Milyonçular onlardan daha çox vergi tutulmasını xahiş etdilər
“Vətənpərvər milyonçular” ədalətli vergi sisteminin yaradılması ilə bağlı çağırış ediblər.
Özlərini “Vətənpərvər milyonçular” adlandıran ən zəngin insanlar qrupu Davosda Ümumdünya İqtisadi Forumuna açıq məktubla müraciət ediblər. Onlar ədalətli vergi sisteminin yaradılması ilə bağlı çağırış ediblər və varlılardan daha böyük vergilər tutulmasını xahiş ediblər.
Bu çağırışa imza atanlar arasında, məsələn, “Disney” korporasiyasının varisi Abiqeyl Disney və “Amazon” şirkətinin ilk investorlarından biri Nik Hanauer də vardır. Milyonçular hesab edirlər ki, beynəlxalq maliyyə sisteminə “etimad böhranı” yaranıb. Onlar bərabərsizliyi əsas problemlərdən biri adlandırıblar, hazırkı vergi sistemini isə ədalətsiz adlandırıblar.
“Nə qədər ki, forum iştirakçıları sadə və effektiv həll yolunu – varlılardan daha yüksək vergi tutulmasını – qəbul etməyəcəklər, dünya xalqları onların dünya problemlərinin həllinə dair sözdə sadiqliklərini, bir tamaşa kimi görməkdə davam edəcəklər” – müraciətdə belə deyilir.
“Vətənpərvər milyonçular” hesab edirlər ki, pandemiyadan sonra dünya iqtisadiyyatının bərpası üçün xərclərdə ən zəngin insanların kapital payı indikindən daha çox olmalıdır. “Son iki ildə dünya böyük əziyyətlərdən keçib, lakin, pandemiya dövründə bizim böyük əksəriyyətimiz daha da varlanmışıq. Lakin bizim az bir hissəmiz səmimi şəkildə deyə bilər ki, ədalətli vergi ödəyirik”, – onlar belə qeyd ediblər.
Dünyanın ən varlı on adamının ümumi sərvəti 2020-ci ilin martından bəri iki dəfə artıb. “Vətənpərvər milyonçular”ın Britaniya şöbəsinin hesablamasına görə, əgər sərvəti 5 milyon dollardan çox olan varlılara 2 faiz, 50 milyon dollardan çox olanlara 3 faiz və milyard dollarları olanlara 5 faizlik illik vergi tətbiq olunarsa, əlavə olaraq, 2,5 trilyon dollar toplamaq mümkündür. Bu məbləğdə pulla 2,3 milyard insanı yoxsulluqdan qurtarmaq olar, eləcə də bütün dünya əhalisini koronavirusa qarşı peyvənd etmək mümkündür.

İdarəetmə Uçotu üzrə Mühasiblər İnstitutu (IMA) ümid edir ki, 2022-ci ildə ictimaiyyət mühasiblərə cəmiyyətin üzləşdiyi çoxsaylı çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək fəaliyyət qəhrəmanı kimi baxacaq.
İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” 2017-ci il 12 iyun tarixli Qərarında dəyişiklik edilib.