Transfer qiymətlərinin hesablanmasında beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi

posted in: Xəbər | 0

baş mühasib, vakansiya,vaxtından artıq işlərə cəlb, iş vaxtından artıq işlərə cəlb, iş vaxtından artıq işə cəlb olunma, zərərin kompensasiyası, əməkhaqqı, əməkhaqqının hesablanması,Müasir dövrdə transfer qiyməti beynəlxalq vergitutma sahəsinin aktual mövzularından birinə çevrilib. Mövzunu EKVİTA şirkətinin baş vergi məsləhətçisi Meyxanım Ələkbərova şərh edib.

Transfer qiymətlərinin aktuallaşmasının əsas səbəblərindən biri son illərdə beynəlxalq ticarət dövriyyəsinin böyük hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olmasıdır. Respublikamızda da bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi nəzarətinin gücləndirilməsi məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib.

I. Təcrübədə rezidentin özünün daimi nümayəndəlikləri ilə apardığı əməliyyatlara tez-tez rast gəlinir. Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsi dəyişiklikdən əvvəl bu əməliyyatlar üzrə transfer qiymətlərinin tətbiqini istisna edirdi. Dəyişikliklərdən sonra isə rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında apardığı əməliyyatlara da transfer qiymətinin tətbiqi nəzərdə tutulur.

II. Bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan şəxslər arasında sövdələşmə yolu ilə vergidən yayınma məqsədi daşıyan qiymətlərdə və əməliyyatlarda bir çox manipulyasiyalara rast gəlmək olur. Bu vəziyyət vergidən yayınma hallarını artırır. Ölkəmizdə bu kimi hallarda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə yeni əlavə edilmiş 14-1.2.4-ci maddəsinə əsasən, transfer qiyməti bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan şəxslər arasında aparılan əməliyyatlara da tətbiq ediləcək, bu şərtlə ki:

– şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);

– Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.

Həmin əməliyyatlarda beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi həm bazarda rəqabətin artmasına, həm də vergitutma bazasının genişlənməsinə səbəb olacaq. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, bir çox xarici ölkələrdə transfer qiyməti bir çox (istisna və xüsusi hallar nəzərə alınmaqla) beynəlxalq əməliyyatlara tətbiq edilir.


III. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, dəyişikliklərdən əvvəl Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad olunduğu halda, 14-1-ci maddəyə istinad verilməmişdi. Bu da Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmtəəsiz apardıqları əməliyyatları üzrə məbləğlərin xərcə silinməsinə şərait yaradırdı. Məcəlləyə edilən son dəyişikliklərdən sonra isə faktiki olaraq 14-1-ci maddədə aparılacaq hesablaşmalar əmtəəsiz aparılan əməliyyatlara tətbiq edilmir.

IV. Vergi Məcəlləsində edilən digər bir yenilik transfer qiymətləndirmə ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi məqsədilə yeni sənədləşmələrin tətbiqidir. Belə ki, Məcəllənin 16.1.4-1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vəzifələrinə Master File, Local File-ın vergi orqanının tələbi ilə təqdim edilməsi vəzifəsi əlavə edilmişdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) BEPS (Base Erosion and Profit Shifting) layihəsinin 13-cü fəaliyyət planı (Action) transfer qiymətləri ilə bağlı aparılan sənədləşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və bu sahədə məlumatların vahid platformada mübadiləsi, transmilli şirkətlərdə transfer qiymətləri yoxlamaları zamanı bu məlumatlardan istifadə edilməsi, transmilli şirkətlərin beynəlxalq vergitutma prinsipləri əsasında vergiyə cəlb olunmasına əminlik yaradılması və s. məsələləri əhatə edir. Master Fayl və Lokal Fayl BEPS fəaliyyət planı çərçivəsində tələb edilən sənədləşmə formalarıdır.


Kassa çeki verməyən obyektləri hansı cəza gözləyir?


