Əmək pensiyalarının hesablanması Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

lisenziyalar və icazələr, E-qaimə ilə bağlı Qərar, qeyri-iş 2022, vergi güzəştləri, kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatı“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 423 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası

Mənbə: nk.gov.az


Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (IV hissə)

posted in: Xəbər | 0

Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (IV hissə)

III hissəyə nəzər yetirin

Ədalətlilik nəzəriyyəsi və ya Con Adamsın bərabərlik nəzəriyyəsi əməkdaşın işəgötürən ilə vəziyyəti və münasibətlərin qiymətləndirilməsini, eləcə də münasibətlərin ədalətliliyinə dair fikirlərini öyrənərək motivasiya edə biləcəyinizi bildirir. Ədalətlilik konsepsiyasına təkcə şirkətin işçinin əmək töhfəsinə verdiyi qiymət deyil, həm də işçinin öz vəziyyətini digər işçilərə və ya əmək kollektivlərinə aid olan analoji münasibətlərlə müqayisə etməsi daxildir. İşçilər həqiqi və ya ehtimal olunan əmək töhfələrinin məbləğini və mükafatlandırmanın məbləğini müqayisə edirlər. Özü də bu zaman mümkün ədalətsizlik hissləri ciddi demotivləşdirici amil kimi xidmət edir. Mənfi hissin meydana gəlməsinin qarşısını almaq üçün elə şərait təmin edilməlidir ki, həmin şəraitlərdə yalnız oxşar vəzifələrdə çalışanları oxşar əmək funksiyaları ilə müqayisə etmək mümkün olsun.

Adamsın nəzəriyyəsinə görə, bir əməkdaşın digər əməkdaşın oxşar vəziyyətini qiymətləndirməsi üç növdə ifadə olunur:

  • Mükafatlandırmanın əmək töhfəsinə uyğunluğu;
  • Ödənişin olmaması və ya ədalətsiz ödəniş;
  • Şişirdilmiş mükafat.

Con Adams güman edirdi ki, işçilər təkcə özlərinə deyil, həm də həmkarlarına qarşı ədaləti və ədalətsizliyi hiss edirlər. Həmkarlarına qarşı ədalətsizlik də işin keyfiyyətinə təsir göstərə bilər.

Prosessual ədalətlilik nəzəriyyəsi subyektin bərabərsizlik və ya ədalətsizlik vəziyyətinə reaksiyasının altı növünü təsvir edir:

  1. Əməkdaş öz məhsuldarlığının səviyyəsini aşağı salır, qüvvəsinə qənaət etməyə başlayır.
  2. Əməkdaş kompensasiya səviyyəsini artırmaq üçün tədbirlər görür, məsələn, rəhbərlik ilə danışıqlar aparır.
  3. Əməkdaş kompensasiyasının azalmasını obyektiv amil kimi qəbul etməyə başlayır və özünü və imkanlarını yenidən qiymətləndirir; onda özünədəyər azalır, deməli, əmək məhsuldarlığının daha da artırılması üçün imkanlar da azalır.
  4. Əməkdaş həmkarının mükafat səviyyəsini azaltmaq üçün müxtəlif tədbirlər görməyə başlayır, hansı ki, onun fikrincə, ədalətsiz yüksək mükafat alır.
  5. Əməkdaş özünü referent şəxslərlə müqayisə etməyi dayandırır, onların mükafatlandırılmasının qeyri-obyektiv amillərə, məsələn, şəxsi münasibətlərə əsaslandığına dair qərar verir.
  6. Əməkdaş bölməni tərk edir, başqa yerə keçir və ya təşkilatdakı iş yerini tərk edir.

V hissəyə nəzər yetirin


ABŞ barədə 15 maraqlı fakt

posted in: Maliyyə, Xəbər | 0

Biz amerikalılar barədə nə qədər bilgiyə malikik? Stereotiplər yüzlərlədir, başlıca olan faktlardır.

ABŞ xüsusi bir ölkədir, onun barəsində o qədər uydurmalar var ki, təəccüblənməyə bilmirsən.

