Torpaq və əmlak vergisi qanunla müəyyən edilmiş vaxtda ödənilmədikdə hansı dərəcə ilə faiz tutulur?

posted in: Xəbər | 0

Bələdiyyə vergisiMənə bələdiyyədən torpaq və əmlak vergisi üzrə borcum olduğunu, borc üçün faiz hesablandığını bildirdilər. Bələdiyyə vergisinin vaxtında ödənilmədiyinə görə faiz hesablanmasının qanuni əsası varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 59-cu, 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.

Mənbə: vergiler.az


Təmir xərclərinin kapitallaşdırılması necə həyata keçirilir?


Xarici investisiyalı sahibkarlıq subyektinin müraciət imkanları asanlaşdırılacaq

posted in: Xəbər | 0

Xarici investisiyalı sahibkarlıq subyektiXarici investisiyalı sahibkarlıq subyektinin Azərbaycanda kommersiya qurumu təsis etmə proseduru üzrə müraciət imkanları asanlaşdırılacaq.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə bildirib ki, bununla bağlı qeydiyyat prosedurları haqqında məlumatların əcnəbi dildə müvafiq elektron informasiya daşıyıcılarında əlçatanlığı təmin olunacaq.

“İzahları əldə edən sahibkarlıq subyekti artıq buna razılıq verdiyi təqdirdə öz apostil verilmiş və Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının rəsmi mənbəyində yerləşdirilmiş reyestrdə olan sənədlər haqqında məlumatı bizə ötürəcək. Qeydiyyat üçün müraciət imkanını təmin etməklə, sahibkarlıq subyekti həmin sənədlərin Azərbaycan dilinə tərcüməsinin rəsmiləşdirilməsi üçün iradə ifadəsini elektron mühit üzərindən bizə bildirəcək. Nəticə etibarilə sənədlər Elektron Notariat İnformasiya Sisteminə daxil olacaq, notarius tərəfindən onların eyniləşdirilməsi aparılacaq”, – deyə Leyla Bərxudarzadə qeyd edib.

Ədliyyə Nazirliyinin rəsmisi əlavə edib ki, sənədlər qaydasında olduğu təqdirdə, vergi xidmətinin sahibkarlıq subyektinə əlçatanlığı təmin ediləcək. Bununla da eyniləşdirilməsi tam təmin edilən sənədlərin vergi xidməti tərəfindən qeydiyyat üçün qəbulunda risklərin qarşısı alınmış olacaq.

Mənbə: vergiler.az


Böyük Britaniyanın Maliyyə Nazirliyi yeni büdcədə vergiləri artırmaq qərarına gəlib

posted in: Xəbər | 0

böyük britaniya vergilərBöyük Britaniyanın maliyyə naziri Ceremi Hant oktyabrın 31-nə planlaşdırılan və büdcədə vergiləri 20 milyard funt-sterlinqə qədər artırmağı nəzərdə tutan plan üzərində düşünür. Bu barədə “The Telegraph” nəşri yazıb.

Nəşrin yazdığına görə, Hant kapital artımı qaydalarında islahatlar etməyi və elektrik enerjisi üzrə hesablardan iki il ərzində dövlət tərəfindən maliyyələşdirilən ekoloji ödənişlərin ləğvindən imtina etməyi planlaşdırır.

Daha əvvəl “Times” qəzetinin məlumatına görə, Ceremi Hant Birləşmiş Krallıqda maliyyə vəziyyətini sabitləşdirməkdən ötrü növbəti beş il üçün müdafiə xərclərini dondurmağı təklif etmişdi. Hant, silahlı qüvvələrin xərclərini 2026-2027-ci illər ərzində ÜDM-də təxminən 2 faiz səviyyəsində saxlaya biləcəyini bəyan etmişdi.


Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 19% artırılır

posted in: Xəbər | 0

sadələşdirilmiş vergi üzrə proqnozAzərbaycan hökuməti gələn il sadələşdirilmiş vergi üzrə daxilolmaların 278,6 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verilir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,6 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.

Mənbə: vergiler.az


1 620 621 622 623 624 625 626 2. 690