Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

posted in: Xəbər | 0

Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. BSC şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Elxan Babayev mövzu ilə bağlı açıqlama verib.

Cari ildən Vergi Məcəlləsində maliyyə sanksiyaları ilə bağlı müddəalarda əlavə və dəyişiklik edilmişdir. 2022-ci ildən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əlavə edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 16.1.6-cı maddəsində (vergi orqanına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcıda olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron daşıyıcıda olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək) nəzərdə tutulan halda, vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə görə, eləcə də 16.1.4-2-ci maddəsində (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən tibbi sığorta məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. Təqdim edilən məlumatda hər hansı dəyişiklik olarsa, həmin məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək) göstərilən məlumat formasının müəyyən edilmiş vaxtda təqdim edlməməsinə və ya təhrif olunmuş formada təqdim edilməsinə görə 1.000 manat məbləğində maliyyə sanskiyası tətbiq edilir.


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


Misal 1: 2022-ci ildə Dövlət Vergi Xidməti tərəfindən orta sahibkarlıq subyektinə maliyyə hesabatının təqdim olunması ilə bağlı AVİS-dən kənar məktub daxil olmuş, lakin maliyyə hesabatı həmin vaxtda təqdim edilməmişdir. Bu zaman 1.000 manat maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Çörək zavodu (kiçik sahibkarlıq subyekti) məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumatı elektron formada vergi orqanına təqdim etməmişdir. Bu hala görə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Misal 3: Kameral vergi yoxlaması zamanı vergi orqanı vergi ödəyicisindən mənfəət bəyannaməsi üzrə digər xərclərə aid məbləğə dair sənəd tələb etmiş, lakin həmin sənəd vergi orqanına tələb olunan vaxtda təqdim edilməmişdir. Bu zaman da maliyyə sanksiyası tətbiq edilməyəcək.

Mənbə: vergiler.az


Lizinq müqaviləsi barədə araşdırma


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi

posted in: Xəbər | 0

Məlum olduğu kimi hər bir işçinin bir iş ili üzrə ödənişli və ödənişsiz olmaqla məzuniyyət hüququ əmək qanunvericiliyi ilə müəyyən edilmişdir.

Buna müvafiq olaraq, ilk dəfə işə başlayan işçilər üçün bu hüquq 6 ay sonra, digər hallarda isə əvvəlcədən işəgötürənlə razılaşdırmaqla müəyyən edilmiş vaxtda yaranır. Ödənişsiz məzuniyyətlərin müddəti müəyyən hallar üzrə 7-14 gün olaraq dəyişməsinə baxmayaraq, ümumilikdə isə 6 aydan çox olmayaraq işəgötürənlə razılaşdırmaqla ödənişsiz məzuniyyət verilə bilər.

Bu yazımızda işçinin ödənişli məzuniyyətinin hansı halda ödənişsiz məzuniyyətə çevrilməsini xüsusi qeyd edəcəyik.


Lizinq müqaviləsi barədə araşdırma


Belə ki, işçi müstəsna hallarda ödənişli məzuniyyətə çıxdıqdan sonra işəgötürənin əmri və özünün razılığı ilə işə geri çağırıla bilər. Geri çağırılan işçi bu zaman 2 variantlı seçim hüququ qazanmış olur.

1) Müvafiq olaraq işə başladığı gündən əməkhaqqı hesablanarsa, bu zaman onun əməkhaqqısından istifadəsiz qalan məzuniyyət günlərinin pulu çıxılır. İşçi qalan ödənişli məzuniyyət günlərini növbəti müddətə götürmək hüququnu saxlayır.
2) İşə başladığı gündən əməkhaqqı hesablanır və ona ödəniləcək aylıq əməkhaqqıdan məzuniyyət günlərinin pulu tutulmur. Bu halda işçinin əlavə olaraq istifadə etmədiyi, lakin məzuniyyət haqqını aldığı məzuniyyət günləri qalır. Bu da öz növbəsində ödənişsiz məzuniyyət günləri hesab edilir. Bu növ ödənişsiz məzuniyyət hüququ digər ödənişsiz məzuniyyət günlərindən əlavə kimi müəyyən edilmişdir.

Malların alış dəyərini hesablamaq üçün hansı məqamlar nəzərə alınmalıdır?


