarlar üçün yeni şöbə açdı

posted in: Xəbər | 0

Kapital Bank yeni şöbə,Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlara göstərilən xidmətləri daha əlçatan və rahat etmək üçün Bakı KOB evində yeni şöbəsini açdı. Yeni KOB şöbəsi Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllə ünvanında fəaliyyət göstərir.

KOB şöbəsində müştərilər fiziki və hüquqi şəxslər üçün hesabların açılması, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar kimi bir çox bank məhsulları və xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, Kapital Bank bir neçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini tam bitirsə də, müştəri xidməti keyfiyyətini artırmaq üçün bir sıra işləri davamlı olaraq həyata keçirir. Paytaxt Bakı ilə yanaşı regionlarda da bank xidmətlərini daha əlçatan etmək məqsədilə yeni xidmət nöqtələri açılır. Bu kimi işlər gələcək illərdə də davam etdiriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Vergitutma obyekti AR Vergi Məcəlləsində

posted in: Xəbər | 0

Vergitutma obyekti  AR Vergi Məcəlləsində

Vergitutma obyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergitutma  elementlərindən biridir. Bildiyiniz kimi vergi elementlərinin müəyyən olunması vergi öhdəliyinin müəyyən edilməsinin əsas şərtidir.

Vergi Məcəlləsinin 12.3. maddəsinə görə “vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.”

Məcəllədə aşağıdakı vergitutma obyektləri müəyyən edilib.

Azərbaycan Respublikasının ərazisində malların, o cümlədən istehsal-texniki təyinatlı malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin satışı üzrə dövriyyələr vergitutma obyektidir.


Hüquqi şəxs tərəfindən istehsal edilmiş və ya kənardan alınmış malların satışı üzrə  dövriyyələr, habelə aşağıdakı dövriyyələr vergitutma obyektləri sayılır;


maliyyələşmə mənbəyindən asılı olmayaraq müəssisə daxilində xərcləri istehsal və tədavül məsrəflərinə aid edilməyən malların (işlərin, xidmətlərin) xüsusi istehlak üçün, habelə öz işçilərinə satışı üzrə dövriyyələr;


dəyəri ödənilmədən malların (işlərin, xidmətlərin) başqa mallar (işlər, xidmətlər) müqabilində satışı (mübadilə əməliyyatları) üzrə dövriyyələr;


malların (işlərin, xidmətlərin) əvəzsiz olaraq və ya dəyəri qismən ödənilməklə  hüquqi və ya fiziki şəxslərə verilməsi və hüquqi şəxsin əvəzsiz maliyyə yardımı şəklində aldığı məbləğlər (büdcə, nazirlik və baş idarədən aldığı mərkəzləşdirilmiş fonddan yetim və kimsəsiz uşaqların, tənha və kimsəsiz qocaların, əlillərin maddi ehtiyaclarının ödənilməsinə habelə idman mədəni-maarif tədbirlərinə, təhsilə, səhiyyəyə (kapital qoyuluşları istisna olmaqla), müvafiq qaydada qeydiyyatdan keçmiş xeyriyyə fondlarına və təşkilatlarına, eləcə də milli birliyin, həmrəyliyin və ənənələrin möhkəmlənməsinə və təbliğinə, ibadətgahların tikintisinə və təmirinə, dini ziyafətlərin təşkilinə ayrılan və öz təyinatı üzrə istifadə edilən maliyyə yardımlarından başqa) üzrə dövriyyələr.


Respublika Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada pərakəndə ticarət və ictimai iaşə, avtomobil nəqliyyatı ilə sərnişin daşınma xidmətləri, avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət, habelə bərbərlik və kosmetika xidmətləri (müalicə və ya cərrahlıq fəaliyyəti ilə bağlı olmayan) göstərən vergi ödəyiciləri üçün bu sahibkarlıq fəaliyyətindən gəlirlərin əldə edilməsinə təsir göstərən amilləri nəzərə almaqla minimum məbləğdə aylıq vergi məbləği müəyyən edilə bilər. Minimum məbləğdə vergi üzrə təqvim ilinin yekununa görə respublika Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada yenidən haqq-hesab aparılır.


Daşınmaz əmlak, elektrik və istilik enerjisi, qaz vergiyə cəlbetmə məqsədilə dövriyyə hesab edilir.


Yerinə yetirilmiş və dəyəri ödənilmiş tikinti-quraşdırma, təmir, təcrübə-konstruksiya, texnoloji işlərin və digər işlərin həcmi də vergiyə cəlbetmə obyekti sayılır.


Aşağıdakı xidmətlərin göstərilməsindən əldə edilən gəlir vergiyə cəlbetmə obyekti sayılır:

  • qazın, neft və neft məhsullarının, elektrik və istilik enerjisinin nəql edilməsi də daxil olmaqla sərnişin və yük daşıma nəqliyyatının xidmətləri, malların yüklənməsi, boşaldılması və saxlanması üzrə xidmətlər;
  • əmlakın icarəyə verilməsi, o cümlədən lizinq üzrə əməliyyatlar;
  • mal göndərilməsi və satılması ilə bağlı olan vasitəçilik xidmətləri;
  • məişət, mənzil-kommunal xidmətləri ilə bağlı olan xidmətlər;
  • sanatoriya-kurort və sağlamlıq, habelə turist-ekskursiya xidmətləri;
  • ticarət müəssisələri tərəfindən hüquqi şəxslərin sifarişlərinin yerinə yetirilməsi üzrə xidmətlər;
  • idarədənkənar mühafizə xidmətləri;
  • kadr hazırlığı və ixtisas artırılması üzrə xidmətlər;
  • reklam xidmətləri;
  • innovasiya (yeni texnikanın, texnologiyanın, elmi tədqiqatların işlənməsinə qoyulan vəsaitlər) xidməti, məlumatların işlənməsi və informasiya təminatı üzrə xidmətlər;
  • respublika ərazisində tranzitlə daşınanmallara görə göstərilən xidmətlər;
  • qanunvericiliklə güzəşt nəzərdə tutulmayan bütün digər xidmətlər;

1 596 597 598 599 600 601 602 2. 702