Master file şirkətin bağlı olduğu qrupun təşkilati sturukturu, qrupun fəaliyyətinin təhlili və qrup daxilində şirkətlərin bir-biriləri ilə həyata keçirdiyi kommersiya əməliyyatları, qrupun sahib olduğu qeyri-maddi aktivlər haqqında məlumatı, qrup daxilində həyata keçirilən maliyyə əməliyyatları, qrupun maliyyə və vergi vəziyyəti haqqında məlumatları əhatə edir. Lokal fayl yerli şirkətin idarəetmə sturukturunu, vergi ili ərzində həyata keçirilən şirkətdaxili əməliyyatları, şirkətlərarası müqavilələri, transfer qiymətinin müəyyən edilməsi metodologiyasını və tətbiqini, yerli şirkətin maliyyəsi haqqında məlumatları əhatə edir.

Vergi ödəyicilərinə əvvəlcədən transfer qiymətləri üçün hazırlanmalı olan ilkin sənədləşmələr barədə məlumatın müvafiq qanunvericilikdə öz əksini yaxın vaxtlar tapmasını düşünürük. Bu həm müvafiq sahədə vergi yoxlamalarının effektivliyini artıracaq, həm də vergi ödəyicilərində transfer qiymətləri ilə bağlı sənədləşmədə müəyyənlik yaradacaq.

Mənbə: vergiler.az


Xaricdə gəlir əldə edən rezident fiziki şəxslərin vergi uçotuna alınması

posted in: Xəbər | 0

vakansiya, Əməkhaqqı hesablanması, Vergi öhdəliyinin yerinə yetirilməsi müddətiABŞ şirkəti (hüquqi şəxs) ilə əməkdaşlıq edən vətəndaş orada dollarla bank hesabı açıb. Həmin hesabdakı vəsaiti Azərbaycan bank hesabına köçürə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər vergi uçotuna alınmaq üçün ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Qeyd olunan gəlirlər şəxsin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda vergilər müvafiq qaydada hesablanaraq ödənilməli və vergi orqanına hesabat təqdim edilməlidir.

Yuxarıda qeyd olunan əməliyyatların vergitutma baxımından cavablandırılması üçün əməliyyatın xarakteri barədə məlumatlar qeyd edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Pul köçürülməsi əməliyyatına aid qanunvericiliyin tələbləri haqda ətraflı məlumat üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 96-cı və 101-ci maddələri və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun.

Mənbə: vergiler.az


Kiçik biznesin çiçəklənməsi üçün yeni texnologiyalardan necə istifadə etməli?

posted in: Məqalə, Xəbər | 0

“Forbes” və “Cox Business” bu yaxınlarda əməkdaşlarının sayı 5 – 15 nəfər təşkil edən kiçik müəssisələrin 300 rəhbərini əhatə edən bir tədqiqat həyata keçirib. Nəticələr göstərib ki, respondentlərin 31 faizi texnoloji ehtiyacların dəyişməsini şirkət üçün ən vacib çağırışlardan biri kimi qiymətləndirib. Sorğuya alınanların iyirmi faizi etibarlı və daimi IT dəstəyi ilə əlaqəli axtarışlar zamanı çətinliklərlə üzləşib.

Biznes sahibləri yeni texnologiyaları tətbiq etməlidirlər. Çünki bu, biznesdə uğurun ayrılmaz bir hissəsidir. Onlar iddia edirlər ki, texnologiya onlara pula qənaət etməyə, müştərilərə daha yaxşı xidmət göstərməyə və mühasibat uçotunu təkmilləşdirməyə kömək edir.

Lakin tədqiqat onu da göstərib ki, hazırkı dönəmdə IT kompüteri düzəltməkdən daha çox şey deməkdir.

  • Yeni biznes modelindən uğurla istifadə edən biznes sahiblərinin 30 faizi mühasibat uçotu və əməkhaqqı fondu üçün proqram təminatının effektivliyini qeyd ediblər;
  • 29 faizi yeni avadanlıq haqqında eyni şeyi söyləyiblər;
  • 25 faiz CRM kimi tanınan müştəri məlumatlarının idarə edilməsi proqramının effektivliyini təsdiqləyib.

