Auditorlar Palatası 01 mart tarixinə kimi üzvlük haqqlarını ödəyənlərə xüsusi güzəşt tətbiq edəcək

posted in: Xəbər | 0

Auditorlar Palatası, Auditorlar Palatasında struktur islahatları, Vergi Məcəlləsində edilən dəyişikliklər, 2022-ci il üçün iş planı, 2022 iş planı, auditor xidməti,Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərinə!

Hörmətli həmkarlar,

Xatırlatmaq istəyirik ki, Auditorlar Palatası Şurasının 2011-ci il 20 dekabr tarixli 226/4 saylı qərarında illik üzvlük haqqını yanvar-fevral aylarında tam ödəyənlər üçün 5% güzəşt tətbiqi və Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli 340/4 saylı “Auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi qaydasının təkmilləşdirilməsi” barədə yeni təsdiq olunmuş qərarında auditorların və auditor təşkilatlarının reytinq səviyyəsinin qiymətləndirilməsində üzvlük haqqını vaxtında tam ödəyənlər üçün müvafiq bal nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd edilənləri və Auditorlar Palatasına ödənilməli olan üzvlük haqqını 2022-ci il 01 mart tarixinədək tam ödəyən auditor təşkilatları və sərbəst auditorların şəxsi işlərində müvafiq qeydlər edilməklə onlar Palatanın üzvləri arasında xüsusi güzəşt tədbiq  ediləcək üzvlər sırasına daxil ediləcəkdir.

 Azərbaycan Respublikası Auditorlar Palatası

Mənbə: audit.gov.az


Ezamiyyə xərclərinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Ezamiyyə xərcləri , idxalla bağlı maliyyə sanksiyası, ixtisar edilən işçi üçün kompensasiya ödənişi, gəlir, xərc, Əsas vəsaitlər, Əsas vəsaitlərin satışı, Amortizasiya ayırmalarının gəlirdən çıxılması, Amortizasiya ayırmaları, məzuniyyətin hesablanması, Fərdi zirehli geyimlərin idxalı, vergidən azad, Vakansiya: Vergi uçotu üzrə Mühasib, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Ezamiyyə xərclərinə dair qanunvericiliyin tələbləri ilə bağlı maraq doğuran sualları mühasib İlkin Lələyev şərh edir.

Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları” haqqında qərarına əsasən, indiyə qədər ezamiyyə xərclərinin təsdiqedici sənədləri olmasa da, bu xərclərin tam məbləğdə ezamiyyə xərci kimi tanınmasına imkan verilirdi. Vergi Məcəlləsinə son dəyişikliklə təsdiqedici sənədlər olarsa, xərclərin tam məbləğdə ezamiyyə xərci kimi tanınacağı qeyd olunub. Təsdiqedici sənədlər olmadıqda isə ümumi ezamiyyə normasının 20 faizinin (gündəlik xərclər) tam məbləğdə, ezamiyyə normasının 80 faizinin (mehmanxana xərcləri) isə 50 faizinin gəlirdən çıxılmasına imkan verilir.

Misal: Bakı şəhərinə ezamiyyətə göndərilmiş işçi 1 gün ezamiyyədə olmuş, mehmanxanada qalmasına aid təsdiqedici sənəd əldə etməmişdir. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həmin şəxsə 90 manat ezamiyyə məbləği ödənilir. Gəlirdən çıxılan xərc isə bu cür hesablanır:

90 x 20% = 18 manat

90 x 80% x 50% = 36 manat

18 + 36 = 54 manat.

Beləliklə, nəzərdən keçirdiyimiz misalda 54 manat ezamiyyə xərcinin gəlirdən çıxılması mümkündür. Yerdə qalan 36 manat isə gəlirdən çıxılmayan xərc hesab edilir və bölüşdürülməmiş mənfəətdən azaldılır.

Mənbə: vergiler.az


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr hansı hallarda artırıla bilər?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə edilən dəyişikliklər, Vergi Məcəlləsi 2022,Vergi yoxlamaları ilə bağlı vergi ödəyicilərində sual yaradan məqamlardan biri də səyyar vergi yoxlamasının əhatə etdiyi dövrün artırılmasıdır. Mövzuya iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər:
  • vergi ödəyicisinin müraciəti əsasında – keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda;
  • cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda.

Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


Misal 1: Vergi orqanı vergi ödəyicisində son 2 il üzrə səyyar vergi yoxlaması həyata keçirir. Vergi ödəyicisi müraciət edərək son 3 il üzrə yoxlamanın keçirilməsini tələb etsə, vergi orqanı yoxlamanın əhatə etdiyi dövrü 1 il müddətinə uzada bilər. Amma vergi ödəyicisi yoxlama dövrünün 2 il artırılmasını tələb edə bilməz. Çünki Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Misal 2: Vergi orqanı vergi ödəyicisində yalnız əlavə dəyər vergisi üzrə yoxlama keçirir. Vergi ödəyicisi vergi orqanına müraciət edərək, mənfəət (gəlir) vergisi üzrə yoxlamanın keçirilməsi ilə bağlı müraciət edir. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 36.3-cü maddəsini əsas tutaraq, vergi ödəyicisində səyyar vergi yoxlaması üzrə digər vergi növünü də əlavə edə bilər.

Misal 3: Vergi orqanı vergi ödəyicisində 2022-ci ildə 2020 və 2021-ci illər üzrə vergi yoxlaması keçirir. Yoxlama zamanı məlum olur ki, vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdən əvvəlki dövrlərdə də vergidən yayınma hallarına yol verib. Bu zaman vergi orqanının yoxlamanın əhatə etdiyi dövrü uzatmaq hüququ vardır.

Misal 4: Vergi orqanı 2021-ci il üzrə səyyar vergi yoxlaması keçirir. Eyni vaxtda hüquq-mühafizə orqanı vergidən yayındığı üçün vergi ödəyicisində vergi yoxlamasının keçirilməsi barədə qərar çıxarır. Vergi orqanı həmin qərarı əsas tutaraq vergi yoxlamasının müddətinin qərarda göstərilən müddət qədər artırmaq hüququna malikdir.

Mənbə: vergiler.az


Lizinq müqaviləsi barədə araşdırma


Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

posted in: Xəbər | 0

Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. BSC şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Elxan Babayev mövzu ilə bağlı açıqlama verib.

Cari ildən Vergi Məcəlləsində maliyyə sanksiyaları ilə bağlı müddəalarda əlavə və dəyişiklik edilmişdir. 2022-ci ildən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əlavə edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 16.1.6-cı maddəsində (vergi orqanına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcıda olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron daşıyıcıda olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək) nəzərdə tutulan halda, vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə görə, eləcə də 16.1.4-2-ci maddəsində (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən tibbi sığorta məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. Təqdim edilən məlumatda hər hansı dəyişiklik olarsa, həmin məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək) göstərilən məlumat formasının müəyyən edilmiş vaxtda təqdim edlməməsinə və ya təhrif olunmuş formada təqdim edilməsinə görə 1.000 manat məbləğində maliyyə sanskiyası tətbiq edilir.


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


Misal 1: 2022-ci ildə Dövlət Vergi Xidməti tərəfindən orta sahibkarlıq subyektinə maliyyə hesabatının təqdim olunması ilə bağlı AVİS-dən kənar məktub daxil olmuş, lakin maliyyə hesabatı həmin vaxtda təqdim edilməmişdir. Bu zaman 1.000 manat maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Çörək zavodu (kiçik sahibkarlıq subyekti) məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumatı elektron formada vergi orqanına təqdim etməmişdir. Bu hala görə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Misal 3: Kameral vergi yoxlaması zamanı vergi orqanı vergi ödəyicisindən mənfəət bəyannaməsi üzrə digər xərclərə aid məbləğə dair sənəd tələb etmiş, lakin həmin sənəd vergi orqanına tələb olunan vaxtda təqdim edilməmişdir. Bu zaman da maliyyə sanksiyası tətbiq edilməyəcək.

Mənbə: vergiler.az


Lizinq müqaviləsi barədə araşdırma


1 720 721 722 723 724 725 726 2. 686