Malların alış dəyərini hesablamaq üçün hansı məqamlar nəzərə alınmalıdır?

posted in: Xəbər | 0

yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Vergi Məcəlləsində malların dəyərinin hesablanması ilə bağlı dəyişiklik edilmişdir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 58.16-cı maddəsinə əsasən, bu Məcəllənin 58.8.2-ci 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur.

Məcəllənin 58.16-cı maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir”.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Malların alış dəyərini hesablamaq üçün, maddədə bir neçə məqam maraq doğurur:

Birinci, düsturun tətbiqi üçün əsas həmin malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mədaxilinin rəsmi qaydada aparılmamasıdır. Yəni vergi nəzarəti tədbirləri zamanı həmin malların alışı zamanı sənədlərdə düzgün rəsmiləşdirmə aparıldığı, amma təqdimetmədə problemlər mövcud olduğu məlum olarsa, malların dəyərinin 1,2-yə bölünməsini nəzərdə tutan düsturdan istifadə edilmir.

İkinci, malların təqdim olunmasına dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə düsturdan istifadə edilmir. Misal üçün, malların təqdim edilməsi zamanı bənzər adlardan istifadə edildiyi halda malların dəyərinin 1,2-yə bölünməsi düsturu tətbiq olunmur.

Üçüncü, düsturdan istifadədə məqsəd malların alış qiymətini müəyyənləşdirməkdir. Yəni vergi orqanı təqdimetmə ilə bağlı məlumata malik olsa da, həmin malların alış dəyərini müəyyənləşdirməlidir ki, həmin qiymətə maliyyə sanksiyası tətbiq etsin.

Dördüncü, düstur vasitəsilə hesablama yalnız Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə – malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmaması halında deyil, həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ilə tənzimlənən Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadığı hallara tətbiq ediləcək.

Beşinci, düstur o zaman tətbiq olunur ki, təqdim edilən malların ümumi dəyərini ekspert və mütəxəssisin rəyi əsasında müəyyənləşdirmək mümkün olmasın. Yəni dəvət edilən ekspert və mütəxəsis malların adı konkret olmadığı üçün təqdim olunan mallar üzrə bazar araşdırması və s. fəaliyyət həyata keçirə bilməyəcək.


Əməkhaqqı artımının işçinin məzuniyyətə göndərildiyi aya düşməsi


İndi isə maliyyə sanksiyanın tətbiqi ilə bağlı halları misallar üzərindən nəzərdən keçirək:

Misal 1: Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri aşkar edir ki, vergi ödəyicisi 40.000 manatlıq malın təqdim edilməsi zamanı ad hissəsində sadəcə “məişət texnikası” qeyd edib. Vergi orqanı alış sənədləri olmadığı üçün “məişət texnikası” adı altında hansı malların satılmasını müəyyən edə bilmir. O zaman malların alış dəyərini hesablamaq üçün təqdim edilən malların dəyərini 1,2-yə bölür və malların alış dəyəri 33.333,33 manat (40.000:1,2) götürülərək maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən, yoxlama dövrü ərzində “meyvə-tərəvəz” adı altında 24.000 manatlıq mal təqdim edilib. Vergi orqanı həmin malların alışı dəyərini müəyyən etmək üçün mütəxəssis dəvət edə bilmir, çünki vergi ödəyicisinin konkret hansı meyvələri (alma, armud və s.) təqdim etməsi haqqında informasiya yoxdur. Bu zaman vergi orqanı maliyyə sanksiyası tətbiq etmək üçün malların təqdim edilmiş məbləğini 1,2-yə bölür: 24.000 : 1,2 = 20.000 manat.

Mənbə: vergiler.az


Ezamiyyə üçün bir günlük norma necə hesablanır və işçi qayıtdıqdan sonra ondan hansı məbləğ tutula (geri alına) bilər?


Kameral vergi məktublarının (ƏDV) cavablandırılması – Onlayn təlim

posted in: Xəbər | 0

Təlimin adı: Kameral Vergi Məktublarının (ƏDV) Cavablandırılması – Onlayn təlim.

