Mart ayı üçün qeyri-iş günləri hansılardır?
Gələn ay 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün iş olmayacaq.
Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin çərşənbə axşamı qeyri-iş günüdür.
Martın 20–24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Əmək Məcəlləsinə əsasən martın 20-i bazar gününə təsadüf etdiyindən iş və istirahət günlərinin yeri dəyişdiriləcək və ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə, bazar gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Martın 28-də isə növbəti iş günüdür.
Mənbə: report.az

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarının 1-ci bəndinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Həmin bəndin 1-1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.
“Sovkombank” 2022-ci ilin yanvar ayından əməkdaşlarının bir hissəsini dörd günlük iş həftəsinə keçirilməsi üzrə eksperimentə başlayıb. Bu haqda “RBK” nəşri xəbər verib.