Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə son dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Bu mövzu ilə bağlı müəyyən suallar yaranır. Məsələn, tutaq ki, vətəndaş “AA” MMC-dən topdansatış qaydasında 100+18 manat dəyərində məhsul alır və üzərinə 20 manat ticarət əlavəsi qoyaraq pərakəndə qaydada satır. Bu zaman nə qədər ƏDV hesablanır? Onun hansı hissəsi əvəzləşdirilir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV-nin yeni qayda ilə hesablanması 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində həyata keçiriləcəkdir. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı müvafiq qaydada rəsmiləşdirilmədiyi halda isə ƏDV ümumi dövriyyədən hesablanır.


Tibb işçilərinə ödənilən əlavələrdən gəlir vergisi tutulurmu?


Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununun 2.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır. Digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvarın 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır.

Yuxarıda göstərilən halda 1 yanvar 2022-ci ildən sonra topdansatış qaydasında alınmış kənd təsərrüfatı məhsullarının 20 manat məbləğinda ticarət əlavəsi tətbiq edilməklə pərakəndə qaydada satışı zamanı ƏDV ticarət əlavəsi olan 20 manat məbləğindən hesablanır və həmin məhsullara görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Mənbə: vergiler.az


Malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi ilə bağlı qaydalar


Əmək stajına görə əlavə məzuniyyətin müddəti hansı dövrə əsasən hesablanır?

posted in: Xəbər | 0

Əlilliyi olan işçilər, Hissəli əmək məzuniyyəti, Məzuniyyət hüququ, əmək məzuniyyəti, əmək məzuniyyətinin verilməsi, mühasib köməkçisi, Baş mühasib vakansiya, İstehsal xərcləriAzərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsinə əsasən Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.

Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarı «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan  Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

Əmək stajından asılı olaraq işçilərə:

  • beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;
  • on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;
  • on beş ildən çox əmək stajı olduqda – 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Mənbə: sosial.gov.az


İcra vərəqi əsasında əməkhaqqıdan tutulmalar (müddəti, məbləği)


Tibb işçilərinə ödənilən əlavələrdən gəlir vergisi tutulurmu?

posted in: Xəbər | 0

Səyyar vergi yoxlaması, Vergi Məcəlləsinə edilən dəyişikliklər, Vergi Məcəlləsi 2022,Koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavədən gəlir vergisi tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilıb.


Malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi ilə bağlı qaydalar


Dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına qeyd olunan əlavələrin vergidən azad olması qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əməkhaqqına qeyd olunan əlavələr həmin şəxslərin muzdlu işdən əldə olunan gəliri kimi ümumi qaydada vergiyə cəlb olunur.

Eyni zamanda muzdlu işlə əlaqədar alınan gəlirlər üzrə vergilərin hesablanması Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən, gəlirin ödənilməsi vaxtı ilə deyil, gəlirin hesablandığı vaxt ilə müəyyən edilir.

Belə ki, Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamaq və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürmək gəliri ödəyən şəxslərin öhdəliyidir.

Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələr aid olduğu ayın gəlirləri ilə birlikdə vergiyə cəlb olunur.

Mənbə: vergiler.az


Malların alış aktı hansı formada tərtib olunmalıdır?


Malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi ilə bağlı qaydalar

posted in: Xəbər | 0

gəlirlər, icbari tibbi sığorta haqqı, aylıq əməkhaqqı, Sosial sığorta haqqı,Vergi Məcəlləsinin 58.13-cü maddəsinə edilmiş əlavələrlə bağlı vergi ödəyicilərində maraq doğuran müəyyən məqamlar var. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edib.

Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd edilir ki, bu Məcəlləyə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bu maddəyə əlavədə vergi ödəyicilərini maraqlandıran əsas məsələ “topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi”dir.

58.13-cü maddəyə əsasən, üç halda: 1) mallar topdansatış ticarət obyektlərindən; 2) istehsal obyektlərindən; 3) anbarlardan pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim olunduqda maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 13.2.62.-ci maddəsində “pərakəndə satış” anlayışının açıqlaması verilmişdir: “pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir”.

58.13.-cü maddədə dəqiq göstərilir ki, maliyyə sanksiyası pərakəndə satış qaydasında rəsmiləşdirməklə aparılan əməliyyatlara tətbiq edilir.

Malların alış aktı hansı formada tərtib olunmalıdır?


Bəs “pərakəndə satış qaydasında rəsmiləşdirməklə satış” dedikdə nə başa düşülür?

“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4-cü maddəsinə əsasən, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Deməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi malları pərakəndə ticarət obyektlərində, başqa sözlə, mağazalarda alıcıya təqdim etməlidir.

Odur ki, malların alıcıya anbarlardan təqdim edilməsi pərakəndə satış sayılır, amma bu, pərakəndə satış qaydaları ilə rəsmiləşdirmə sayılmır, ona görə ki, mallar pərakəndə satış obyektlərində təqdim edilmir, alıcıların evlərinə çatdırılma qaydasında verilir.

Bundan əlavə, onlayn və yerində çatdırma ilə məşğul olan subyektlərin pərakəndə ticarət obyekti olmur, malları saxlamaq üçün anbarları olur. Həmin subyektlərdən pərakəndə ticarət obyekti tələb edilməsi qanunsuzdur. Ən azı ona görə ki, bu, həmin fəaliyyətin profilinə uyğun deyil. Onlar sifarişləri qəbul edir və malları anbarlardan aparıb sifarişçilərə yerində çatdırırlar. Mallar çatdırılarkən mütləq kassa çeki verilməlidir.


Sadələşdirilmiş vergi ödəyicisinin dividendə görə vergi öhdəliyi


Beləliklə:
  • topdansatış ticarət obyektlərində mallar əhaliyə kassa çeki ilə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir;
  • istehsal obyektlərində mallar əhaliyə kassa çeki ilə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir;
  • pərakəndə ticarət ilə məşğul olan subyektlərin anbarlarından kassa çeki ilə birbaşa əhaliyə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir.

pərakəndə ticarət ilə məşğul olan subyektlərin anbarlarından mallar kassa çeki ilə birbaşa anbarlarda yox, yerində çatdırmaq şərtilə əhaliyə satılarsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilməyəcəkdir.

Mənbə: vergiler.az


İşçinin hansı gəlirləri icbari tibbi sığorta haqqına cəlb olunur?


1 734 735 736 737 738 739 740 2. 703