Beynəlxalq daşımalarda “İcazə” blankları, vergi ödənilməsinə nəzarət

posted in: Xəbər | 0
birbank biznes

“İcazə” blanklarından istifadə mexanizmi

Xarici ölkələrə həyata keçirilən beynəlxalq yük daşımaları, hansı ki, barəsində icazə sistemi tətbiq olunur, həmin daşınmalar AR qanunvericiliyinə əsasən tənzimlənən qaydalarla “İcazə” blankları əsasında həyata keçirilir. Avtonəqliyyat vasitəsilə digər dövlətlərin ərazisində daşınma etmək üçün “İcazə” blankı almış daşıyıcılar, həmin icazədən düzgün istifadəyə, onun lazımi vəziyyətdə saxlanılmasına, vaxtında təhvil verilməsinə görə məsuliyyətli sayılırlar.

“İcazə” blankı almış daşıyıcılar, həmin icazədən düzgün istifadəyə, onun lazımi vəziyyətdə saxlanılmasına, vaxtında təhvil verilməsinə görə məsuliyyətli sayılırlar.

Avtonəqliyyat vasitələrilə beynəlxalq daşımaları həyata keçirən sürücülər beynəlxalq daşımalara aid konvensiyalar (beynəlxalq), sazişlər, digər sənədlər, həmçinin sözügedən daşınmalara aid xüsusiyyətlər haqqında lazımi bilgilərə sahib olmalıdırlar. Bu biliklərə sahib olmaqdan ötrü müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi proqrama uyğun şəkildə xüsusi hazırlıq keçməlidirlər.

Beynəlxalq daşımaların (avtomobil nəqliyyatı) baş tutması üçün “İcazə” blankları önəmli iqtisadi alətdir. Beynəlxalq daşımalar “İcazə” blanklarının bölgüsü Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə ABADA İctimai Birliyi qeyd olunan məsələylə əlaqədar olaraq razılaşma əldə etmişdir. Burada əsas məqsəd, avtomobillə daşınma həyata keçirən şəxslərin beynəlxalq avtomobil daşımaları bazarına çıxışını tənzimləmək, inhisarlıq fəaliyyətinin qarşısını almaq, daşıyıcı şəxslərin, habelə sürücülərin peşəkarlığını artırmaqdır. Eyni zamanda Respublikamızın beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq da belə məqsədlərdən biri sayılır. Əldə edilmiş razılaşmaya uyğun olaraq ABADA “İcazə blankları”nın tənzimlənmiş meyarlara uyğun şəkildə bölüşdürülməsinin daşıyıcılar arasında tamamilə ədalətli formada reallaşdırmanı təmin etməyi öhdəsinə götürüb.

“İcazə” blankı rəsmi sənəd hesab edildiyindən bu blankların mübadiləsini dövlətlərarası qarışıq komissiya müəyyən edir. Hər bir ölkə üzrə kvota hesablanır və imzalanan rəsmi sənədlə “İcazə” blanklarının mübadiləsi həyata keçirilir. “İcazə” blankları isə illik verilir. Bundan əlavə ABADA beynəlxalq yükdaşımalar sahəsində ən vacib sənədlərdən olan “Carnet TIR” təminatının da Azərbaycan üzrə rəsmi təminatçısıdır. Bu sənəd dünyanın 65-dən çox ölkəsi tərəfindən qəbul edilir. Ancaq məhdud-defisit icazə blanklarının ölkə daşıyıcılarının tələbinə uyğun artırılmasına dair işlərin icrası məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təmsil olunduğu Beynəlxalq Qarışıq Komissiyaların iclasında təmin edilir.

“İcazə” blanklarını qarşılıqlı münasibətləri olan 2 ölkə razılaşaraq bərabər miqdarda mübadilə edirlər. Yüklərin daşınmasını həyata keçirən şəxslər “İcazə” blanklarından istifadə etməklə digər ölkələrdəki yükləri özünün yaşadığı ölkəyə yaxud hər hansı 3-cü ölkəyə daşıya bilər, həmçinin alınan malı elə həmin ölkədə daşıya bilər.

Daşımalar zamanı yol vergisi, azadolmalar Vergi Məcəlləsinə görə tənzimlənir.

"İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Vergi Məcəlləsinin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər

 

Nümunə:  Beynəlxalq sazişə əsasən azadolmalar nəzərdə tutulan Rusiya firmasına məxsus 20 oturacaqlı avtobus, həmçinin ikioxlu yük maşını Azərbaycana daxil olmuşdur. Avtobus 25, yük avtomobili isə 40 gündən sonra Azərbaycanı tərk edir. Həmin avtomobillərə görə ödənməli olan vergini hesablayaq:

Avtobus 30 gündən az Azərbaycanda qalmışdır deyə vergidən azaddır. Yük maşını isə 30 gündən artıq olan müddətdə ( 40 – 30 = 10 gün ) ölkəmizdə qaldığına görə artıq qaldığı 10 günə görə Vergi Məcəlləsinin 211.1.1.3-cü maddəsində verilmiş cədvələ əsasən 40 ABŞ dolları vergi ödəyəcəkdir.

Yol vergisi ödənişlərinə nəzarət

Respublika ərazisində istehsal nəticəsində əldə olunmaqla daxildə istehlak məqsədiylə ayrılmış (yəni topdan satılması nəzərdə tutulan), ölkəyə idxal edilən benzin (avtomobil üçün nəzərdə tutulan), maye qaz, dizel yanacağı üzrə hesablanan yol vergisinə nəzarət tədbirlərini vergi orqanı keçirdir. AR Gömrük Komitəsi isə ölkəyə gətirilmiş (yəni idxal edilmiş ) benzin (avtomobil üçün nəzərdə tutulan), dizel yanacağı, maye qazın vergiyə cəlb edilməsi məsələlərinə, həmin  verginin ödənilməsilə bağlı məsələlərə nəzarət edir.

Yol vergisi hesablayarkən 2 önəmli məqam nəzərə alınmalıdır:

  1. Vergi ödəyiciləri avtomobil benzini, dizel yanacağı, maye qazın satışı ilə məşğuldursa, bunun üçün ödədikləri yol vergisini gəlirdən çıxa bilərlər;
  2. Bu vergi ödənilməklə alınan mallara görə ƏDV hesablanan zaman ödənilmiş yol vergisi məbləği çıxılmalıdır.

“A” MMC yol vergisini ödəməklə alınan benzini satan zaman həmin məbləği yol vergisinin məbləği qədər azaldaraq Əlavə dəyər vergisini hesablamalıdır.


Print Friendly, PDF & Email