Varlı ruslar gözlənilmədən çox vergi ödəyiblər

posted in: Xəbər | 0

Rusiya dörd günlük iş həftəsi,Gəlirlərinin beş milyon rubldan çox hissəsinə görə fərdi gəlir vergisi (FGV) dərəcəsi 13 faiz deyil, 15 faiz təşkil edən varlı rusiyalılar, 2021-ci ilin yekunlarına görə büdcəyə 636,4 milyard rubl ödəyiblər. Bunu Federal Vergi Xidmətinin (FVX) məlumatları təsdiq edir.

Beləliklə, mütərəqqi şkalanın tətbiqi ilə əlaqədar real əlavə ödənişlər 82,7 milyard rubl təşkil edib. Belə bir nəticə hakimiyyət üçün gözlənilməz olub. Maliyyə Nazirliyi yeni qaydaların tətbiqinin ilk ilində 60 milyard rubl toplamağı planlaşdırırdı. Belə ki, real ödənişlər gözləntiləri dərhal 38 faiz üstələyib.

2022-2024-cü illərdə idarə büdcə haqqında qanuna 79-90 milyard rubl məbləğində yığım vəsaitləri qoyub. İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş makroproqnozundan sonra yazda hesablamalara düzəlişlər edəcəyi istisna olunmur. 2021-ci ilin sonunda maliyyə naziri Anton Siluanov ödənişlərin səviyyəsini izah edərkən qeyd etmişdi ki, iqtisadiyyat sürətlə bərpa olunur, zəngin insanların gəlirləri artır.

MDB-də “Deloyt” vergilər və hüquq departamentinin direktoru Leonid Peçernikov əmindir ki, 2021-ci ildə əlavə gəlirlərin yekun məbləği daha yüksək olacaq. FVX vətəndaşların dividedendlər, faizlər, qiymətli kağızlarla əməliyyatlardan daxil olan bütün gəlirlərini birləşdirdikdən sonra onları yenidən hesablaya bilər. Ümumilikdə, gəlirlər beş milyon rublu keçə bilər və vergi xidmətinin ayrıca bildirişinə əsasən payızda onlar əlavə vergi ödəməli olacaqlar.


İqtisadiyyat: faktlar və rəqəmlər

posted in: Məqalə, Xəbər | 0

Adambaşına düşən ÜDM-ə görə İsveçrə dünyada ilk yerlərdən birini tutur. Onun iqtisadi gücü əsasən xidmət sektoruna əsaslanır. Ölkənin ən mühüm ticarət tərəfdaşı Avropa Birliyidir.

İsveçrə adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) həcminə görə dünyada ikinci yerdədir (BVF-nin statistikasına görə, 2020-ci ildə bu göstərici 86 850 ABŞ dollarına bərabər olub).

Xidmət sektoru İsveçrənin ÜDM-nin təxminən 74%-ni təşkil edir. Sənayenin payına, təxminən, 25%, kənd təsərrüfatının payına isə 1%-dən az düşür.

Avropa İttifaqı – İsveçrənin ən mühüm ticarət tərəfdaşıdır. İdxalın 66 faizinə yaxını Avropa İttifaqından daxil olur və İsveçrə ixracının 48 faizi Avropa Birliyi ölkələrinə gedir.

İsveçrə şirkətlərinin böyük əksəriyyəti (99% – dən çox) 250 nəfərdən az əməkdaşı olan kiçik və orta müəssisələrdir.

Digər ölkələrlə müqayisədə İsveçrənin dövlət borcu (hətta pandemiya ilə bağlı koronavirus böhranından sonra belə) hələ də nisbətən elə də böyük deyil. 2021-ci ilin əvvəlində məcmu dövlət borcu (maliyyə aktivləri çıxılmazdan əvvəl) ÜDM-in təxminən 15%-ni təşkil edirdi (100 milyard İsveçrə frankına yaxın).

İsveçrədə ƏDV Avropada ən aşağı əlavə dəyər vergisi hesab olunur. Əksər mal və xidmətlər üçün sabit faiz dərəcəsi 7,7% təşkil edir (müvəqqəti yaşayış mənzil xidmətləri üçün 3,7% və ilkin tələbat malları üçün 2,5%).

İsveçrə hər il elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə 22,5 milyard İsveçrə frankından çox vəsait ayırır ki, bu da təxminən ÜDM-nin 3 faizini təşkil edir. Bu xərclərin üçdə ikisindən çoxu iqtisadiyyatın özəl sektorunun payına düşür.


1 726 727 728 729 730 731 732 2. 691