Aksizli mallar anlayışı

posted in: Vergi, Xəbər | 0

Aksiz vergisinin əsas funksiyaları

Aksizli mallar aksiz vergisi tətbiq edilən, tərkibi qanunvericilik aktlarla müəyyən edilən mallar qrupudur.

Bu dolayı vergi növü:

  1. malların satış qiymətlərinə əlavə edilir;
  2. dövlət büdcəsinə toplanır, onun artımını təmin edir;
  3. bu və digər mallara olan tələbatı nizamlayır.

Satış qiymətinə edilən əlavələrin məbləği dövlət tərəfindən müəyyən edilir.

Yerinə yetirdikləri funksiyadan asılı olaraq akzisləri üç əsas qrupa bölmək olar:

  • birinci qrup ənənəvi aksizli mallar olan alkoqol, habelə tütün məmulatlarıdır. Həmin məmulatlara verginin tətbiqinin iki əsas məqsədi var: sağlamlığa ziyanlı olan istehlakın məhdudlaşdırılması, habelə fiksal funksiyası.
  • ikinci qrupa yanacaq, sürtkü materiallarına akzis vergilərini aid etmək olar. Bu zaman o, fiksal funksiyadan əlavə, həm də yollardan istifadəyə görə ödəniş, həmçinin mənfi xarici təsirləri nizamlamaq aləti kimi istifadə olunur.
  • üçüncü qrupa dəbdəbəli mallara əlavə edilən aksizlər daxildir. Bu halda o, ümumiyyətlə, məqsədli fiskal rola malik deyil. Daha çox, yenidən bölüşdürmə funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulub, çünki dəbdəbəli malların əsas istehlakçıları daha imkanlı insanlardır.

Aksiz vergisinin ödəyiciləri akzisli malların satışını və istehsalını həyata keçirən sahibkarlıq subyektləridir.

Aksizli mallar haqqında ümumi məlumat

Akzisli malların ümumi fərqləndirici xüsusiyyəti var –  onlar yüksək gəlirlilik, aşağı istehsal xərcləri olan sahələrə aiddirlər, bu da onlara vergi tətbiqini cəlbedici edir. Belə mallar yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunmur, həm də xaricdən gətirilir (vergi azadolmaları tətbiq edilən mallardan başqa).

Bütün aksizli malları iki qrupa ayırmaq olar:

  • məcburi markalanmalı və nişanlanmalı mallar;
  • məcburi markalanma və nişanlanma tətbiq edilməyənlər.

Birinci qrupa adətən pərakəndə satış üçün nəzərdə tutulmuş qablaşdırılmış tütün məhsulları, alkoqollu içkilər (müəyyən istisnalarla) aid edilir. Markalanmalı aksiz mallar 2023-cü ildə yenilənib. Belə malların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfinin uyğun qərarı ilə müəyyən edilir.

1-ci qrupa daxil olmayan bütün akzisli mallar ikinci qrupa aid edilir. məsələn:

  • minik avtomobilləri;
  • motosikletlər;
  • avtomobil benzini
  • dizel yanacağı, digərləri.

Azərbaycanda aksizli mallar hansılardır?

Aksizli mallar üzrə siyahı Azərbaycan Respublikasının Vergi Məcəlləsi, həmçinin Nazirlər Kabinetinin qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikasında ilk dəfə belə siyahı 2001-ci il yanvar ayının 1-də, Vergi Məcəlləsinin qəbulu ilə tətbiq edilib. Sonrakı illərdə siyahıda dəyişikliklər olmuş, hazırda akzisli mallara, VM-nin 190.1 maddəsinə əsasən, aşağıdakılar aiddir:

Aaksizli malların siyahısı VM-in 190.1 maddəsi ilə tənzimlənir

Beləliklə, aksizli malların siyahısı əsasən, həmin siyahıda daimi mövcud olan  müəyyən malların əsasında tərtib edilir. Belə mallara tütün, həmçinin alkoqollu içkilər, habelə neft məhsulları aiddir. Amma, bu o demək deyilk ki, siyahının tərkibi dəyişmir. Dəyişikliklər, bir qayda olaraq ölkədəki iqtisadi vəziyyətlə bağlı olur.