Müddət: 2-2,5 saat

Təlimin növü: Onlayn

Qeydiyyat linki: https://form.cubics.pro/

Siz hələ də “Qarşılıqlı əlaqələrin təhlili nəticəsində 01.01.2020-dən ….. manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir” məzmununda vergi orqanlarından daxil olan kameral uyğunsuzluq məktublarını cavablamaqda çətinlik çəkirsiniz?! O zaman “ƏDV ilə bağlı yaranan kameral uyğunsuzluqlar barədə məktublara cavablar” təliminə mütləq qoşulmalısınız. Təlim aşağıdakı mövzularda vergi orqanlarından daxil olan kameral uyğunsuzluq məktublarına cavabların necə əsaslandırılmasından bəhs edəcək.
  • E-qaimədə vergiyə cəlb edilən dövriyyənin düzgün əks etdirilməməsi ilə bağlı yaranan uyğunsuzluqlar;
  • Debitor borclar ilə əlaqəli yaranan uyğunsuzluqlar, debitor borclar və aylıq dövriyyə arasında əlaqəli məlumatların düzgün əks etdirilməsi barədə tövsiyələr;
  • ƏDV dövriyyəsi ilə bağlı yaranan kənarlaşmalar;
  • 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən dövriyyə barədə əldə edilən sertifikat məlumatları ilə bağlı yaranan uyğunsuzluqlar;
  • Kassa çeki məlumatları ilə əlaqəli yaranan uyğunsuzluqlar;
  • Yük gömrük bəyannamələri ilə vergi bazasında olan məlumatların müqayisəsi nəticəsində yaranan uyğunsuzluqlar;
  • ƏDV və mənfəət vergisi bəyannaməsi məlumatları arasında yaranan kənarlaşmalar ilə əlaqəli uyğunsuzluqlar;
  • ƏDV bəyannaməsinin 318-325-ci sətirlərində əks etdirilən məlumatlar barədə ətraflı izahat;
  • 01.01.2020-ci il tarixindən ƏDV bəyannaməsi məlumatlarının vergi bazası ilə müqayisəsi nəticəsində yaranan fərqlərin izahı.
Qeydiyyat linki: https://form.cubics.pro/
Təlimçi barədə: Kamalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.


Ən səxavətli amerikalı milyarderlər məlum olub

posted in: Xəbər | 0

Forbes jurnalı milyarder mesanatların yenilənmiş siyahısını təqdim edib və ən səxavətli amerikalıların adını çəkib. Siyahıda birinci yeri keçən il xeyriyyəçiliyə 4,1 milyard dollar ayıran investor Uorren Baffett tutub. Vəsaitin bir hissəsi Bill və Melinda Geytslərin Fonduna yoxsulluqla mübarizə, səhiyyənin inkişafı və COVİD-19 vaksinlərinin hazırlanması üçün təhvil verilib.

Liderlər arasında Amazon şirkətinin qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott da olub. 2020-ci ildə o, xeyriyyə məqsədlərinə 5,8 milyard dollar bağışlayıb və 2021-ci ildə isə Makkenzi Skott sərvətini digər mesanatlara nisbətən daha sürətli bölüşməyə başlayıb. Özü də bu zaman qeyd etmək lazımdır ki, Bezos xeyriyyəçilər siyahısında 16-cı yerdə qərarlaşıb. Həmçinin iri ianələr arasında Corc Sorosun kiçik humanitar kollecə yarım milyard dollar vəsait vəd etməsi də vurğulanıb


Xarici nəzarət olunan müəssisələrin Azərbaycan Respublikasında vergiyə cəlb olunması ilə bağlı dəyişikliklər

posted in: Xəbər | 0

DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə çatdırmaqda davam edir. Məcəllədə edilmiş növbəti dəyişiklik xarici nəzarət olunan müəssisələrin Azərbaycan Respublikasında vergiyə cəlb olunması ilə bağlıdır.

Belə ki, vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin özü (və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə) birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə, Azərbaycan Respublikasında vergiyə cəlb olunması nəzərdə tutulur. Bu tələblər həmçinin nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Vergi Məcəlləsinə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olduğu və xarici müəssisənin illik gəlirlərinin 30 faizdən çox olan hissəsi Vergi Məcəlləsində nəzərdə tutulmuş əsas etibarilə passiv gəlirlərdən ibarət olduğu halda da keçərlidir.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, “xarici nəzarət olunan müəssisə” anlayışı üzrə vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, aşağı və ya güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin gəliri Azərbaycan Respublikasında vergiyə cəlb olunacaq. Burada əsas məqsəd rezidentlərin öz gəlirlərini aşağı və ya güzəştli vergi tutulan ölkələrə vergidən yayınmaqla transfer etməsinin qarşısını almaqdır.

Mənbə: vergiler.az


1 728 729 730 731 732 733 734 2. 691