ƏDV qeydiyyatının ləğvi üçün tələb olunan şərtlər

posted in: Xəbər | 0

ƏDV ödənişi, ƏDV-nin qaytarılması mexanizmi, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğVergi ödəyiciləri ƏDV qeydiyyatının ləğvi ilə bağlı müəyyən suallarla üzləşirlər. Həmin suallara iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi qeydiyyata durmaq qədər asan proses deyil. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinin ƏDV qeydiyyatından imtina etməsi üçün mütləq müəyyən şərtlər gözlənilməlidir. Bu zaman aşağıdakı 2 şərt çox önəmlidir:

1. Son tam 12 təqvim ayında vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100.000 manatdan az olmalıdır;

2. ƏDV məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən ən azı 1 il keçməlidir.

Misal 1: İstehsal sahəsində fəaliyyət göstərən “A” MMC-nin dövriyyəsi 200.000 manatı keçdiyi üçün ƏDV ödəyicisi kimi fəaliyyət göstərib. Amma istehsal və satışın azalması ilə bağlı olaraq MMC ƏDV qeydiyyatından çıxmaq barədə qərar verir və satış zamanı mallarının ƏDV-yə cəlb edilməməsini nəzərdə tutur. Bu zaman “A” MMC son 12 ayda vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləğinin nə qədər olduğuna diqqət yetirməlidir.

Təsəvvür edək ki, “A” MMC 2019-cu ilin noyabr ayından ƏDV qeydiyyatını dayandırmaq barədə oktyabr ayında qərar verir. Bu halda vergi ödəyicisinin 1 noyabr 2018-30 oktyabr 2019-cu il arasınadadövriyyəsinə diqqət yetirmək lazımdır. Əgər həmin 12 ay ərzində vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100 min manatdan aşağıdırsa, o zaman vergi ödəyicisi ƏDV qeydiyyatının ləğvi üçün müraciət edə bilər, əgər dövriyyənin məbləği 100.000 manatdan yüksəkdirsə, o zaman ƏDV qeydiyyatının ləğvi üçün vergi orqanına müraciət etməyə ehtiyac yoxdur.

Məsələnin digər tərəfinə baxaq. Təsəvvür edək ki, vergi ödəyicisinin 1 noyabr 2018-ci ildən 30 oktyabr 2019-cu ilədək vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 100.000 manatdan aşağıdır, son ƏDV qeydiyyat tarixi isə 1 fevral 2019-cu ildir. Bu halda “A” MMC-nin ƏDV qeydiyyatının ləğv olunmasına icazə verilməyəcək. Çünki Vergi Məcəlləsinə əsasən, ƏDV qeydiyyatının ləğv olunması üçün son ƏDV qeydiyyatı tarixindən ən azı 1 il müddət keçməlidir.

Bir il müddət məsələsi daha çox bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduğu hallarda daha risklidir.

Misal 2: Tutaq ki, fərdi sahibkar 210.000 manatlıq müqavilə imzalayır. Vergi Məcəlləsinə əsasən, fərdi sahibkar həmin əməliyyat həyata keçirilən günədək ƏDV ödəyicisi kimi qeydiyyata alınmaq üçün ərizə ilə müraciət etməlidir. Fərz edək ki, fərdi sahibkar ƏDV qeydiyyatına alındıqdan sonra onun qarşı tərəflə müqaviləsi ləğv olunur. Bu halda vergi ödəyicisi ƏDV qeydiyyatından çıxmaq üçün 1 il gözləməlidir.

Onu da qeyd edək ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank fiziki şəxslər üçün də onlayn növbə xidmətini təqdim edib

posted in: Xəbər | 0

Kapital Bank müştəri məmnuniyyətinin artırılması, həmçinin xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə hər zaman yeniliklər və rahatlığı təmin edən funksiyalar təqdim edir. Bu dəfəki yenilik Bankın 3 milyondan artıq fiziki şəxs müştərilərinə aiddir. Belə ki, Kapital Bank onlayn növbə xidmətini təqdim edərək, müştərilərin filiallarda gözləmə vaxtını minimuma endirir.