Aksizli mallarla əməliyyatlarda vergi tutulan məbləğ

Akzisli mallar üzrə dövlət büdcəsinə ödənməli məbləğ aşağıdakı qaydada hesablanır:

Aksiz vergisi məbləği = Vergitutma bazası * Vergi dərəcəsi

Vergitutma bazası isə VM-in 185-ci maddəsi ilə müəyyən edilib.

Nəzərə almaq lazımdır aşağıdakı idxal mallarına görə hesablamalar fərqli aparılır:

  • avtobus, minik avtomobili, istirahət yaxud idman yaxtaları, həmçinin eyni təyinatlı digər üzən vasitələrin mühərrikinin həcmi.
  • platinin hər qramı;
  • qızıl, həmçinin qızıldan hazırlanan zərgərlik, habelə başqa məişət məmulatları üçün qızılın min çəki vahidindəki miqdarı;
  • emal edilmiş, çeşidlənmiş, çərçivələnmiş və bərkidilmiş almaz üçün  almazın karatı vergi tutulan əməliyyatın məbləği sayılır.

İdxal olunan xəz-dəri məmulatları üçün vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla).

Azərbaycanda aksiz vergisi dərəcələrinin tətbiqinin iki növü var:

  • spesifik;
  • advalor.

Aksizli mallara tətbiq edilən aksiz dərəcələri haqqında buradan ətraflı məlumat ala bilərsiniz.

2022-ci ildə Nobel mükafatının məbləği nə qədər olacaq?

posted in: Xəbər | 0

nobel sülh mükafatıİsveçli kimyaçı, mühəndis, ixtiraçı, sahibkar və xeyriyyəçi Alfred Nobelin vəfat etdiyi gün – dekabrın 10-da, Nobel mükafatının təqdimetmə mərasimi keçiriləcək. Hər nominasiya üzrə pul mükafatının məbləği, keçmişdə olduğu kimi, bu il də 10 milyon kron (təxminən 918 603 dollar) təşkil edəcək.

Mükafat Stokholm filarmoniyasında İsveç Kralı XVI Karl Qustav tərəfindən şəxsən təqdim olunacaq. Laureatlara mükafatın təsisçisinin portreti olan qızıl medal və diplom veriləcək.

Nobel mükafatının təqdimatını kim düşünüb?

Tibb, fizika, kimya, ədəbiyyat və sülh sahəsində mükafatlar Alfred Nobelin, İsveç sənayeçisinin və dinamit ixtiraçısının iradəsi ilə təsis edilib. İlk mükafatlar 1901-ci ildə, Nobelin ölümündən beş il sonra verilmişdir.

Rəsmi olaraq, iqtisadiyyat üzrə İsveç bankının Alfred Nobel xatirə mükafatı kimi tanınan iqtisadiyyat sahəsində mükafatı Nobel tərəfindən deyil, 1968-ci ildə İsveç Mərkəzi bankı tərəfindən təsis edilib.

Nobel sülh mükafatı Norveçdə, digər mükafatlar isə İsveçdə verilir. Bu da Alfred Nobelin şəxsi istəyi olub. Onun sağlığında İsveç və Norveç bir ittifaqda birləşmişdilər, həmin ittifaq 1905-ci ildə aradan qalxmışdı. Nobel sülh mükafatı “bəşəriyyətə ən böyük fayda gətirən” insanlara verildiyi üçün ən nüfuzlu mükafat hesab edilir. Qalan beş mükafat isə ədəbiyyat, fizika, kimya, fiziologiya və ya tibb sahəsində və iqtisadi sahədə bəşəriyyətə verdiyi töhfələrə görə tanınır.


Rusiya zənginlər vergisindən əldə etdiyi gəliri açıqlayıb

posted in: Xəbər | 0

zənginlər vergisi“Praym” agentliyi Rusiya maliyyə nazirinin müavini Aleksey Sazanova istinadən yazır ki, varlılar üçün nəzərdə tutulan vergi bu il Rusiya dövlət büdcəsinə 130 -133 milyard rubl məbləğində əlavə gəlirlər gətirəcək.

