“Nağdsız hesablaşmalar haqqında” Qanunu pozanları hansı cəzalar gözləyir?

posted in: Xəbər | 0

Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Nağdsız hesablaşmaların vergi öhdəliklərinin yerinə yetirilməsinə nəzarət olunmasında müstəsna əhəmiyyəti var. İqtisadçı ekspert Anar Bayramov oxucuları “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları barədə məlumatlandırır.

1 yanvar 2022-ci il tarixdən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4-cü maddəsinə əlavə edilən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir:

• ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər (Maddə 3.4.10.);

• pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər (maddə 3.4.11.);

• tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər (Maddə 3.4.13.);

• “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları). (Maddə 3.4.14.)

Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsinə əsasən, həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə məsuliyyət tədbiri nəzərdə tutulub.


İşçinin kreditini işəgötürən necə ödəyə bilər?


Misal 1: Maşın salonunun sahibi olan vergi ödəyicisi maşınların satışını nağd qaydada həyata keçirdikdə ona maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Avtomobilinin dəyəri ödəniş terminalı vasitəsilə ödənilib. Bu halda satışı həyata keçirən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.2-ci maddəsinə əsasən, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab edilir.

Misal 3: Vergi ödəyicisi hüquqi və fiziki şəxslərin mülkiyyətində olan maşınları avtomobil salonlarına yerləşdirərək satır. Maşınlar satılandan sonra maşın sahibləri satışa görə vergi ödəyicisinə komisyon haqqı ödəyirlər. Vergi ödəyicisi komisyon qaydada avtomobil salonundan nəqliyyat vasitəsini nağd qaydada satanda ona vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1.9-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 4: Mülkiyyətindəki avtomobili maşın bazarında nağd pula satan vətəndaşa hər hansı maliyyə sanksiyası tətbiq olunmayacaq.

Misal 5: Vergi ödəyicisi pərakəndə satış qaydasında bir əməliyyat üzrə 5.000 manatlıq mallar nağd qaydada satıb. Bu halda, vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunacaq. Amma maliyyə sanksiyası nağd əməliyyatın tam məbləğinə, yəni 5.000 manata yox, 1.000 manata, yəni qanunla müəyyən edilən 4.000 manatlıq limitdən yuxarı olan hissəyə tətbiq ediləcək.

Misal 6: Mebel avadanlıqları satan vergi ödəyicisi vətəndaşa 3.000 manatlıq yataq mebelini və 3.500 manatlıq mətbəx mebelini nağd formada satıb. Bu halda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmayacaq. Çünki “Nağdsız hesablaşmalar haqqında” Qanunda hər əməliyyat üzrə 4.000 manatlıq limit müəyyənləşdirilib.


Ezamiyyə xərclərinin gəlirdən çıxılması


Tibbi xidmətlərin dəyəri nağd qaydada qəbul edildikdə…

Vergi Məcəlləsinin 58.7-1.10-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: Tibb müəssisəsi tərəfindən vətəndaşın cərahiyyə əməliyyatının dəyəri 5.000 manat müəyyənləşdirilib. Vergi ödəyicisi həmin vəsaiti nağd şəkildə qəbul edərsə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1.10-ci maddəsinə əsasən, 4.500 manat üçün (5.000 (nağd ödənişin məbləği) – 500 (qanunla nağd formada icazə verilən məbləğin maksimum həddi) maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Tibb müəssisəsi vətəndaşın müayinə xərclərinin məbləğini 4.000 manat müəyyən edib. Vergi ödəyicisi həmin məbləği tibbi müəssisənin bank hesabına ödəyib. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.3-cü maddəsinə əsasən, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşma hesab olunduğu üçün vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Misal 3: Tibb müəssisəsinə 1.200 manatlıq xidmət haqqı qarşı tərəfdən POS-terminal vasitəsilə ödənilib. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülmə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) nağdsız hesablaşma hesab edilir. Bu səbəbdən də POS-terminal vasitəsilə həyata keçirilən əməliyyata görə Vergi Məcəlləsinin 58.7-1.10-cu maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilməyəcək.

Uduşlar nağd qaydada verildikdə…
Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə də maliyyə sanksiyası tətbiq edilir.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.13-cü maddəsində nağd hesablaşmaya görə maliyyə sanksiyası tətbiq edilən iki tərəf var:

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar);

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

Misal 1: Vergi ödəyicisi “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarla tənzimlənən münasibətlər üzrə 5.000 manat məbləğində uduşu nağd formada təqdim edib. Vergi orqanı Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinə əsasən, vergi ödəyicisinə 2.000 manatlıq (5.000 manat (tam nağd ödənişin məbləği) – 3.000 manat (“Nağdsız hesablaşmalar haqqında” Qanunla icazə verilən nağd ödənişin maksimum məbləği)) məbləğə maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Vergi ödəyicisi “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə oyunlarda iştirakla bağlı 2.000 manatlıq pul ödənişlərini nağd qaydada qəbul edib. Vergi orqanı həmin ödənişin qəbul edilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyası tətbiq edəcək.

Mənbə: vergiler.az


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


İşçinin kreditini işəgötürən necə ödəyə bilər?