Onlayn növbə xidməti vasitəsilə müştərilər öncədən müəyyən edilən gündə və saatda seçdikləri filiala gələrək, xidmət ala bilərlər. Bankın elektron növbə sistemi ilə təchiz olunan filial və şöbələrində arzu olunan vaxtı rezerv etməklə, filialda növbənin olub-olmamasından asılı olmayaraq təyin olunan vaxtda xidmət almaq mümkündür.
Yeni xidmətdən yararlanmaq üçün Kapital Bank-ın korporativ saytında olan müvafiq bölməyə daxil olmaq və orada verilən xüsusi şifrəni nəzərə almaq lazımdır – https://www.kapitalbank.az/online-queue. Daha sonra təyin olunan vaxtda filial və ya şöbəyə yaxınlaşdıqda təqdim edilən şifrəni elektron növbə terminalına daxil edərək, sıra nömrəsi götürmək lazımdır.

Həmçinin 1 milyondan artıq istifadəçisi olan, ölkənin ən məşhur mobil tətbiqi sayılan BirBank-da da onlayn növbə xidmətindən istifadə etmək mümkündür. Müştərilərə rezerv etdikləri vaxtdan 5 dəqiqə əvvəl filiala yaxınlaşmaq tövsiyə olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Malların ixrac qeydi ilə satışı Qaydası təsdiq edildi

posted in: Xəbər | 0

aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabinetinin 448 № li Qərarı ilə “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi.

“Report” Nazirlər Kabinetinə istinadən xəbər verir ki, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

“Malların ixrac qeydi ilə satışı Qaydası”na əsasən:

  • ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər;
  • ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər;
  • malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət;
  • ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.

Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər.

“Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur.

İstehsalçı ixrac üçün nəzərdə tutual məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.


“Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1047 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların ixrac qeydi ilə satışı qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 noyabr 2020-ci il
№ 448

Faylı yükləyin: Malların ixrac qeydi ilə satışı Qaydası

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?

posted in: Vergi, Xəbər | 0

İnventarlaşdırma,İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?

Yerli rezident özəl hüquqi şəxsin sexlərin birində keçirilmiş inventarlaşma nəticəsində bir ədəd əsas vəsaitlərə aidiyyatı güman edilən əşya və 3 (üç) ədəd tez köhnələn əşya invertarlaşma komissiyası tərəfindən aşkar edilmişdir. Həmin əşyalar direktorun əmri ilə müəssisənin mühasibat uçotunda olan əşyalar (obyektlər) sırasına (balansa) mədaxil olunmuşdurlar.

Sual: Bu halda yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir? Xahiş edirəm cavabınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyicisi üçün hazırlayasınız. Bir də ki, inventarlaşdırma nəticəsində aşkar olunmuş (lakin mühasibat uçotunda barəsində məlumat aşkar olunmayan) əşyaların balans (ilkin) dəyərinin müəyyən edilməsi (təyin) üçün mütləq qaydada kənar qiymətləndirici cəlb olunmalıdırmı?

Cavab: Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. İnventarlaşma zamanı uçot artıqgəlmə zamanı müəyyən edilən aktivlərin dəyəri vergi ödəyicisinin gəlirlərinə aid edildiyi üçün, ümumi qaydada vergiyə cəlb olunur.

Sadələşdirilmiş verginin vergitutma obyektini təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlərin həcmi təşkil edir. Qeyd etdiyiniz gəlirlər isə satışdankənar gəlir kimi, sadələşdirilmiş vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Sorğunuzda qeyd olunan halda ƏDV-nin vergitutma obyekti yaranmır.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci159.1-ci, 219.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 741 742 743 744 745 746 747 2. 354