Nazir müavininin sözlərinə görə, gəliri ildə beş milyon rubldan çox olan vətəndaşlar üçün artırılmış fərdi gəlir vergisi bu il keçən illə müqayisədə 50 milyard rubl çox gəlir gətirəcək. “Əgər 2021-ci ildə bu əlavə iki faiz dərəcəsindən təxminən 83 milyard rubl gəlir toplamışıqsa, 2022-ci ildə təxminən 130-133 milyard rubl olacaq və bu, artıq kifayət qədər dəqiq hesablamadır. Buna müvafiq olaraq biz əlavə artım da gözləyirik”  – Sazanov belə söyləyib.

Bununla yanaşı, nazir müavini vurğulayıb ki, verginin artırılmasından sonra maaşların bir hissəsinin gizlədilməsi ehtimalı böyük olsa da, narahatlıqlar özünü doğrultmayıb. Gəlirlər, əksinə, Maliyyə Nazirliyinin bu il gözlədiyi gəlirləri 78,6 milyard rubl üstələyib. 2025-ci ilə qədər nazirlik zənginlərin vergisindən gəlirlərin 147,9 milyard rubla qədər artacağını proqnozlaşdırır.

Rusiyada 2001-ci ildən bəri sabit vergi şkalası qüvvədə idi. Onun ləğv edilməsi və imkanlı vətəndaşlar üçün fərdi gəlir vergisinin 2021-ci ilin yanvar ayından 15 faizə qədər artırılması ilə bağlı qərar 2020-ci ilin iyul ayında məlum olmuşdu. O vaxt Rusiya prezidenti Vladimir Putin koronavirus pandemiyasının qızğın çağında, birbaşa müraciəti zamanı bu qərarı açıqlamışdı. Dövlət başçısı onu da vurğulamışdı ki, varlılardan alınan vergidən alınan pullar nadir xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq. Eyni zamanda, prezident bu tədbirdən dövlət büdcəsinə əlavə gəlirləri ildə 60 milyard rubl həcmində qiymətləndirmişdi.

Müxalif parlament partiyalarından olan deputatlar dəfələrlə onun ləğvi ilə bağlı qanun layihələri təqdim etsələr də, həmin layihələr həmişə rədd edilib. 2020-ci ilin noyabrında Maliyyə Nazirliyi artıq gəlir üçün istisnanın birdəfəlik olacağına və sistemdə əlavə dəyişiklik nəzərdə tutulmadığına əmin etmişdi. Bir il sonra, 2021-ci ilin noyabrında Dövlət Dumasının maliyyə bazarı Komitə sədrinin zənginlər üçün vergilərin 35 faizə qaldırılması təklifi tənqid olunmuşdu.


Təmir xərclərinin kapitallaşdırılması necə həyata keçirilir?

posted in: Xəbər | 0

Təmir xərclərinin kapitallaşdırılması, torpaq tikili və avadanlıqlarVergi Məcəlləsində son dəyişikliklərdən biri də icarəçilərin (icarəyə götürənlərin) təmir xərclərinin uçotu ilə bağlıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edib.

Bu məsələ Vergi Məcəlləsinin 115-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 115.6-cı maddəsinə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə icarəçiyə bu Məcəllənin 115.4-cü maddəsinin müddəaları tətbiq edilmir.

Məcəllənin 115.6-1-ci maddəsinə isə göstərilib ki, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Vergi Məcəlləsinin bəhs etdiyimiz maddəsini sadələşdirilmiş şəkildə açıqlasaq:

  • icarəçi icarəyə götürdüyü əsas vasaitləri balansında uçota almırsa, təmir xərclərini fərqli uçota alır;
  • icarəçi icarəyə götürdüyü əsas vəsaitləri balansında uçota alırsa, təmir xərclərini normalarla xərcə daxil edə bilər, normadan artıq hissə isə əsas vəsaitlərin balans dəyərinə əlavə ediləcək;
  • icarəçi ancaq maliyyə icarəsi, lizinq şərtləri ilə icarəyə götürdüyü əsas vəsaitləri balansında uçota ala bilər. Əks halda, bu, əməliyyat icarəsi sayılır və əsas vəsaitlər balansda uçota alına bilməz;
  • əməliyyat icarəsi ilə icarəyə götürülən əsas vəsaitlər təmir xərcləri normaları əsasında xərcə daxil edilə bilməz və belə xərclər icarəçinin balansında kapitallaşdırılaraq uçota alınır;
  • kapitallaşdırılmış təmir xərcləri amortizasiya normaları ilə amortizasiya edilərək xərcə daxil ediləcək.

