Lizinq müqaviləsi barədə araşdırma

posted in: Xəbər | 0

Hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38-ci fəsli ilə əsas tənzimlənməsi mövcud olan lizinq münasibətləri hazırda ölkə iqtisadiyyatında, xüsusilə nəqliyyat və kənd təsərrüfatı sferasında öz təşəkkülünü tapmışdır. Qeyd etmək lazımdır ki, lizinq münasibətlərinin başlıca tənzimləməsi lizinq verənin (lizinq şirkəti) müəyyən əşyanı lizinq alana (istehlakçı) müəyyən dövriliklə istifadə üçün təqdim etməsi ilə mümkündür. Lizinq şirkətləri hazırda kənd təsərrüfatı texnikalarını, nəqliyyat vasitələrini və digər avadanlıqları öz mülkiyyətində saxlamaqla istənilən satıcıdan aldıqdan sonra istehlakçılarla bağladığı lizinq müqaviləsinə əsasən müəyyən dövr ərzində onların istifadəsinə verir. Lizinq müqaviləsinə əsasən lizinq şirkəti mülkiyyətində olan əşyaları istehlakçının mülkiyyətinə keçirmək şərtilə də lizinq müqaviləsini bağlaya bilir.

Lizinq müqaviləsi mühüm bir sənəd hesab edildiyi üçün istehlakçı tərəfindən peşəkarların köməkliyi ilə bu müqaviləni imzalamaq məqsədəuyğundur. Belə ki, istər lizinqə götürülən əşyanın mülkiyyətə verilib-verilməməsi məsələsi, istərsə də həmin əşyanın istifadəsi, sığortalanması, zərərlərin tənzimlənməsi, amortizasiyası və digər münasibətlər birbaşa lizinq müqaviləsi ilə müəyyən edildiyi üçün müqaviləni imzalamazdan əvvəl bu şərtlərə diqqət göstərilməsi mütləqdir.

Yaxın qohumlara kimlər aid edilir? (Yaxın qohumlar üzrə qanunverici mövqeyi)


Bu yazıda lizinq verənin – lizinq şirkətinin hüquq və vəzifələri barədə qeyd edəcəyik.
  • Əmlakı istehlakçıya lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
  • Lizinq şirkəti müvəqqəti sahibliyə və istifadəyə verilən əmlakın lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya istehlakçıya əvvəlcədən məlum olan, yaxud istehlakçının əşyanı nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
  • İstehlakçı əşyanı qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
  • Əgər istehlakçı lizinq şirkətinin yazılı razılığı ilə əşyanı öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra istehlakçı, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir.
  • Lizinq verənin əmlakına yönəldilmiş üçüncü şəxslərin iddiası lizinq verənin yalnız bu mülkiyyət hüququnun obyektinə lizinqə götürülən əşyaya münasibətdə aid edilə bilər.
  • Lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə istehlakçı tərəfindən əməl edilməsinə lizinq verənin nəzarət etmək hüququ vardır.
  • İstehlakçının lizinq müqaviləsi üzrə lizinq obyektinə aid öhdəliklərini yerinə yetirməsi hissəsində onun fəaliyyətinə maliyyə nəzarətini həyata keçirmək hüququna malikdir.
  • Maliyyə nəzarətini həyata keçirməyə lazım olan məlumatı almaq üçün istehlakçıya yazılı sorğu göndərmək hüququ vardır, istehlakçı isə bu sorğulara cavab verməyə borcludur.
  • Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq şirkəti əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə istehlakçı qarşısında məsuliyyət daşıyır.
Bu hallarda lizinq müqaviləsinə lizinq şirkəti tərəfindən xitam verilə bilər:
  • icazəsi olmadan sublizinq həyata keçirilərsə;
  • lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə
  • lizinq obyekti işlək halda saxlanmırsa və bu da onun istehlak keyfiyyətləri pisləşdirirsə
  • lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş edilmirsə.

Göründüyü kimi lizinq şirkətinin hüquqları öhdəliklərindən daha çoxdur. Bu səbəbdən istehlakçılar tərəfindən lizinq münasibətlərində daha ciddi yanaşma zəruridir.


Malların alış dəyərini hesablamaq üçün hansı məqamlar nəzərə alınmalıdır?


Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib

posted in: Xəbər | 0

vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMəlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna və digər qanunvericlik aktlarına da müvafiq dəyişikliklər olunub. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Xergi Xidmətində “Sadələşdirilmiş verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsinə 2 nömrəli Əlavə” və onu tərtib edilməsi qaydası, “Uduşlardan (mükafatdan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, həmçinin “Dövlət rüsumunun tutulması haqqında hesabatın” forması və onun tərtib edilməsi qaydası yeni redaktədə təsdiq olunub. Bununla da əvvəlki illərdə təsdiq olunmuş eyniadlı sənədlər ləğv edilib.

Qaydalar 1 yanvar 2022-ci ildən qüvvəyə minib.

Yeni qaydalar və bəyannamə formaları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz. https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: vergiler.az


Vebinar: “Kameral vergi məktublarının (ƏDV) cavablandırılması”


Çeklərin bankomatlarda qalması niyə təhlükəlidir?

posted in: Xəbər | 0

bankomatlar, qeyri-adi bankomatlar,Mağazalarda alışlardan və ya bankomatlarda pul çıxarışlarından sonra çekləri orada saxlamayıb, hökmən almaq lazımdır. Bununla əlaqəli ortaya çıxan təhlükə barədə Ali İqtisad Məktəbinin hüquq fakultəsinin dosenti Aleksandra Kasatkina xəbərdarlıq edib. Bu haqda RİA Novosti agentliyi xəbər verib.

O, bankomat tərəfindən verilən çeklərlə daha diqqətli olmağı tövsiyə edib, Kasatkinanın sözlərinə görə, çeklərdə şəxsi məxfi məlumatlar ola bilər. Məsələn, telefon nömrəsi və ya bank kartının son rəqəmləri. Bu məlumatlar isə fırıldaqçılardan ötrü yetərli ola bilər, – deyə, Kasatkina qeyd edib.

Əgər hər hansı bir səbəbdən bankomat saxta bir əskinas verərsə, məhz çek insanı hüquq-mühafizə orqanları ilə məhkəmələrdən azad edə və zərərin əvəzini ödəməyə kömək edə bilər, ekspert əlavə edib. Mağazalara gəldikdə, çek alış-verişin sübutudur, onunla malların geri qaytarılmasını təmin etmək daha asan olacaq.

Alıcıların bir çoxu mal və məhsullar üçün ödənişləri etdikdən sonra çekləri dərhal atırlar, amma, fırıldaqçılara kassa sənədlərindən istifadə etmək imkanı verməmək üçün həmin çekləri özünüzlə götürmək daha yaxşıdır.


Yaxın qohumlara kimlər aid edilir? (Yaxın qohumlar üzrə qanunverici mövqeyi)

posted in: Xəbər | 0

Hüquq münasibətləri başlıca olaraq cəmiyyətin oxşar həyat tərzinə uyğun tənzimləndiyi üçün bir sıra münasibətləri dəqiq öyrənmək faydalıdır.

Bu yazıda yaxın qohumların dairəsi, onlarla bağlı qanunvericiliyin mövqeləri barədə məlumat verməyə çalışacağıq.

Kimlər yaxın qohumlar sayılır və hansı münasibətlərdə bu qohumluq məsələləri ön plana çıxır?

– valideynlər və övladları, baba-nənə və nəvələri, doğma yaxud ögey qardaş-bacılar ailə münasibətləri üzrə yaxın qohum sayılır. Bu şəxslər arasında nikaha icazə verilmir. Boşanma hallarında valideynlərdən başqa yaxın qohumların da uşaqla ünsiyyət hüququ var. Yaxın qohumlar uşağın valideyni ilə bağlı valideynlik hüququndan məhrum etmə barədə iddia qaldıra bilər.

– əmək münasibətlərinə görə valideynlər, qardaş-bacı, uşaqlar, ər-arvad, qudaları, ər-arvadın qardaş-bacısı, nənə-baba yaxın qohum sayılır. Yaxın qohumun xəstələnməsi və ya ölümü halında bütün iş günü işə gəlməmə üzrlü hal sayılır, həmçinin bu hallarla əlaqədar fərdi əmək mübahisələri üzrə müddətin ötürülməsi də üzrlü səbəb hesab edilir.