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 956.1-ci maddəsinə görə bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Bu isə o deməkdir ki, əməkhaqqı, pensiya və digər növ kartı olan şəxslərlə birbaşa və ya dolayısı ilə bağlanmış bank hesabı müqavilələrinə görə bankla razılaşmaya əsasən hesabdan pulun akseptsiz silinməsi halları da göstərilir. Buna görə də banklarla bağlanmış müqavilələrdə diqqətli olmaq məqsədəuyğundur.

Bu yazıda işçinin əməkhaqqısından akseptsiz qaydada kredit ödənişinin çıxılması barədə əsas məsələləri qeyd edəcəyik.

Əmək Məcəlləsinin 175.1-ci maddəsinə görə əməkhaqqından tutulmalar yalnız işçinin razılığı ilə və müəyyən hallar (vergi, sığorta ödənişləri, həmkarlar ittifaqına üzvlük haqqı və s) nəzərə alınmaqla tutula bilər. İşəgötürən işçinin yazılı razılığı əsasında əməkhaqqından tutma edərkən özünün müəyyən etdiyi məbləği deyil, işçi tərəfindən razılıq verilmiş müddət və həcmdə olan məbləği tutaraq təyinatı üzrə ödənişlərə yönəldə bilər.

İşçinin razılığı ilə işəgötürən tərəfindən əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borcların ödənilməsi üçün tutularaq ödənilməlidir. Onu da qeyd edək ki, işçi ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz. Bu hal yalnız məhkəmə qərarlarının icrası və işçinin kredit (o cümlədən bank hesabı) müqaviləsi üzrə razılıq verdiyi ödənişlər olduqda nəzərə alınmır.

Yekunda qeyd edək ki, işçi razılıq verəcəyi yaxud məhkəmə işi üzrə ödəniş etməli olacağı məsələlərlə bağlı əvvəlcədən işəgötürəni məlumatlandırdığı zaman gözlənilməz itkilərə məruz qalmaya bilər.


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


Azərbaycana gətirilən ərzaq məhsullarına vergi güzəştləri tətbiq olunacaq

posted in: Xəbər | 0

kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıAzərbaycana idxal edilən minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlər veriləcək.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Yaxşı mühasib yaxud maliyyəçinizin olması üçün nə etməli?

posted in: Maliyyə, muhasibat, Məqalə, Xəbər | 0
  • mühasib seçimi,İnsan həmişə istədiyini əldə edə bilir. Ancaq bundan ötrü həqiqətən nə istədiyinizi, o cümlədən maliyyədən nə gözlədiyinizi aydın şəkildə bilməlisiniz.
  • Əgər məqsədinizin nə olduğunu və maliyyə sahəsindən hansı nəticəni gözlədiyinizi bilmirsinizsə, hansı maliyyəçi sizi başa düşə bilər?
  • Əgər hətta maliyyəçi hansısa üsulla, öz qorxusu və riski hesabına maliyyənizi idarə etmək üçün yaxşı bir sistem yaradıbsa, sizin isə israr etmək üçün şəxsi iradəniz və bütün komandanı bundan istifadə etməyə məcbur etmək gücünüz yoxdursa, möcüzə gözləməyin.
  • Biznes sahibi kimi uçota, planlaşdırmaya, təhlilə, nəzarətə lazımi səviyyədə diqqət yetirmirsinizsə, siz qərarları emosiyalarla verirsiniz – Gəldim – Gördüm – Qələbə qazandım. Lakin həyatın qanunu vardır, biz nəyə diqqət yetiririksə, onu da əldə edirik.
  • Əgər həqiqi iş adamısınızsa, istənilən məhsulu və ya xidməti satın alarkən, siz onun dəyərini anlamaq istəyirsiniz. Əgər belədirsə, onda niyə belə bir sualla məşğul olmaq istəmirsiniz – mühasibat uçotunun və hesabatın dəyəri nədir? Axı, o da kimin isə əməyidir.
  • Deməli, onun da dəyəri vardır və bu dəyər kifayət qədər böyükdür. Siz işləri qaydasına saldıqdan və maliyyə idarəçiliyini həyata keçirdikdən sonra icranın nəticələri özünü göstərməlidir.

Ən yüksək vergi dərəcələri olan ölkələr


İdeal olaraq, əvvəllər sizdə tətbiq olunmayan yüksək keyfiyyətli maliyyə məlumatları əsasında idarəetmə qərarları qəbul edildikdən sonra mənfəət artmalıdır. Siz göstəricilərin yaxşılaşdırılması üçün imkanları gördünüz və onlardan istifadə etdiniz. Biznesiniz nə qədər şəffaf olarsa, investorlar üçün də bir o qədər maraqlı olur. Razılaşın ki, Maliyyədə Qaydalar deyilən bir alətin dəyəri təcrübəli idarəedicinin əlində böyük gücdür.

O səbəbdən, yaxşı bir mühasib və ya maliyyəçi arzulamazdan öncə özünüzdən başlayın. Əvvəlcə özünüzdən ötrü maliyyənizdə qaydaları təsvir edin. Bunu o qədər aydın və başa düşülən şəkildə edin ki, hətta on yaşlı uşaq belə, onu anlaya bilsin. Sonra isə ən böyük gözləntinizi – özünüz üçün görmək istədiyiniz və yazdığınız qaydanı yaradın.

Yalnız bundan sonra yaxşı mühasib və ya maliyyəçi axtarışına başlayın.

Axı, bu sizin maliyyənizdir və onları siz yalnız yaxşı birinə etibar edə bilərsiniz.


1 738 739 740 741 742 743 744 2. 703