Bəs icarəçilər belə xərcləri vergi və mühasibat uçotunda, hesabatlarda necə göstərəcək?


Əlilliyi olan şəxslərin çalışdığı müəssisəyə mənfəət vergisi güzəşti necə müəyyənləşdirilir?


Misal: “AA” MMC torpaq sahəsini icarəyə götürüb. Sahənin yaxşılaşdırılması üçün 30.000 manat, icarəyə götürdüyü binanın təmiri üçün 50.000 manat, istehsalat sexindəki avadanlıqların təmiri üçün 40.000 manat vəsait sərf edib.

Qeyd etdiyimiz kimi, bu xərclər kapitallaşdırılacaq. Mühasibat uçotuna baxsaq, bu adla birbaşa balans hesabının olmadığını görərik. Bəs hesablar planındakı “113 Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” balans hesabı buna uyğun deyildirmi?

Uyğun deyil. Bu hesab torpaq, tikili və avadanlıqların əldə edilməsi və tam istismara verilməsi ilə bağlı ilkin olaraq xərclərin cəmlənməsi üçün nəzərdə tutulub və sonradan əsas vəsitlər, torpaq, tikili və avadanlıqlar istismara verildikdə bu hesaba yığılan xərclər bağlanılır.

Odur ki, təmir xərcləri ilə bağlı xərclərin kapitallaşdırılması “111 Torpaq, tikili və avadanlıqlar” balans hesabında müvafiq sub-hesablarda uçota alınmalıdır. Məsələn, torpaqların yaxşılaşdırılmasını “111-1 Torpaq” b/h əlavə 111-1.2 subhesabı ilə, tikililəri “111-2 Tikililər”, avadanlıqları “111-3 Maşınlar və avadanlıqlar” b/h sub-hesablar açmaqla həm vergi, həm də mühasibat uçotuna almalıdır.

Vergi Məcəlləsinin 114-cü maddəsinə görə, torpaqların yaxşılaşdırılması və tikililər üçün amortizasiya 7%, avadanlıqlar üçün 20%-dir.

Odur ki, “AA” MMC üçün amortizasiya xərci belə hesablanacaq:

30.000 x 7% = 2.100 manat,

50.000 x 7% = 3.500 manat,

40.000 x 20% = 8.000 manat

2.100 + 3.500 + 8.000 = 13.600 manat.

Maliyyə hesabatlarında bu təmir xərcləri qalıq dəyəri ilə ümumi olaraq, uzunmüddəli aktivlərdə torpaq, tikili və avadanlıqlar maddəsində əks olunacaq.

İllik mənfəət vergisi bəyannaməsinin 1-ci əlavəsində əsas vəsaitlər kimi deyil, digər aktivlər kimi nəzərə alınacaq.

Bəs bu təmir xəcləri mənfəət vergisi bəyannaməsində əsas vəsaitlərə niyə aid edilmir? Belə kapitallaşdırılmış xərclərə amortizasiya hesablanırsa, bu aktivlər əmlak vergisinə cəlb edilirmi?

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər – istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Göründüyü kimi, kapitallaşdırılmış xərclər uçot baxımından torpaq, tikili və avadanlıqlar hesabında uçota alınmasına baxmayaraq, belə xərclər əsas vəsaitlər anlayışına uyğun olmadığına görə mənfəət vergisi bəyannaməsində əsas vəsaitlər kimi nəzərə alınmır.

Bundan əlavə, Vergi Məcəlləsinin 201-ci maddəsində qeyd edilib ki, müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi, Məcəllənin 201.1-ci maddəsinə əsasən, vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

Göründüyü kimi, əmlak vergisinə ancaq əsas vəsaitlər cəlb edildiyinə görə kapitallaşdırımış xərclər əmlak vergisinə cəlb edilmir.

Mənbə: vergiler.az


 

1 622 623 624 625 626 627 628 2. 690