İqtisadiyyat

  1. ABŞ planetdə əsas istehlakçıdır: ölkə dünya resurslarının təxminən 40%-ni təşkil edir.
  2. Amerika əhalisinin təqribən 90%-i kreditlərin hesabına yaşayır. İqtisadi sistem elə qurulub ki, borc vəsaitləri olmadan keçinmək mümkün deyil. Məktəbi bitirdikdən sonra gənc məzun təhsil üçün dövlətdən kredit alır (orada pulsuz ali təhsil öyrətmirlər). Ardınca da digər kreditlər gəlir: ev, avtomobil, mebel, tibb və s.  alınması üçün alınan kreditlər. Amerikalıların 7-10 ədəd kredit kartı olur.
  3. ABŞ-ın 20 milyon vətəndaşı treylerlərdə və təkərlər üzərində hərəkət edən evlərdə yaşayır. Ev və ya mənzil almağa gücləri çatmır – daşınmaz əmlakın qiyməti çox yüksəkdir.
  4. Birləşmiş Ştatlarda işsizlik üzrə müavinət təxminən minimal əməkhaqqı ödənişi həcmindədir ki, bu da mənzil kirayələmək və ərzaq üçün kifayət edir. Ölkə vətəndaşlarının təxminən 10 faizi bu cür müavinətlər alır.

Praktiki “Mühasibat kargüzarlığı” kursları


Cəmiyyət

  1. Kiçik şəhərlərdə və şəhərətrafı ərazilərdə insanlar icma ərazilərində yaşayır və öz əmin-amanlıqlarını canfəşanlıqla qoruyurlar. Küçədə yad adam gördükdə, həmin şəxsi onun kimliyi, burada nə işlə məşğul olması barədə sorğu-suala çəkirlər. Bəzən isə hər ehtimala qarşı polis çağırırlar. Qonşuluq nəzarəti adlanan və “neighbourhood watch” adlandırılan bu “nəzarət sistemi”, bizim üçün qəribə görünə bilə. Lakin ölkədə cinayət nisbətinin yüksək olduğunu nəzərə aldıqda, bu, amerikalılar üçün adi bir haldır.
  2. Total siyasi korrektlik və tolerantlıq Amerika dünyagörüşünün əsasını təşkil edir. Bu, son illər Hollivud filmlərində xüsusilə nəzərə çarpır. Belə ki, müsbət qəhrəman rollarında qaradərililər və ya azlıqların nümayəndələri oynayırlar.
  3. “Makdonalds” – hər cəhətdən məşhur bir yerdir, hər 8 amerikalıdan biri orada işləyib.
  4. Amerikalılar həddən artıq vətənpərvərdirlər. Hətta ən gözdən iraq bir əyalətdə belə treylerdə zolaqlı-ulduzlu bayraq asılır. Məsələn, əgər evsiz birindən soruşsalar ki, dünyada ən yaxşı ölkə hansıdır, o, düşünmədən, ABŞ – deyə cavab verəcək. Hər şey, az qala, uşaq bağçasından başlayan vətənpərvərlik tərbiyəsinin düşünülmüş sistemi sayəsində baş verir.

Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Hər şeydən bir az

  1. ABŞ daxili turizm üçün ən populyar 3 istiqamətdən biridir, lakin amerikalılar nadir hallarda öz ölkələrini tərk edirlər. Onlar yerli turistik yerlərə səyahət etməyi üstün tuturlar.
  2. ABŞ planetin ən uzun yol şəbəkəsinə –  6,5 milyon km – malikdir. Ən insansız avtomobil yolu – 50-ci yol (Yuta-Kaliforniya) şəbəkəsi hesab olunur. Həmin yol 200-300 km məsafədə yalnız bir yaşayış məntəqəsinin olduğu səhradan keçir.
  3. ABŞ-da ictimai nəqliyyat məsələsi elə də yaxşı deyil: meqapolislərdə ictimai nəqliyyatdan əsasən müdafiəsiz əhali təbəqəsi istifadə edir. Kiçik şəhərlərdə isə ümumiyyətlə belə bir nəqliyyat növü yoxdur. Avtomobil – hər bir amerikalı üçün həyati bir zərurətdir.
  4. Dünyada ən nəhəng administrativ bina Pentaqonun binasıdır. Onun xarici divarlarının perimetri – demək olar ki, 1,5 km-dir, koridorlarının uzunluğu isə 28 km təşkil edir.
  5. Nevada ştatında “Area 51” adlandırılan –  dəfələrlə rejissorları fantastika və dəhşət filmləri üçün süjetlər yaratmağa ruhlandırmış, anlaşılmaz təyinatlı əfsanəvi gizli obyekt yerləşir.
  6. Nobel mükafatları daha çox ABŞ vətəndaşlarına çatır.
  7. Oyun biznesinin paytaxtı – Las-Veqasda – hər 8 sakinə, bütün Nevada ştatında isə hər 15 sakinə bir oyun avtomatı düşür.

Vergi borcuna görə siyahıya alınan əmlakın satış qaydaları təkmilləşdirilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsi dəyişiklik, vergi məcəlləsinin 163-cü maddəsi, Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik, idxalı zamanı aksiz, avtomobilin idxalı zamanı aksiz, kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinə son dəyişiklikdə təkmilləşmə aparılmış məsələlərdən biri də vergi borcuna görə siyahıya alınan əmlakın satışı ilə bağlıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edib.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinin 1 yanvar 2022-ci ildə təsdiq edilmiş yeni redaksiyasına əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüquqlarına aiddir.

Bundan öncə, borclu vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və daşınar əmlakının satışı icra məmurları tərəfindən həyata keçirilirdi. Təbii ki, prosesin icra məmurları tərəfindən həyata keçirilməsi vergi borclarının dövlət büdcəsinə səmərəli şəkildə ödənilməsi kimi qiymətləndirilmirdi. Buna görə də artıq məhkəmədən sonrakı proses, yəni məhkəmə qərarı ilə müəyyən edilən vergi borcunun vergi ödəyicisinin əmlakının satışı hesabına ödənilməsi mərhələsi icra məmurları yox, vergi orqanı tərəfindən həyata keçiriləcək.


2022-ci il üçün əmək məzuniyyətini necə planlaşdırmalı?


Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində qeyd edilir ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququna aid edilib.

Vergi Məcəlləsinin yeni redaksiyada təsdiq olunan 23.1.15-1-ci maddəsində üç mühüm məqama diqqət yetirək.

Birinci, əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia üzrə borcların alınması səlahiyyəti vergi orqanına verilib. Təcrübədə məhkəmələr tərəfindən əmlakı mövcud olmayan vergi ödəyicilərinə qarşı ümumi qaydada borcun ödənilməsi tələbi ilə bağlı iddia qaldırılmasının qəbul edilməməsinə rast gəlinirdi. Maddənin yeni redaksiyada verilməsi nəticəsində, siyahıya alınmalı əmlakı olmayan vergi ödəyiciləri üçün ümumi qaydada iddia ilə bağlı qərarlar çıxarılacaq.

İkinci, daşınmaz əmlakın məbləğindən asılı olmayaraq, satış Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, həm Dövlət Vergi Xidməti, həm də Auksion Mərkəzi İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlar olduğu üçün siyahıya alınmış əmlakın satışı daha operativ həyata keçiriləcək. Onu da deyək ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakını da Auksion Mərkəzi satacaq.

Üçüncü məqam isə budur ki, daşınan əmlakın satışına yanaşmalar fərqlidir. Belə ki, dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakın satışı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə, 5.000 manatdan artıq olmayan daşınar əmlakın satışı isə ticarət şəbəkələrində həyata keçiriləcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar.

Mənbə: vergiler.az


Mühasibat uçotunun aparılmamasına görə cərimələr nə qədərdir?


1 688 689 690 691 692 693 694 2. 686