– Mülki münasibətlərdə daha çox qohumlar anlayışından istifadə edilsə də, mahiyyət etibarilə yaxın qohumlar anlayışı ilə eynilik təşkil edir. Bu münasibətlərə görə qohumlar ər-arvad, valideynlər, ər-arvadın valideynləri, qardaş-bacıları, övladları, nənə-babaları hesab edilir. Hüquqi şəxsin direktorlar şurası və icra orqanının rəhbər və üzvlərinin, həmçinin struktur bölməsinin rəhbərinin qohumları aidiyyəti şəxslər hesab edilir. Həmin şəxslərlə bağlanan müqavilələr üzrə xüsusi tələblər mövcuddur.

– İnzibati xəta işləri və mülki prosessual işlər üzrə qohum və yaxın qohum anlayışlarından istifadə edilir. Yaxın qohumların dairəsinə valideynlər, övladlar, ər-arvad, nənə-babalar, qardaş-bacılar və nəvələr aid edilir. İnzibati xətalar haqqında iş üzrə icraatda zərərçəkmişin, mülki prosessual işlərdə isə tərəfin yaxın qohumu və ya vəkili nümayəndə kimi iştirak edə bilər. Şahid yaxın qohumlarına qarşı izahat verməmək hüququna malikdir. İnzibati qaydada tutulmuş şəxsin yaxın qohumlarına məlumat verilməsini tələb etmək hüququ var. Qohumları hakim, inzibati iş üzrə vəzifəli şəxs olan şəxsin işinə həmin qohumu baxa bilməz.

– cinayət hüquq münasibətlərində yaxın qohum anlayışından istifadə edilsə də, konkret dairənin müəyyən edilməməsi müşahidə olunur. Bu hüquq münasibətlərində yaxın qohumlara qarşı törədilən əməl daha ağır cəzalara səbəb olur.

– miqrasiya münasibətlərində yaxın qohum anlayışına valideynlər, qardaş-bacı, qardaş-bacının övladları, ər-arvad, baba-nənə, nəvə, övladlar, baba-nənənin atası və anası, qayınata, qayınana, baldız və qayın aid edilir. Bu münasibətlərə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza barədə vəsatətlərinə yaxın qohumun ölümü və ya ağır xəstəliyi ilə əlaqədar məsələlərdə ən geci 2 iş günü ərzində baxılır. Yaxın qohumun ağır xəstəliyi və ya ölümü hallarında adıçəkilən şəxslərin ölkədə müvəqqəti qalma müddəti 60 günədək uzadıla bilər.

– cinayət prosessual hüquq münasibətlərinə görə isə yaxın qohumlar valideynlər, ər-arvad, qardaş-bacı, nənə-baba, övladlar və nəvələr sayılır. Bu şəxslər nümayəndə ola bilər. Cinayət işi üzrə zərərçəkmiş şəxs öldükdə yaxın qohumları onun hüquqlarını əldə edir və hüquqi varisi kimi çıxış edir. Bu münasibətlərdə də yaxın qohumlar əleyhinə ifadə verilə bilməz. Şübhəli, təqsirləndirilən şəxsin yaxın qohumuna məlumat verilməlidir.

– Seçki hüquq münasibətlərində də yaxın qohumlar ailə münasibətlərindəki kimidir. Bu münasibətlər üzrə yaxın qohumlar namizədin iştirak etdiyi seçki komissiyasının üzvü ola bilmir. Həmçinin seçici hərəkət edə bilmirsə, yaxın qohumun müraciəti ilə seçici siyahısına daxil ola bilər.

– vergi hüququna əsasən qohumluqla bağlı bir normada vurğulanma mövcuddur. Buna əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən 23 yaşınadək gündüz təhsil alan tələbə və ya şagird varsa, (dövlət təminatı olmayan) ər-arvaddan birinin gəlir vergisində aylıq 50 manat gəliri nəzərə alınmır.

– dövlət qulluğu haqqında qanunvericiliyə görə yaxın qohumluq dairəsi göstərilmir. Buna baxmayaraq şəxs tabeliyində yaxud nəzarətində işləyəcəyi şəxslə yaxın qohumluq yaxud qudalıq münasibətində olduqda, dövlət qulluğuna qəbul edilmir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Malların alış dəyərini hesablamaq üçün hansı məqamlar nəzərə alınmalıdır?


1 727 728 729 730 731 732 733 2. 691