“CompTIA”nın tədqiqat və bazar kəşfiyyatı üzrə baş vitse-prezidenti Tim Herbert deyib ki, “on il əvvəl texnologiyadan kitabları saxlamaq üçün istifadə olunurdu. İndi bu, müştərilərlə qarşılıqlı əlaqəyə, logistika idarəçiliyinə və hər şeyə təsir edir”.



Ehtiyaclarınızı dəyərləndirin

Texnologiyaları tətbiq etməzdən əvvəl şirkətinizin zəif yerlərini müəyyən etmək vacibdir. Bu, müsbət təsir əldə etmək üçün nəyin inkişaf etdirilməsi lazım olduğunu başa düşməyə kömək edəcəkdir.

8 nəfərdən ibarət anti-böhran idarəçiliyi firması olan “Red Banyan Group”un rəhbəri Evan Nierman söyləyib ki, iş saatlarını hesablamaq üçün elektron cədvəl doldurmağa çox vaxt sərf edib. Bəzi araşdırmalardan sonra o, vaxt və xərcləri izləməyə kömək edən bulud əsaslı proqram olan “ClickTime”ı axtarıb tapıb. İndi bu, biznesin ayrılmaz hissəsidir.

Bəzi şirkətlərdən ötrü texnologiya ehtiyaclarını qiymətləndirmək üçün müstəqil mütəxəssislərdən istifadə etmək daha faydalı ola bilər. Belə bir audit üçün təxminən iki gün ayırmaq lazımdır. Bütün elementləri yoxlamaq lazımdır: avadanlıq və proqram təminatı, şəbəkələr, təhlükəsizlik. Yaxşı bir texnologiya məsləhətçisi bu yoxlamanı pulsuz olaraq həyata keçirməyə hazır olacaq.


Müəssisənin mühasibat uçotunun təşkili


Texnologiyaların tətbiqi üzrə rəhbər işçi təyin edin

Texnologiya digər insanlar onun funksionallığına cavabdeh olduqda daha yaxşı işləyir. Bu işi həll edilməli olan problemli məsələlərlə mühasibat, mühasib peşəsi rəqəmsal iqtisadiyyat,tanış olan etibarlı bir əməkdaşa həvalə etmək daha yaxşıdır. Bu vəzifəni yerinə yetirmək üçün sadəcə IT mütəxəssisi yox, təcrübəli bir əməkdaş lazımdır.

“Biz işimizi daha səmərəli və rasional yerinə yetirməyimizə kömək edəcək texnologiyalar axtarırıq” – şirkətin direktoru belə deyib.

Yuxarıda qeyd olunan “Red Banyan Group”la bağlı vəziyyətdə, biznesin digər aspektləri ilə birlikdə texnologiyanın tətbiqinə nəzarət etmək üçün bir əməliyyat meneceri işə götürülmüşdü. O, şirkətlərlə əlaqə saxlayır, proqram təminatını sınaqdan keçirir və proqram təminatının quraşdırılmasını idarə edir.

Yalnız hansısa yeni bir cihaz buraxılıb deyə, onu satın almağa gərək yoxdur. Şirkət yalnız investisiyalardan mənfəət əldə etməyi gözlədikdə, yeni texnologiyaları əlavə edə bilər. Problemli məsələni həll etmək üçün texnologiyanı modernləşdirmək lazımdır.


Kassa çeki verməyən obyektləri hansı cəza gözləyir?

posted in: Xəbər | 0

mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıVergi Məcəlləsinin tələbinə əsasən, ticarət və xidmət obyektlərində alıcılara kassa çekləri təqdim edilməlidir. Bəs hər hansı obyekt məhsul alınan vaxt kassa çeki vermirsə bu barədə hara müraciət etmək lazımdır və bunun cəriməsi nə qədərdir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Mənbə: vergiler.az


1 701 702 703 704 705 706 707 2. 686